Anemon bitkiləri və balıqları

Anemon bitkisi həyatı boyu anemon balıqlarını təhlükələrdən qoruyur. O bunun əvəzində balığın ağzından çıxan qida qalıqlarından faydalanır. Bu canlıları bir-birinə uyğun yaradan Allahdır.


Anemon bitkilərinin bığcıqları üzərindəki yandırıcı kapsullara hər hansı bir şey toxunduğu və ya sürtündüyü zaman onlar dərhal açılır və çox güclü zəhər ifraz edir. Bu zəhər çox vaxt canlının iflic olaraq ölməsinə səbəb olur. Anemon bitkilərinin təsir etmədiyi canlılar da var. Məsələn, anemon balıqları anemon bitkilərinin yandırıcı kapsullarının arasında yaşayan nadir canlılardandır. Anemon balıqlarının üzərindəki "şəffaf maddə" bitkidəki yandırıcı kapsulları təsirsiz edir. Bitkiyə yaxınlaşan balıq yavaş-yavaş bitkiyə toxunmağa başlayır. Üzərindəki "şəffaf maddə" sayəsində zəhərdən çox təsirlənməyən anemon balığının məqsədi yandırıcı kapsulların üzərində partlamasını təmin etməkdir. Beləcə anemon balığı bir neçə həmlədən sonra zəhərə qarşı immunitet qazanır və bitki bığcıqlarının arasında yerləşir. Yeni doğulan və anemon bitkilərinə qarşı heç bir immuniteti olmayan anemon balıqları da eyni mərhələlərdən keçir. Anemon balıqları bu həmlələri təsadüfən etməyə qərar versə idilər, nə baş verərdi? Balıq ilk həmlədə, yaxud da sonrakı həmlələrdə partladacağı kapsulların sayını bilmədiyi üçün həddindən artıq zəhər alıb ölərdi. Halbuki belə bir şey baş verməyib. Ortaya çıxdıqlarından bəri anemon bitkiləri və balıqları birlikdə qüsursuz uyğunluq içində yaşayırlar.


Çünki Allah yaratdıqlarını ən yaxşı biləndir, qoruyandır.

2018-02-21 21:58:48

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top