Rohincalıların əzablarına son verək!

Dünyanın ən xoşrəftar, amma ən çox zülmə məruz qalan insanları kimi tanınan rohincalılar əsrlərdir Myanmanın tərkibində olan etnik bir qrupdur. Mənşələrinə və dini inanclarına görə uzun illərdir ağlasığmaz zülmlərə məruz qalırlar. Myanma hakimiyyəti dünyanın baş verənlərdən xəbərdar olmasına mane olmaq üçün müxtəlif tədbirlər görsə də, kütləvi qətliamlar, təcavüzlər,  təxribatlar və işgəncələr gizlədilə bilməyəcək qədər çoxdur. Üstəlik, Rohinca xalqına  edilən işgəncələr son yeddi ildə daha da artmışdır. 


Rohinca xalqının yüzlərlə ildir Birmada yaşadığını təsdiq edən rəsmi sənədlərə baxmayaraq, Myanma höküməti onları tanımağı rədd edir və onların banqladeşli qaçqınlar olduqlarını iddia edir. Buna görə də onları "rohincalı" olaraq adlandırmaqdan belə boyun qaçırırlar. Hətta Myanma höküməti ötən günlərdə rohincalıları etnik qrup olaraq göstərən 2016-cı ilin təqvimini çap etdikləri üçün beş nəfəri həbs etdirmişdi. 


Bu gün təqribən 120.000 rohincalı öz yurdlarında çadırlarda səfil vəziyyətdə yaşamağa məcbur ediliblər. Yaşamaq üçün vasitələrlə yanaşı, ən əsas insan hüquqlarından da məhrum olunublar. Onlar hətta evlənmək və ya kəndlərindən kənara çıxmaq üçün belə icazə almalıdırlar. Həm ordunun, həm də irqçi buddist qrupların təzyiq və zülmlərinə məruz qalmaq onlar üçün yeni bir şey deyil. Ancaq 2010-cu ildən sonra çəkdikləri əzablar dözülməzdir. Təqiblər, sorğu-sualsız həbslər, işgəncələr artdı. Şikəst edildilər, yararsız qayıqlarla qonşu ölkələr tərəfindən geri qaytarılmağı gözə alaraq yurdlarını tərk etməyə məcbur edildilər, qadınlar təcavüzə məruz qaldılar Qonşu ölkələrə gedə bilənlər yenə çox çətin şərtlərlə qarşılaşdılar. Əslində, bu ayrı bir mövzudur. Biz indi geridə qalan rohincalıların vəziyyətini nəzərdən keçirək. Bu əzilmiş insanlar həm əsgər, həm də buddist qrupların aşkar hədəfləri olmaqla yanaşı, tibbi yardım almaq də daxil olmaqla ən əsas insan hüquqlarından məhrum olunublar. Bu insanlar dünyanın gözü qarşısında yavaş və səssiz ölümə məhkum olunurlar. Hollivud aktyoru Matt Dillon yaxın günlərdə rohincalıların yaşadığı bölgələrə ziyarətindən sonra o insanların yaşadığı qorxulu vəziyyəti bu cür ifadə etmişdi: “Yavaş-yavaş boğulurlar, gələcəkdən heç nə gözləmirlər və gedəcəkləri heç bir yer yoxdur." 14 yaşındaki Məhəmmədin normal şərtlərdə asanlıqla qarşısı alınan tetanus xəstəliyindən ölməsi və tibbi yardım almadığı üçün anası hepatit A xəstəliyindən ölən, həddindən artıq zəiflik təhlükəsi ilə  qarşı-qarşıya olan 28 aylıq körpə Hirolun vəziyyəti bu bölgədə yaşanan faciələrdən sadəcə bir neçəsidir. 


Bir müddət əvvəl Arakan vilayətində aparılan hərbi əməlliyatdan sonra 70.000 rohincalı əhalisinin onlara qarşı kin bəslədiyini bildikləri halda Banqladeşə getməyə məcbur qaldılar. Ancaq bu dəfə hərbi əməliyyat hər zamankından  daha qəddar idi,  çünki rohincalılar burada Myanma əsgərləri tərəfindən çoxsaylı təcavüzlərə məruz qaldılar. Bu insanlıqdan kənar davranışa məruz qalan bir zərərçəkmişin danışdığı hadisədə, yaşlı bir ata əsgərlərdən dayanmalarını istəyəndə, - "Bizə əmr edilənin çox azını edirik" - cavabını almışdı. İnsan hüquqları üzrə təşkilatlardan biri olan "Fortify Rights"ın üzvü Matvey Smit edilən bu işgəncəyə diqqət çəkərək "Bu əxlaqsız bəzi əsgərlər tərəfindən həyata keçirilmiş bir şey deyil. Sistemli şəkildə törədilmiş bir cinayətdir. Burada dövlət təhlükəsizlik güclərinin  Rohinca qadınlarına və qızlarına davamlı təcavüz etdikləri cox açıqdır" demişdi. Myanma ordusunun bəzi mənsubları təcavüzü mənşəcə fərqli qadınlara qarşı hücum metodu kimi istifadə edirlər, lakin son altı ay ərzində  bunlar kəskin şəkildə artmışdır. Smit bu vəziyyətə belə diqqət çəkir: "Təcavüz hadisələrində yüksəlmə oldu. Xüsusilə də noyabr ayında  artan bu dəhşət Myanma ordusunun qəddarlıq standartlarından belə kənara çıxırdı”. 


Bir zaman insan hüquqlarının müdafiəçisi kimi tanınan, hazırda Myanmanın lideri olan Aun San Su Çi rohincalı qadınların məruz qaldığı bu alçaq vəziyyət qarşısında belə demişdir: "Hərbi məsələlər orduya həvalə edilməlidir".  Qadınların, hələ onlar anadırlarsa çox mərhəmətli və sevgi dolu varlıqlar olduğu nəzərə alınsa, bu gözlənilməz bir açıqlamadır. Aun San Su Çi illərdir mübarizə apardığı insan haqları prinsiplərindən siyasət uğruna yüz səksən dərəcə dəyişilərək Myanmada etnik təmizləmə olduğunu inkar edir. Hətta rohincalıların bir-birilərini öldürdüyünü iddia edir. Bu qalmaqallı mövqe bütün dünyanı, hətta onun ən sadiq tərəfdarlarını belə narahat edir. O da məlumdur ki, Myanma höküməti bölgədə BMT istintaqının aparılmasını da istəmir.  


Yel Universiteti tərəfindən aparılan araşdırma bu günə qədər bir milyondan çox rohincalının pis rəftara məruz qaldığını göstərir ki, bu da soyqırım deməkdir. Beynəlxalq reaksiya isə təəssüf ki yoxdur. BMT-nin guya qoruması altındaki 8.000 bosniyalı müsəlmanın açıq-aşkar qətl edildiyi Srebrenitsa qətliamına  çox bənzəsə də, əksər ölkələr bu vəziyyət qarşısında susmağı seçirlər. 


BMT-nin səlahiyyətli şəxsləri Myanma hökümətinin son hədəfinin etnik təmizləmə olduğunu açıqca bildirirlər. İnsan Haqları İzləmə Təşkilatından Fil Robertson da hökümətin yanlış bir şey olmadığından əmindirsə, nəyə görə ölkədə istintaq aparılmasına icazə vermədiyini bilmək istəyir və bu sualı verir: "Əgər belə böyük bir problem yoxdusa, niyə BMT İnsan Hüquqları üzrə komissiyasına bu bölgələrdə həqiqətləri araşdırmaq üçün icazə vermir, onlara giriş üçün rahatlıq yaratmırsınız?


Rohinca qaçqınlarını ölkəsinə qəbul edərək tərifəlayiq davranış göstərən Malayziya prezidenti Najib Razakın dediyi kimi "Dünya oturub  soyqırımı izləyə bilməz. Dünya "bu bizim problemimiz deyil" deyə bilməz. Bəli, bu bizim problemimizdir."


Həqiqətən də, bu bizim problemimizdir. Bu dünyadaki hər insan başqa bir insanın zərər çəkməyindən məsuliyyət daşıyır. Biz də məsuliyyətimizi dərk edərək günahsız insanların əzablarını və dərdlərini yüngülləşdirmək üçün üzərimizə düşən vəzifələri yerinə yetirək.

Adnan Oktarın "Gulf Times" və "EKurd Daily"də  yayımlanan məqaləsi:


http://www.harunyahya.org/tr/Makaleler/246893/Rohingyalarin-acilarini-dindirelim

 

2017-06-17 13:15:23

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top