Sionizmi dərk etmək: Nədir, nə deyildir?

“Sionizm”sözü İsraildəki Sion dağından götürülmüşdür. Hər cür pis niyyətin şamil edildiyi sionizm dünyadakı digər millətçi hərəkatlardan fərqli olaraq bir çox sui-qəsd nəzəriyyəsinə məruz qalır.


Sionistlərin əsl məqsədləri dünyanın müxtəlif yerlərində yaşayan musəviləri tək bir dövlət ətrafında cəmləməkdir. Musəvi diasporasının da əsas məqsədi öz nəsillərinə aid torpaqda öz dövlətlərini qurmaq istəmələridir.


Musəvilərə bəslənən düşmənçilik, başqasözlə desək, “anti-semitizm” termini dövrümüzdə “anti-sionizm” olaraq istifadə edilir və milliyyətlərindən dolayı bütün musəviləri hədəf alır. Bu səbəbdən İsrail dövlətinin qurulduğu torpaqlar 22 ərəb ölkəsi ilə əhatə olunsa da, musəvilərin bir yerə gələrək öz dövlətlərini qurması hər zaman mübahisə mövzusu olmuşdur.


İsrail milyonlarla musəvi üçün “fırtınadan sığınılan bir liman” oldu. Belə ki, 1948-ci il müharibələrindən sonra milyonlarla musəviərəb torpaqlarından köç etmək məcburiyyətindəqalmışdı. İsrail dövlətinin milyonlarla musəvini ətrafında toplaması sevindirici hal olmuşdur.


Bir çox ərəb ölkəsindən fərqli olaraq, İsrail etnik baxımdan zəngindir. Ölkədəmüxtəlif inancları olan insanlar yaşayır. Əhalisinin beşdə biri ərəblərdir. Ölkədə 70 etnik mənşə və mədəniyyət vardır. Burada 35 fərqli dil və şivədə danışılır. İvrit dili ilə yanaşı, ərəb dili də ölkənin rəsmi dillərindən sayılır.


Sionizm Yaxın Şərqin zənn etdiyi kimi dünya hakimiyyəti planı deyil. Musəvi xalqının yüzlərlə ilçəkdiyi əzablar və zülmün ardınca yeganə istədiyi öz atalarının yaşadıqları torpaqlarda birlikdə təhlükəsiz şəraitdə yaşamaqdır.


Musəvilər 3500 ildirki, bu torpaqlarda yaşamış, Roma imperatorluğunun verdiyi zülmlərə görə yurdlarınıtərk etmək məcburiyyətində qalmışlar. İsrail dövlətinin yaranma səbəblərindən başlıcası da bu kiçik millətin təhlükəsizlik içində yaşamaq və öz-özlərini idarə edəcəkləri bir yurd istəmələridir.


Müsəlmanların haqqını müdafiə etmək anti-semitik olmağı tələb etmir.


Bir çox müsəlman sionizmin əsl mənasından xəbərsizdir. Sionizmin "dünyanın sistemini yox edəcək pis niyyətli bir sistem" və “dünyadakı bütün pisliklərin mənbəyi” olduğuna dair yanlış bir inanc mövcuddur. Hətta bir çox müsəlman İsrail əleyhdarlığını bir təqva əlaməti olaraq görür.


Müsəlmanlar bunu bilməlidirlər ki, fələstinli bacı-qardaşlarımızın haqqını müdafiə etmək anti-semitik olmağı tələb etmir. Dünyadakı digər dövlətlər kimi İsrailin də  mövcud olmaq haqqı vardır.
İsrailə mövcud olmaq haqqının verilməsi yüz illərdir davam edən müharibəni dayandırmağa da vəsilə olacaq. Musəvi olub-olmamasından asılı olmayaraq məsum insanları öldürmək və ya sadəcə musəvi olduqları üçün bu insanların doğma torpaqlarından çıxarılmasına dəstək olmaq Quran əxlaqına uyğun deyil.


Beynəlxalq hüquqda olduğu kimi İslamda da məsuliyyətinfərdiliyi prinsipi vardır. Bir cəmiyyətbütövlükdəgünahlandırıla bilməz. Hər cəmiyyətdə yaxşı və pis insanlar vardır. Günahsız və günahkarlar arasında fərq qoymadan bütün cəmiyyətiittiham etmək və ya cəzalandırmaq qətiyyən qəbul edilməz. Allah Quranda musəvilərə müqəddəs torpaqlarda yaşamaq hüququ verdiyini açıq şəkildə bildirir:


O zaman Musa öz qövmünə demişdi: 'Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın. O, sizin aranızdan peyğəmbərlər göndərdi, sizi hökmdarlar təyin etdi və aləmlərdən heç kəsə vermədiyini sizə verdi.


Ey qövmüm! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun və arxa çevirməyin ki, ziyana uğrayaraq dönməyəsiniz'. (Maidə surəsi, 20-21)


Allahın bizə Quranda bildirdiyi və Tövratda da vəd edildiyi kimi (Təsniyə 30) yer üzünə yayılmış musəvilər axırzamanda bir yerə gətirilib toplanacaqlar:


Bundan sonra İsrail oğullarına: “Bu yerdə yaşayın! Axirət vədi gəlib yetişdiyi zaman sizin hamınızı (məhşərə) gətirəcəyik”– dedik.." (İsra surəsi, 104)


Hz. İbrahim vəhz. Musa (əs) tərəfindən bizə bildirilən Allahın 3000 il əvvəl verdiyi vədin gerçəkləşdiyinə açıq şəkildə şahid oluruq. Allah bizə minlərlə il əvvəl “musəvilərin o torpaqlarda olacağını” bildirmişdir və biz də hazırda bunun bir möcüzə olaraq gerçəkləşdiyini görürük.


Əgər ərəb-müsəlman dünyası İsrailin müstəqil bir dövlət olaraq mövcud olmasını qəbul edərsə, yüz illərboyuncaaxan qan hökmən dayanacaq. Bu vəziyyət isə müharibə və təhlükəsizlik tədbirləri ilə böyük sıxıntılar çəkən Fələstin xalqı üçün müsbət hal olacaq.


Xatırladaq ki, İslam dünyasında sionizm mövzusu doğru anlaşılmır və bu qeyri-obyektiv baxış zamanla insanları musəvi xalqından qorxmağa gətirib çıxarmışdır. Bir çox müsəlman musəvilərin bölgədə yaşamalarına etiraz edərkən, əslində, Quran ayələrinə qarşı çıxdıqlarını başa düşmürlər. Sionizmin doğru mənasını izah etmək və müsəlmanlar kimi tək olan Allaha inanan insanlara qarşı yaranan bu nifrətdalğasına son qoymaq səmimi müsəlmanların üzərinə düşən məsuliyyətdir.


Adnan Oktarın“İsraelToday”dayayımlanan məqaləsi:
http://www.israeltoday.co.il/NewsItem/tabid/178/nid/30290/Default.aspx

2017-05-15 01:12:30

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top