Köləlik qadağan olundu, yoxsa müasirləşdirildi?

Siz də köləliyin təxminən 150 il əvvəl ləğv edildiyini düşünən insanlardan biri ola bilərsiniz. Belə düşünməyinizin səbəbi, yəqin ki, öz istəyinizlə işlədiyiniz nizamlı bir işinizin olmasıdır.

İllər əvvəl başda Avropa olmaqla dünyanın bir çox ölkəsində insanların məcburi şəkildə işlədilməsi qanunlarla qadağan edildi. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının 4-cü maddəsinə əsasən köləlik və məcburi əmək qadağandır. Lakin Avropa da daxil olmaqla dünyanın bir çox yerində qanuni maneələrə baxmayaraq, insanlar qul kimi işlədilir. Məcburi əmək bir çox üsullarla həyata keçirilir. Döymə, təhdid, şantaj, həbs etmə, saxlama, pasportunu ələ keçirmə və borclandırma bunlardan bəziləridir.

Müasir köləlik yalnız az inkişaf etmiş, kasıb ölkələrə aid deyil. Bu cür insanlara Avropanın mərkəzində də rast gəlmək mümkündür. Bu, güman edildiyi kimi gizli bir şey də deyil. Hamısı dünyanın gözü önündə baş verir. Mətbuat hər gün müasir kölələrdən bəhs edən xəbərlər hazırlayır. Bu xəbərlərdən biri də "Euronews"un internet saytında yer alır.

Xəbərdə Londonda kölə kimi işlədilən Piter və Sara adlı iki qaçqından bəhs edilir. İnsan tacirləri Piteri 15 yaşında Yunanıstanda tapıb seks köləsi olaraq satıblar. Sara isə gündə 15 saat işləmək məcburiyyətində qalan asiyalı tələbədir. İkisi də ölümlə təhdid edilərək qaçqın bürolarına müraciət etmələrinin qarşısı alınıb. Eyni xəbərdə günlük 13 funt-sterlinqə işləməyə məcbur edilən, qaçmaması üçün döyülən və həbs edilən başqa birindən də bəhs edilir. Bu insanların vəziyyəti izah edilərkən istifadə edilən "bu da sizə XXI əsrin istismar kataloqu..." ifadəsi, əslində, bütün yazının sanki xülasəsini təşkil edir.1

İngiltərədə qul kimi işlədilən insanların sayı rəsmi statistikaya görə 10-13 min olduğu halda, real say 80 mindən çoxdur. Londonda rəsmi olaraq fəaliyyət göstərən qul bazarı da mövcuddur. Polis qul kimi işlədilən insanların adambaşına 13 min avroya alıcı tapdığını və fərqli məqsədlərlə işlədildiyini bildirir.

Əlbəttə, müasir qulların olduğu yeganə yer London deyil. “Maplecroft” adlı təşkilatın hazırladığı "Müasir Köləlik İndeksi 2017" adlı hesabata görə, qaçqınların müasir qul kimi ən çox istifadə edildikləri Avropa ölkələri Rumıniya, Yunanıstan, İtaliya, Kipr və Bolqarıstandır.2

UNİCEF-in hesabatına əsasən, uşaq qaçqınların sayı 2010-cu ildən etibarən 5 dəfə artaraq 300 min nəfəri ötüb. UNİCEF-in rəhbərlərindən Castin Forsayt qaçqın uşaqların bir çoxunun təkbaşına səyahət etdiklərinə diqqət çəkərək zorakılıq, cinsi istismar, zorlama, narkotik asılılığı, məcburi işlətmə kimi təhdidlərə asanlıqla məruz qaldıqlarını dilə gətirir.2

Uzaq Şərqdəki müasir qulların sayı isə Avropadan daha çoxdur. Banqladeş, Çin, Hindistan, İndoneziya, Malayziya, Myanma, Filippin və Tailand müasir köləliyin ən geniş yayıldığı ölkələrdir. Beynəlxalq Əmək Təşkilatına (BƏT) əsasən, 40,3 milyon insan müasir qul kimi işlədilir. Bunların təqribən 25 milyonu zorakılığa məruz qalır.4

BƏT-in yaydığı hesabat məcburi əməyin miqyasını gözlər önünə sərir. Bu yolla əldə edilən qeyri-qanuni gəlir ildə 150 milyard dollardır. Hesabata əsasən, bu qazancın 99 milyard dollarlıq hissəsi cinsi istismarla əldə edilir. Tikinti, istehsal, dağ-mədən, su, elektrik və nəqliyyat xidmətlərindən əldə edilən gəlir isə 34 milyard dollardır. Evlərdə xidmətçi kimi işlədilənlər isə 8 milyard dollarlıq iş həcminə malikdir. Zorla işlədilən fəhlələr sayəsində əldə edilən mənfəət işləyənlərin cibinə getmir, mənfəətdən də vergi ödənmir. Elə bu da dünyada zorla işlədilən işçilərin sayının hazırda 25 milyona çatmasına böyük təsir göstərib.5

Ərəb baharı başladıqdan sonra Şimali Afrika və Yaxın Şərqdən Avropaya gələn mühacirlərin artması nəticəsində müasir köləliyin sayında da böyük artımlar oldu. Bəzi Avropa ölkələri isə bunun həll yolunu qaçqınları zorla sərhədlərindən uzaq tutmaqda görür. Mühacirətin səbəbini isə araşdırıb həll etməyə çalışmırlar. Halbuki müasir köləliyin qlobal səviyyədə qarşısını almaq üçün regional münaqişələr dayandırılmalı və geridə qalmış regionlardakı rifah səviyyəsi artırılmalıdır. Bundan başqa, ölkələrdəki gəlir bölgüsündəki bərabərsizliyi də aradan qaldırmaq lazımdır. Bunun üçün isə ilk növbədə hökumətlər iş imkanları və təhsil çatışmazlığı kimi məsələlərdə qanuni həll yolları irəli sürüb bunları həyata keçirməlidirlər.

Problemin kökündən həlli isə bu cür maddi tədbirlərin mənəvi təhsillə gücləndirilməsi sayəsində mümkündür. Yalnız özünü düşünən eqoist əxlaqı yaymaqdansa, birlikdə yaşamağı insanlara öyrətmək, materialist qayğıların əvəzinə yardım sevərliyi təbliğ etmək lazımdır. Materialist fikirlər istər cəmiyyətlər, istərsə də dövlətlər səviyyəsində həm sosial, həm də iqtisadi olaraq daim dağıntı gətirdiyini elmi dəlillərlə göstərmək, bunun əvəzinə ittifaq ruhunu inkişaf etdirmək lazımdır. Bunun üçün də həm dövlətlərə, həm qeyri-hökumət təşkilatlarına, həm də mediaya çox böyük vəzifələr düşür. Çox istiqamətli kampaniyalarla mənfəətə deyil, insanlığı əsas alan bir siyasətə yönəlmək qaçqın problemini həll etmədə ən mühüm addım olacaq.

İstinadlar:
Kerem Congar, İngiltere'deki 'sömürü düzeni' ve 'köle' olarak kullanılan mülteciler, Euronews 15 iyul 2016, http://tr.euronews.com/2016/07/15/ingiltere-deki-somuru-duzeni-ve-kole-olarak-kullanilan-multeciler
Verisk Maplecroft, Modern Slavery Index 2017, 10 avqust 2017, https://maplecroft.com/portfolio/new-analysis/2017/08/10/20-eu-countries-see-rise-modern-slavery-risks-study/
Christopher Tidey, Five-fold increase in number of refugee and migrant children traveling alone since 2010 – UNICEF, UNICEF 17 may 2017,  https://www.unicef.org/media/media_95997.html
Forced labour, modern slavery and human trafficking,  http://www.ilo.org/global/topics/forced-labour/lang--en/index.htm
BBC, Modern kölelik ile yılda 150 milyar dolar, 20 may 2014, http://www.bbc.com/turkce/ekonomi/2014/05/140520_moder_kolelik
Adnan Oktarın “Daily News”də (Cənubi Afrika) yayımlanan məqaləsi

2017-12-28 16:08:38

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top