İSRAİLİN YAXIN ŞƏRQ STRATEGİYASI VƏ SURİYA

Hafiz Əsədin ölümündən sonrakı Suriyada bundan sonra nələr olacaq? Hafiz Əsədin oğlu və qardaşı arasındakı iqtidar mübarizəsi daha güclü ölçülərə çatacaqmı? Suriyada daxili çaxnaşmaların baş vermə ehtimalı varmı? Bu suallar önümüzdəki günlərdə daha tez-tez müzakirə ediləcək.

 

Ancaq bütün bu müəmmalar altındaYaxın Şərqin ən təsirli güclərindən biri olan və daim qonşularının daxili məsələlərinə müdaxilə etməsiylə tanınan İsrailin görəsən yeni planlarıvarmı? Əsədin nə qədər ömrünün qaldığını hesablamaq üçün bütün üsullardan istifadə edən Mossad, Əsəddən sonrakı Suriya üçün nə kimi bir planlara sahibdir?

 

İsrailin Qorxusu

 

İsrail Yaxın Şərqdə sanki Müsəlman dənizinin ortasında bir adada yaşayır və varlığını davam etdirə bilməsi, Müsəlman ölkələrin zəif və passiv qalmasına bağlıdır. İndiyə qədər ABŞ-ın gücü sayəsində qarşı-qarşıya olduğu təhlükələri asanlıqla uzaqlaşdıra bilmişdir, amma uzun vədədə İsrailin tutduğu bu yol yetərsiz ola bilər. 20 il, 30 il və ya 50 il sonra içində yaşadığı "Müsəlman dənizi"nin daha güclü, mərkəzləşmiş bir şəkildə İsraili əhatə etməyəcəyinə heç birzəmanət yoxdur.

 

Potensial olaraq hər bir İsraillinin beyninin bir küncündə özünə yer tutmuş bu qorxu, İsrailli psixoloq professor və politoploq Benjamin-Beit Hallahmiyə görə bir növ "Hıttin Sindromu"dur. Hıttin Müharibəsi - 88 il əvvəl Qüdsdə qurulan və bir əsrdən çox ömür sürən Xaçlı Krallığının 1187-ci ildə Səlahəddin Eyyubinin orduları tərəfindən məğlub edildiyidöyüş idi. Güclühərbi güc sayəsində Qərbdən gələrək Qüdsü işğal edən Xaçlı qüvvələr, nəticədə Fələstindən uzaqlaşdırılmışdı. Eyni hadisənin uzun vədədə İsrailin başına gələ bilməyəcəyinə isə heç kim zəmanət vermir. Benjamin Beit-Hallahmi belə deyir:

 

"1187-ci ildəki Hıttin Mühaaribəsi bu gün Yaxın Şərqdə demək olar ki, heç kəs tərəfindən unudulmayıb. Bu, Selahaddinin Xaçlı ordusunu məğlub etdiyi böyük döyüşdür. Hıttin bu gün İsraildə, Təbəriyyə gölü yaxınlığındadır. Ancaq bu böyük döyüşün baş verdiyi yerə, yoldan keçənlərə bu tarixi hadisəni xatırladacaq heç bir işarə, heç bir yazı qoyulmamışdır. Çünki İsraillilər Hıttini xatırlamaq, Hıttin haqqında düşünmək belə istəməzlər. Çünki bu döyüş onlara daim Hıttin döyüşünün yeni bir bənzərinin başlarına gələ biləcəyi ehtimalını xatırladır."(Benjamin Beit-Hallahmi. The Israeli Connection: Who Israel Arms and Why?  s. 248)

 

 

Bu səbəbdəndir ki, İsrailin 1950-ci illərdən bu yana əsas məntiqini qətiyyən dəyişdirmədən tətbiq etdiyi strategiyası - Yaxın Şərqdəki Müsəlman-Ərəb dünyasını özünə qarşı birləşmiş bir cəbhə meydana gətirməkdən uzaq tutmaq idi. Buna görə də Müsəlman-Ərəb dünyasını birləşdirməyə və İsrailə qarşı fəaliyyətə keçirməyə çalışan bütün cərəyanlar İsrailin hər zamanbir nömrəli düşməni olub. Belə cərəyanınilk nümunəsini Misir lideri Nasirin təsiriylə 1950-ci illərdə başlayıb 70-ci illərə qədər təsirini davam etdirən anti-imperialist və sosialist əsaslı Ərəb milliyyətçiliyi dalğası idi. 1980-ci ilərdə isə 2-ci belə bir dalğa ortaya çıxdı. Bu dəfə isə İslami bir cərəyan olaraq və İsrailə qarşı aşkar strateji bir təhdid olaraq ortaya çıxdı. 90-cıillərdə daha da güclənən bu cərəyan,bu gün İsrail üçün demək olar ki, ən əsasuzun vədəli strateji təhdidi meydana gətirir.

 

Yaxşı, bəs ən təhlükəlistrateji təhdid olaraq qəbul etdiyi bu düşmənə qarşı İsrail nə kimi regional tənzimləmə siyasəti izləyir? Yaşadığı coğrafiyada, yəni Yaxın Şərqdə qonşularına və digər Ərəb və Müsəlman dövlətlərə qarşı hansı siyasi tənzimlənmə mexanizminə sahibdir?

 

Bu problemin cavabı tapmaq üçün əvvəlcə yaxın keçmişə nəzər salmaq lazımdır.

 

İsrailin Müstəmləkəçilərlə İttifaqı

İsrail qurulduğu gündən etibarən onu təhdid edən "Hıttin Qorxusu"na qarşı laqeyd qalmadı. Yəhudi dövləti sanki "Müsəlman dənizi" mövqeydə olan Yaxın Şərqdə həyatda qala bilmək üçün geniş miqyaslı "daimilik strategiyası" formalaşdırdı. Strategiya - Yaxın Şərqölkələrinin İsrailə qarşı birləşmiş cəbhə halına gəlməkdən uzaq tutulmasınınəzərdə tuturdu.

 

İsrail liderlərinin bu məqsədlə 1950-ci illərdə ortaya qoyduqları "həll yolu", Yaxın Şərqin sadəcə müstəmləkə bölgəsi olaraq qalmasını təmin etmək idi. İsrail Baş naziri Ben-Qurion 1956-cı ilin Oktyabrında Fransa və İsrail liderləri arasında keçirilənSevr Konfransında ortaya atdığı Yaxın Şərq"məskunlaşma" planında belə bir təklif gətirmişdi:

 

"İordaniyanın mövcud olma haqqı yoxdur və bölünməlidir. İordan çayının şərq sahiliİraq ərazisinə daxil ediləcək və Ərəb köçkünləri bura yerləşəcək. Qərbi Şəriyə (çayın qərb sahili) muxtar vilayət kimi İsrailə veriləcək. Livan isə Xristian bölgəsindətarazlığını pozan Müsəlman bölgələrdən xilas olacaq. İraq, Şərqi Şəriyə və Ərəb yarımadasının cənubu İngilislərin olacaq. Süveyş Kanalı beynəlxalq statusa malik olacaq və Qırmızı dəniz boğazları İsrail idarəsi altına alınacaq."(Benjamin Beit-Hallahmi. The Israeli Connection. s. 5)

 

Bir sözlə Ben-Qurion Yaxın Şərqin İsrail baxımından etibarlı hala gətirilməsi üçün bəzi bölgələrin İsrail tərəfindən işğal edilməsini, bəzi bölgələrin də İngiltərə kimi Qərbl gücləri tərəfindən yenidən müstəmləkələşdirilməsini istəyirdi. Yəni bölgə təkrarən müstəmləkələşdiriləcək və İsrail bu işin reallaşmasına kömək edəcək. Hayfa Universitetindən Benjamin Beit-Hallahmi bu mövzuda belə deyir: "1950-ci illərin əvvəllərindən etibarən İsrail liderləri Üçüncü Dünya ölkələrində və Yaxın Şərqdə müstəmləkəçiliyin ləğvinə yönəlikbütün fəaliyyətlərinİsrail üçün təhdid ünsürü olduğunun fərqində idilər və buna görə davranırdılar."(Benjamin Beit-Hallahmi. The Israeli Connection. s. 5)

 

İsrail bu strtategiyanın tələblərinə uyğun olaraq 1950-ci illər boyu Yaxın Şərqdəki müstəmləkəçi güclərlə, yəni Fransa və İngiltərə ilə bu sahədə də əməkdaşlıq etdi. Fransanın Əlcəzairdəki müstəqillik hərəkatını yatırdmaq üçün həyata keçirdiyi qanlı müharibənin və Müsəlmanlara qarşı reallaşdırdığı qırğınların ən böyük dəstəkçisi İsrail idi. İsrail 1956-cı ildəİngiltərə və Fransa ilə ittifaq halında Misirə hücum etdi.

 

Lakin İsrailin 1950-ci illərin əvvəlində hazırladığı və tətbiq etdiyi bu strategiya, çox da uğurlu olmadı. Yəhudi dövləti keçən əsrin ilk yarısında Yaxın Şərqi əsarətdə saxlamış Qərbin müstəmləkəçi güclərinin bölgəyə istədiyi kimi hakim ola bilməsini təmin edə bilmədi.

 

İsrailin "Ətraf" Strategiyası

 

Yəhudi dövlətini quran və ilk iki onillikdə dövlətin idarə olunmasında yaxından iştirak edən David Ben-Qurion və onun ətrafı bu məqamdadaha həqiqi və tutarlı bir "daimilik strategiyası" ortaya qoymalı idilər. İsrailin, düşmən bir "Müsəlman-Ərəb dənizi" tərəfindən bir "ada" kimi əhatə olunduğuhəqiqətidi. Bu vəziyyətdə görülə biləcək iki şey vardı:

 

1) Müsəlman Ərəb dənizinin kənarlarına əl atmaq, bu dənizin "ətrafındakı" ölkələrlə ittifaq şəraiti axtarmaq idi. "Ətraf strategiyası" adı verilən bu plan, İran və Efiopiya kimi Ərəb Yaxın Şərqinin ətrafındakı Ərəb olmayan ölkələrlə ittifaqı nəzərdə tuturdu.

 

2) Müsəlman-Ərəb ölkələrindəki daxili çaxnaşmaları, iqtidar uğrunda gedən mübarizələri qızışdırmaq, vətəndaş müharibələri meydana çıxarmaq və beləliklə də bu ölkələri parçalamaq.

 

İsrail hər iki strategiyasını da israrla tətbiq etdi. Efiopiya və İran ilə (Şah dövründə) çox güclü ittifaq qurdu və bu minvalla Ərəb ölkələrinə qarşı strateji bir güc əldə etmiş oldu. Məsələn, İraqın şimalında 1960-cı illərdə başlayan və 70-ci illərin ortalarına qədər davam edən Kürd üsyanı İsrail və İran tərəfindən ortaq şəkildə dəstəklənildi.

 

Digər tərəfdən İsrail Yaxın Şərqdəki bir çox Ərəb ölkələrini daxili çaxnaşmalarla qarışdırmaq və mövcud qarşıdurmaları qızışdırmaq üçün ciddi səy göstərdi. Livan, Yəmən, Oman, Çad və Sudandakı vətəndaş müharibələrinin hamısında "İsrail barmağı" vardı. İsrail bu vətəndaş müharibələrinin hər birində, müharibənin Müsəlman və ya Ərəb olmayan tərəflərini dəstəkləyərək bu ölkələri zəiflətmək və parçalamağa çalışırdı.

 

Yaxın Şərq Üçün Sionist Plan

 

İsrail Xarici işlər Nazirliyində vəzifədə olmuş Oded Yinonun, 1982-ci ildə Dünya Sionist Təşkilatına bağlı İnformasiya mərkəzinin İbrani dilinndə nəşr orqanı olan Kivunimdə yayımladığı hesabat Yəhudi Dövlətinin Yaxın Şərqdə nə kimi strateji plan yürütdüyünü  göstərən çox əhəmiyyətli bir sənəd idi. Çünki "1980-ci illərdə İsrail Üçün Strategiya"  başlığı ilə nəşr olunan hesabat İsrailin bütün Yaxın Şərqi öz daimilik strategiyasına uyğun olaraq tənzimləmək istədiyini, bütün bölgəni idarəsi altına almağı hədəflədiyini göstərirdi.

 

Yinonun hesabatı, Yaxın Şərq ölkələrinin xüsusilə demoqrafik strukturunu əsas alırdı. Bu demoqrafik strukturun xülasəsi bu idi:

 

Yaxın Şərq ölkələrinin heç biri monoetnik - yalnız bir millətdən ibarət olan  sabit və köklü dövlətlər deyildi. Əksinə, süni şəkildə bir-birinə qarşı qoyulmuş etnik tərkibə malik idi. Bu vəziyyət, 19-cu əsrin sonu və 20-ci əsrin ilk qərinəsində Yaxın Şərqi müstəmləkələşdirən Avropalı güclərin müəyyən məqsədlər üçün həyata keçirdiyi bir tənzimləmə siyasətinin nəticəsi idi. Müstəmləkəçilər İraq, Suriya, Livan, İordaniya kimi Yaxın Şərq ölkələrini əhali tərkibi və ya məzhəb təməlinə görə deyil, öz idarəetmə xüsusiyyətlərinə görə meydana çıxartmışdılar. Sərhədləri isə masa üzərində xətkeşlə çəkmişdilər. Bu səbəbdən sözügedən ölkələrin heç biri, fundament millətçilik tarixinə sahib olmayan, süni və dolayısilə də asanlıqla dağıla biləcək dövlətlərdir. Suriya  və ya İraq ökləsi var, amma nə "Suriya milləti", nə də  "İraq milləti" kimi sosial bir gerçək yoxdur. Bir sözlə, bu dövlətlərin sərhədləri daxilində bir-birlərinə heç də normal münasibət bəsləməyən müxtəlif dini və etnik qruplar var.

 

Yaxşı beləsinə qarışıq bir Yaxın Şərqdə İsrailin strategiyası nədir? Cavab sadədir; "parçala və idarə et" yəni bu süni dövlətlərin parçalanıb asanlıqla kontrol  olunmalarını təmin etmək.

 

Suriyanın Parçalanma Ssenarisi

 

"1980-ci illərdə İsrail Üçün Strategiya "hesabatını Oded Yinon, hesabatında Yaxın Şərqdəki hər bir Ərəb ölkəsini təhlil edir və İsrail tərəfindən necə parçalana biləcəyi haqqında fikir yürüdür. (Məsələn, İraqın şimalında bir Kürd dövləti, mərkəzində bir Sünni Ərəb dövləti,  bir də cənubunda Şiə Ərəb dövləti olmaqla üç yerə bölünməsinin mümkün olduğunu, İsrailin bu istiqamətdə ciddi səy göstərməsinin lazım olduğunu yazır. Diqqət yetirsəniz bu planın bu gün reallaşma ərəfəsində olduğunu görərsiniz.)

 

"1980-ci illərdə İsrail Üçün Strategiya" hesabatında Suriya haqqında yazılan "parçalanma ssenarisi" isə belədir:

 

"Suriya etnik tərkibinə uyğun olaraq, bu günki Livanda olduğu kimi müxtəlif dövlətlərə parçalanacaq. Beləcə sahildə bir Şiə dövləti, Hələb bölgəsində də bir Sünni dövləti, Şamda isə buna düşmən mövqedə başqa bir Sünni dövləti, və Havran, şimali İordaniya və bəlkə bizim Qolan da bir Dürzi dövlətidir. Belə bir dövlətləşmə prosesi uzun vədədə bölgədə barış və təhlükəsizliyin zəmanəti olacaq və bu hədəf bu gün artıq çata biləcəyimiz qədər yaxındır."(Israel Shahak, The Zionist Plan for the Middle East, s. 5.)

 

Yinon, Suriyanın parçalanmasının bölgədə "sülh və təhlükəsizliyin zəmanəti" olacağını söyləməklə şübhəsiz ki, İsrailin təhlükəsizliyini nəzərdə tutur. Yəhudi dövlətinin təhlükəsizliyi uzun vədədə ancaq Ərəb dövlətlərinin parçalanması ilə mümkün ola bilər. (Hesabatdan, İsrailin zamanı gəldiyində Qolan Təpələrindəki işğalının sona çata biləcəyi aydın olur. Yinonun "bizim" deyə təyin etdiyi Qolan, bütöv bir Suriya olmasa da, parçalanmış bir Suriyanın "artıq"larından birinə verilə bilər.)

 

Yinon, Suriyanın bu cür formada parçalanma fikrini irəli sürərkən, ölkədəki Şiə azlığın əlində olan iqtidarının yaratdığı gərginliyə diqqət çəkir:

 

"Bu gün Suriya ordusunun böyük hissəsi Sünnidir, amma rəhbərlik Şiə zabitlərindədir. İraq ordusu isə əsasən Şiədir, amma zabitləri Sünnidir. Bu, uzun vədədə böyük əhəmiyyət kəsb edir və bunun üçün ordunun sədaqəti uzun ömürlü ola bilməz... İqtidardakı güclü hərbi rejim (Hafiz Əsədin rejimi) xaricində təməldə Suriyanın Livandan heç bir fərqi yoxdur. Necə ki, bu gün Sünni çoxluq ilə iqtidardakı Şiə azlıq (əhalinin yalnız 15%-i) arasında davam edən vətəndaş müharibəsi, mövcud problemin dəhşətini ortaya qoyur."(Israel Shahak, The Zionist Plan for the Middle East, s. 5.)

 

Məhz bu məqam, bizə İsrailin Hafiz Əsəddən sonrakı Suriyada hansı strategiya izləyəcəyini göstərir: Orduya hakim olan Şiə zabitlərini dəstəkləməklə Suriyadakı Şiə azlığın qurduğu iqtidarı daha da gücləndirmək. Bölgədəki Sünni müsəlmanla məxsus müxalifəti isə, Hafiz Əsədin 1982-ci ildə həyata keçirdiyi qanlı Hama və Humus qırğınlarında olduğu kimi zalımcasına yatırtmaq.

 

İsrailin uzun illər əvvəl seçdiyi bu strategiyanın Hafiz Əsədin ölümündən sonra dəyişən Suriya şərtlərində necə tətbiq olunacağını önümüzdəki ay və illərdə birlikdə görəcəyik. Əlbəttə ki, istəyimiz Suriya da daxil olmaqla bütün Yaxın Şərq ölkələrində məzhəb və etnik mənşəli qarşıdurmaların sona çatması və bunların İsrailin əlində kart olmamasının təmin olunmasıdır.

 

Nəticə

 

20-ci əsrdə dünyanın ən qanlı, ən narahat və ən nöqtələrindən ikisi Yaxın Şərq və Balkan Yarımadası oldu. Hər iki bölgədə qanlı müharibələr, vətəndaş qarşıdurmaları, işğallar, partizan hərəkatlarşı, etnik qırğınlar, sürgünlər baş verdi. Xüsusilə etnik və dini müxtəlifliyə əsaslanan qarşıdurmalar hər iki bölgəni qan və gözyaşı ilə suladı.

 

Bir sözlə, bu son dönəmlərdə belə hər iki bölgədə zorakı bir sülh küləyi əsdirilir, amma qarşıdurmalara səbəb olan tərəflər hələ də soyumayıblar və hər fürsətdə bir-birlərinə girmək üçün hazır vəziyyətdə gözləyirlər. Suriyanın vəziyyəti də bundan fərqli deyil.

 

Halbuki həm Balkan yarımadası, həm də Yaxın Şərq bir zamanlar belə deyildi. Əksinə, hər iki bölgə də əsrlərlə davam edən sabitlik, sülh və hüzur dövrü yaşamışdı. Balkan yarımadası bölgəsində 19-cu əsrə qədər, Yaxın Şərqdə isə 20-ci əsrə qədər davam edən bu sabitliyin əsas səbəbi isə, bu bölgədəki Osmanlı hakimiyyəti idi. Bu gün bəzi tarixçilər Yaxın Şərqdə Osmanlı hakimiyyəti altında sabitlik və sülh içində keçən əsrləri "Pax Ottomana", yəni "Osmanlı barışı" deyə təyin edirlər.

 

Görünən budur ki, bölgənin yenidən sülh və sabitliyə qovuşması bölgədəki bütün Müsəlman ölkələrə təsir edə biləcək yeni bir "Osmanlı barışı" ilə təmin edilə bilər. Bunun liderliyini edə biləcək yeganə dövlət isə, əlbəttə ki, Osmanlının yeganə varisi olan Türkiyədir...


2010-09-29 10:14:02

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top