Haqq qazandırılmayan şeyləri müdafiə etmək

Təbliğat insanları bir şeyə vərdiş etdirən siyasətdir. Ən çox İkinci Dünya Müharibəsi dövründə istifadə olunmuşdur. Hitler təbliğatın vacib olduğunu bilirdi, buna görə də Təbliğat Nazirliyi yaratmışdı. Bununla o bütün almanlar arasında güclü və sevimli lider obrazını yaratmağı bacarmışdı. Alman xalqı əvvəllər qətliamları heç qəbul etmədiyi halda sonradan bunu adi qarşılamağa başlamışdı.

Stalinin dövründə SSRİ-nin Ukraynadakı ölümcül aclıqdan xəbəri olmamışdı. 1968-ci ildə SSRİ Çexoslovakiyanı işğal etdiyi vaxt rus xalqı çexlərin Sovet əsgərlərini bayraqlarla qarşıladıqlarını düşünmüşdülər.

Bu gün təbliğat müxtəlif psixoloji metodlarla insanların şüuruna yerləşdirilir. Absurd və ya qeyri-əxlaqi fikirlər insanlara məqbul və sadə göstərilərək qəbul etdirilir. Sosial media başda olmaqla reklamlar, filmlər, küçə afişaları bu məqsəd üçün istifadə olunur.

Son günlərdə “ikinci dərəcəli ziyan” (“collateral damage”) terminindən çox istifadə olunur. Bu ifadə bombalı hücumlar zamanı yaranan insan itkisinin müəyyənləşdirilməsi məqsədi ilə terminologiyaya daxil edilib. Daha doğrusu, törədilən amansız qırğınları yüngül göstərmək, insan itkisini arxa plana keçirmək üçün uydurulub.

Maraqlıdır ki, bu termin terminologiyaya daxil edilən kimi dərhal leqallaşdırıldı. Hazırda “collateral damage” termininin hər yerdə israrla “leqal” göstərilməsinin şahidi oluruq. Günahsız insanlar təyyarələrdən atılan bombalarla öldürülür, heç kəs buna görə məsuliyyət daşımır. Öldürülən insanların sayı gündən-günə daha da artır. Bəs bu termini leqallaşdıran insanlar öz ailələrinin də eyni vəziyyətə düşməsinə razı olarlarmı?

“Iraq Body Count project”in (“İBCP”) apardığı araşdırmalara əsasən, 20 mart 2003-cü il və 14 mart 2013-cü il tarixləri arasında müharibələrdə İraqın verdiyi insan itkisi 174.000 nəfər olmuşdur. Bunlardan 39.900 nəfəri əsgərlər, qalan 77%- i isə dinc əhali təşkil edir. İBCP-in araşdırmalarına əsasən, 2003-cü ilin mart ayından 2017-ci ilin mart ayınadək olan müddətdə atılan bombalar və dron hücumları nəticəsində təkcə İraqda 192.730 nəfər insanın həyatını itirmişdir.

Suriya Siyasi Tədqiqat Mərkəzinin araşdırmasına görə, Suriyada 2011-ci ilin mart ayında başlayan vətəndaş müharibəsində 470.000 insan həlak olmuşdur. “Syrian Martyrs”in məlumatlarına əsasən, bunların 151.888 nəfəri dinc əhali təşkil edir. “Syrian Martyrs”ın verdiyi məlumatlarda ölən insanların sayı BMT-nin bildirdiyi saya nisbətən daha çoxdur. Çünki “Syrian Martyrs” bölgədə verilən itkiləri araşdıraraq adı olmayanları da siyahıya daxil etmişdir. Buna görə də bu məlumatları diqqətə almaq həqiqətə daha yaxın görünür.

Suriya İnsan Haqları Monitorinqi Mərkəzinin 2017-ci ilin mart ayında yayımladığı hesabata əsasən, münaqişələr zamanı 17.411 uşaq, 10.847 qadın həyatını itirmişdir.

Münaqişələrin baş verdiyi bölgələr təkcə Suriya və İraqla məhdudlaşmır. Pakistan, Əfqanıstan, Yəmən, Liviya, Somali və bir çox bölgələrdə minlərlə insan həyatını itirmişdir. Araşdırma mərkəzlərinin statistikalarında isə həlak olan minlərlə günahsız insan sadəcə rəqəm kimi qeyd olunur.

Yaxın günlərdə Mosulda həyata keçirilən əməliyyatlar nəticəsində 200-dən çox insan həlak olmuşdur. ABŞ-ın İraqdakı generalının “Mosuldakı vətəndaş itkisindən məsuliyyət daşıyırıq”- cümləsini etiraf kimi qəbul etmək olar. Demək ki, problem terminologiyadakı terminlərdə yox, sistemdədir.

Corc Oruell 1946-cı ildə yazdığı məqalədə, “Siyasətin əsasən haqq qazandırıla bilməyən şeyləri müdafiə etmək məqsədi daşıdığını” və “bu səbəbdən siyasi dilin fərz edilən iddianı gerçəkmiş kimi qəbul etdiyini” demişdir. Oruellin bu cümlələri son illərdə artan ölümlərə bəraət qazandırmaq məqsədi ilə istifadə olunur. “İkinci dərəcəli ziyan (collateral damage)” termini ilk dəfə Corc Buş tərəfindən ədəbiyyata daxil edilib. Həmin gündən bəri ölən insanlar müharibədən zərər çəkənlər siyahısında sadəcə statistik rəqəm olaraq qalıb.

Ancaq bizim üçün elə deyil!

“İkinci dərəcəli ziyan (collateral damage)” siyahısına daxil olan hər insanın həyatı, dostları, ailəsi və planları var. Heç kimin müəyyən bəhanələrlə onların yaşamaq hüquqlarını əllərindən almağa haqqı yoxdur. Məsul olan insanların ikinci dərəcəli ziyan adı ilə müharibənin dəhşətli təsirlərini ört-basdır etməkdən nə qədər rahat olduqları şübhə altındadır. Əgər vicdanları rahatdırsa, demək ki, ya bəşəriyyətdə, ya da onların vicdanlarında böyük problem var.

Müharibə heç vaxt bəşəri dəyərlərlə ölçülən bir anlayış ola bilməz. Bəzi dialektik materialistlərin iddia etdiyi kimi, labüd və ya inkişafa yol açan da deyildir. Müharibə yalnızca məhv etməkdir. Bəşəriyyəti, vicdanı, gözəlliyi, sevgini, həyat eşqini öldürür. Yoxsulluq, aclıq, qorxu, narahatlıq, fəlakət gətirir. Kin və nifrət dolu insanlar ortaya çıxarır. İnsan fitrəti müharibədən nifrət edəcək şəkildə yaradılmışdır.

Belə ki, müharibənin gətirdiyi dəhşətli bəlaları sadə göstərmək üçün terminlər uydurmaq əvəzinə, onun məntiqsiz və yanlış olduğunu anlamaq lazımdır. İnsanları dəyişdirmək və şiddəti dayandırmaq üçün bombalardan daha yaxşı metodlar var. İnsan beyni doğruları inkar edə bilməyəcək şəkildə yaradılmışdır. Əgər dünya, həqiqətən, sülh istəyirsə, bu gerçəklər insanlara elmi metodlarla izah edilməlidir.

 

Mənbələr:

"Documented civilian deaths from violence", Iraq Body Count database, Retrieved 9 January 2015, https://www.iraqbodycount.org/database/.

"The War in Iraq: 10 years and counting", Iraq Body Count, Retrieved 13 July 2014, https://www.iraqbodycount.org/analysis/numbers/ten-years/

Priyanka Boghani, "A Staggering New Death Toll for Syria's War — 470,000", PBSonline, Feb 11, 2016, http://www.pbs.org/wgbh/frontline/article/a-staggering-new-death-toll-for-syrias-war-470000/

"About 465 thousand persons were killed in 6 years of the Syrian revolution and more than 14 million were wounded and displaced", Syrian Observatory for Human Rights, http://www.syriahr.com/en/?p=62760

William Zinsser, On Writing Well, 2016, p. 14

 

Adnan Oktarın “The Jerusalem Post” və "Riyadh Vision"da yayımlanan məqaləsi:

http://www.jpost.com/Opinion/Defense-of-the-indefensible-486513

http://www.riyadhvision.com.sa/2017/04/18/defense-of-the-indefensible/

 

 

 

2017-04-25 22:51:21

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top