İran ve Türkiyə hər zaman qardaş olacaq

Yaxın Şərq geosiyasi mövqeyi və zəngin yeraltı qaynaqlarına görə hər zaman müəyyən qüvvələrin diqqət mərkəzində olmuşdur. Bu qüvvələr bölgədəki ölkələr arasına nifaq salaraq Yaxın Şərqdə sabitliyi pozmağa çalışırlar. Bütün bunlara baxmayaraq, Türkiyə, İran və Rusiya bir ittifaq yaratmışlar. Bu ittifaq sayəsində Suriyada vətəndaş müharibəsi başlayandan bəri sülh yolunda ilk dəfə konkret addımlar atılmışdır. İttifaqın fəaliyyətlərinə müxtəlif təzyiqlər də göstərilir. Lakin bu üç ölkə bölgədə sabitlik yaratmaq vəzifəsini üzərinə götürmüş və sonuna qədər bu məsuliyyəti daşımaq niyyətindədir.

Yaxın Şərqin sabitliyini pozan qüvvələr uzun zamandır ki, rus-türk əlaqələrinə zərər verməyə çalışaraq bir çox planlar qurublar. Rusiya və Türkiyə “təyyarə” böhranına baxmayaraq, aralarındakı münasibətlərin pozulmasınaimkan vermədilər. Eyni qüvvələr bu dəfə isə İran-Türkiyə əlaqələrini “relsdən çıxarmaq” üçün cəhdlər etdilər. Bölgədə sülh yaratmaq missiyasını üzərlərinə götürmüş bu ölkələr bütün təxribatların qarşısını alırlar. Bu ölkələr arasındakı sülh münasibətləriyalnız ölkələrin bir-birlərinə duyduqları ehtiyacdan irəli gəlmir,çünki Türkiyə və İran min illərdir ki, dost və qardaş ölkələrdir. Pakistanda təşkil edilən İqtisadi Əməkdaşlıq Təşkilatı konfransında prezidentlər – Ruhani və Ərdoğan arasındakı birlik üslubu dostluq əlaqələrini möhkəmləndirməkdə nə qədər qərarlı olduqlarını göstərir. Ruhani "siyasi məsələlərin həll edilməsi [İran və Türkiyə arasında] regional sabitlik yaradar", – demişdir,  Ərdoğan isə axan qanlara görə "fitnə atəşini söndürək" mesajını vermişdir.

Hər iki ölkənin tarixi araşdırıldıqda İrandakı türklərin tarixinin oğuzların köçlərindən çox əvvələ qədər getdiyini görərik. İran əhalisinin böyük bir qismini təşkil edən türklərin kütləvi köçləri İran və Türkiyəni əsl qardaş etmişdir. İki millətin bir-birinə qarışması türk dilinə bir çox farsca sözün daxil olması və türk dilinin İranda ikinci dilə çevrilməsi ilə nəticələnmişdir. İran mədəniyyətinin türk mədəniyyəti üzərindəki böyük təsiri bu yaxınlıq əlaqələrin bir nəticəsidir. Bundan başqa, iki ölkə arasındakı qarşılıqlı əlaqə yalnız dil və mədəniyyətlə məhdudlaşmır, dövlət idarəçiliyi, elm və sənət kimi bir çox sahələrə də yayılmışdır.

1639-cu ildə Osmanlı və Səfəvilər arasında imzalanan Qəsri-Şirin müqaviləsi bugünkü 570 km-lik Türkiyə-İran sərhədini müəyyən edən tarixi sənəddir. 377 ildir ki, dəyişməz qalan bu sərhəd Yaxın Şərqdə imperialist güclər tərəfindən çəkilməyən yeganə sərhəd olaraq bilinir. Tarix boyunca osmanlılarla iranlılar arasında müxtəlif anlaşılmazlıqlar olsa da, iki ölkə arasında bir çox sülh müqavilələribağlanmış, siyasi və hərbi sahədə əlaqələrinkişaf etmişdir.

Türkiyə və İran xarici siyasətlərini hər zaman ortaq tarixlərini unutmadan müəyyən etməlidirlər. Hökümət dəyişiklikləri isə onların yeritdikləri siyasətə təsir etməməlidir. Bu iki ölkə arasındakı əlaqələr sadəcə siyasət yönündə deyildir. Hər iki ölkə aralarındakı sarsılmaz dostluq və qonşuluq münasibətlərinin dəyərini bilməlidir. İran kimi dindar, müsəlman bir ölkə ilə sərhəd olması Türkiyə üçün müsbət haldır. Şübhəsiz ki, İran üçün də vəziyyət eynidir. Hər iki ölkə Allaha inanır və eyni dinə mənsubdurlar. Ölkə rəhbərləri də bu vəziyyətin fərqindədirlər və bir çox ortaq fəaliyyətlərində sünni-şiə ayrı-seçkiliyi etməkdən çəkinərək “müsəlman şəxsiyyətləri”nə önəm verirlər.

Güclü ordulara sahib olan İran və Türkiyə bölgədə sabitliyi pozmaq istəyən qüvvələrin çəkindikləri güclərdir. Onların enerji və ticarət sahəsində əməkdaşlıq etmələri hər iki ölkə vətəndaşlarının rifah səviyyəsini yüksəldəcək. İran ona tətbiq edilən bəzi sanksiyaların aradan qalxması ilə beynəlxalq arenaya daxil olmuşdur. Türkiyə isə İranın Avropa ilə əlaqələrində vasitəçi ölkə ola bilər. Sanksiyalara görə yaşadığı çətin günləri geridə qoyan İran Türkiyənin dəstəyi ilə iqtisadiyyatınıinkişaf etdirə bilər. Belə bir dəstək həm Türkiyə, həm də İran iqtisadiyyatı baxımından olduqca səmərəli olacaq.

Müsəlmanların hər hansı bir bölgədə məzhəb ayrı-seçkiliyi etmələri çox yanlışdır. Türkiyədə yaşayan milyonlarla şiə vətəndaş olduğu kimi, İranda da ən azı 15 milyon şiə azəri türkü var. Şiə məzhəbinin bütün mənsubları bizlər üçün çox qiymətli, mübarək insanlardır. Mehriban münasibətlər hər iki ölkəyə bolluq və bərəkət gətirəcək. Bu birliyi qurmaq üçün hər iki ölkənin rəhbərləri bir-birilərinə tez-tez ziyarət etməli, birlik və həmrəyliyə dair mesajlar verməlidirlər. Bütün vətəndaşlar da eyni üslubu mənimsəmələridirlər. Bir çox sahədə reallaşdırılacaq ortaq layihələr, iki ölkə arasında viza rejiminin aradan qaldırılması da bu münasibətlərin gücləndirilməsinə təsir edəcək. Bu birlik bölgədə sabitliyi pozmaq üçün qurulan hər plana mane ola bilər. Bütün digər İslam ölkələri üçün də örnək olan bu birlik qısa zamanda buna bənzər ittifaqların da yaranmasına da səbəb olacaq.

Adnan Oktarın“TehranTimes”da yayımlanan məqaləsi:

http://www.tehrantimes.com/news/411686/Iran-and-Turkey-will-stay-as-brothers-no-matter-what

http://ekurd.net/friendships-protect-usa-2017-03-15

2017-04-05 01:09:36

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top