Mədəniyyətlərarası sülhün yaradılması  və bunda türk millətinin rolu

1990-cı ildən etibarən bəzi analitiklər dünyanın Qərb-İslam toqquşması ilə qarşı-qarşıya olduğunu irəli sürmüşdülər. Diqqətlə baxsaq, son dövrdə Qərb və İslam mədəniyyətləri arasında baş verə biləcək hər hansı bir toqquşmanı terrorla əlaqələndirmək istəyini duyarıq.
 
Dəyişən dünya sistemi
 
20-ci əsrin sonlarında SSRİ-nin dağılmasından sonra dünyanın siyasi gələcəyinin necə olacağı sualı ortaya çıxmışdır. Bu mövzuda çox müxtəlif fikirlər irəli sürülmüşdür. Ortaya atılan ssenarilərdəki ortaq mövzu bütün materialist ideologiyalarda olan "mübarizə" anlayışının beynəlxalq münasibətlərə tətbiq olunmasıdır. İnkişafın ən mühüm şərti olaraq mədəniyyətlər arasındakı ixtilaf və konfliktləri göstərən bu anlayış keçən əsrdə böyük rol oynayan bütün siyasi fikirlərin təməlini təşkil edirdi.
 
Ziddiyyət və konflikti əsas götürən bu siyasi fikir tarix boyunca bir çox İslam və xristian xalqları arasında münaqişələrin baş verdiyini irəli sürür. Bu düşüncəyə görə 1-ci və 2-ci Dünya müharibələri və ya Soyuq Müharibə dövrləri, əslində, Qərbin daxili məsələləridir və bu problemlər həll edildikdən sonra keçmişdən qalan əsl mübarizəyə qayıdacaqlar.
 
Qərb-İslam mədəniyyətlərinin toqquşmasına hazırlıq görülməsi
 
Amerikalı siyasətçi Samuel Hantinqtonun məşhur “Mədəniyyətlərin toqquşması” tezisinin əsas mövzusu da budur. Hantinqton dünyada konfliktlərin yaşandığını, bunun dünyanı müəyyən cəbhələrə ayırdığını söyləyir.
 
1980-ci illərin sonunda iki qütblü dünya sisteminin ortadan qalxması ilə dünyada ideologiyaların təsiri sona çatdı. Bunu nəzərə alaraq Hantinqton bundan sonrakı konfliktlərin ideologiyalar arasında yox, sivilizasiyalar arasında reallaşacağını iddia edirdi. Hantinqton "sivilizasiyaları müəyyən edən xüsusiyyətin din olduğunu" vurğulayarkən, əslində, nəyi izah etmək istədiyi çox açıqdır: "İslam və xristian dünyaları arasında  baş verə biləcək bir müharibə"...
Onun fikrincə, Bosniya və Herseqovinada olanlar, həmçinin  İraqla Qərb dünyası arasında yaşanan Körfəz problemi cəmiyyətin gələcəkdə qarşılaşacağı mədəniyyətlərarası müharibənin bir növ başlanğıcıdır.(www.islamterorulanetler.com)
 
Halbuki bütün bunlar uydurma bir ssenaridən başqa bir şey deyil. Əslində, İslam və Qərb mədəniyyəti arasında toqquşma ola bilməz. Çünki Qərb mədəniyyətinin əsasını təşkil edən yəhudi-xristian inancı İslamla əks mövqedə deyil. Əksinə, aralarında bənzərlik və eynilik vardır. Konfliktlərə səbəb ola biləcək etnik və mədəni fərqlər isə danışıqlarla həm "mədəniyyətlərarası”, həm də dünyada sülhün bərqərar edilməsi üçün faydalı olacaq.
 
Bir-birinə zidd siyasət fayda verməz
 
İnsanların adət-ənənələri və inancları ölkədən ölkəyə, hətta bir ölkənin daxilində belə çox müxtəlifdir. Buna görə də cəmiyyətlər və sivilizasiyalar arasında tarixi, mədəni, etnik fərqlərin olması qaçılmaz bir həqiqətdir. Bəzən də bu fərqliliklər konfliktlərə çevrilə bilir. Dünya tarixinə baxsaq bu konfliktlərin dövlətlər arasında böhranlara, hətta bəzən müharibələrə çevrildiyini görərik. Əlbəttə, bu, arzuolunmaz haldır. Buna görə də belə zamanlarda sülhsevər siyasi addımlar lazım olduğu halda, konflikti artıracaq bəzi nəzəriyyələr yazmaq və bunları sosial elmlərlə əsaslandırmağa çalışmaq çox zərərlidir.
 
Hantinqtonun “Mədəniyyətlərin toqquşması” əsəri elmə, ağıla əsaslanmayan və heç bir vicdani dəlili olmayan bir nəzəriyyədir. Tarix boyu dünyanın hər bölgəsində müxtəlif sivilizasiyalar olmuş, bu sivilizasiyalar bir-biriləri ilə sosial və iqtisadi əlaqələr qurmuş, bir çox mədəniyyətlərə təsir etmişdir. Hər irq, hər soy, hər millətin fərqli mədəniyyəti vardır. Hər mədəniyyətin fərqli xüsusiyyəti var və mədəniyyətlər qarşılıqlı şəkildə biri-birilərinə təsir edirlər.
 
Bu konfliktlərə misal olaraq, 20-ci əsrin ən böyük qanlı hadisələrinə səbəb olan kommunizmi göstərə bilərik.  Halbuki bu gün insanların konfliktə yox, sülhə ehtiyacı var. Bu sülh üçün lazım olan modeli isə uzaqda axtarmağa ehtiyac yoxdur. 500 il ərzində idarə etdiyi hər bölgəyə sülh və ədalət gətirən Osmanlı idarəçilik üsuluna bənzər idarəetmə və Türk-İslam əxlaqı irəli sürülən “mədəniyyətlərin toqquşmasını” “mədəniyyətlərarası dostluğa” çevirə bilər.
 
Samuel Hantinqton “Mədəniyyətlərin toqquşması” tezisini irəli sürərərək bu mübarizənin Orta Şərq və Avrasiyada baş verəcəyini deyirdi. Onun fikrincə, Avropadakı ideologiya əsaslı bölünmələr sona çatdığı zaman Avropanın xristianlığı ilə İslam mədəniyyəti arasındakı fərqlər yenidən ortaya çıxacaq və gələcəkdə baş verəcək konfliktin cəbhələri keçmişdə olduğu kimi bu gün də Avrasiyadan görünəcək.
 
Osmanlının gətirdiyi sülh (Pax Ottomana)
 
Keçmişə baxanda Orta Şərqin və ümumilikdə Avrasiyanın 20-ci əsrə qədər Osmanlı hakimiyyətində dövründə sakit bir dövr keçirdiyini görürük. Hantinqtonun bu konseptdəki konflikt nəzəriyyəsinin əksinə inanc və etnik cəhətdən dünyanın ən qarışıq bölgəsi olan bu torpaqlar Osmanlı İmperiyasının hakimiyyəti dövründə dinc, təhlükəsiz və sülh içində olub. 1514-cü ildə Yavuz  Sultan Səlimin Qüdsü və ətraf əraziləri fəthindən sonra Fələstində təxminən 400 il davam edən bir Osmanlı hakimiyyəti başladı. Bu dövr Osmanlının digər əyalətlərində də olduğu kimi Fələstində də sülhü, sabitliyi və "müxtəlif inanclı insanların birlikdə sülh şəraitində yaşamasını” təmin etmişdir.
 
Təkcə bu bölgələr yox, eyni zamanda Qafqaz ölkələri, Balkan ölkələri kimi problemli bölgələr da Osmanlı hakimiyyətində olan ərazilər idi. İmperiyanın ərazisi bir müddət 24 milyon km²-ə çatmışdı. 600 illik tarixində 400 il ən böyük əraziləri əlində saxlayan, tənəzzül dövründə, yəni 200 il ərzində belə çox da torpaq itirməyən, süqut dövrü olan 20-ci əsrin əvvəllərinə qədər təsir gücünü qoruyan Osmanlı imperiyasına "dünya dövləti" adını vermək mümkündür. Samuel Hantinqton da adı keçən tezisində bu konfliktin ancaq regionda keçmişdə olduğu kimi Osmanlıya bənzəyən bir quruluşla düzəldilə biləcəyini qeyd edir.
 
Hantinqton, "İslam dünyasının əsrin ilk onilliyinə qədər lider bir dövləti var idi. Bu da açıqdır ki, bu dövlət Osmanlı İmperiyası idi" sözlərində bu həqiqəti açıq-aşkar bildirmişdir. (S. Hantinqton, 1997-ci ildə Türkiyədə, “Sermaye Piyasası” təşkilatında verdiyi konfransdan)
 
Şübhəsiz ki, bu cür böyük bir dövlətin bu qədər uzun ömürlü olmasını ancaq silahlı gücə bağlamaq doğru olmaz. Osmanlı İmperiyasını "dünya dövləti" adına layiq edən faktorların içində gücünün əsasını təşkil edən mənəvi dəyərlər də var. Bunun səbəbi Osmanlı İmperiyasının "millət sistemi" adı verilən bir sistemlə idarə edilməsi və bu sistemin ən fundamental xüsusiyyətinin fərqli inanclara sahib insanlara öz inanclarının və hətta hüquqlarının tələb etdiyi şəkildə yaşamaq imkanının verilməsi idi. Quranda "Kitab əhli" olaraq adlandırılan xristianlar və yəhudilər Osmanlı torpaqlarında ədalət, təhlükəsizlik və azadlığa nail oldular.
 
Bu həqiqət İngilis qəzeti “The Guardian”da nəşr olunan bir məqalədə da dilə gətirilib. Məqalədə son hadisələrdən sonra Balkan ölkələrində, Orta Şərq və Şərqi Aralıq dənizi ərazisində yaşayan xristianların Osmanlını "şam işiğı ilə axtardıqları" bildirilir. “The Guardian” Osmanlı İmperiyasının hakimiyyəti altında olan ərazilərdə hökümətin ədalətli davranışları ilə əlaqəli olaraq bu sözləri bildirmişdir:
 
"Bu əsrin əvvəlində imperiyanın süqutu ilə sərhəd ərazilər (Balkan ölkələr, Şərqi Anadolu, Şərqi Aralıq dənizi ölkələri) sərbəst oldular. Bu imperiyanın süqutunun mənfi nəticələri həmişəkindən daha çox hiss edilir."
 
Osmanlı dövləti müsəlmanlar tərəfindən idarə olunan İslam dövləti olmağına baxmayaraq, əhalisini məcburi şəkildə müsəlmanlaşdırmaq kimi bir məqsədi yox idi. Əksinə, Osmanlı  qeyri-müsəmanlara da təhlükəsiz və rahat həyat təmin etməyi, onları ədalətlə və İslamdan razı olacaqları şəkildə idarəetməyi qarşısına məqsəd qoymuşdu.
 
Tarix, Türk-İslam əxlaqının Orta Şərqə ədalətli, rahat bir həyat bəxş edən yeganə sistem olduğunu göstərir. Avropa “Osmanlının gətirdiyi sülhü” bu gün hələ də geriyə qaytara bilmir. Buna görə də Orta Şərqə sülhün gəlməsinin yolu sülhsevər və ədalətli  Osmanlı modelinin yenidən hakim olmadısıdır.
 
Türkiyənin vizyonu
 
Bu gün dəyişən dünyada Türkiyə bütün Orta Şərqdə, Balkan ölkələrində, Qafqaz ölkələrində və Orta Asiyada sülhü təmin edə biləcək tarixi bir təcrübəyə sahibdir. Türkiyənin sahib olduğu coğrafi  miras Adriatik dənizindən Çin Səddinə qədər dünyanın ən mühüm və ən stratejik regionlarını əhatə edir. Türk milləti bu regionda insanların unuda bilməyəcəkləri bir mədəniyyətin də varisidir. Türklər hakim olduqları torpaqlarda sahib olduqları mədəniyyətlə hər dövrdə və hər şəraitdə etibarlı, dostcasına bir iz qoyublar. 21-ci əsrdə Türk millətini irəliyə aparacaq olan da bu yüksək əxlaqi keyfiyyətləri özündə cəmləşdirən, Osmanlıdan miras qalmış İslam əsaslı mədəniyyətdir.

2010-09-29 10:06:06

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com