Terrora qarşı yanlış mübarizə

 

Terrora qarşı müharibə anlayışı ilk dəfə ortaya atılanda fikrin müdafiəçiləri qısa zaman ərzində Yaxın Şərq ölkələrinə demokratiya gətirəcəklərinəvə müasir silahlarla bu problemihəll edəcəklərinə inanırdılar. Hədəf olaraq seçdikləri bölgələr İslam ölkələri idi.Lakin müsəlmanların vəziyyəti onları heç də maraqlandırmadı. Terrorla mübarizə adı altındahəmin ölkələrə bombalar yağdırır, çevrilişlərlə, qiyamlarla demokratiya gətirməyə çalışır, müsəlmanların nə istədiyinə əhəmiyyət vermirdilər. Elə bu səbəbdən, nə qısa müddətə bitəcəyinə inandıqları terror sona çatdı, nə də Yaxın Şərq ölkələrinə həqiqi demokratiya gəldi.

Qərbin bəzi nümayəndələri bu strategiyanın yanlış olduğunu hələ də anlaya bilmirlər. Onlar radikal təşkilatların daha çox intiqam ruhu ilə ortaya çıxmış irticaçı qüvvələr olduğunu görə bilmir, onlara qarşı xüsusi planlar hazırlayırlar. Daha çox silahlanmaq, radikalizmə olan nifrətdən dolayı bütün müsəlmanlara müharibə elan etmək, bu müharibəni müsbət qarşılayan bəzi radikal sağ qüvvələri dəstəkləmək həll yolu kimi göstərilir. Beləliklə, radikalizməson verəcək əsl həll yolu görməməzlikdən gəlinir, bütün müsəlmanlar düşmən elan edilir.

Ötən günlərdə Avropa İttifaqı Xarici İşlər və Müdafiə Nazirləri Şurasının Brüsseldə iclası keçirildi. İclasda “Avropa müdafiə təşkilatlanması” məsələsi müzakirə edildi. İclasdan sonra verilən açıqlamada Avropa İttifaqı Xarici İşlər və Müdafiə nazirlərinin müdafiə tədbirlərinin gücləndiriləcəyi, məqsədin isə Avropa İttifaqı vətəndaşlarını qorumaq olduğu bildirildi. Açıqlamada həmçinin Avropa İttifaqının öz təhlükəsizliyi və müdafiəsi üçün daha böyük məsuliyyəti öhdəsinə götürəcəyi də bildirildi.

Müdafiə baxımından qurulduğu gündən bəri NATO-nun gücünə sığınan Avropa İttifaqının ortaq müdafiə sistemi qurmaq layihəsi çox real görünməsə də, bu cəhdin əsl məqsədini araşdırmaq önəmlidir. Avropa İttifaqı xarici hücum təhdidindən uzaq və NATO tərəfindən qorunan bir təşkilatdır. Müdafiəni inkişaf etdirmək fikri, əlbəttə ki, hər ölkənin haqqıdır. Lakin buradakı cəhd daha çox “daxili təhlükələrə” yönəlmişdir. Daxili təhlükə nə qədər radikalizm olaraq gündəmə gətirilsə də, buraya müsəlmanlar, xüsusilə də ölkələrindən qaçmaq məcburiyyətində qalan miqrantlar daxil edilmişdir.

Bununsərhəddən kənar bəzi hədəfləri də vardır. İclasda Avropa İttifaqının Mali, Somali vəKonqo Demokratik Respublikasında hərbi təlimləri davam etdirməküçün xüsusi heyət yaratması barədə qərar verilmişdir. Avropa İttifaqının xüsusilə Afrika üzərindəki siyasi, iqtisadi və hərbi hakimiyyəti hər kəsə məlumdur. Avropa İttifaqıAfrikadakı hərbi hakimiyyəti daha da gücləndirməyi qarşısına məqsəd qoymuşdur. Afrikadakı müxtəlif radikal və siyasi hərəkatlar Avropanın müdaxiləsi iləyatırılır. Onsuz da çətinlik içərisindəki Afrika xalqı bununla daha çox radikalizm bəlası ilə qarşı-qarşıya qalır. Çünki şiddət şiddəti doğurur.

Ümumilikdə baxdıqda NATO-dan müstəqil olaraq Avropa İttifaqıdaxilində yaradılmağa çalışılan bu ittifaqının əsl hədəfinin İslam olduğunu inkar etmək olmaz. Getdikcəradikal sağa doğru meyillənən Avropa İttifaqı rəhbərliyi daha sərt və qəzəbli mövqe tutmağa başlayıb. Bununla öz daxilində də müxtəlif ixtilaflarla qarşılaşır. İstər miqrantlara, istərsə də müsəlman cəmiyyətlərə edilən kəskin və sərt xəbərdarlıqlar Avropa İttifaqırəhbərlərinin bəzilərinin terrorla mübarizəni yanlış anlayaraq İslamıdüşmən elan etdiklərinigöstərir.“Radikal” İslamın həll yolu“həqiqi”İslamdır.

Ortaq müdafiə təşkilatlanması layihəsi daha çox əsgər, silah, bomba və şiddət deməkdir. Avropa bütün bunların radikalizmə qarşı qalxan olacağını zənn edir və radikalizmin gücünüsilahdan və qəzəbdənaldığını anlamır. O, bunun radikalları çəkindirməyəcəyini, əksinə, intiqam ruhunu daha da gücləndirəcəyini, bəzi sülhsevər müsəlmanlar arasında isə güvənsizlik yaradacağını düşünmür. Avropa çox sayda müsəlmanların yaşadığı bir qitədir. Bu qitədə müsəlmanların özlərini təcrid edilmiş hiss etmələri birlik və bərabərliyin pozulmasına səbəb olacaq. Bütövlüyünü itirdikdə isə Avropa İttifaqı ciddi şəkildə gücündən məhrum ola bilər. Bu nə Avropa, nə də dünya üçün heç də gözəl “mənzərə” olmaz.

Əgər Qərbhəqiqi mənadaradikalizmlə mübarizə aparmaq niyyətindədirsə, bunu insanpərvərlik və sülh uğrunda etmək istəyirsə, onda həll yolunu müsəlmanlarla ittifaqda axtarmalıdır. Həll yolu üçün əsl müsəlmanlarla danışıb ortaq məxrəcə gəlməli, radikalizmdəki yanlışları gerçək İslamdan öyrənməyə çalışmalıdır. Mübarizə üsullarını öz doğrularına görə deyil, Qurana görə inkişaf etdirməyi sınaqdan keçirməlidir. Öz doğrularını qəbul etdirməyə çalışan, bunu edərkən də nifrəti ön plana çıxaran üst ağıl modeli heç vaxt təsdiqlənməyəcək, nifrəti artırmaqdan başqa da bir işə yaramayacaq.

Bəzi qrupların məqsədi radikalizmlə mübarizə adı altında şiddət mühitini daha da qızışdırmaq və beləliklə, müsəlman aləmini bir-birinə qırdırıb yox etməkdir. Bu plan nə qədər gerçəkləşməsə də,  müsəlman aləmi içində böyük təxribatlara səbəb olur. Bu vəziyyətdə yenə əsas məsuliyyət müsəlmanların üzərinə düşür. Problemlərini sevgi və birlik yolu ilə həll edə bilməyən bəzi Qərb dairələrindən fərqli olaraq, müsəlmanlar öz aralarında sevgi və birlik yolunu mənimsəyərək gözəl örnək olmalı və sarsılmayacaqlarını göstərməlidirlər. Bu, xüsusilə, İslam aləmi üzərində fəsad planları quranlara yaxşı dərs olacaq, radikalizmə açılan bütün qapıları bağlayacaq və nifrətlə hər şeyi həll edəcəklərini zənn edənlərə örnək olacaq. Bu, eyni zamanda Qərbi də əhatə edən sülh mühitinin ilk addımı olacaq.

Dünyada sülhübərpa etməkməsuliyyətini daşıyanlar müsəlmanlardır. Bu, sülh dini olan İslamın üzərimizə qoyduğu məsuliyyətdir. Sülhünbərpa edilməsihəllin mənbəyinin İslam olduğunu göstərəcək.

Adnan Oktarın “New Straits Times”da yayımlanan məqaləsi:

http://www.nst.com.my/news/2017/04/226657/wests-strategic-mistake
 

2017-04-14 00:27:52

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top