Evsizlər kimin problemidir?

‘’Evsizlərə olan düşmənçiliyin get-gedə artması cəmiyyətimizin ən zəif üzvlərinə necə davrandığımızın acı göstəricisidir. Küçələrdə yaşayan insanlara əziyyət vermək və ya üzərlərinə su tökmək əvəzinə, həyatlarını yenidən qurmalarında onlara kömək etməliyik”.


Londonun yardım təşkilatlarından birinin rəhbərinə aid olan bu sözlər ürək sızladan bir həqiqəti əks etdirir.
Evsizlik bütün dünyanı bürüyən bir problemə çevrilib,lakin çox nadir hallarda gündəmə gəlir. Halbuki BMT-yə görə 100 milyon insan evsiz,1,6 milyard insan isə ağır şərtlər altında sığınacaqlarda yaşayır.  Evsizlik probleminin get-gedə böyüməsi istər zəngin, istər kasıb ölkələrə mənfi təsir edir. Məsələn, dünyanın ən zəngin insanlarının yaşadığı Nyu-Yorkda hazırda 60.000 insan evsiz yaşayır.


Bu problemin çox danışılmayan, lakin getdikcə daha da qabaran başqa bir yönü də var. Cəmiyyət bu məzlum insanlara nifrət edir, düşmən münasibətləri bəsləyir. Bu nifrət isə evsiz insanların günahkar və hətta xalqın gözündən uzaq bir ləkə kimi qələmə verilməsinə yol açır.  


İngiltərənin bir çox şəhərində evsizlərin daha əvvəl üzərində yatdığı beton zəmin üzərinə dəmir məftilər qoyulur. Parkların döşəməsi və skamyaların üstü bu insanların üzərində yata bilməyəcəkləri şəkildə dizayn edilir. Məsələn, indi skamyalar daha dar, ön hissəsi aşağı doğru yumrudur və iki nəfərlik skamyaların ortasında da dəmir hissə vardır. Hətta altlarında da heç kimin yata bilməməsi üçün dəmir dirəklər mövcuddur. Təhlükəsizlik əməkdaşlarının gecələr evsizlərin üzərinə su tökdüyünə dair hesabatlar mövcuddur. Avtobus dayanacaqlarındakı skamyalar heç kimin yata bilməyəcəyi şəkildə dizayn edilir. Paris, Monreal, Nyu-York və Tokioda da buna bənzər tədbirlər görülür. Avstraliya qanunlarına görə isə “bir insanın sadəcə varlığı belə başqa bir insana narahatlıq verirsə və ya zövqlə, rahat şəkildə ətrafı seyr etməsinə mane olursa” məsul şəxslərin evsiz insanları oradan uzaqlaşdırmaq hüququ vardır. Paris polisinin evsiz insanların üzərindən ədyallarını alıb olduqları yeri tərk etməyə məcbur etdiklərinə dair faktlar mövcuddur. Yəni evsiz insanlara yönəlmiş düşməncə münasibət sürətlə artır. Evsiz insanların bir çoxu da bu vəziyyəti təsdiqləyir və xüsusilə son illərdə özlərinə qarşı rəftarın dəyişdiyini, insanların daha laqeyd və sərt olduqlarını söyləyirlər.


Keçən yay Venesiyada bir kanalda qarşılarında boğulan afrikalı bir qaçqına kömək etmək əvəzinə, onu ələ salan insanların videosu ortaya çıxmışdı. Həmin qaçqın bir neçə dəqiqə ərzində insanların gözü qarşısında boğularaq can vermişdi. Yenə bir neçə il əvvəl bir qaçqın qucağında övladı ilə sərhəd işçilərindən qaçmağa çalışarkən macarlı operator qadın ona badalaq vurmuş və həm uşağı, həm də kişini yıxmışdı. Avropa polisi aralarında qadın, uşaq və yaşlıların olduğu qaçqınlara gözyaşardıcı bomba atmış, onları dubinka ilə vurmuşdu. Halbuki bu insanlar sadəcə canlarını qurtarmaq istəyirdi. BMT hesabatının göstərdiyi kimi, “evsizlik probleminin həcmi insanların bu məsələyə olan laqeydliyini  göstərir.” Bu insanların rahat evi, yeməyi, isti yataqları yoxdur və davamlı əziyyət, şiddət, istismar və təhqir edilib alçaldılma təhdidi ilə yaşayırlar. Onların bir çoxunun sağlamlıq problemləri var. Qadınlar, uşaqlar və yaşlılar, xüsusilə də qış aylarında böyük risk altındadırlar. Daha da pisi bu yardıma möhtac insanlar küçələrdə satılan narkotikanın ən rahat hədəfinə çevriliblər. Bunun ən aktual örnəyi Mançestrdə son zamanlar görünən narkotik aludəçiliyi problemidir. Xüsusilə evsizlərə satılan narkotik maddələr o qədər zərərlidir ki, istifadə edənləri demək olar ki, “yaşayan ölülər”ə çevirir. Bu narkotik maddələrdən istifadə edən insanlar bütün bədən nəzarətlərini itirmiş, harasa yıxılmış və ya olduqları yerdə donmuş şəkildə görünürlər. Ən pisi isə odur ki, ətraflarından keçən bir çox insan onlara nəinki kömək etmir, hətta baxmırlarda.


Bütün bunlara baxmayaraq, bir çox yeniliklər də var. Vicdanlı insanlar bu məzlum şəxsləri unutmadıqlarını göstərmək üçün əllərindən gələni edirlər. Məsələn, bir çox ingilis yaşadıqları şəhərdə evsizlər üçün qoyulmuş tikanlı məftillərə etiraz etmək məqsədi ilə həmin məftillərin üzərinə yataqlar, yastıqlar yerləşdirirlər. Dünyanın digər şəhərləri qədər olmasa da, evsizlik problemini həll etməyə çalışan İstanbulun yardımsevərləri də hər gecə şəhərin məzlumlarına kömək etmək üçün bir araya gəlir və şorba paylayırlar. Bir çox yardım təşkilatları gecə-gündüz davamlı çalışaraq hər kəs kimi hörmət və sevgiyə layiq bu insanlara dəstək olmaq üçünəllərindən gələni edirlər. Heç kim evsiz olmaq istəməz və heç kim də evsiz olduğu üçün düşməncə bir rəftara layiq görülə bilməz. Hətta bu insanlar bir çoxumuzun düşünmək belə istəməyəcəyi çətinlikləri yaşadıqları üçün daha çox hörmətə və şəfqətə layiqdirlər.  Bəs necə olur ki, dünya ölkələri bu problemi həll etmirlər? Dünya ölkələri bu mövzuda müəyyən addım atır, problemi həll etmək üçün cəhd edirlər.Amma aydındır ki, bu cəhdlər kifayət etmir. Həll yolu axtararkən strategiyaları diqqətlə nəzərdən keçirmək və prioritetləri doğru təsbit etmək əsasdır. 


Görüləcək ən vacib işlər arasında bunları sadalaya bilərik:


- Sosial işçilərin sayı ən qısa zamanda artırılaraq mümkün olduğu qədər çox insan küçələrdən xilas edilməlidir. Xalqı çox yükləməyəcək şəkildə sadə vergi proqramları ilə bu mövzuda sürətli maddi təminat yaratmaq mümkündür. Məsələn, evsizlər fondu yaradılaraq hər kredit kartı sahibindən ayda  1 TL  evsizlərə kömək olaraq alına bilər.
- Əgər gedəcəyitəhlükəsiz, insan ləyaqətinə yaraşan şəxsi bir yeri yoxdursa, şərtlər nə olursa olsun, heç kim evindən məcburi çıxarılmamalıdır. Hökumətlər ev sahiblərinin belə vəziyyətlərdə ödəyəcəyi borcları yuxarıda dediyimiz fonddan qarşılaya bilərlər.


- Minimum əmək haqqı hər vəziyyətdə kirayəni və qidanı rahat qarşılamalıdır.


-  Heç kim sağlamlıq xərclərinə görə kirayəsini ödəyə bilməyəcək və evini itirəcək bir vəziyyətə gətirilməməlidir. Yəni insanlar xəstə olanda evlərini itirmək riski ilə qarşı-qarşıya qalmamalıdırlar.


Özümüzü bu insanların yerinə qoyaq. Heç kim bu vəziyyətdə olmağı istəməz və xüsusilə heç kim bu vəziyyətdə olduğu üçün düşməncə bir rəftarla qarşılaşmaq istəməz. Belə ki, gecikmədən xətalarımızı düzəldək və daha yaxşı, daha şəfqətli, daha sevgi dolu olmağı seçək. Keçmişdə edilən seçimlər nə olursa olsun, hər zaman doğru olanı seçmək fürsəti vardır. Kömək etmək hər zaman asan olmaya bilər və hətta böyük fədakarlıq tələb edə bilər. Amma yaxşı insan olmağı, kömək etməyi bu qədər dəyərli edən də budur. Çünki bunu etməyi hər kəs bacarmır.


Adnan Oktarın “American Herald Tribune” da yayımlanan məqaləsi:


http://ahtribune.com/economy/1573-homeless.html
 

2017-04-30 08:42:59

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top