Türkiyə və Rusiya arasındakı mühüm ittifaq

24 noyabr 2015-ci ildə baş verən təyyarə hadisəsindən sonra may ayının əvvəlində Türkiyə və Rusiya arasında beşinci dəfə görüş keçirildi. Bu görüş əlaqələrin yaxşılaşdırılması baxımından mühüm addım oldu. Eyni zamanda, Suriya ilə bağlı verilən qərarlar bölgə üçün yeni bir həll yolunun tapılmasına imkan yaratdı.

Suriyada müxalif tərəflər arasında qarşıdurmalar baş verərkən Suriyanın ətrafında 4 təhlükəsizlik bölgəsi yaradılmasıqərara  alındı. Əsas cəbhələr sonrakı Astana görüşlərində xəritə üzrə müəyyənləşdiriləcək. Ancaq bu bölgələrin İdlib mühafazası, Homs şəhərinin şimalı, Şərqi Quta və Suriyanın cənub bölgələri olacağı gözlənilir.

Verilmiş bu qərarda iki mühüm məqamı qeyd etmək lazımdır.Birincisi, bu qərar, əvvəlcə,Putinlə Tramparasındakı görüşdə əsas müddəaları ilə birlikdə Trampa verilmiş və ABŞ rəhbərliyi tərəfindən də dəstəklənmişdir. İkincisi, Rusiya bu müqaviləni pozan tərəflərə qarşı hərbi müdaxilə də daxil olmaqla hər cür tədbirin görüləcəyini açıqlamışdır. Hərbi müdaxilə fikri ilə razılaşmasaq da, Putinin bu şərhi onun bu planı tam olaraq dəstəklədiyini göstərir.

Bu danışıqlar yeni bir dövrə işarə edir, buna görə də “strateji əməkdaşlıq” adlandırıldı.Belə ki, Putinin “Rus-türk münasibətlərinin normallaşması dövrü geridə qaldı. Artıq normal əməkdaşlığa geri qayıdırıq” sözləri, demək olar ki, bunu təsdiq edir. Həqiqətən də, Suriya ilə bağlı əsas addımları atacaq bu üç liderin sülhşəraitini yaradacaq qərarlar verməsi mühüm strateji əməkdaşlığa işarə edir.

Qeyd etmək lazımdır ki, Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşmasının əleyhinə olan, bu ittifaqda xüsusiləTrampın iştirakını qəbul edə bilməyən Avropa medyası bu planın Suriyanın bölünməsinə gətirib çıxaracağını iddia edərək aranı qarışdırmağa çalışır. Amma bu təhlükəsizlik bölgələri Suriyanı parçalamır. Bu bölgələr sülhün bərpa olunması və Suriyada müəyyən bölgələrdə olsa belə, atəşkəsin təmin olunması üçün müəyyən edilib. Hər üç lider görüşün əvvəlindən bəri Suriyanın ərazi bütövlüyü mövzusunda həmfikir olublar. Məsələni Suriyanın bölünməsi ilə əlaqələndirmək isə bir qrup mərkəzlər tərəfindən uydurulmuşdur.

ABŞ PKK-nın qolu olan PYD-yə Suriyada dəstəyini davam etdirsə də, Putin rus əsgərlərinin PYD-ni dəstəkləməyəcəyini bildirmişdir.Əlbəttə, bu, Türkiyə üçün çox vacib zəmanətdir. Putin, həmçininPYD-nin Suriyanın şimalında yerləşməsinə qətiyyən izin verməyəcəyini də açıq bildirmişdir.Ümid edirik ki, Amerika da yaxın zamanda yanlışını anlayacaq və bu mövzuda Türkiyə ilə ittifaqını gücləndirəcək.

Bölgədə sözügedən ittifaqıqurmaq olduqca əhəmiyyətlidir, çünki Suriya problemi getdikcə daha da pisləşir. Ancaq bölgədəki ölkələrin məntiqli və güclü ittifaq qurmaları ilə məsələ həll oluna bilər. Əlbəttə, əsil həllə çatmaq üçün bütün tərəflərin bunu istəməsi vacibdir. Hazırda isə Suriyanı parçalayaraq mənfəət əldə etməyə çalışan deyil, həqiqətən həll istəyən tərəflər əsasrol oynayır.

Soçi görüşündəqərarlarınkritik və xüsusi zamanda verilməsi önəmlidir. Soçi danışıqlarından əvvəl Putinin həm Tramp, həm də Merkel ilə keçirdiyi görüşlər planların geniş miqyasda qloballaşdığını göstərir. Soçi danışıqlarından sonra Çində Rusiya, Çin və Türkiyə arasında danışıqlar aparıldı. Bundan dərhal sonra Trampla Ərdoğan görüşdü. 24-25 mayda isə Brüsseldə NATO sammiti keçirildi. Görünür, Suriya ilə bağlı verilən qərarlar təkcə Soçidə qalmayacaq, həm Şərq, həm də NATO tərəfindən təsdiqlənəcək.

Aparılan təhlillərAvropa Şurası Parlament Assambleyasının Türkiyənin nəzarət altına alınması ilə bağlı verdiyi qərarınTürkiyə və Rusiya arasındakı münasibətləri daha da yaxşılaşdıracağını göstərdi.İki dost ölkə olanTürkiyə və Rusiya keçmişdən bəri qurduqları ittifaqıindidaha da gücləndirirlər. Lakin hər kəsə məlumdur ki, Avropanın birtərəfli mövqeyi dəbu iki ölkə arasındakı münasibətləri yaxşılaşdırır. Ancaq Türkiyənin yanaşma tərzi ənənəvi siyasətdən daha çox dostluğa əsaslanır. Belə ki, bir tərəflə əlaqə qurmaq digəri ilə əlaqələri kəsmək demək deyil. Türkiyə hələ də Avropa ölkəsidir vəAvropa İttifaqı üzvlüyünə namizəddir.Avropanın bir çox ölkəsi ilə yaxın əlaqələri var. Eyni zamanda, NATO-nun üzvüdür.ABŞ-la güclü ittifaqı davam edir. Nə Rusiya ilə yaxın olmaq NATO ilə ittifaqını, nə də NATO-ya üzv olmaq Rusiya ilə ittifaqını zədələyəcək. Xüsusilə,məsələ bir ölkədə axan qanı dayandırmaq üçün həll yolu tapmaqdırsa, aradakı süni məsələlər unudulmalıdır. Hazırda Yaxın Şərqin həll yolunun tapılmasına həmişə olduğundan daha çox ehtiyacı var.

Adnan Oktarın “Gulf Times”da yayımlanan məqaləsi:

http://www.gulf-times.com/story/549472/Turkey-Russia-an-important-alliance

2017-06-10 20:52:08

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top