Tramp, İslam dünyası və İsrail

 

Dünyanın hər zaman müəyyən mərkəzlər tərəfindən idarə olunması artıq sirr deyil. Bu mərkəzlərnüfuzlu ölkələrə, banklara, qeyri-hökumət təşkilatlarına və bir çox qurumlara da rəhbərlik edirlər. Elə bu səbəbdən bəzi ölkələrdə seçilən rəhbərlər də həmin dərin mərkəzlərin himayəsindədirlər. Ölkə xalqı demokratik şəraitdə səs vermiş, amma əslində, təbliğatla və xüsusilə media yolu ilə müəyyən istiqamətə yönəldilmişlər. Bu səbəbdən medianın və mətbuatdakı tanış simaların dəstəkləmədiyi bir liderin seçilməsi daim qorxuya səbəb olur.

ABŞ-da hazırda bunlar baş verir. Tramp mediaya, təbliğata, həmçininbəzi nüfuzlu mərkəzlərin, lobbilərin, qeyri-hökumət təşkilatlarının layihələrinə baxmayaraq, prezident kürsüsündə əyləşdi. Həm İslam dünyası, həm Yaxın Şərq, həm də İsrail bunu yaxşı dəyərləndirilməlidir.

Trampın seçki kampaniyasında miqrantlara, həmçinin İslamaqarşı olan sözləri mənfi reaksiyaya səbəb olmuş və onun İslama qarşı olduğu deyilmişdi. Halbuki İslam aləmi Trampın sözlərini yaxşı araşdırmalı və bundan sonrakı faəliyyətləri ilə yaxından tanış olmalıdır. Əslində, Trampın prezident seçilməsi İslam dünyası üçün olduqca müsbət bir hadisədir.

Bunun ən önəmli səbəbi odur ki, Trampuzun illər boyunca tanıdığımız və dünyanı idarə etməyə adət etmiş dərin və gizli mərkəzlərdən asılı deyil. Bu, onun qlobal məsələlərdə hər zaman görməyə alışdığımız qərarları qəbul etməsinə mane olacaq, onu Yaxın Şərq məsələsində özünəməxsus və faydalı qərarlar qəbul etməyə yönəldəcək. ABŞ rəhbərlərinin daha əvvəl əldə edə bilmədiklərinənail olmaqüçün müxtəlif yollar axtarmağa istiqamətləndirəcək.

“Balkon çıxışı”nda radikalizmə əsaslanan terroru aradan qaldırmaq üçün söz verən Tramp İslam aləminə mənsub bəzi insanlara qorxulu görünə bilər. Halbuki o,seçki kampaniyasıboyunca müsəlmanlar və radikallar arasındakı ayrı-seçkiliyi dilə gətirmiş, bu fərqi nəzəri baxımından qəbul etdiyini, lakin anlamaqda çətinlikçəkdiyinibildirmişdir. "Radikalların ABŞ-ı sevmədiyini" israrla bildirmiş və buna qarşı narahatlığını ifadə etmişdir. O, narahat olmaqda, əlbəttə ki, haqlıdır. Çünki radikalizm İslamdan tamamiləfərqlidir və təkcə ABŞ və ya Qərb üçün deyil, bütün İslam aləmi üçün də böyük təhlükə və təhdiddir. İslam ölkələri Trampa bu baxımdan yanaşmalı, dostluq və qardaşlıq münasibətləri göstərməli, Tramp da öz növbəsində ABŞ və Qərb dünyası üzərindəki bu qorxunu aradan qaldırmalıdır. Türkiyə başda olmaqla İslam ölkələri Trampı dəstəkləyərək ona radikalizmə qarşı birlikdə mübarizə aparmağı təklif etməlidirlərlər. “Qaranlıq” mərkəzlər tərəfindən idarə edilməyən bir ABŞ prezidenti Yaxın Şərq siyasətinə asanlıqla keçə və bombalarladeyil, ağıllı ideoloji fəaliyyətlə həll yolu tapa bilər.

Bu, çox vacib məsələdir. Çünki Yaxın Şərqi parçalamaq arzusunda olan və bunun üçün dəfələrlə yeni Yaxın Şərq xəritələri çəkən dərin güclər bunun ancaq bombalarla həyata keçirə biləcəyinə inanıblar. İndiyə qədər ABŞ prezidentlərinin Yaxın Şərq siyasəti fərqli olmamış,“Yaxın Şərqdən geri çəkilirik" ifadələri heç vaxt gerçəkləşməmişdir. Obama dövründə olan statistik göstəricilər bu baxımdan narahatlıqvericidir. Obamanın prezidentliyi dövründə təkcə 2016-cı ildə hər saat 3 bomba atılmışdır. Bu, gündə 72, həftədə isə 504 bomba deməkdir. Beləliklə,keçən il bütövlükdə 26.172 bomba atılmışdır. Buna 7 ölkəhədəf seçilmişdir. Siyahıda ən başda Suriya və İraq var, hansı ki bombaların 93%-i bu ölkələrə atılıb. Beləliklə, atılan bombalar nəticəsindənə qədər mülki şəxsin həyatını itirdiyini müəyyən etmək artıq çətinləşir.

Qeyd olunan siyasət vahid planın bir hissəsidir. Bu planda davamlı “parçalanmış Yaxın Şərq” xəritələriqarşımıza çıxır. Soyuq Müharibədən sonra ingilis tarixçi Bernard Luis tərəfindən çəkilən ilk “parçalanmış Yaxın Şərq” xəritəsi Amerika kəşfiyyatçısı polkovnik leytenant Ralf Peters tərəfindən 2006-ci ildə yenilənmişdir. 2008-ci ilin yanvar ayında "Atlantic Monthly" jurnalında Cefri Goldberqin (Jeffrey Goldberg) məqaləsi ilə və 25 sentyabr 2008-ci ildə Amerika konqresinə təqdim olunan Kennet Katzman imzalı hesabatla iki yeni xəritə daha hazırlanmışdır. Bu tarixdən indiyədək "Wall Street Journal", "The Atlantic", "BBC", "New York Times", "Pakistan Defence", "Waşinqton Post", "Reuters", "Huffington Post"da bir-birindən fərqli bir çox "yeni Yaxın Şərq xəritəsi" nəşr olunmuşdur.

Yaxın Şərqin bölünməsi təkcə region ölkələri üçün deyil, bütün dünya üçün müsibətlərə səbəb ola bilər. Bu səbəbdən ilk öncəYaxın Şərq ölkələri buna izin verməməlidir. ABŞprezidenti Yaxın Şərq ölkələri ilə birlikdə yenisiyasətmüəyyənləşdirib həyata keçirsə, bu məsələ də həll yolunu tapmış olacaq.

Həmin birgə siyasətə təkcə Yaxın Şərqdəki İslam ölkələri deyil, İsrail də qoşulmalıdır. Görünür ki, İsrail Obamanın prezidentliyi dövründə gözlədiyi dəstəyi əldə edə bilməmişdir. Seçki kampaniyaları zamanı kommunist partiyalar və marksist təşkilatlar tərəfindən dəstəklənən və sosialist keçmişi olan Obamanın anti-kommunist İsraili dəstəkləməsi, əslində, çətin görünürdü. Ölkə siyasəti olaraq İsrailin tərəfində görünsə də, fəaliyyətləri və çıxışları ilə İsrail rəhbərliyi və xalqı tərəfindən heç vaxt həqiqi mənada dost hesab edilməmişdir. Şübhəsiz ki, Tramp bu baxımından İsrail üçün çox önəmlidir.

Trampın xüsusilə Türkiyə və İsrail əlaqələrini daha da möhkəmləndirəcəyi və Yaxın Şərq probleminin həllində bu iki ölkənin ABŞ və Rusiya ilə birgə hərəkət etməsini təmin edəcəyi gözlənilir. Çünki dəfələrlə qeyd etdiyimiz kimi, Suriya məsələsi region ölkələrinin ittifaqını xüsusilə tələb edən bir məsələdir. Astana danışıqları bunun üçün olduqca əhəmiyyətli bir addım olsa da, Suriya məsələsinə İsrailin və ABŞ-ın daxil olması məsələnin həllinə daha güclü addım atılmasını təmin edəcəkdir. Bu məsələdə əlbəttə, Trampın Suriyadakı PKK qruplaşmasına qarşı münasibəti də rol oynayacaq. Tramp kürdlərə heyranlığını bildirmişdir.Bu mövzuda onunla həmfikirik. Ancaq sözlərinə Suriya torpaqlarında Türkiyəni müttəfiq kimi gördüyünü də əlavə etmişdir. Belə görünür ki, Tramp Suriyada PYD adı altında stalinist PKK-nın qurulduğuna, kürdləri bu məsələdən uzaqda tutmağın lazım olduğuna dair Türkiyənin xəbərdarlıqlarına qulaq asa bilər. Ümid edirik ki, Tramp daha əvvəl prezident Obamanın edə bilmədiklərini etməyə müvəffəq olacaq və Suriya ərazisindəki stalinist terrorçularla kürd bacı-qardaşlarımızı fərqləndirə biləcək.

Ümid edirik ki, Trampın gəlişi İslam aləmi, İsrail və bütün Yaxın Şərq ölkələri üçün yeni vəgözəl işlərə qapı açacaq, radikalizmlə artıq bombalarla deyil, elmi metodlarlamübarizə aparılacaq, həsrətini çəkdiyimiz “Amerikaxəyalları”, həmçininsevgi dolu o Amerika xalqı“geri qayıdacaq”. Allah Trampın və bütün yaxşıların köməyi olsun.

Adnan Oktarın «Jerusalem Post»da dərc edilən məqaləsi:

http://www.jpost.com/Opinion/Trump-the-Islamic-world-and-Israel-480161

http://www.harunyahya.org/tr/Makaleler/241148/Trump-Islam-Dunyasi-ve-Israil

2017-02-25 00:09:49

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top