YƏHUDİLİK MÖVZUSUNDA ƏDALƏTİN ZƏRURƏTİ

İndiyə qədər nəşr olunan bəzi kitablarımızda irqçi ideologiya olan ateist sionizmi mənimsəyən bəzi yəhudilərin fələstinlilərə və Yaxın Şərqdə yaşayan bir çox müsəlmana qarşı işğalçı və qətliam siyasəti yürütdüyünü dəlillərlə göstərdik. İsrailin istər Yaxın Şərqdə, istərsə də digər ərazilərdə insan hüquqlarını pozduğunu əraflı araşdırdıq. Əlbəttə, hər müsəlman və ədalət, vicdan anlayışlarına sahib hər inanclı insan bu haqsız zülmü qınayacaq və bunda haqlı olacaq.

Ancaq mövzunun digər tərəfi də vardır ki, onu mütləq nəzərə almaq lazımdır. Bu, keçmişdə və hal-hazırda bəzi yəhudilərin də başqa inanclar və ya millətlər tərəfindən haqsız yerə hədəfə alındıqları, zülmə və işgəncəyə məruz qaldıqları həqiqətidir. "Antisemitizm" kimi məlum olan yəhudi düşmənçiliyi müxtəlif fanatik qruplar, faşist rejimlər və ya irqçi təşkilatlar tərəfindən mənimsənilmiş və bu ideologiya nəticəsində  bir çox yəhudi zülm görmüşdür.

Bu zülmə isə mütləq qarşı çıxmaq lazımdır.

Biz irqçi və zalım ideologiya olan ateist sionizmə qarşıyıq. Həmçinin irqçi və zalım ideologiya olan antisemitizmə, yəni yəhudi düşmənçiliyinə qarşıyıq. Çünki inancımız hər millətə və hər inanca ədalətlə və mərhəmətlə davranmağı tələb edir. Allah bir Quran ayəsində hər kəsə qarşı ədalətli olmağı əmr edir:
Ey iman gətirənlər! Özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. Varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz (cəfəngiyat) danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135)

Əgər bir insan ateist sionizm səbəbindən günahsız yəhudiləri tənqid etsə və incitsə, ədaləti tapdalamış olar. İsrailin haqsız işğalları və hücumları səbəbindən yəhudi camaatlarını, məsələn ölkəmizdəki yəhudi inancına bağlı vətəndaşlarımızı qınasa, yenə də ədaləti tapdalamış və səhv etmiş olar. İsrailin işğallarına qarşı İsrailin dinc vətəndaşlarına qarşı terror törədərsə, ədalətdən tamamilə sapmış, günahsız insanlara qarşı böyük günah etmiş olar.

Bu məqalədə ateist sionizm, yəhudilik və antisemitizm anlayışlarını qısa izah edəcək,  bir müsəlmanın bu mövzuda göstərməli olduğu davranışı açıqlayacağıq.

İslamın Kitab əhlinə mərhəməti

Yəhudilər minlərlə ildir yaşadıqları Fələstindən eramızın 70-ci ilində bütpərəst Roma İmperiyası tərəfindən sürgün edilmişlər və 19 əsr boyu sürgündə yaşamışlar.  Bu dövr ərzində, xüsusilə xristian ölkələr tərəfindən təzyiq və zülmə məruz qalmışlar, dəfələrlə yurdlarından sürgün olunmuş, hətta toplu qırğınların hədəfi olmuşlar.

Yəhudilərin bu dövrdə rahat olduqları ən etibarlı yer isə İslam torpaqları olmuşdur. İslam dünyasında heç vaxt antisemitizm olmamış, yəhudilər (və xristianlar) öz inanc, adət-ənənə və hətta hüquqlarına görə heç bir təzyiq və zülm görmədən əsrlərlə rahat yaşamışlar.

Bu mərhəmətli və etibarlı mühitin başlıca səbəbi Quran əxlaqıdır. Quranda yəhudilər və xristianlar "Kitab əhli" kimi ifadə edilir və müsəlmanlarla Kitab əhli arasında mehriban mühit tövsiyə edilir. Qurana görə, Kitab əhlinin bişirdiyi yeməyi yemək və Kitab əhlindən olan xanımla evlənmək müsəlmanlara halal edilmişdir (Maidə surəsi, 5). Bu hökmlər müsəlmanlarla Kitab əhli arasında nikahlaqohumluq əlaqələrinin qurula biləcəyini, iki tərəfin bir-birlərinin yemək dəvətlərinə razılıq verə biləcəklərini göstərir. Bunlar insani əlaqələr və rahat ortaq həyatın qurulmasını təmin edən əsaslardır.

Allah müsəlmanlara müşriklərin (yəni Allahın vəhyinə itaət etməyən bütpərəstlərin) belə təhlükəsizliklərini təmin etmələrini əmr edir:

Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir camaatdır. 

(Tövbə surəsi, 6)

Müsəlmanlara müşriklərdən inanc və əxlaq baxımından daha yaxın olan Kitab əhlinə isə daha çox hörmət və yardım etmək lazımdır.

Başqa bir ayədə Kitab əhli daxil olmaqla, bütün müsəlmanlara yaxşılıq etmək əmr edilir:

Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir. (Mumtəhinə surəsi, 8)

Bu səbəbdən, müsəlmanlar eyni cəmiyyətdə yaşadıqları bütün yəhudi və xristianlarla son dərəcə mehriban qonşuluq əlaqəsi qurmaqla mükəlləfdirlər. Müsəlmanların çox olduğu bir ölkədə isə Kitab əhli müsəlmanlara əmanətdir. Onları rahat və etibarlı mühitdəyaşatmaq, hər cür təhlükədən qorumaq müsəlmanların dini  vəzifəsidir. Yəhudilərin inanc və ya soy səbəbindən hədəfə alınmaları, mədəni hüquqlarından məhrum edilmələri, adlarını açıqlamaqdan belə qorxduqları mühitdə yaşamaları tarixdə dəfələrlə təkrarlanmış böyük zülmdür. Bir müsəlman nəinki bu cür  zülmləri təsdiq etməməli, hətta onlara mane olmaq üçün var gücü ilə çalışmalıdır.

Cahil insanların "özünə bənzəməyənə yuxarıdan baxmaq" kimi bir xəstəlikləri vardır. Bu səbəblə orta əsr Avropası başda olmaqla, keçmişdə və hal-hazırda, yəhudilər günahlandırılmış, onlara böhtanlar atılmış, əsassız dedi-qodular yayılmışdır. Hələ də  bəzi insanların beynində yəhudilərə qarşı bu xurafatların meydana gətirdiyi ön mühakimə və antipatiya vardır. Bir müsəlman heç vaxt belə qaba dünyagörüşünə sahib ola bilməz. Allah Kitab əhlinin var olduğunu bizə Quranda bildirmiş, hansı mövzularda yanıldıqlarınıaçıqlamış, amma bununla yanaşı onlara yaxşılıq etməyimizi və ədalətlə davranmamızı əmr etmişdir. Bir ayədə Kitab əhlinə belə deməyi əmr edir:

“İçərilərindən zülm edənlər istisna olmaqla Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudumuz birdir. Biz yalnız Ona itaət edirik”. (Ənkəbut surəsi, 46)

Ateist sionizmlə yəhudiliyi fərqləndirmək

Yuxarıda qeyd kimi, Allahın Quranda Kitab əhli mövzusunda müsəlmanlara əmr etdiyi mülayim davranış İslam tarixi boyu davam edib. Müsəlmanlar əsrlərlə yəhudilərlə dostca davranıb, yəhudilər də buna dostluq və vəfa ilə cavab veriblər. Bu munasibəti pozan isə ateist sionizm oldu.

Ateist sionizm 19-cu əsrdə ortaya çıxıb. 19-cu əsr Avropasının iki nəzərəçarpan  xarakteri ateist sionizmə də təsir etmişdi: irqçilik və müstəmləkəçilik. Bu hərəkətin  başqa xüsusiyyəti isə dövrün digər ideologiyaları kimi, dinsiz bir ideologiya olması idi. Belə ki, bu ideologiyanın fikri lideri olan yəhudilər ya zəif dini inanclı, ya da ateist kəslər idi. Yəhudiliyi inanc birliyi kimi deyil, bir irqin davamı kimiqəbul edirdilər. Yəhudilərin Avropa millətlərindən ayrı bir irq olduğu, onlarla birlikdə həyatlarının mümkün olmadığı, mütləq özlərinəməxsus başqa bir yurdda yaşamalarının vacib olduğu fikri ilə ortaya çıxdılar. Fələstini seçmələrinin səbəbi isə dini yox, tarixi idi (Sionizmi atalarının yurdunda yaşamaq haqqı kimi görən və bu torpaqlarda sərbəst şəkildə Allahı zikr etmək, ibadət etmək məqsədi olan dindar yəhudiləri tənzih edərik).

Ateist sionizm Yaxın Şərqə girdiyi gündən etibarən, bölgəyə qarşıdurma  gətirdi. İkinci dünya müharibəsi dövründə ateist sionist terror təşkilatları ərəblərə və ingilislərə qarşı qanlı hücumlar təşkil etdilər. 1948-ci ildə İsrailin qurulmasından sonra da Allahsız sionizmin yayılması strategiyası Yaxın Şərqi xaosa sürüklədi.

Bu zülmü reallaşdıran ateist sionizmin çıxış nöqtəsi yəhudilik dini deyil. 19-cu əsrdən miras qalma irqçi, müstəmləkəçi və sosial darvinist ideologiya idi. İnsanlar arasında daimi bir qarşıdurmanın olmasının vacibliyini müdafiə edən "güclülər qazanar, zəiflər yox olar" fəlsəfəsini təlqin edən sosial darvinizm alman millətini nasizmə sürüklədiyi  kimi, yəhudiləri də ateist sionizmə sürüklədi.

Bu gün ateist sionizmi tənqid edən bir çox dindar yəhudi eyni gerçəyi vurğulayır. Bu  yəhudilərin bir qismi İsrail dövlətini belə tanımırlar. Dindar yəhudilərin tanınmış ravvinlərindən biri Hirş "Sionizm yəhudi xalqını milli özünəməxsusluq (varlıq) kimigöstərmək istəyir... bu, dindən sapmadır",- deyir. [1] İsrailin dövlət adamı Amnon Rubinşteinə görə, bir çoxları üçün "Sionizm (bəzi yəhudilərin) atalarının yurduna və ravvinlərin sinaqoquna qarşı çıxmasının nəticəsi"dir. [2]

Ravvin Forsayt isə yəhudilərin 19-cu əsrdən etibarən dindən və Allah qorxusundan uzaqlaşdıqlarını, bunun cəzası olaraq Hitlerin zülmlərinə məruz qaldıqlarını bildirərək, yəhudiləri dindar olmağa çağırır. Forsayt yer üzündə zülm və təxribatçılıq törətməyin "amalek"in (Tövrat dilində inkarçıların) işi olduğunu bildirir: "Yəhudi amalekin ruhunun tam ziddi olmalıdır. Bu ruh Allahı və vəhyi tərk etmək, şeytanılıq, əxlaqsızlıq, mərhəmətsizlik, haqsızlıq və anarxiyadır." [3]

Bunun əksini tətbiq edən ateist sionizm bir növ faşizmdir. Faşizm isə dindən yox, dinsizlikdən qaynaqlanır. Bu səbəbdən Yaxın Şərqdə axan qanlardan məsul olan yəhudi dini deyil, dinsiz və faşist ideologiya olan ateist sionizmdir.

Ancaq faşizmin digər versiyaları kimi, ateist sionizm də dini öz məqsədləri üçün istifadə etməyə çalışmışdır.

Tövratın ateist sionistlər tərəfindən təhrif edilməsi

Tövrat Allahın hz. Musaya vəhy etdiyi mübarək kitabdır. Allah Quranda

"Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır..." (Maidə surəsi, 44) buyurur. Quranın digər ayəsində bildirildiyi kimi, Tövrat sonra təhrif edilmiş və ona insan sözləri əlavə edilmişdir. Bu səbəbdən əlimizdəki Tövrat "təhrif olunmuş Tövrat"dır.

Lakin təhrif olunmuş Tövrat araşdırıldıqda onda haqq dinin bir çox ünsürünün olduğu müşahidə edilir. Allaha iman, təslimiyyət və şükür, Allah qorxusu, Allah sevgisi, ədalət, şəfqət, mərhəmət, zülmə və haqsızlığa etiraz etmə kimi bir çox haqq din xüsusiyyəti təhrif olunmuş Tövrata və Əhdi-Ətiqin digər kitablarına hakimdir. Təhrif olunmuş Tövratda tarixdə yaşanmış bəzi müharibələr və bu müharibələrdəki  soyqırımlar da izah edilir. Əgər bir adamın məqsədi tətbiq etmək istədiyi şiddət, soyqırım və cinayətlərə dayaq tapmaqdırsa, təhrif olunmuş Tövrat keçidlərini özünə vəsait edə bilər. Dinsiz sionizm, əslində, öz terrorunu qanunlaşdırmaq üçün bu yola müraciət etmiş və təsirli də olmuşdur. Məsələn, keçmişdə yaşanmış bəzi müharibə və qırğınlarla əlaqədar təhrif olunmuş Tövrat ayələrini Fələstinin məzlum xalqına qarşı istifadə etmişdir. Bu, səmimiyyətsiz izahdır. Dini faşist və irqçi ideologiyaya alət etməkdir.

Belə ki, bir çox dindar yəhudi təhrif olunmuş Tövrat ayələrinin fələstinlilərə qarşı edilən cinayətləri qanuniləşdirmək üçün istifadə edilməsinə qarşı çıxır. Qarşı çıxmaları vacibdir, çünki ateist sionizm Yaxın Şərqdə həyata keçirdiyi işğal və zülm siyasətini "yəhudilik" maskası altında edərək yəhudiliyə və dünyadakı bütün yəhudilərə zərər verir, İsrail vətəndaşlarını və ya diaspor yəhudilərini ateist sionizmdən intiqam almaq istəyən fanatların hədəfinə çevirir.

Sionizmə qarşı çıxan dindar yəhudi cəmiyyəti Neturey Karto eyni gerçəkləri səmimiyyətlə dilə gətirir. Neturey Kartonun New York Times qəzetində nəşr etdiyi bir elanında "Tövrata görə, yəhudilərin qan tökməyə, başqa xalqa zərər verməyə, onları alçaltmağa və ya onları idarə etməyə icazələri yoxdur" deyilir. Neturey Karto cəmiyyəti davam edir: "Sionist siyasətçilər və onlarla birlikdə eyni yolda gedənlər, yəhudi xalqı adına danışırlar. İsrail adı onlar tərəfindən oğurlanmışdır." [4]

Burada qeyd etmək lazımdır ki, hal-hazırda "dini faşizmə alət etmə" səmimiyyətsizliyini İslam adına tətbiq etmək istəyənlər də vardır. Günahsız insanlara qarşı qorxunc vəhşiliklər tətbiq edib, sonra da bunu Quranda keçən döyüş və cihadla əlaqədar ayələri səhv şərh edərək haqlı göstərməyə çalışırlar. Halbuki bu ayələr döyüş anındakı vəziyyəti təsvir edir. Bunları qəsdən pis niyyətlə fərqli şərh edib, günahsız insanları öldürmənin səbəbi olaraq göstərənlər Allah qorxusu olmayan, qəlblərindəki vəhşilik ehtirası üçün dindən sui-istifadə etmək istəyən insanlardır. Allah Quranda pis niyyətli kəslərin Quran ayələrini təhrif edərək şərh etməyə çalışacaqlarını xəbər verir (Ali- İmran surəsi, 7).

Nə İslam, nə yəhudilik, nə də xristianlıq haqsız şiddətə və zülmə razı olmaz. Amma hər dinin, hər inancın içindən fanatik, şiddətə meyilli, mərhəmətsiz insanlar çıxa bilər. Əsil məqsədləri qan tökmək, əziyyət vermək olan pis niyyətli insanlar dini anlayışları təhrif edir, onlardan sui-istifadə edirlər.

Bu da bizə belə nəticəyə gəlməyə imkan verir: Ateist sionizmin yəhudi dinindən öz məqsədləri üçün istifadə etməyə çalışması "yəhudi düşmənliyi"nin səbəbi ola bilməz. Müsəlmanlar Kitab əhlinə qarşı deyillər, ateist sionizmə qarşıdırlar.

Nəticə

Ateist sionizmin insanlıq cinayətlərinə qarşı hər müsəlmanın reaksiya verməsi təbiidir. Ancaq bu, heç bir zaman ədalətsiz reaksiyaya çevrilməməlidir. Allah bu barədə bizi xəbərdar edir və "Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır",-deyə buyurur (Maidə surəsi, 8).

Bu ədalətin zərurəti olaraq:

·         İsrailin var olma haqqını tanıyırıq. İsrailin yəhudi vətəndaşları atalarının diyarı olan Fələstində sülh və əmin-amanlıq içində içində yaşamaq haqqına sahibdirlər. Amma mütləq eyni torpağın digər sahibləri olan fələstinli müsəlmanların da yaşamaq haqqını tanımalı, onların torpaqlarını işğal etməkdən vaz keçməli, 30 ildən çox müddətdə törətdikləri təxribatı kompensasiya etməlidirlər.

·         Ölkəmizdəki yəhudi vətəndaşlarımızın (və digər bütün diaspor yəhudilərinin) narahat olmadan, rahat və etibarli mühitdə yaşamalarını sona qədər müdafiə edirik. Tarixin utanc verici səhifəsi olan "Varlıq vergisi" kimi qəbul edilməz təzyiqlərin heç vaxt təkrarlanmamasını, yəhudi, rum, erməni, katolik, protestant və digər inanclara mənsub, yəni "Kitab əhli" vətəndaşlarımızın inancları, adətləri,  ənənələri ilə mümkün qədər azad və rahat yaşamalarını diləyirik.

Kitab əhli və müsəlmanlar bir-birlərinin rəqibi deyil, müttəfiqidirlər. Dünyanın ateist və din düşməni ideologiyalar tərəfindən zəbt edildiyi çağımızda, eyni şəkildə, Allaha inanan və eyni əxlaqi dəyərləri müdafiə edən yəhudi, xristian və müsəlmanlar əməkdaşlıq etməlidirlər.

Allah Quranda müsəlmanlara Kitab əhli haqqında belə əmr verir, onları "eyni kəlmədə birləşməyə" çağırır:

De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”. (Ali İmran surəsi, 64)

Bizim yəhudilərə və xristianlara çağırışımız budur: Allaha iman gətirən və Onun vəhyinə itaət edən insanlar kimi, gəlin ortaq bir "iman" sözündə birləşək. Hamımız Yaradıcımız və Rəbbimiz olan Allahı sevək. Onun əmrlərinə itaət edək. Allahın bizi doğruya çatdırması üçün dua edək.

Müsəlmanlar, xristianlar və yəhudilər bu şəkildə birləşdiklərində, bir-birlərinin düşməni deyil, dostu olduqlarını anladıqlarında, əsil düşmənin ateizm və dinsizlik olduğunu gördüklərində, dünya daha fərqli bir yer olacaq. Əsrlərlə davam edən qarşıdurmalar, qorxular, terror hərəkətləri sona çatacaq və "eyni kəlmə" üzərində sevgi, hörmət və əmin-amanlığa söykənən bir "mədəniyyətlər barışı" qurulacaq.

 

Qaynaqlar:

1.     Washington Post, 3 oktyabr 1978

2.      Amnon Rubinstein, The Zionist Dream Revisited, s. 19

3.      Rabbi Forsythe, A Torah Insight Into The Holocaust, http://www.shemayisrael.com/rabbiforsythe/holocaust.htm

4.      Rabbi E. Schwartz, Neturei Karta'nın New York Times'taki ilanı, 18 may 1993

2010-11-23 18:39:57

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top