Dünyanı qana bulayan tarixi yalanlar

Hər gün ortaya çıxan yeni-yeni məlumat və sənədlər tarixin istiqamətini dəyişdirən yalanları işıq üzünə çıxarır. Əvvəllər heç kimin doğruluğuna şübhə etmədiyi rəsmi tarixin, əslində, yalan məlumatlarla dolu olduğunu insanlar təəccüblə izləyirlər. Təhrif edilmiş tarix düzgün məlumatlardan çox hakim qüvvələrin hadisələrin necə bilinməsini istədiyi üzərində qurulub.
 
 
Tarixçi Aleksandr Kandusi böyük hadisələrə, inqilablara və müharibələrə səbəb olantarixi yalanları“Tarixdə ən böyük yalanlar” ("The Greatest Lies in History") adlı kitabında toplamışdır. Kitabda bu günə qədər hər kəsin doğru hesab etdiyi yalanlardan bəhs edilmişdir.Kandusinin kitabındakı maraqlı nümunələrdən bəzi başlıqlar bunlardır:
 
-          4-cü Səlib yürüşü (1204) Qüdsü azad etmək üçün təşkil edilməmişdi. Məqsəd İstanbulu ələ keçirmək idi.
 
-          Fransa İnqilabından əvvəl yüzlərlə vətənpərvərin Bastiliya həbsxanasında həbs edilərək işgəncə verildiyi barədəiddialar yalandır. Əslində, cBastiliyada cəmi 7 məhbus var idi və onlardan ikisi qatı cinayətkar idi.
 
-          Amerikalılar yaponların Pörl Harbora hücum edəcəklərini, əslində, əvvəlcədən bilirdilər. Ruzveltin hücumdan xəbəri vardı. Lakinİkinci Dünya Müharibəsinə qatılmaq üçün ona səbəb lazım idi. Buna görəhücumun qarşısını almaq üçünheç bir tədbir görməmişdi. Bu mövzuya JozefPersikonun "Ruzveltin gizli müharibəsi" adlı kitabında geniş yer verilmişdir.
 
-          “Normandiya əməliyyatı” ikinci cəbhə açılaraq rusları nasistlərdən qorumaq məqsədilə edilməyib. Əsl məqsəd müttəfiqlərin Rusiyadan əvvəl Almaniyanı işğal etmək istəməsi idi.
 
-          Vyetnam müharibəsini Amerika əsgərlərinə hücum edən şimali vyetnamlılar başlatmadı. Müharibəni başladan amerikalılar idi.
 
Kandusi kitabında 21-ci əsrdəki qanlı müharibələrə səbəb olan yalanlara da yer vermişdir. İraqda kütləvi qırğın silahlarının olduğu və ABŞ-ın ölkəyə guya dünyanı təhdid edən bu silahları məhv etmək, həmçinin "demokratiya gətirmək" üçün girməsi tamamilə yalan idi.  Bunu daha sonrakı illərdə Toni Bler özü də etiraf etmək məcburiyyətində qalmışdı. Əslində isə İraqda heç bir kütləvi qırğın silahı yox idi. (Aleksandr Canduci, "The Greatest Lies in History", 2010)
 
Vaxtilə İngiltərənin baş naziri olmuş Toni Blerin guya Gizli Təşkilat İdarəsinə(MI6) əsaslanaraq irəli sürdüyü bu yalan 2003-cü ildə İraq müharibəsinin başlamasına səbəb olmuşdu. Bu həqiqətİngiltərə parlamentinin təyin etdiyi rəsmi araşdırma komissiyasının Kilkot hesabatı ilə ortaya çıxdı.
 
İngiltərənin Özbəkistandakı keçmiş səfiri,İngiltərə Xarici İşlər Nazirliyinin (FCO) yüksək vəzifəli məmuru Kreyq Murrey (Craig John Murray) bu yalan haqqında belə demişdir:
 
"Əgər Bler kütləvi qırğın silahları haqqındakı məlum yalana əsaslanaraq İraqa hücum etməyə qəti niyyətli olmasa idi, milyonlarla insan bu gün sağolardı. Şübhəsiz, həm İngiltərə xarici işlər nazirliyi (FCO), həm də İngiltərə xüsusi xidmət orqanları (SIS) İraqda kütləvi qırğın silahlarının olmadığını bilirdilər".
 
Yeni ABŞ prezidenti Donald Tramp da İraqa müharibə elan edən Corc Buş və həmin dövrün ABŞ hökuməti haqqında "Kütləvi qırğın silahlarının olduğunu yalan dedilər. Əslində, heç nə yox idi və olmadığını da bilirdilər" deyirdi.
 
CNN-də yayımlanan iki jurnalist qrupunun apardığı bir araşdırmaya əsasən, Buş, Dik Çeyni, Kolin Pauel və Kondoliza Raysın da aralarında olduğu 7 yüksək rütbəli hökumət rəsmisi 11 sentyabr 2001-ci il tarixdən sonrakı 2 il ərzində İraqın yaratdığı "təhlükəsizlik təhdidi" haqqında ictimaiyyətə 935 yalan demişlər.
 
İraq müharibəsi kimi Liviya müharibəsi də "Yaxın Şərqin yeni dizaynı" layihəsinin bir hissəsi idi. Bu müharibə də eynilə İraqda olduğu kimi yalan məlumatlara və bəhanələrə əsaslanırdı. Liviyadakı müxalifləri də silahlandıranNATO idi. Bu, İngiltərə parlamentinin hesabatı ilə də öz təsdiqini tapmışdır. Uydurma səbəblərlə İngiltərənin Kiprdəki Akrotiri və Dikel Kral hərbi bazalarından havaya qalxan təyyarələr Liviyada 15.000 mülki şəxsi bombaladı. Maraqlısıbudur ki, Britaniya hökuməti hadisə baş verdikdən sonra öz xüsusi xidmət orqanları və dövlət rəhbərlərinin səhvlərini elə öz rəsmi nümayəndə heyətləri və komissiyalarının hesabatları ilə ifşa etmişdir.
 
Əlbəttə, bütünbunlarlayanaşı“11 Sentyabr” terror aktı barədə söylənən əfsanələr bu qəbildən olanlar içində ön sıralarda yer alır.Bu hadisə Corc Buşun rəhbərliyi dövründə ABŞ-ın Əfqanıstanda antiterror əməliyyatına başlamasına səbəb olmuşdu. “Terrora qarşı müharibə kampaniyası” adı altında Yaxın Şərq və İslam dünyası qan gölünəçevrilmişdir. “11 Sentyabr” terror aktının hər baxımdan Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) və Gizli Kəşfiyyat İdarəsinin (MI6) birgə ssenarisi olduğu yüzlərlə elmi tədqiqat, sənəd, sübut, fakt və şahid ifadələri ilə saysız-hesabsız mənbələrdə ifşa edilmişdir. "Popular Mechanics"in məsələni ən kiçik detalları ilə araşdıran xüsusi hesabatı da bu mənbələrdən biridir.
 
Yaxın Şərq üzrə mütəxəssis, tədqiqatçı, müəllif və analitik Seymas Milnin "The Guardian" qəzetində dərc olunmuşbir məqaləsində Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) və Gizli Kəşfiyyat İdarəsinin(MI6)Suriyadakı terrorçu qruplara necə maddi-texniki dəstək verdiyi izah edilmişdir. Həmin məqalədə İŞİD, əl-Qaidə kimi terror qruplaşmalarının ABŞ və İngiltərənin hərbi əməliyyatları sayəsində İraq, Suriya, son olaraq Liviyada necə üstünlük əldə edib gücləndiyini bildirilmişdir. Nəticədə"terrorla mübarizə" yalanıon illərdir gizli gündəmi pərdələmək üçün istifadə edildiyini bildirir.
 
Keçmişdə bir əsrdə bir neçə yalan ortaya atılırdı. Bu gün isə demək olar ki, hər gün yeni-yeni yalanlar uydurulur. Hər yalan yeni fəlakətlərin yaşanmasına və ya insanlıq əleyhinə cinayətlərin ört-basdır edilməsinə xidmət edir.
 
Yalanların inandırıcı görünməsi üçün keçmişdə olduğu kimi xüsusi səy göstərilmir. Nasist Almaniyasının təbliğat naziri Yozef Gebbelsin belə bir şüarı var idi: "Elə böyük bir yalan de ki, hər kəs inansın". Belə ki, nüfuzlu media qurumlarına arxalanaraqbu şüarı həyata keçirmək heç bir idealı olmayankütlələriyuxuya vermək üçün kifayət edir.
 
Gebbelsin bu “böyük yalan nəzəriyyəsi” sayəsində hər kəsin gözü qarşısında edilən ən böyükbiabırçılıqlar bir neçə cümləlik rəsmi bəyanatla təkzib edilir.
 
2017-ci ilin artıq bütün dünyanın bu yalanların fərqinə varacağı və onları kütləvişəkildə əsassız və təsirsiz edəcəyi bir il olmasını arzu edirik. Milyonlarla günahsız insanın həyatına son qoyan, onlarla sivilizasiyanın məhv olmasına səbəb olan “yalançıların” ədalət qarşısında hesab verəcəyi və ən yaxın zamanda tarixi yalanların deyil, doğruluq, dürüstlük və ədalətin istiqamətləndirəcəyi bir dövrə daxil olmağı ümid edirik.
 
 
Adnan Oktarın«The China Post»da yayımlanan məqaləsi:

http://www.chinapost.com.tw/commentary/china-post/special-/2017/02/03/490696/In-a.htm
http://www.harunyahya.org/tr/Makaleler/241336/Dunyayi-kana-bulayan-tarihi-yalanlar

http://parol.az/cmiyyt/3802-dunyani-qana-bulayan-tarixi-yalanlar.html

http://newsbaku.info/post/42944-dunyani-qana-bulayan-tarixi-yalanlar.html

http://newstime.az/dunyani-qana-bulayan-tarixi-yalanlar/

http://xebertv.az/kose/15352-dunyani-qana-bulayan-tarixi-yalanlar.html

http://yenixeber.org/33006-dunyani-qana-bulayan-tarixi-yalanlar.html

http://dunyaxeber.info/index.php/diger/diqqetmerkezi/item/530-d-nyan-qana-bulayan-tarixi-yalanlar

http://kanal15.tv/2017/03/22/dunyani-qana-bulayan-tarixi-yalanlar/

http://reportyor.org/index.php?newsid=6438

http://finetv.info/zias/1323-dunyani-qana-bulayan-tarixi-yalanlar.html

2017-02-25 00:16:18

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top