Kainatda qüvvələrin qüsursuz tarazlığı

Zəif nüvə qüvvəsi nədir?
Elektromaqnit qüvvəsinin həssas tarazlığı daha çox və ya daha az olsa idi, nə baş verərdi?


Kainat qanunlarını nizamlayan qüvvələr incəliklə tənzimlənmiş ölçülərə sahibdirlər. Bu ölçülər Allahın rəhməti ilə bir-biri arasında çox həssas nisbətlərdə tarazlanıblar.


Elektromaqnit qüvvəsi


Məlum olduğu kimi, canlı-cansız bütün varlıqlar atom adlanan əsas quruluş vahidindən əmələ gəlir. Atom protondan ibarət nüvədən və nüvənin ətrafında orbitləri üzrə dövr edən elektronlardan təşkil olunmuşdur. Bir atomun nüvəsindəki proton sayı həmin atomun növünü müəyyən edir. Məsələn, 1 protonu olan atoma hidrogen atomu, 2 protonu olan atoma helium atomu, 26 protonu olan atoma isə dəmir atomu deyilir. Bu, digər bütün elementlərə də aiddir.


Atomun nüvəsindəki protonlar müsbət, ətrafında dövr edən elektronlar isə mənfi elektrik yüklüdürlər. Proton və elektronun əks elektrik yükü aralarında cazibə əmələ gətirir və bu cazibə elektronları atom nüvəsinin ətrafındakı orbitlərdə saxlayır. Əks elektrik yüklü proton və elektronları bir-birinə bağlayan bu qüvvəyə elektromaqnit qüvvəsi deyilir. 


Atomun daxilində protonları və elektronları bir-birinə bağlayan qüvvə elektromaqnit qüvvəsidir. Atom nüvəsinin ətrafındakı elektron orbitlərinin xüsusiyyətləri atomların öz aralarında hansı rabitələri quraraq hansı molekulları əmələ gətirəcəyini müəyyən edir. Kainatdakı dörd əsas qüvvədən biri olan elektromaqnit qüvvəsi daha az olsa idi, yalnız az miqdarda elektron nüvənin ətrafındakı orbitlərdə qalardı. Bu qüvvə bir az çox olsa idi, onda heç bir atom digər atomlarla birləşmək üçün orbitini paylaşa bilməzdi. Hər iki halda da həyat üçün lazım olan molekullar əmələ gəlməzdi.  
Güclü nüvə qüvvəsi atomun nüvəsindəki proton və neytronları bir arada saxlayan kainatın ən böyük qüvvəsidir. 


Güclü nüvə qüvvəsi


Güclü nüvə qüvvəsi atomun nüvəsindəki proton və neytronları bir arada saxlayan qüvvədir. Daha əvvəl də bəhs etdiyimiz kimi, protonlar müsbət elektrik yüklü zərrəciklərdir. Elektromaqnit qanununa əsasən, əks elektrik yüklü zərrəciklər bir-birilərini cəzb edir, eyni elektrik yüklü zərrəciklər isə bir-birilərini itələyirlər. Yəni elektron və protonlar bir-birilərini cəzb edir, lakin protonlar digər protonları, elektronlar da elektronları itələyirlər.


Bir çox atom növündə nüvəni təşkil edən onlarla proton bir-birinə bitişik vəziyyətdədir. Təbii ki, bu protonlar bir araya gələr-gəlməz böyük enerji ilə bir-birilərini itələməli və uzaqlaşaraq dağılmalı idilər. Ancaq bu, baş vermir. Atomun nüvəsindəki protonlar bir-birinə bitişik halda dururlar. Çünki onları bir-birinə bir növ yapışdıran və elektromaqnit itələmə qüvvəsindən də daha güclü olan bir qüvvə var – güclü nüvə qüvvəsi. Atom bombası və ya hidrogen bombası partlayışları güclü nüvə qüvvəsinin yaratdığı təsirlərdəndir.


Güclü nüvə qüvvəsi kainatdakı ən güclü qüvvədir. Bu qüvvənin gücünü atom bombalarında, hidrogen bombalarında görmək mümkündür. Bu enerjinin mənbəyi Günəşin 4,5 milyard ildən bu günə qədər sərf etdiyi və bundan sonra da sərf edəcəyi 5 milyard illik yanacağa bərabərdir. Bu böyük qüvvənin qarşılığı kainatda qavranılması çətin olan rəqəmlərdən biridir. Güclü nüvə qüvvəsi sabitinin ölçüsündə 0,01 azalma və ya artma olsa idi, həyatın ən əsas elementi olan karbon mövcud olmazdı. Daha ciddi ölçüdə dəyişikliklərin yaranması isə bütün fiziki qanunların dəyişməsinə və kainatdakı tarazlıq və nizamın alt-üst olmasına səbəb olardı. 


Atom nüvəsini bir arada saxlayan bu güclü nüvə qüvvəsi ilə elektromaqnit qüvvəsi arasındakı nisbət də çox həssas ölçülərlə tənzimlənmişdir.  


Güclü nüvə qüvvəsi daha zəif olsa idi...


Güclü nüvə qüvvəsi daha zəif olsa idi, yuxarıda da bildirdiyimiz kimi, atom nüvəsini təşkil edən protonlar bir arada qalmaz və elektromaqnit qüvvəsinin təsiri ilə bir-birlərini itələyərək kosmosa dağılardılar. Belə olduqda isə nüvəsində birdən çox proton olan heç bir atom olmazdı. Bu səbəbdən, kainatdakı yeganə element bir protonlu hidrogen olardı.


Güclü nüvə qüvvəsi elektromaqnit qüvvəsindən daha güclü olsa idi...


Güclü nüvə qüvvəsi elektromaqnit qüvvəsindən daha güclü olsa idi, bu səfər kainatda bir protonlu atomlar, yəni hidrogen atomları mövcud olmazdı. Çünkü nüvə qüvvəsi elektromaqnit qüvvəsindən güclü olduğundan kainatdakı bütün protonlar bir-birinə birləşər və bir protonlu hidrogen atomları əmələ gəlməzdi. Belə halda, ulduzlar və qalaktikalar əmələ gəlsələr belə, indiki quruluşda olmazdılar. Əslində, bu əsas qüvvələr və fiziki dəyişənlər indiki ölçüdə olmasa idilər, heç bir ulduz, ifrat yeni ulduz, planet və atom əmələ gəlməzdi. Nəticədə də həyat olmazdı.


Zəif nüvə qüvvəsi


Kainatdakı digər əsas qüvvə olan zəif nüvvə qüvvəsi də həssas nizamlanmış ölçüdədir. Zəif nüvə qüvvəsi bəzi elementar zərrəciklərin daşıdığı radioaktiv parçalanmaya səbəb olan bir qüvvədir. Zəif nüvə qüvvəsinin səbəb olduğu radioaktiv parçalanmaya misal olaraq neytronların bir proton, bir elektron və bir antineytrinoya ayrılaraq parçalanmasını göstərə bilərik.


Buradan da aydın olduğu kimi, atomun nüvəsindəki əsas zərrəciklərdən biri olan neytron sadaladığımız 3 zərrəciyin birləşməsindən əmələ gəlir. Zəif nüvə qüvvəsi isə neytronların bu zərrəciklərə parçalanmasına səbəb olur. Lakin zəif nüvə qüvvəsinin ölçüsü bu prosesin qarşısını alacaq həssaslıqda nizamlanmışdır.


Elementar zərrəciklərin malik olduğu zəif nüvə qüvvəsi hal-hazırda içində yaşadığımız kainatın meydana gəlməsi üçün olduqca həssas ölçüdə yaradılmışdır.


Zəif nüvə qüvvəsi daha güclü olsa idi...


Zəif nüvə qüvvəsi daha güclü olsa idi, neytronlar daha asan parçalanar və kainatda nadir hallarda mövcud olardılar. Belə olduqda isə Biq Bənqdən etibarən nüvəsində 2 neytron olan çox az sayda helium əmələ gələr və ya heç əmələ gəlməzdi. Məlum olduğu kimi, helium hidrogendən sonra ən yüngül ikinci elementdir. Lazımi miqdarda helium olmadıqda isə həyat üçün zəruri olan ağır elementlər ulduzların nüvəsində hasil edilməzdi. Çünki karbon, oksigen, dəmir kimi ağır elementlər, əvvəlki başlıqlarda da bildirdiyimiz kimi, helium nüvələrinin nəhəng ulduzların mərkəzində bir-biri ilə birləşməsi nəticəsində əmələ gəlirlər. Yəni helium bir növ digər elementlərin quruluş vahididir. Bu səbəbdən, helium olmasa idi, həyat üçün zəruri olan ağır elementlər də əmələ gəlməzdi. 


Əgər elektromaqnit qüvvə daha güclü və ya zəif olsa idi, atomlar bir-biri ilə birləşməzdilər. Nəticədə isə həyat üçün lazımi molekullar əmələ gəlməzdi. Sonsuz hikmət sahibi olan Allah Quranda göylərin və yerin bir məqsədlə yaradıldığını bir çox ayədə xəbər vermişdir:


Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir. Odur ki, Sən (onları) gözəl tərzdə bağışla.  (Hicr surəsi, 85)


Zəif nüvə qüvvəsi daha zəif olsa idi...


Zəif nüvə qüvvəsi daha zəif olsa idi, Biq Bənq hidrogenin çoxunu, hətta hamısını heliuma çevirər və nəticədə ulduzlarda hasil edilən ağır elementlərin miqdarı həddindən çox artardı. Belə olduqda isə, həyat olmazdı. 


Zəif nüvə qüvvəsinin həssas ölçüsünün bu qədər mühüm olmasının bir səbəbi də onun neytrino adlanan elementar zərrəciklərə təsiridir. Neytrinolar ulduzların nüvəsində əmələ gələn və həyat üçün zəruri olan ağır elementlərin ifrat yeni ulduz partlayışları ilə kosmosa atılmasında əsas rol oynayırlar. Kainatda neytrinolara təsir edən yeganə qüvvə zəif nüvə qüvvəsidir.


Əgər zəif nüvə qüvvəsi daha zəif olsa idi, neytrinolar cazibə sahəsinə daxil olmadan sərbəst hərəkət edərdilər. Nəticədə isə, ifrat yeni ulduz partlayışı zamanı ulduzun xarici təbəqələri ilə kifayət qədər reaksiyaya girmədən qaçar, bu da ağır elementlərin kosmosa atılmasının qarşısını alardı. Əgər zəif nüvə qüvvəsi bir az daha güclü olsa idi, neytrinolar ifrat yeni ulduzların mərkəzlərində cəzb olunub qalar və həyatın quruluş vahidi olan ağır elementlər kosmosa atılmazdı. 


Kainatdakı bütün tarazlıqlar təsadüflə əsla açıqlanmayacaq qədər möcüzəvidir 


Kainatda gördüyümüz tarazlıqlarda 1, hətta 2 fazilik belə fərqin olmaması sistemin nə qədər möhtəşəm olduğunu göstərir. Bundan əlavə, bu tarazlıqların dünya yarandığı andan bəri heç dəyişməməsi, həssas nizamın hər zaman eyni ölçülərdə qorunması, əsla səhvin baş verməməsi bu qeyri-adiliyi daha da vurğulayır. Bütün bunlar, kainatın dəqiqliklə nizamlandığını və həssas tarazlıqda qurulduğunu sübut edir. Əlbəttə, belə möcüzəvi tarazlığın təsadüfən əmələ gəldiyini, öz-özünü nizamladığını iddia etmək ağılsızlıq olar. Bu qüsursuz tarazlıq sonsuz elm və qüdrət sahibi olan yaradıcı tərəfindən qurulmuş və nizamlanmışdır. O yaradıcı, göyü üstün qüdrəti ilə var edən Allahdır. Ayədə belə buyurulur:


Göylərin və Yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Furqan surəsi, 2)

 

2018-06-27 21:23:01
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top