ADNAN OKTARIN MASONLARLA SÖHBƏTİ - II

Adnan Oktarın masonlarla söhbətİ - II, 24 Oktyabr 2010, TV Kayserİ və Samsun AKS TV

 

 

OKTAR BABUNA: Bəli proqramımıza qonaqlarımız da daxil oldular, Müəllimimizlə birlikdə. Mason qonaqlarımız. maşaAllah. Sadun Müəllimim, sən...

ADNAN OKTAR: Tanış et.

ALİ SADUN ENGİN: Sağda oturan bəy Robert Herd. Özü 32-ci dərəcə Məbəd Cəngavəri. Mason. Koloradodan Amerikadan gəlirlər. Yanımda oturan bəy də Peter Taylor. O da Şotlandiyadan gəlir özü. Şotlandiya ritində 32-ci dərəcədən mason. inşaAllah.

ADNAN OKTAR: MaşaAllah, necəsiniz?

PETER TAYLOR: Yaxşıyıq, təşəkkür edirik.

ADNAN OKTAR: MaşaAllah. Bu gün nələr etdiniz?

PETER TAYLOR: Bu gün şəhəri gəzdik. Sultan Əhməd məscidinə getdik, namaz qılanlara şahid olduq. Allahın hüzurunda, belə möhtəşəm bir mühitdə olmaqdan çox xoşbəxtdik. Qardaşımız Əlidən Quranla əlaqədar bir az təhsil aldıq, bəzi dualar, bir az tərcümələrini. Olduqca işıqlandırıcı və çox təlimatçı oldu bizim üçün.

ADNAN OKTAR: MaşaAllah. Bəli, başqa nələr oldu Sadun bu gün? Birlikdə idinizmi?

ALİ SADUN ENGİN: Bəli bərabər idik inşaAllah Müəllimim. Çoxlu ətrafı gəzdik inşaAllah. Bir boğaz turuna yaxta ilə çıxdıq. Oradakı təbii, tarixi yerlərə... Bütün tarixi tikililərdə Mason işarələrini tapıb göstərirdilər inşaAllah.

ALİ SADUN ENGİN: Bundan başqa isə təbii ki, İslam mədəniyyətini çox yaxından tanımaq imkanı oldu. Çox xoşlarına gəldi inşaAllah.

ADNAN OKTAR: Bu əsr Masonluq, Məbəd Cəngavərləri, Xristianlıq, Müsəlmanlıq və Yəhudilik baxımından çox həyati, çox əhəmiyyətli bir əsr və son əsrdir. Dünyanın qardaş olacağı bir əsr. Bütün dünyanın İslam Birliyi içərisində, müasir, sevgi dolu, anlayışlı, sənətdə, elmdə ən yüksək nöqtəyə çıxmış, Altınçağı yaşayan, hər kəsin bir-birini sevdiyi, qoruduğu və anlayışlı olduğu və insanların hər fikirə açıq olduğu, İslam əxlaqının dünyanı belə isti bir qucaqlama ilə qucaqladığı, xoş bir əsr olacaq inşaAllah. Və son dünya hakimiyyəti. Minlərlə ildən bəri gözlənilən son dünya hakimiyyətinin içinə girmiş oluruq inşaAllah. Sizlər də belə bir zamanda yaşadığınız üçün, bizlər də belə bir zamanda olduğumuz üçün Allaha şükr edirik.

ALİ SADUN ENGİN: İnşaAllah. Yanımda oturan bəy, Türk-İslam Birliyi köynəyi belə geydi.

ADNAN OKTAR: MaşaAllah.

ALİ SADUN ENGİN: Altuğ ilə birgə şəkil çəkdirdilər Türk-İslam Birliyi köynəkləriylə. "İstəyirik" şəklində, inşaAllah.

ADNAN OKTAR: Eləmi? MaşaAllah.

QONAQLAR: Bəli. Bəli, həqiqətən.

ROBERT HERD: Biz masonlar olaraq, Allahı axtaran və sevən digər insanları axtarırıq və bu şəkildə Müsəlmanları tapdıq, Yəhudiləri tapdıq və yeni qardaşlarımızı tapdıq və bu son əsrdə bir-birimizi tapmağımız və birlik olmağımız bizim üçün çox vacibdir.

ADNAN OKTAR: Bu ana qədər dünyanın başına gələn bəlaların əsas səbəbi, anlayışsızlıq, radikallıq və fanatizmdir. Hər düşüncə qarşısındakı insanların öz düşüncəsini qəbul etməsi üçün güc tətbiq edib alçaldaraq, onları hörmətdən salaraq əzməsindən qaynaqlanır. Halbuki fikirlər sevgiylə o insanın qürurunu qoruyaraq və onun ağılına xitab edərək, ürəyinə xitab edərək olması lazımdır.

ROBERT HERD: Bəli, belə olmalıdır.

ADNAN OKTAR: Məsələn, İsa Məsih gəldiyində İslamı dünyaya izah edərkən əsas silahı sevgidir, İsa Məsihin. Heç bir şəkildə məcburetmə, təzyiq və dəhşət mühiti meydana gətirməyəcək. Sevgiylə, şəfqətlə, sevdirərək, ağla qəbul etdirərək, ürəyə təsdiq etdirərək, vicdanlara təsdiq etdirərək İslamı dünyaya hakim edəcək inşaAllah.

ADNAN OKTAR: Bir insanın azad düşünə bilməsi çox əhəmiyyətlidir. Təzyiq altında insan, insani xüsusiyyətlərini itirir, amma azad düşünən insan -Quranın istədiyi də budur- iman etdikdə, o iman çox məqbul olar. Amma zorakı iman münafiqlik, səmimiyyətsizlik meydana gətirir. İkiüzlülük meydana gətirir.

PETER TAYLOR: Bəli.

ROBERT HERD: Biz yalnız azadlığa deyil bərabərliyə də inanırıq eyni zamanda.

ADNAN OKTAR: Təbii ki, təbii. Dinsizə də eyni insani haqqların verilməsi lazım, Xristiana da, Müsəlmana da, Yəhudiyə də eyni haqqların verilməsi lazım. 2-ci dərəcəli vətəndaş, 3-cü dərəcəli vətəndaş məntiqi dünyanı məhv etdi bu ana qədər.

QONAQLAR: Bəli, həqiqətən belədir.

ADNAN OKTAR: İnsanlar ağıllı olan, gözəl olan bir şeyi gördükdə, doğru olan bir şeyi gördüyündə, dəlilləriylə gördüyündə razı olurlar. Hz. İsanın da edəcəyi budur, yəni bizləri İslama razı salacaq. Bütün insanlığı bütün dünyanı İslama razı salacaq. Bizlər deyərkən, bütün insanlığı nəzərdə tuturuq, biz onsuz da Müsəlmanıq.

ROBERT HERD: İnananlar ürəkləriylə inanar və ürəkləriylə görürlər, lakin bəzi insanların, inanmayanların bizim ən başda ürəklərimizlə gördüyümüzü əvvəl gözləriylə və ağıllarıyla görmələri lazımdır.

ADNAN OKTAR: Bəli təbii ki. Gözün görməsi, beynin, ağılın təsdiq etməsi və ürəyin təsdiq etməsinə "elm əl yəqin" deyirik. Yəni insan çox güclü bir imana sahib olar o zaman. Gözüylə görüb ağılıyla təsdiq edib, ürəyin bunu qəbul etməsi vəziyyətində ən mükəmməl iman şəkli meydana gəlmiş olur.

PETER TAYLOR: Bəli, bəli, anlayırıq. Məntiqli bir şəkildə, bəli.

ADNAN OKTAR: Məsələn bilirsiniz, arı pətəyi və arı masonluqda bir simvoldur.

PETER TAYLOR: Bəli Bizlər masonluqda arını, sənaye, iş və işin bir simvolu olaraq istifadə edirik. Bu iş olmadan, bu hərəkət və iş olmadan Allaha yaxınlaşa bilmərik, heç bir şey bacara bilmərik. İşin insan üçün bir nemət olduğuna inanırıq və inanclarımızı hərəkətə keçiririk və beləliklə axır zamanda özümüzü Allaha daha yaxın olmağa hazırlayırıq.

ADNAN OKTAR: Bəli, məsələn biz arının həyatını elmi metodla araşdırdığımızda, möhtəşəm bir möcüzə ilə qarşılaşırıq. Gərək o pətəklərin inşasındakı o arxitektura texniki, gərək o bal istehsalındakı üstün texnologiya, onun bədəninin altından çıxan bal mumları, bal mumu nömrələri, ən uzaq olan yerdə olan çiçəklərin harada olduğunu və istiqamətini yoldaşlarına rəqslə və bir qisim fiqurlarla bildirməsi, qapıda ziyarətçiləri qarşılayan iki ədəd arının davamlı olaraq keşikdə gözləməsi, şanın ventilyasiya sistemi, şanın baxımı, oradakı uşaqların, kiçik bala olan arıların baxımı, onların arı südü ilə bəslənməsi kimi möcüzələri biz ağılımızla araşdırdığımızda, gözümüzlə gördüyümüzdə, ürəyimiz də təsdiq etdiyində dərin bir iman ürəyimizdə yaranır. Masonluq eyni zamanda buna da bir işarə verir.

ƏLİ SADUN ENGİN: MaşaAllah.

ADNAN OKTAR: Bəli.

ROBERT HERD: Bəli çox doğru. Bizlər təbiətdə, heyvanlarda, bütün canlılarda, çiçəklərdə Allahın təzahürlərinin nümunələrini görürük.

PETER TAYLOR: Ətrafımızdakı dünyada, hər yanımızda, Allahı hər yerdə görürük.

ROBERT HERD: Bütün bunlar bizə Uca Yaradıcının həndəsə sənətini göstərir.

ADNAN OKTAR: Məsələn qızıl nisbət, hər şeyin simmetrik olması, masonluqda həndəsi şəkillərlə də bu izah edilir. Amma təbii ki, o gözlə baxan adama. Materialist gözlə baxan adam bunu görə bilmir. Amma sizlər kimi inanc gözüylə, iman gözüylə baxan bunu görür. Yəni masonluq izaha əhəmiyyət verən bir məktəbdir. Əgər iman gözüylə baxsa imana xidmət edər. Amma küfr gözüylə baxsa, ateist gözüylə baxsa da, ateizmə xidmət edər. Sizlərin gözəl istiqaməti, onu iman istiqamətində qiymətləndirməyiniz və masonluğu iman istiqamətində istifadə etməyə qərar vermənizdir. Bu, çox möhtəşəm bir şey.

ƏLİ SADUN ENGİN: MaşaAllah.

ROBERT HERD: Bəli, təşəkkürlər. Bizim buna baxış bucağımız, Müsəlmanlarla paralellik göstərir. Müsəlmanların da öz strukturlarını daha güclü etmək üçün arı pətəyi şəklini istifadə etdiklərini görürük. Məscidin zəminində, yerdə arı pətəyi şəklini gördük. Onlar da arıdan öyrənirlər, bu eyni zamanda masonlarla paralellik təşkil edir.

ADNAN OKTAR: Biz təbii ki, ateist masonluğa qarşı imanlı masonluğu sona qədər dəstəkləyirik.

QONAQLAR: Bəli, bəli.

PETER TAYLOR: Bizl, özlərinə nizamlı masonlar deyən və aşkar fərqlə dünyanın ən böyük mason qrupuyuq. Allaha inanmayan, Allaha, Uca Yaradıcıya inanmayanları qəbul edib özlərinə mason deyən heç bir qrupu tanımırıq. Masonluğa qatılmağın ilk və ən prioritet şərti Allaha imandır və qəbul edilmək üzrə gələn adama ilk soruşulan sual "kimə güvəndiyidir". Cavabın "Allah" olması lazımdır. Bunun xaricində bir heç bir yolu yoxdur.

ADNAN OKTAR: Amma indi Məbəd Cəngavərlərin də imana əhəmiyyət verə bilərlər, amma ateist Fransız masonlarında, İngilis masonlarında ateizm çox məşhurdur. Yəni bu, bizim açıq-aşkar gördüyümüz və bildiyimiz bir gerçəkdir. Çünki kitablarına da baxdığımızda, Darvinizmi materializmi açıq-açıq müdafiə edirlər və Allah inancını aşksr şəkildə rədd edirlər. Amma Məbəd Cəngavərlərində, bu yoldaşlarda, xüsusilə dinə qarşı bir meyl, hətta İslama qarşı bir meyl olduğu açıq görülür.

ROBERT HERD: Fransada, Allaha inanc zəruriliyini şərt qoymurlar və bizim Müqəddəs Qanun hissəsi dediyimiz sunaktan, İncil, Quran və hər hansı bir Müqəddəs Kitabın olmasının lüzumluluğunu qəbul etmirlər. Bunu qəbul etmədiklərində, dünyanın hər yerindəki nizami masonlar onları tanımayacaqlarını açıqladı və onlara "Müqəddəs Kitabları təkrar olaraq yerinə qoymadan sizi bir daha əsla tanımayacağıq" dedilər.

ADNAN OKTAR: Amma məhzgüclü bir hücumla onları da inşaAllah xilas edəcəyik.

PETER TAYLOR: Ümid edirik, biz də ümid edirik. Onları da xilas edəcəyimizə ümid edirik.

ADNAN OKTAR: Onları öz başlarına buraxmarıq inşaAllah.

Bir sözlə,hər şey çox gözəl olacaq, inşaAllah əməkdaşlığımız güclənsin, gözəl olanın, doğrunun dünyaya hakim olması üçün, Allah sevgisinin, Allahın varlığının, birliyinin, axirət inancının insanlığa yayılması üçün birlikdə cəhd göstərək. İsa Məsih gəldiyində, onsuz da çox mükəmməl bir mühit olacaq, İslam bütün dünyaya hakim olacaq inşaAllah.

ALİ SADUN ENGİN: İnşaAllah.

ADNAN OKTAR: İndi qısa bir fasilə verək, qonaqlarımızı göndərək. Sonra biz yenə davam edəcəyik, inşaAllah.


2010-11-21 19:11:48

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top