Hindistanda türk izi və hind mədəniyyəti irsi

Hindistan dünyada mədəniyyətinin zənginliyi və ortaya qoyduğu əsərlər baxımından qabaqcıl ölkələrindən biridir. Bu mədəniyyətin yaranmasında Hindistanın öz torpaqlarında yetişən insanların rolu böyükdür. Ancaq yarımadaya kənardan gələn müxtəlif mədəniyyətlərə mənsub insanların da bu zənginliyin meydana çıxmasında az töhfələri olmamışdır. Bunlardan biri də türklərdir.

XI əsrin I yarısında türklər Hindistana maraq göstərməyə və bölgəyə axın etməyə başlamışlar. Hindistana ilk türk İslam yürüşü 1001-ci ildə olmuşdur. O dövrdə aralarında vahid iş birliyi olmayan hind racəları (knyazlıqları) bu hücumlara cavab verə bilməmiş və geri çəkilmişlər. Bir müddət sonra Şimali Hindistanda böyük Türk Sultanlığı qurulmuş və türklərin təsiri cənuba qədər yayılmışdır. Bu dövlətin qurulması Hindistan tarixi və mədəniyyətinə böyük təsir göstərmişdir. Bu təsir nəticəsində Dehli o dövrdə dünyanın mühüm ticarət və mədəniyyət mərkəzləri olan Bağdad, Qahirə və Konstantinopolla (İstanbul) rəqabət aparacaq səviyyəyə gəlmişdi. (1)

Bu dövrdən etibarən memarlıqdan ədəbiyyata, incəsənətdən mətbəx mədəniyyətinə qədər bütün mədəni sahələrdə türk-İslam mədəniyyətinin təsiri hiss edilməyə başlamışdır.
 
Bu gün bu təsirin bariz nümunələrini hələ də görmək mümkündür. Quruluş baxımından çox fərqli olmalarına baxmayaraq, əsrlərlə davam edən hind və türk mədəniyyətinin vəhdəti nəticəsində həmin dillərdə söz mübadilələri olmuşdur. Bəzi sözlər türk dilindən olduğu kimi, bəziləri isə hind dilinin tələffüzünə uyğunlaşdırılmışdır. Hind dilində istifadə edilən türk mənşəli bəzi sözlər aşağıdakılardır:

चाक़ू (caku) – çakı (cib bıçağı), बुक चा (bukca) – boxça, चक़मक़ (cakmak) – çakmak (alışqan), सनदकु  (sanduk) – sanduka / sandıq, तंदरु (tandur) – tandır (təndir), क़वुरमा (kavurma) – kavurdak (qovurma), बुज़ा (buza) – boza, पुलाव (pulau) – pilav (plov), शोरबा (sorba) – çorba (şorba), आग़ा  (aga) – ağa, दादा (dada) – dede (baba), ख़ातुन (hatun) – kadın, hatun (xatun), ज ज ुर#ब (jurrab) – corap (corab), तमनचा (tamanca) – tabanca (tapança), तोप (top) – top.


Hindistanda türk izlərinin ən bariz nümunəsi isə memarlıq əsərləridir. Bu sahədəki nümunələr olduqca çoxdur. Bunlardan biri Dehli Sultanlığının ilk sultanı Qütbəddin Aybək tərəfindən tikdirilmiş Qütb İslam məscididir. Bu məscidlə Hindistandakı hind İslam memarlıq sənətinin əsası qoyulmuşdur. (2) Qütbəddin Aybəkin tikdirdiyi Dehlidəki məşhur "Qütb Minar" minarəsi Məmlük üslubunda qırmızı daşlardan tikilmış, hündürlüyü 72,6 metrdir. Bu minarə o qədər gözəldir ki, Türkiyənin tanınmış jurnalistlərindən biri "Qütb Minarı görən ateist ya iman gətirər, ya da insanın imanı, qətiyyəti, istedadı, ağlı və bütün digər gözəl xüsusiyyətləri qarşısında pərəstişlə əyilməkdən başqa əlindən bir şey gəlməz" deyir. (3)


Qütb Minardan sonra Babürlər dövründə Hindistanın bir çox yerində qalalar, saraylar, qəbirlər, anbarlar, hamamlar, hovuzlar, məscidlər, hətta şəhərlər inşa edilmişdir. Xüsusilə, Əkbər Şahın hökmdarlığı zamanı İran üslubu ilə hind və buddist memarlıq üslubu birləşdirilmiş, nəticədə misli görünməmiş yeni memarlıq üslubu meydana çıxmışdır. Dehlidəki Humayun Qəbiristanlığı, Əkbər Şahın özünə paytaxt etdiyi Fəthpur-Sikri Qalası və Əkbər şahın Aqradakı qəbiristanlığı bu üslubun qabaqcıl nümunələrindən bəziləridir. Həmçinin bənzərsiz gözəlliyi ilə Tac Mahal...


Bütün bu əsərləri qorumaq vəzifəsi Hindistan dövlətinə aid görünsə də, şəxsi təşəbbüslərin əhəmiyyətini göstərən nümunələr də mövcuddur. Bu nümunələrdən biri Heydərabadın keçmiş məliyinin arvadı Əsra Birgendir. Osmanlı xanədanına mənsub ailənin qızı olaraq dünyaya gələn və Heydərabad məliyi Bərəkət şahın ilk həyat yoldaşı olan şahzadə Əsra Birgən Çov Mahal Sarayını (Chowmahalla Palace) əvvəlki ehtişamlı vəziyyətinə çevirməyə nail olmuşdur. (4)


Bu bərpa işlərində memarlar, tekstil mütəxəssisləri, konservatorlar, tarixçilər kimi müxtəlif sahələrdən olan bir çox insanın əməyi olmuşdur. Tarixi əşyaların, kostyumların və sənədlərin toplandığı muzeyə çevrilən saray YUNESKO tərəfindən mükafata layiq görülmüşdür. (5)
İstər türklərə, istəsə də, başqa mədəniyyətlərə aid Hindistandakı bütün əsərləri mədəni irs kimi qəbul etmək və bunlara sahib çıxmaq lazımdır. Bu səbəbdən Hindistandakı keçmiş sivilizasiyaların, bəşəriyyət tarixi üçün əhəmiyyəti olan bir çox nailiyyətlərin, tarixi hadisələrə şahidlik edən əsərlərin, yəni "tarix"in yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün bərpası və qorunması çox vacibdir.
 
Hindistan yarımadasındakı türk irsi bu gün Hindistanın öz əmlakıdır. Bunların qorunması Türkiyə və Hindistan arasında əlaqələri və dostluğu gücləndirəcək önəmli faktor olaraq görülməlidir. Türkiyə də bunun üçün lazımi dəstəyi Hind hökumətinə verməlidir.

Bir ölkənin incəsənət və mədəni irsinin meydana gəlməsi üçün bir neçə əsr tələb olunur. Lakin bu irsin itməsi bəzən bir neçə gün, bəzən daha da qısa müddətdə baş verir. İstər hind, istər türk olsun bütün millətlər öz ərazilərindəki tarixi əsərlərə sahib çıxmalı, bunları bəşəriyyətin ortaq mirası olaraq görməlidirlər. Bu ümumi irs dünyanın harasında olursa olsun, etnik və dini münaqişələrə, sui-istifadələrə, laqeydliyə və zamanın məhvinə qarşı maksimum dərəcədə qorunmalıdır. Bu sayədə müxtəlif millətlərin bir-birinə olan marağı artacaq və dünyada sülh daha da yayılacaq.


İstinadlar:
(1) Rabinovic İ.S., Sorok Vekov İndiiskii Literaturi, Moskova 1969, s. 79.
(2) Francis Robinson, The Mughal Emperors and the Islamic Dynasties of India, Iran and Central Asia, s.77
(3) http://www.ufukotesi.com/yazigoster.asp?yazi_no=20070588
(4) https://www.youtube.com/watch?v=94Dh2k4gbII
(5) http://www.thehindu.com/news/cities/Hyderabad/UNESCO-award-for-Chowmahalla-palace/article15925924.ece


Adnan Oktarın “The Pioneer”də (Hindistan) yayımlanan məqaləsi:
http://www.dailypioneer.com/columnists/oped/turkish-traces-in-india.html

 

2018-04-24 22:19:10
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top