Hər üç dinin mənsubları yenidən dost kimi yaşaya bilərlər

Avropada və Amerikada yaşayan insanların bir çoxu İslam Peyğəmbərinin gözəl əxlaqından, hər təbəqə və hər dindən insanlara şəfqətlə davranan lider olduğundan xəbərsizdir. Hətta bir çox müsəlman da bu mövzuda yanılır. Bəzi müsəlman ölkələrində xristian və musəvilər əleyhinə zorakı fikirlərin səslənməsi də bu yanlış anlayışın sürətlə yayılmasına səbəb olur.

Qurani-kərimdəki ayələr və bəzi tarixi həqiqətlər isə göstərir ki, İslam Peyğəmbəri xristian və musəvilərə hər zaman ədalətlə, mərhəmətlə davranmış, eləcə də bu dinlərin nümayəndələri ilə müsəlmanlar arasında sevgi və dostluq mühiti yaratmağa çalışmışdır. Bunun ən böyük sübutu peyğəmbərliyi dövründə hz.Muhəmmədin (səv) xristian və musəvilərə dinlərini istədikləri kimi yaşamalarına icazə verməsidir. Bundan əlavə, Peyğəmbərimiz kitab əhli ilə sazişlər bağlayaraq onların muxtar icma kimi yaşamalarına təminat vermişdir.

Müsəlmanlarla xristianlar arasında ilk münasibət inam və etibar əsasında qurulmuşdur. İslamın ilk illərində müsəlmanlar məkkəli bütpərəstlərin işgəncə və təzyiqlərinə məruz qalmış, buna görə də hz.Muhəmmədin (səv) tövsiyəsi ilə Həbəşistanın xristian kralı Nəcaşiyə sığınmışlar. Nəcaşi müsəlmanları qorumuş və onları bütpərəstlərə təslim etməmişdir.
 
Bu hadisədən sonra bütpərəstlər müsəlmanlara təzyiqi daha da artırmışlar. Buna görə də müsəlmanlar Məkkədən Mədinəyə hicrət etmiş və musəvilərlə birgə həyat sürmüşlər. Onların musəvilərlə birgə həyat tərzi sonrakı nəsillərə nümunə olmuşdur. Peyğəmbərimiz:

Xristian və musəvilərin toylarında iştirak etmiş, xəstələrini ziyarət etmiş, onun yanına gəldiklərində isə onlara süfrə açmışdır.
Nəcran xristianları onun yanına gəldikdə üzərinə oturmaları üçün öz əbasını yerə sərmişdir.
Nəcran xristianlarına ibadət etmələri üçün Mədinədəki məscidi açmışdır.
Xristian və musəvi qadınlarla evlənmiş, onlardan uşaqları olmuşdur.
Müsəlmanların Evs və Həzrəc qəbilələri ilə bağladığı Mədinə müqaviləsinə musəvilərin də qoşulmasına icazə vermiş və onların da müsəlmanların arasında ayrıca dini qrup kimi varlıqlarını davam etdirmələrini təmin etmişdir.

Mədinə müqaviləsinin "Bəni Avf musəviləri inananlarla birlikdə bir xalq oldular. Musəvilərin dini özlərinə, müsəlmanların da dini özlərinədir" bəndinə uyğun olaraq müsəlmanların musəvilərin ənənə və inanclarına tolerant münasibətinin əsası Peyğəmbərimizin dövründə (səv) qoyulmuşdur. Eyni müqavilənin 26-33-cü maddələrində "Əhli kitabın müsəlmanlarla eyni hüquqlara malik olduqları", 16-cı maddədə isə "onlara haqsızlıq edilməyəcəyi" bildirilir.

Peyğəmbərimiz xristian olan İbn Harris b. Kab və onun din yoldaşlarına yazdırdığı müqavilə mətnində: "Şərqdə və Qərbdə yaşayan bütün xristianların dinləri, kilsələri, canları, namusları və malları Allahın, Peyğəmbərin və bütün möminlərin himayəsindədir. Xristianlardan heç kim İslamı qəbul etməyə məcbur edilməyəcəkdir. Xristianlardan biri hər hansı bir cinayətə və ya haqsızlığa məruz qalsa, müsəlmanlar ona kömək etməlidirlər" maddələrini yazdırdıqdan sonra “… onlarla ən gözəl tərzdə mücadilə edin! Və belə deyin: 'Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq! (Ənkəbut surəsi, 46) ayəsini oxumuşdur.

Bu anlayış İslam Peyğəmbərinin vəfatından sonra da davam etdirilmişdir. İslamın yayıldığı dövrlərdə də Ərəbistandakı musəvi və xristian icmalarına ibadətlərini  yerinə yetirmələri və öz hüquqlarını həyata keçirmələrində azadlıq verilmişdir. Hz. Muhəmməddən (səv) sonra gələn  Xəlifələr dövründə dağıdılmış kilsələr müsəlmanlar tərəfindən bərpa olunmuş, İslam torpaqlarında yeni sinaqoqların və monastırların tikilməsinə şərait yaradılmışdır. Məsələn, patriarx Mar Ammə tərəfindən daha əvvəl yandırılmış Əziz Sercius Monastırı hz. Osman dövründə yenidən inşa edilmişdir.

Bütün bunlar dəlillərlə sübut olunan tarixi həqiqətlərdir. Ancaq dövrümüzdə bir çox ölkədə xristian və musəvilərlə eyni şəhərdə, hətta eyni ölkədə yaşaya bilməyən xurafatçı İslam anlayışını görürük. Yaxın Şərq və Avropa da daxil olmaqla bir çox yerdə ibadətgahlara hücum edilir, insanlar öldürülür. Bu təcavüzkar mövqe Quranda olmayan, xurafatlara əsaslanan fanatik qruplara xasdır.

Müsəlmanların müqəddəs kitabında sevgiyə, sülhə, tolerantlığa və ədalətə əsaslanan cəmiyyət modeli təsvir edilir. Məsələn, “Maidə” surəsində musəvilərə endirilən Tövratın insanlar üçün yol göstərici olduğu belə bildirilir:

Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla (Tövratdan ələ gəlib çatan ayələrlə) hökm edərdilər… ( Maidə surəsi, 44 )
 
     
Üç dinin mənsubları arasında daimi sülhün yaranması xurafatın aradan qaldırılması ilə mümkündür. Bunun üçün haqq dinlərə, din əxlaqına, dindarlara və Qurana ehtiyac var. Torpaq və ya ideologiyaya görə baş verən qarşıdurmalar həmişə böyüyüb dəhşətli vəziyyətə gəlib çıxır. Bunun qarşısını almaq, əlbəttə ki, mümkündür. Bunun üçün bütün müsəlmanlar Qurana əsaslanan maarifləndirmə fəaliyyətinə başlamalıdırlar. Bu zaman dinlərin sülh şəraitində yaşamağı tələb etdiyini vurğulamaq vacibdir. Belə bir maarifləndirmə xurafatın səbəb olduğu düşmənçiliyi aradan qaldıracaq, Quranla maariflənən insanlar isə başqa bir dinə düşmənçilik etmək və ya müharibə aparmaq üçün əsas tapmayacaqlar.


Adnan Oktarın “New Straits Times”da yayımlanan məqaləsi:
https://www.nst.com.my/opinion/columnists/2017/09/275259/equal-treatment-three-religions-can-co-exist-peacefully-again

 

2017-10-15 22:13:29

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com