Boz təbliğat və gizli əməliyyatlar

Dövrümüzdə müharibələrin, daxili qarşıdurmaların, çevrilişlərin və üsyanların konkret məqsədlər üçün başlandığı artıq sirr deyil. Ərəb Baharı da daxil olmaqla müxtəlif ölkələrdə başlayan və bəzən hakimiyyətlərin dəyişməsi və ya Yuqoslaviyada olduğu kimi ölkələrin bölünməsi ilə nəticələnən küçə üsyanlarının mütəşəkkil gizli rəhbərlər tərəfindən planlaşdırıldığı ortaya çıxmışdır. Bunun, əlbəttə, bir çox səbəbi var: istismar ediləcək resursları olan ölkələrdə sabitliyi pozmaq, arzuolunmayan, yaxud da qaydalara tabe olmayan hakimiyyətləri devirmək və müharibələr meydana gətirmək.

Bəzi təbəqələr üçün müharibə iqtisadi böhranlar zamanı iqtisadiyyatı canlandırmaq və ya silah bazarını yeniləmək üçün bir növ zərurətdir. Məhz bu məqsədlə məzhəb ayrı-seçkiliyini qızışdırır, daha əvvəl adı çəkilməyən "demokratiya" hərəkatlarını təşkil edir və ya İraqda olduğu kimi kimyəvi silahların olduğuna dair yalanla hərəkətə keçirlər. Daha sonra medianın, xüsusilə sosial şəbəkələri bu məqsəd üçün istifadə edərək dezinformasiya təbliğatına başlayırlar.

Müharibə, münaqişə və üsyanlarda hər zaman ön planda olan təbliğatdır. Təbliğatları ağ, qara və boz olmaqla üç qrupa bölmək olar. Ağ təbliğatın mənbəyi məlumdur və məzmunu nə olursa olsun, ciddi təhdid deyildir. Qara təbliğat dost mənbədən gələn, lakin düşmən münasibəti göstərərək aparılan təbliğat növüdür. Boz təbliğat isə ən hiyləgəridir. Mənbəyi məlum deyil və adətən, uydurma hekayələrə, yəni dezinformasiyaya əsaslanır. Düşmən mənbələri tərəfindən yaradılır və daxildə də müxtəlif yaltaq insanlardan istifadə edilərək aparılır. Hədəf düşməni qaralamaq, alçaltmaq və cəmiyyətdə maraq oyandıraraq qarşı tərəfi məğlub etməkdir.

Bunun ən açıq nümunələrindən biri Körfəz müharibəsində qarşımıza çıxdı. Bəzi məşhur beynəlxalq media orqanları tərəfindən tez-tez istifadə edilən neftə bulaşmış qarabatdaq quşu dövrün simvoluna çevrilmişdi. Bu qarabatdaq quşu ilə Səddam neftlərinin dünyanı nə hala salması ilə bağlı uydurma xəbər ortaya atılmış və bu fotoşəkil Amerikanın qalib gələcəyi Körfəz müharibəsinə bir növ zəmin hazırlamışdı.

Qarabatdaq fotoşəklinin gerçək hekayəsi isə müharibədən sonra ortaya çıxdı. Həmin şəklin Fransa sahillərində neft yüklü tankerin batmasından sonra çəkildiyi məlum oldu. Qarabatdaq Fransa sahillərində tankerdən sızan neftə bulamışdı, Körfəz və ya Səddamla heç bir əlaqəsi yox idi.

Həmin təbliğatın başqa bir nümunəsi də İraq müharibəsinə səbəb olan dezinformasiyadır. 2016-cı ildə açıqlanan Kilkot hesabatı İraq müharibəsinə səbəb kimi göstərilən kimyəvi silahların İraqda heç vaxt olmadığını ortaya çıxardı. Həmin hücumlardan məsul olan Bleyerin üzrxahlığı 2 milyon günahsız insanın həyatını itirməsinin qarşısını ala bilmədi.

İraq kimi Liviya müharibəsi də "Yaxın Şərqin yeni dizaynı" layihəsinin bir hissəsi idi. Bu müharibənin də İraqda olduğu kimi tamamilə yalan və uydurma kəşfiyyata əsaslandığı və NATO-nun Liviyadakı müxalifləri silahlandırıb dəstəklədiyi İngiltərə parlamentinin hesabatı ilə təsdiqləndi. Ancaq bu hesabat ortaya çıxana qədər uydurma səbəblər əsasında İngiltərənin Kiprdəki Akrotiri və Dikelya hərbi bazalarından havaya qalxan İngiltərə təyyarələri Liviyada 15.000 mülki şəxsi bombaladı. İngiltərə hökuməti iş işdən keçdikdən sonra hadisənin real olmadığını etiraf etdi. Bu isə 15 min şəhid verilməsinə və heç vaxt sabitliyinə qovuşmayacaq bir Liviya meydana gəlməsinə səbəb oldu.

İranda Müsəddiq çevrilişi, Qəddafiyə qarşı çevriliş də müxtəlif boz təbliğat nümunələri ilə ön plana çıxmışdı. Əlbəttə, bu nümunələrin verilməsində məqsəd nə Səddam, nə də Qəddafi kimi diktatorları müdafiə etmək deyil. Boz təbliğatın demokratiyaya zidd və yalnız şiddət ehtiva edən qorxunc metodları və bunun mütəşəkkil şəkildə baş verdiyini nümayiş etdirməkdir.

Türkiyədə baş verən “15 İyul” dövlət çevrilişi cəhdi də FETÖ terror təşkilatını uydurma xəbərlərlə dəstəkləyən boz təbliğata məruz qalmışdı. Bəzi məşhur beynəlxalq media orqanlarında hələ çevriliş təşəbbüsü davam edərkən çevrilişin uğurlu olduğuna dair yalan xəbərlər çıxmağa başlamışdı. Tanınmış şəxslər prezident Ərdoğanın xarici ölkəyə qaçdığına dair məlumat yaymışdılar. Çevriliş cəhdi davam edərkən başda “New York Times”, “The Guardian”, “Time”, “CNN”, “BBC”, “Washington Post”, “The Times” və “Der Spiegel” kimi mətbu orqanlarda çevriliş təşəbbüsünü dəstəkləyən onlarla yayıma yer verilmişdi. Dövlət çevrilişi cəhdinin uğurlu olacağına əmin şəkildə verilən bu xəbərlər türk xalqının böyük reaksiyasına səbəb oldu.

Son dövrdə Türkiyənin Suriyada həyata keçirdiyi Afrin əməliyyatı çərçivəsində də dezinformasiya və boz təbliğat fəaliyyətləri diqqət çəkir. Xüsusilə sosial şəbəkələrdəki yalan xəbərlər “Gezi Parkı” hadisələrində rast gəlinən mənzərədir. Məşhur media orqanlarında Afrin əməliyyatı və Türkiyə əleyhinə çıxan propaqanda yazıları Türkiyənin haqlı hərbi əməliyyatının əleyhinə hazırlanan mütəşəkkil əməliyyatdır.

Bu gün olduğu kimi bundan sonra da bəzi təbəqələrin dezinformasiya üsulları ilə qarşı-qarşıya qalacağıq. Bundan sonra ümid edirik ki,bBunlar böyük müharibə və üsyanların səbəbi olmaz. Xüsusilə Yaxın Şərq xalqları yaşadıqlarından dərs çıxarar və bu cür tələlərə düşməzlər. Ancaq dezinformasiya planlarını pozmaq üçün də yollar var. Bunlardan birincisi yalan informasiyaların və baş verən hər cür propaqandanın dərhal ifşa edilməsi, xüsusilə buna məruz qalan dövlətin əli ilə bu işin aparılmasıdır. İkinci və ən vacib üsul isə xalqın qəlbini qazanmaq və milli şüurun formalaşdırılmasıdır.
 
Dezinformasiya milli şüuru qazanmış türk xalqında “Gəzi parkı” hadisələrində, “15 iyul” dövlət çevrilişi cəhdində, Afrin əməliyyatında da təsirli olmadı. Milli şüurun formalaşdığı millətlərdə dövlətə sədaqət güclüdür. Həmin dövlətlər hər hansı xarici müdaxilə ilə məhv olmaz. Buna görə xaricdən və ya hiyləgər agentlər vasitəsilə daxildən həyata keçirilən hücumlara qarşı mütləq hər bir ölkədə dövlət sisteminin güclü, millətdə milli və mənəvi bağlılığının möhkəm olması əsasdır.

Adnan Oktarın “The Pioneer”də yayımlanan məqaləsi:
http://www.dailypioneer.com/columnists/oped/grey-propaganda-and-insidious-operations.html

 

2018-05-15 21:06:39
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top