Darvinizm qadınları alçaldan batil inancdır

Sosial darvinizmin irqçilik, faşizm, imperializm və kommunizmə verdiyi «elmi» dəstək hər kəsə məlum olan və tez-tez yazılan bir mövzudur. Çarlz Darvin də daxil olmaqla bir çox darvinistin qadınların həm bioloji, həm də zehni olaraq kişilərdən aşağı olduğu yalanına inanması mövzusu isə çox geniş yayılmayıb.

Təkamülçü alim Con R. Durantın da qəbul etdiyi kimi, irqçilik və cinsiyyət ayrı-seçkiliyi təkamül nəzəriyyəsinin nəzərəçarpan nəticələrindən ikisidir. Durant Darvinin qadınlara baxış prizmasındakı yanlışlığı belə ifadə etmişdir:

Darvin qadınların hiss, sürətli qavrama və bəlkə də təqlid kimi güclərinin aşağı irqlərin, dolayısilə də keçmiş və aşağı mədəniyyət səviyyəsindən insanların xüsusiyyətlərinə oxşar olduğunu düşünürdü. [1]

Durantın bəhs etdiyi Darvinin yanlışları "İnsanın əyi" adlı kitabında bu şəkildədir:

Qadınlarda hiss, sürətli qavrama və bəlkə də təqlid gücü kimi xüsusiyyətlərin kişilərə nisbətən daha qabarıq olduğu etiraf edilir. Ancaq bu qabiliyyətlərdən -ən azından- bəziləri aşağı irqlərə və dolayısilə də qədim və aşağı mədəniyyət səviyyəsinə aid xüsusiyyətlərdir. [2]

Öz məntiqinə görə evliliyin nə üçün faydalı olduğunu açıqlayarkən belə, Darvinin qadınları alçaltdığı görünür:

... Uşaqlar, daimi yoldaş, maraq göstərəcək (irəli yaşda dost), seviləcək və oyun oynanılacaq biri… Hər halda itdən daha yaxşıdır. Ev və ailə ilə məşğul olacaq bir insan. Musiqi və havadan-sudan söhbətlər. Bunlar sağlamlıq üçün yaxşı şeylərdir. [3]

Darvin evliliyə "bir qadının dostluğu bir itin dostluğundan daha yaxşıdır" məntiqi ilə ehtiyac olduğunu bildirmiş, evliliklə bağlı ifadələrində bütün həyatını birlikdə keçirəcək iki insanın arasındakı dostluq, sevgi, hörmət, bağlılıq, sədaqət, yaxınlıq, səmimiyyət və etibar kimi xüsusiyyətlərdən heç bəhs etməmişdi. Darvin evlilik üçün həmçinin bunları demişdir:

Vaxt itkisi. Axşamlar oxuya bilməzsən, köklük və tənbəllik, narahatlıq və məsuliyyət, kitablar və s. üçün daha az pul ayırmaq, əgər çox uşaqlısınızsa, dolanışıq təmin etmək təzyiqi... Bəlkə arvadım Londonu bəyənməyəcək, o zaman cəza süst və tənbəl bir axmaqla sürgün həyatı olacaq. [4]

Darvin kişilərin qadınlara nisbətən daha üstün olduqları iddiasını isə belə ifadə etmişdi:

İki cinsin zehni gücləri arasındakı ən əsas fərq kişilərin dərin düşünmə, məntiq, xəyal gücü və ya sadəcə hiss və əldən istifadəni tələb edən hər işdə qadınlardan daha yüksək mövqelərə nail olduqlarını göstərir. Şeir, rəsm, heykəltəraşlıq, musiqi, tarix, elm və fəlsəfə mövzularında aparıcı qadın və kişilərin siyahısı tutulmuş olsaydı, iki siyahını müqayisə etmək mümkün olmazdı. Cənab Qaltonun "Hereditary Genius" (İrsi dahi) adlı kitabında ifadə etdiyi kimi, əgər kişilər bir çox məsələdə qadınlar üzərində mübahisə edilməz üstünlüyə malikdirsə, o zaman kişilərin orta hesabla zehin gücünün qadınlarınkından yüksək olduğu nəticəsini orta kvadratik kənara çıxma qanunundan öyrənə bilərik. [5]  

Əlbəttə ki, Darvinin qadınlar haqqındakı bütün bu mənfi yanaşmaları və  bəzi darvinistlərin qadınlar əleyhinə düşüncələri Quran əxlaqı ilə tamamilə ziddir. Allah Quranda qadınlara qarşı çox şəfqətli, hörmətli və qoruyucu davranılmasını əmr etmişdir. Bununla yanaşı, hz. Məryəm və Fironun xanımı kimi yüksək əxlaqa malik qadınları insanlara nümunə göstərmişdir. Allah Qatında üstünlük insanların irq, cinsiyyət və ya mövqelərinə görə deyil, Allaha olan yaxınlıq və imanlarına görədir. Allah Quranın bir çox ayəsində bütün iman gətirənlərin, qadın-kişi ayrı-seçkiliyi olmadan etdiklərinin əvəzini nöqsansız alacaqlarını belə xəbər vermişdir:

Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)

Darvinizmin qadınlar haqqındakı uydurmaları

Darvinin qadın əleyhinə sözləri çox açıqdır və bir çox alim də bu vəziyyətin fərqindədir. Təkamül nəzəriyyəsinə qarşı çıxan və darvinizmin sosial həyatdakı mənfi cəhətlərini açıqlayan 800-dən çox məqaləsi və 20-dən çox kitabı olan Doktor Ceri Berqman (Jerry Bergman) "The Dark Side of Charles Darvin" adlı kitabında bunları deyir:

Darvinə görə kişilərlə qadınlar arasında fərqlər o qədər böyükdür ki, ikisinin "eyni növə aid çox fərqli varlıqlar" olması və ikisi arasında "daha böyük fərqlərin" inkişaf etməməsi çox təəccüblüdür. Təbii və cinsi seleksiya darvinizmin əsasını təşkil edir və qadınların daha aşağı xüsusiyyətdə olması bu nəzəriyyənin ən mühüm dəlilidir.

Darvin kişilərin cinsi rəğbətinə görə qadın təkamülünün formalaşdığını iddia edir. "Eynilə heyvandarların insanların ehtiyaclarına görə heyvanları formalaşdırması kimi". Digər tərəfdən, müharibələr vasitəsilə zəif kişilər kənar edilmiş, daha güclü olanlar müharibə sonunda evlərinə qayıdıb çoxalmışlar. Kişilər eyni zamanda ovçudur. Bu hərəkət də zəif kişilərin təcrid edilməsinə səbəb olmuşdur. Qadınlar isə tam əksinə belə bir seçimə məruz qalmamışdır. Çünki qadınlar güc və dözüm tələb edən müharibə və ya ovçuluq yerinə primitiv iqtisadiyyatın "toplanma" qismində status qazanmışlar". [6]

Darvin qadının ikinci dərəcəli varlıq olması ilə bağlı fikirlərini«İnsanın mənşəyi» kitabında (The Descent of Man) yekunlaşdırmışdır. Darvin bu kitabda bir çox növün yetkin dişilərinin iki cinsiyyətin də bala hallarına bənzədiyini və "kişilərin qadınlardan təkamül baxımından daha inkişaf etmiş olduğunu" ifadə edir. Həmçinin Darvin dişi təkamülünün erkək təkamülündən daha yavaş olmasına görə, qadının əslində "böyüməsi əngəllənmiş kişi" olduğu nəticəsinə gəlir. Qadının alçaldılması fikri Darvinin elmi və akademik müasirləri tərəfindən də sürətlə yayılmışdır.

 

Məsələn, Darvinin müasiri və davamçısı olan antropoloq McGrigor Allan qadının kişidən daha az inkişaf etdiyini bildirərək vəziyyəti belə ifadə edir; "Qadın fiziki, zehni və əxlaqi cəhətdən bir növ yetkin uşaqdır... Qadınların bu dünyada daimi dəyərə malik və diqqətəlayiq, orijinal fikirlə töhvə verib-vermədikləri şübhəlidir.". [7]

Şübhəsiz, Darvin bu fikirləri irəli sürərkən, heç bir elmi dəlilə əsaslanmırdı. Belə ki, Darvinin qadınlar haqqındakı bu qərəzli iddiaları dr. Berqmanın da qeyd etdiyi kimi, sürətlə Darvinin müasiri olan alimlər arasında yayıldı. Məsələn, Cenevrə Universitetində təbiət tarixi professoru olan materialist Karl Voqt Darvinin gəldiyi bütün nəticələri -elmi əsaslandırmadan- qəbul etmişdi və "Uşaq, qadın və ahıl ağ insanın yetkin bir zənci ilə eyni zehni xüsusiyyətlərə və şəxsiyyətə sahib olduğunu, buna görə də bunların aşağı sinifdən olduqlarını" iddia etmişdi. [8]

Alman alimi Voqt daha da irəli getmiş və "qadınların kişilərdən çox aşağı və heyvanlara daha yaxın olduqları" yalanını irəli sürmüşdü. Voqtun yanaşmasına görə qadın, təkamülü erkən dayandığı üçün "inkişafı əngəllənmiş kişidir". [9] Voqtun bir başqa batil iddiasına görə də mədəniyyət inkişaf etdikcə qadınla kişi arasındakı uçurum daha da artırdı. Məsələn, Avropanın inkişaf etmiş cəmiyyətlərində bu fərq daha böyükdü.[10] Darvin Voqtun sayıqlamalarından çox təsirlənmişdi və onu ən önəmli tərəfdarları arasında saymaqdan qürur duyduğunu ifadə edirdi. [11]

Parisdə tibb fakültəsindən təkamülçü Pol Broca isə (1824-1880) xüsusilə də kişilər və qadınlar arasında ağıl və beyin həcmi mövzusu ilə məşğul olmuşdu. Broca qadın beyninin nisbətən kiçik olan həcmini öz məntiqinə görə onun ağıl olaraq aşağı olması ilə əlaqələndirmişdi. Əlbəttə ki, bu çox mənasız iddiadır. Müasir dövrümüzdə insan zəkası ilə beyin böyüklüyünün əlaqəsinin olmadığı ortaya qoyulub. Yalnız beyinin ağırlığına baxaraq bir canlının zehni tutumu haqqında doğru qənaətə gəlmək mümkün deyil.

Darvinin səhvlərini davam etdirən bir çox təkamülçü, qadınların bioloji və zehni cəhətdən kişilərdən daha aşağı olduğunu iddia etməyi davam etdirdilər. Hətta bəzi təkamülçülər kişiləri və qadınları iki müxtəlif psixoloji növ olaraq təsnifatlandırmışdı. Buna görə kişilər homo frontalis, qadınlar homo parietalis idi. Yenə bir təkamülçü olan Elaine Morqan Darvinin, kişiləri qadınların nə üçün bariz şəkildə aşağı və daha alt təbəqədə olmasının səbəbləri üzərində işləməyə motivasiya etdiyini bildirmişdi. (EIaine Morqan, The Descent of Woman, New York: Stein and Day, 1972, s.1)

Bir insanın qadın və ya kişi olması ona üstünlük qazandırmır

Aydındır ki, Darvinin nəzəriyyələri elmi kəşflərə deyil, yaşadığı Viktoriya dövrünün mədəniyyətinə və ibtidai elm anlayışına əsaslanırdı. Bu nəzəriyyələr bir çox cəmiyyətdə zərərli hərəkatlara, qadınlara qarşı zorakılığa, qadınların kişilərdən daha aşağı varlıqlar kimi qəbul edilmələrinə səbəb oldu. Faşizm, kommunizm kimi qadınları aşağı görən ideologiyalar da yenə əsas olaraq Darvinin qadınlar haqqındakı yanlış anlayışını qəbul etmişdi.

Darvinistlərin meyar olaraq aldıqları zehni xüsusiyyətlər Allahın insanlara cinsiyyət ayrı-seçkiliyi olmadan verdiyi istedaddır. Allah bir ayədə "Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər..." (Ənfal surəsi, 29) deyə buyurur. Allahın ayədə bildirdiyi kimi, mühakimə qabiliyyəti və ağıl cinsiyyətə görə deyil, Allah qorxusuna görə inkişaf edir.

 

Qurana görə qadın və kişi bərabərdir, üstünlük də əxlaqa görədir. Allah Quranda qadınlara və kişilərə bərabər məsuliyyət vermiş, hamısını eyni məsələlərdən məsul tutmuşdur. Bir insanı Allah Qatında üstün edən qadın və ya kişi olması deyil, Allah qorxusu, Allaha olan dərin sevgisi, bağlılığı və gözəl əxlaqıdır. Rəbbimiz ayələrində belə xəbər vermişdir:

Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz. (Nisa surəsi, 124)

Rəbbi onlara belə cavab verdi: “Mən, sizlərdən (yaxşı) işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm.. (Ali İmran surəsi, 195)

 

[1] John R. Durant, "The Ascent of Nature in Darwin's Descent of Man" in The Darwinian Heritage, Ed. by David Kohn, (Princeton, NJ: Princeton University Press, 1985), s.295
[2] Charles Darwin, The Descent of Man and Selecti
on in Relation to Sex, New York: D. Appleton and Company, 1871 (1896 baskısı), s.326
[3] Charies Darwin, The Autobiography of Charles Darwin 1809-1882 (Ed. by Nora Barlow), New York: W. W. Norton & Company, Inc., 1958, 232-233
[4] Charies Darwin, The Autobiography of Charles Darwin 1809-1882 (Ed. by Nora Barlow), New York: W. W. Norton & Company, Inc., 1958, 232-233
[5]
 Charles Darwin, The Descent of Man and Selection in Relation to Sex, New York: D. Appleton and Company, 1871 (1896 baskısı), s.564
[6] Jerry Bergman, The Dark Side of Charles Darwin, Master Books, 2011, s. 246
[7] Jerry Bergman, The Dark Side of Charles Darwin, Master Books, 2011, s. 249
[8] Carl Vogt, Lectures on Man: His Place in Creation, and the History of Earth, edited by James Hunt, London: Paternoster Row, Longman, Green, Longman, and Roberts, 1864, xv, 192
[9] Stephanie A. Shields, "Functionalism, Darwinism, and the Psychology of Women; A Study in Social Myth," American Psychologist, no. 1 (1975): 749
[10] Evelleen Richards, "Darwin and the Descent of Women," in David Oldroyd and Ian Langham (Eds.), The Wider Domain of Evolutionary Thought (Holland: D. Reidel, 1983), 75
[11] Evelleen Richards, "Darwin and the Descent of Women," in David Oldroyd and Ian Langham (Eds.), The Wider Domain of Evolutionary Thought (Holland: D. Reidel, 1983), 74 49

 

 

http://www.harunyahya.org/tr/Makaleler/240838/Darwinizm-Kadinlari-Asagi-Goren-Batil-Bir-Inanctir

 

 

2017-02-01 14:13:48

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top