MAKEDONİYADA TÜRK VARLIĞI

20-ci əsrin əvvəllərində itirdiyimiz Makedoniya torpaqlarında əsrlərdir mövcud olan Türk-İslam varlığı, həyata keçirilmiş bütün assimilasiya tədbirlərinə baxmayaraq bu gün də açıq-aşkar hiss edilir.
20-ci əsrin sonlarına qədər Yuqoslaviyaya bağlı muxtar respublika olan Makedoniya, 1990-cı ildə müstəqilliyini qazandı. Ancaq Yunanıstan Makedoniyanın müstəqilliyinə qarşı çıxdığına görə onun rəsmən BMT tərəfindən qeydiyyata alınması 3 il vaxt aldı. Makedoniya torpaqlarının 34.177 kvadrat km.-lik hissəsi bu gün Yunanıstanın tərkibindədir. Bu torpaqlarda 2 milyondan çox Makedonyalı yaşayır.
Makedoniyada Türk əhalinin rəsmi sayının 80 min olaraq göstərməsinə baxmayaraq Türk birliyinin liderləri bu rəqəmin 150-200 mindən çox olduğunu ifadə edir. Ölkə əhalisinin əksəriyyəti xristian olsa da Makedoniyada çox sayda müsəlman və kiçik bir yəhudi camaatı da var.
Osmanlı şəhəri: Skopye
Skopiye Makedoniya Respublikasının paytaxtıdır. Vardar çayının sahilində yerləşən şəhərin əhalisi 500 minə yaxındıir. Ancaq Bosnya-Hersoqovinyadan sonra Kosovada meydana gələn çaxnaşmalar əsnasında şəhərə böyük miqdarda köç edənlər oldu.
Skopyenin Osmanlı İmperatorluğunun hakimiyyəti altına alınması 1389-cü ildə 1-ci Kosova döyüşü ilə bağlıdır. Bu tarixdən etibarən paytaxt olan Skopye Fateh Sultan Məhməd tərəfindən Rum Bəylərbəyliyinə bağlı bir əyalət mərkəzi oldu. Osmanlı İmperatorluğu dövründə mühüm idarəetmə və ticarət mərkəzi idi. Osmanlı dövrünə bağlı bir çox tarixi əsərlər ehtiva edən Skopye xüsusilə 1963-cu ildə 2 min adamın ölümü ilə nəticələnən böyük zəlzələdə bu əsərlərin bir hissəsini itirdi.
1912-ci ildə başlayan birinci Balkan müharibəsində Serblərin əlinə keçən Skopye o tarixdən etibarən Osmanlı dövləti hakimiyyətindən çıxdı. 1915-ci ildə Bolqarlar tərəfindən Serblərdən alınan Skopye birinci dünya müharibəsinin sonlarında Fransızlar tərəfindən Bolqarlardan alınaraq Fransızların əlinə keçdi. İkinci dünya müharibəsində Almanlar və Bolqarlar tərəfindən işğal edilən şəhər, 1944-cü ildə Partizanlar tərəfindən geri alınaraq Yuqoslaviyaya qatıldı.
 
Makedoniyanın paytaxtı olan Skopye Yuqoslaviya Federasiyası dövründə tarixdəki əhəmiyyətini qoruya bilmədiyi üçün varlığını sanki "təvazökar şəhər" olaraq bu günlərə qədər gətirdi.
 
Yaxın Türkiyə tarixində mühüm rol oynamış şəhər: Monastır
Makedoniyalıların bu gün "Bitola" deyə adlandırdığı şəhərə Osmanlı İmperatorluğu dövründə, ətrafındakı monastır qalıqlarına görə "Monastır" adı verildi.
Monastırın Osmanlı dövlətinin torpaqlarına qatılması, Sultan I Murad dövründə oldu. 1378-ci ildə Qara Teymur Paşa tərəfindən ələ keçərilən şəhər Rum əyalətinə bağlı bir paytaxt elan edildi. Balkanların dağlıq bölgələrinə edilən səfərlərdə əlverişli bir məkan olaraq istifadə edildi. Tənzimat Fərmanının elanından sonra, Makedoniyanı meydana gətirən üç vilayətdən (Vilayət-i Seləse) biri olan Monastır, eyni zamanda üçüncü ordunun da mərkəzi edildi.
 
Üçüncü ordunun mərkəzinin Monastıra alınması ilə birlikdə, şəhərə bir çox məktəb tikildi 1882-ci ildə yataqxanaya çevrilən Monastır Hərbi Məktəbi də eyni dövrdə açıldı. Mustafa Kamalın 1895-ci ildən etibarən oxuduğu Monastır Hərbi Məktəbi Osmanlı dövlətində üzərinə mühüm vəzifə götürərək idarəçilər yetişdirdi.
20-ci əsrin əvvəllərində dövrün ən müasir şəhərlərindən biri olan Monastır, 33 il Osmanlı dövlətini idarə edən Padşah II. Abdulhəmidə qarşı olan müxalifət hərəkətinin əsgəri qanadının toplandığı yerdir. İttihad və Tərəqqi cəmiyyətinin nəşr orqanı Neyyiri Həqiqət Qəzeti də burada nəşr olundu. 1908-ci il dəki II. hökumət elanına gətirib çıxaran inkişaflar da burada başladı. Birinci Balkan döyüşü zamanı18 Noyabr 1912-ci ildə Serblərin əlinə keçən şəhər, 10 Avqust 1913-cü ildə Bükreşdə imzalanan razılaşma ilə rəsmi olaraq Serbiyaya buraxıldı.
Monastırda, Osmanlıdan günümüzə qədər çatan əsərlərin başında; saat qülləsi, 16-cı əsrdə inşa edilən Yeni Məscid, İshakiyə Məscidi, Monastır Bedesteni, tarixi Poçt və Monastır Hərbi Məktəbinin binası var. Digər tərəfdən bu gün muzey olaraq istifadə edilən Monastır Hərbi Məktəbinin binası üzərində "Atatürk Xatirə Otağı" açılmış vəziyyətdədir. Bina girişindəki tabeldə; "Müasir Türkiyənin qurucusu və ilk respublika başçısı Mustafa Kamal Atatürk 1898-ci ildə Hərbi Məktəbi bu binada bitirdi" yazısı varr.
 
Ohridə Əsrlərlə Davam Edən Osmanlı Hakimiyyəti
Ohri, Makedoniyanın Albaniya sərhədində olan və özü ilə eyni adı daşıyan gölün sahilində yerləşir. 26.400 əhaliyə sahib olan şəhər, antik Liknidos şəhərinin yerində yerləşir. 9-cu əsrdə rahib Klemens və Naum tərəfindən Xristianlıq mərkəzi halına gətirilən şəhər, 997-ci ildən 1018-ci ilə qədər Patriarxlıq mərkəzi olaraq istifadə edildi. Bu tarixdən 1767-ilə qədər müstəqil baş yepiskopluq olaraq varlığını davam etdirdi.
Ohri, Sultan I Murad dövründə, 1385-ci ildə Çandarlı Heyrətdin Paşa tərəfindən Osmanlı dövləti torpaqlarına qatıldı. Monastır vilayətinə bağlı bir bayraq mərkəzi edilən Ohri, Albaniya içlərinə təşkil edilən hücumlar üçün əsas olaraq istifadə edildi. Balkanların tarixi müddətini eynilə yaşayan Ohri, Birinci Balkan döyüşü əsnasında Serb və Qaradağ əsgərləri tərəfindən ələ keçərildi. 1913-cü ildəki London Razılaşması ilə də Serbiyanın suverenliyinə buraxıldı.
Uzun müddət Türk hakimiyyəti altında olan Ohridə, Osmanlı dövründən qalan bəzi əsərlər hələ də ayaqdadır. Bunlardan bəziləri; Heydər Paşa Məscidi, Quloğlu Məscidi, Hacı Həmzə Məscidi, Halveti Təkkəsi, Əli Paşa Məscidi, Hacı Turqut Məscidi və bərpa edilmiş bir hamam.
Əhalisinin əksəriyyətini müsəlman olan Albanların meydana gətirdiyi Ohri və ətrafındakı kəndlərdə hələ də çox sayda Türk yaşayır. Şəhərdəki Türklər türk dilində danışırlar.

2010-11-26 13:28:02

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com