YAXIN ŞƏRQDƏ TERRORUN TARİXİ

Bu yazının hazırlandığı dövrlərdə İsrail işğal etdiyi Livandan geri çəkilirdi. 22 illik işğaldan azad olmağa başlayan Livan xalqı bunun sevincini yaşayır. Ancaq İsrailin işğal etdiyi bəzi bölgələrdən çəkilməsi, keçmişdə tətbiq etdiyi bəzi zülmləri və indi də davam edən haqsızlıqları unutdurmayacaq. Çünki, İsrailin çox qanlı terror tarixi var. Hətta bu terror şəxsən İsraili quran və idarə edən insanlar tərəfindən tətbiq olunur. Əlbəttə bunda din əxlaqına uyğun olmayan bəzi Sionist təlimlərin böyük təsiri vardır. Buna görədir ki, din əxlaqına uyğun olmayan təlimlər ortadan qaldırılsa, Yaxın Şərqdə sülhün bərqərar olması üçün də ən böyük addım atılmış olacaq.
 
Ancaq bütün bu mövzulara keçməzdən əvvəl bunu da ifadə etmək faydalı olar. Bu yazıda mövzu etibarilə İsrailin şiddət siyasəti üzərində durulur. Amma unudulmamalıdır ki, bəzi Fələstinli radikalların etdikləri də səhvdir. Saleh müsəlmanlar hər cür terror və şiddətə qarşıdırlar. Allah inananların şiddətə əl atmasını qadağan etmiş və sülh tərəfdarı, ədalətli insanlar olmalarını əmr etmişdir. Peyğəmbər əfəndimizin (s.ə.v.) həyatı da bu əxlaqın ən gözəl nümunələrindən biridir. Bu səbəbdən İsrailin günahsız fələstinlilərə qarşı etdiyi şiddət siyasəti nə qədər dözülməzdirsə, İsrail xalqına qarşı edilən intihar hücumları da o dərəcə qəbul edilməzdir. Şiddət hər iki tərəf üçün böyük itkilərə səbəb olur, həm müsəlmanlardan, həm də yəhudilərdən bir çox günahsız bu amansız şiddətin hədəfinə çevrilir. Fələstin torpaqları müsəlmanlar, xristianlar və yəhudilər üçün müqəddəs torpaqlardır. Bu torpaqlarda hər üç dinin nümayəndəsi, Osmanlı hakimiyyəti altında əsrlər boyu bir yerdə, dinc və təhlükəsiz şəraitdə yaşayıblar. Keçmişdə olduğu kimi bu gün də bu torpaqlar, müsəlmanların Məscidi-Aksa və digər bütün müqəddəs məkanlarında, yəhudilərin Ağlama Divarında və müqəddəs qəbul etdikləri hər yerdə, xristianların məbədlərində heç bir narahatlıq hissi olmadan, özlərini təhlükədə hiss etmədən ibadətlərini yerinə yetirdikləri yerlər olmalıdır. Bütün qruplar ticarətlərini, təhsillərini, qısaca hər cür ictimai fəaliyyətini rahat şəkildə həyata keçirə bilməlidir. Müqəddəs torpaqlar, yenidən sülh və sevgi məkanı olmalıdır. Bizim və bütün vicdanlı, sağlam düşüncə sahibi olan insanların istəyi budur.
 
Terrorçuluqdan Baş Nazirliyə
 
İsrailin qurulduğu illər eyni zamanda Yaxın Şərqin də terrorla tanış olduğu illər olmuşdur. Əsrin əvvəllərindən bəri sistemli "dövlət quruculuğu" proqramı əsasında işləyən Sionist hərəkatın din əxlaqını yaşamayan qismi 1940-cı illərdə Fələstində meydana gətirdiyi terror təşkilatları ilə bölgəni qana qərq etdi.
 
Sionistlər Fələstindəki ərəblərə və sonrakı illərdə də ingilislərə qarşı döyüşəcək “Irgun Zvei Leumi” (Milli Hərbi Təşkilat), ya da qısaca "Irgun" adlı silahlı gizli təşkilat qurdular. "Irgun" və 1940-cı ildə ondan ayrılan Avraham Sternin qurduğu LEHİ (Lomamei Herut Yisrael-İsrailin Azadlığı Döyüşçüləri) ərəblərə və ingilislərə qarşı qanlı terror hadisələri həyata keçirdilər (LEHİ, qurucusunun adına uyğun olaraq Stern Şəbəkəsi olaraq da adlandırılır). Irgun və Lehinin iki aktiv terroristi illər sonra bütün dünyanın tanıyacağı adlar olacaqdı: Menahem Begin və Yitzhak Şamir! İkisi də, növbə ilə, baş nazir oldular.
 
Bu terroristlər ilə digər bəzi Sionistlər arasında da gizli bir ittifaq vardı. 1948-ci il 16 Sentyabr günü Stern təşkilatının terroristləri, BMT-nin Fələstin üzrə vasitəçisi olan və Sionistlərin işğal siyasətini tənqid etməsi ilə tanınan Qraf Folke Bernadotteni Qüdsdə öldürdülər. Yeni qurulmuş İsrail dövlətinin baş naziri Ben Gurion Stern əsgərləri tərəfindən reallaşdırılan sui-qəsdi lənətlədi və Bernadottenin BMT qərargahındakı dəfn mərasiminə də qatılaraq başsağlığı verdi. Sui-qəsdi törədən Stern üzvləri isə itkin düşdülər. Ancaq bir müddət sonra bu əsgərlər üzə çıxdılar, həm də çox maraqlı bir şəkildə... Bernadotteni vuran Joshua Cohen adlı nişançı baş nazir Ben Gurionun xüsusi cangüdəni oldu, birdən-birə! Sui-qəsd əmrini verənlərdən Yitzhak Şamir isə Mossadın Avropa üzrə departamentinin sədr vəzifəsinə gətirildi. 1
Terror hadisələri İsrailin qurulması ilə bitmədi, azalmadı da. Əksinə daha da çox qan tökülməyə başladı.
 
Yaxın Şərqdə terrorun tarixi
...80-100-ə qədər kişi, qadın və uşaq öldürülmüşdü. Uşaqları başlarına dəyənəklə vuraraq öldürdülər. Hər evdən ən az bir adamı qətlə yetirdilər. Kəndlərdə kişi və qadınlar yemək və su verilmədən evlərdə zorla saxlanırdılar. Sonra da evləri partladırdılar. Bir komandir əsgərlərdən birinə əmr verərək, partlatmaq istədiyi evin içinə 2 qadın bağlamasını söylədi. Bu vaxt bir əsgər öldürmədən əvvəl bir ərəb qadına təcavüz etdiyini dedi. Yeni doğulmuş uşağı olan ərəb qadına bir neçə gün oraları təmizlətdikdən sonra qadın və uşaq öldürüldü.
“Böyük adam” deyə adlandırılan yaxşı yetişdirilmiş, yaxşı təhsil almış komandirlər alçaq qatillərə çevrilmişdi. Həm də baş verən qorxunc hadisələrin içində istəməyərək bu vəziyyətə düşməmişdilər. Əksinə, soyqırımı və yox etmə metodlarını istəyərək edirdilər. Onlara görə dünyada nə qədər az ərəb qalsa, o qədər yaxşı idi.
Üstdəki sətirlər İsrailin “Davar” qəzetinin 9 İyun 1979 tarixli nömrəsində nəşr olundu. Yazılanlar 1948-ci ildə Dueima adlı Fələstin kəndinin ələ keçirilməsi zamanı olanlara şahidlik edən İsrailli bir əsgərin xatirələri idi.
 
Olduqca əhəmiyyətli olan bu sətirlərdə izah edilənlərin, bir terror hərəkətini yox, İsrailin dövlət terrorunun sadə bir nümunəsini təsvir etməkdir. Başqa "sadə nümunə" İsrail dövlətinin qurulduğu 1948-ci ildə Deir Yassin kəndindəki ərəblərə qarşı törədilən qətliamdır. Irgun və Stern terroristləri Qüds yaxınlğındakı Deir Yassin kəndinə təşkil etdikləri basqın zamanı hamilə qadınların və uşaqların da olduğu 280-ə qədər ərəbi əvvəl küçələrdə gəzdirdikdən sonra güllələmişlər. Üstəlik böyük vəhşiliklər göstərərək: Öldürülən gənc qızların çoxuna təcavüz edilmiş, kişilərin cinsi orqanları qoparılmışdır. Sionistlər bəzi qurbanları öldürmək üçün bıçaqdan istifadə etmişlər. Hesabatlarda "ortadan iki hissəyə bölünən" kiçik bir qız uşağından da danışılmaqdadır. 2
 
Bu şəkildə altı ay ərzində ərəb kəndlərinə təşkil edilən saysız basqınlarla 400 minə yaxın ərəb yurdundan didərgin düşmdüşdü. Deir Yassin qətliamı bu hücumların sadəcə biridir. İllər ərzində terror yolu ilə boşaldılan kəndlərin sayı, İsrail zülmünə qarşı yəhudilərdən biri olan Israel Shahakın təsbit etdiyi rəqəmə görə 385-dir. Bu kəndlərdə qorxu yolu ilə qaçırılanlarla birlikdə Deir Yassin kəndinin əhalisi ilə eyni sona uğrayanlar da var.
 
İsrail terroru sonrakı illərdə də qan tökməyə davam etmişdir. Kibya ya da Səbrə Şatilla qırğınları yenə aysberqin görünən qisimləridir. Bu şiddət və zülm hadisələrinə görə bəzi yəhudilərin göstərdikləri reaksiyalar isə olduqca düşündürücüdür. Məsələn, İsrailin 1982-ci ilin yazında Livan işğalı zamanı Səbrə və Şatilla mühacir düşərgələrində öldürülən 1.500-dən çox fələstinli haqqında Begin "Yəhudi olmayanlar, Yəhudi olmayanları öldürdü, bizə nə!" demişdi. Halbuki qısa müddət sonra qırğını reallaşdıran Falangelistlərin İsrail zabitlərinin əmrində olduğu və İsrail ordusu tərəfindən silahlandırıldığı meydana çıxmışdır.
 
İşgəncələr Sona Çatmalıdır
 
İsrail terrorunun əsas hissəsini işgəncə təşkil edir. 1967-ci ildən bəri iki milyondan çox fələstinlini işğal altında yaşamağa məcbur edən İsrail, bu fələstinlilərin əzmini qırmaq və onları köçə razı salmaq üçün sistemli şəkildə işgəncə siyasəti həyata keçirmir.
Bu qorxunc işgəncə üsulları ilk dəfə Londonda nəşr olunan “Sunday Times”-ın 1977-ci ilki buraxılışında apardığı uzun bir araşdırma nəticəsində meydana çıxdı. Sənədləşdirilən hadisələr 1967-ci ildən etibarən on illik İsrail işğalı zamanı işgəncə görən qırx dörd fələstinlinin vəziyyətini göstərirdi.
 
Buna görə İsrailin Nablus, Ramallah, Hebron və Qəzzadakı həbsxanalarda, Qüdsdəki rus binası ya da Moskoviya olaraq bilinən sorğu və nəzarət mərkəzində və Yona, Ramla, Sarafand, Nafha kimi xüsusi əsgəri həbsxanalarda ağılasığmaz işgəncələr tətbiq olunurdu. Sistemli şəkildə döyməkdən əlavə istifadə edilən işgəncə növləri arasında cinsi orqanlara elektrik vermə, məhbusu lüm-lüt buzlu suya soxma, gözləri bağlanmış olan məhbusun üzərinə xüsusi öyrədilmiş itləri qısqırtma, bədənin müxtəlif yerlərində siqaret söndürmə, dırnaqların və möhkəm dişlərin sökülməsi kimi üsullar vardı.
 
Bəzi məhbusların qızları da həbs olunmuş və bunlara atalarının gözü qarşısında təcavüz edilmiş, sonra da məhbus öz qızı ilə cinsi əlaqəyə girməyə məcbur edilmişdi. Kişi məhbusların cinsi orqanlarının sıxışdırılması da çox istifadə edilən üsullardan biri idi. Bu işgəncələr nəticəsində çox sayda fələstinli məhbusda qalıcı şikəstliklər meydana gəldi. Çoxları cinsi funksiyalarını itirdi, görmə və eşitmə hisslərini və ağıllarını itirənlər oldu. Bu fiziki işgəncələrlə birlikdə psixoloji üsullar da olub. Siyasi məhbuslar qəsdən, İsrail ordusuna çəkmə, kamuflyaj ləvazimatı və s. kimi vəsaitlər emal etmə işlərinə göndərilir, rədd etdikdə isə fiziki işgənclərə məruz qalırdılar. 3
 
“Sunday Times”-ın ortaya çıxardığı bu həqiqətlər 1967-1977-ci illər arasında baş vermiş işgəncə hadisələri idi. Sonrakı illərdə də terror və işgəncə davam etdi. Sadəcə 1987-1993-cü illərdə İsrail ordusu tərəfindən 1.283 fələstinli öldürülmüş, 130.472 nəfər ağır şəkildə yaralanmış, 481 nəfər sürgün edilmiş, 22.088 nəfər həbs edilmiş, 2.533 ev möhürlənmişdir. 4 Həbs zamanı istifadə edilən işgəncə üsullarının hansı həddə çatdığını isə bilmək mümkün deyil.
 
İsrail işgəncə ənənəsi ilə əlaqəli 1995-ci ilin Avqust ayında bəzi yeni məlumatlar ortaya çıxdı. Təqaüdçü polkovnik və tarixçi Moşe Givati "Səhra və Alovların İçində" adlı kitabında 1948, 1956 və 1967-ci illərdə baş vermiş Ərəb-İsrail müharibələrində İsrail ordusunun əsirlərə inanılmaz işgəncələr etdiyini yazırdı. Buna görə əsir götürülən Misirli əsgərlərin gözləri siqaret ilə oyulmuş, cinsi orqanları kəsilmişdi...
 
Burada xatırlatmaq lazımdır ki, hər dövlət kimi İsrail dövləti də öz təhlükəsizliyini təmin etmək haqqına malikdir. Ancaq bu haqq heç bir zaman heç kimin şiddətə müraciət etməsinə, günahsız insanları öldürməsinə, ağılasığmaz işgəncə üsullarının tətbiqinə, soyqırım etməsinə, bir milləti yox saymağa cəhd etməsinə əsas verə bilməz. Şiddət hər zaman daha çox şiddət gətirir. Şiddətə müraciət edərək qanlı bir dövrün əsası qoyulur. Etməli olduğumuz hər iki cəmiyyətin də haqqlarının ən ədalətli şəkildə qorunduğu, bir-birlərinin haqqlarına hörmət göstərəcəkləri sülh şəraitinin təmin edilməsi üçün cəhd göstərməkdir.
 
Talmudun Yəhudi Olmayanlara Qarşı Oyandırdığı Nifrət
 
Yəhudilərin həyatında adət-ənənələrin yeri böyükdür. Bir Yəhudi dini məsuliyyətlərinin nə olduğunu, kimlə evlənə biləcəyini, kimə qarşı necə rəftar edəcəyini, nələrin qadağan edildiyini, nələrin qadağan edilmədiyini 'Halakha' adı verilən dini mənbədən öyrənir. "Yəhudi şəriəti"-nin təməli olan Halakha hahamların "bir Yəhudi necə yaşamalıdır?" sualının cavabını ən geniş şəkildə vermək üçün hazırladıqları və əsrlər boyu yeni əlavələrlə böyümüş yazılı dini mənbədir. Klassik yəhudiliyə görə bir yəhudi gündəlik həyatını necə keçirməli olduğunu öyrənmək üçün təhrif olunmuş Tövrata ya da Köhnə Əhdin o biri kitablarına baxmamalıdır. Bunlar sadə insanlara aydın ola bilməz. Çünki, bunların mənasını yalnız hahamlar qavrayır və yəhudi cəmiyyəti də dini onlardan öyrənir. Halakha hahamların yəhudi cəmiyyətinə verdiyi bu təhsilin toplandığı qaynaqdır. Halakhanın ən əhəmiyyətli qaynağı isə, “Talmud” adı verilən çox cildli bir kitabdır.
 
Talmudun bir çox keçidində təhrif olunmuş Tövratda mövcud olan və haqq dinə aid olan şərhlərə məhəl qoyulmur və yuxarıda da ifadə etdiyimiz kimi təkəbbürlü və insafsız bir mühafizəkarlıq əmr edilir. Allahın əmr etdiyi əxlaq ilə heç bir şəkildə uyğun gəlməyən təcavüzkar, eqoist və irqçi model təlqin edilir. Tarixdə müxtəlif radikal yəhudi fraksiyonların və indiki vaxtda da bəzi Sionist ideoloqların ifadələrində hiss olunan kinin, hirsin və döyüşə meyliliyin əsasını Talmudun "insafsız" təlimləri təşkil edir. Bu gün bir çox liberal yəhudi tarixçi və alim də İsrailin şovenist tətbiqlərinin insafsız yəhudi ideologiyasından qaynaqlandığını deyir. Məşhur İsrailli alim Israel Shahak bu həqiqətə diqqət çəkən şəxslərdəndir. Shahak bəzi yəhudilərin Tövratı tamamilə qəbul etmədiklərini bu sözləri ilə ifadə etməkdədir:
 
Çox radikal yəhudilər müqəddəs kitabın böyük bir hissəsinə laqeyiddirlər və qalan hissələri haqda olan məlumatlarıda mənaları təhrif edilmiş təfsirlərdən əldə ediblər. (Israel Shahak, Jewish Fundamentalism en Israel, London, Pluto Press, 1999, s. 27)
Bu hökmlərin bir qismi təhrif olunmuş Tövrat və Köhnə Əhdin müəyyən hissələri ilə də ziddiyyət təşkil edir. Bunun səbəbi Yəhudi ideologiyasının təhrif olunmuş Tövratın və Köhnə Əhdin digər kitablarının hökmlərini də öz düşüncəsinə görə şərh edib təhrif etməkdən çəkinməməsidir. Məsələn, Hz. Musaya verilən "On Əmrdən” səkkizincisi olan "Oğurlamayacaqsan" (Çıxış, 20:15) hökmü, "bir yəhudini oğurlamamaq" (yəni qaçırmamaq ya da girov götürməmək) mövzusunda qoyulmuş bir qadağa kimi izah edilir. Hökmün mal deyil, insan "oğurlamaq" şəklində şərh olunmasının səbəbi "On Əmrin” yalnız ölümcül cinayətləri ehtiva etdiyinə dair Talmud yazıçıları tərəfindən verilmiş izahdır. Digər tərəfdən Yəhudi olmayanların girov alınması onsuz da Talmud tərəfindən icazə verilən bir hərəkətdir. (Israel Shahak, Jewish History, Jewish Religion, ss. 88-89.) 
 
Bilinir ki, bunlar səhv izahlardır. Səmimi şəkildə iman edən yəhudilər Rəbbimizin bütün insanlara əmri olan və Təhrif olunmuş Tövratda da mövcud olan gözəl əxlaq hökmlərinə əməl etməlidirlər və bütün iman edənlərin bir-birlərinə hörmət və sevgi ilə yaxınlaşmalıdırlar. Fələstin torpaqlarında zülm görən xalq bir olan Allaha iman edən, Hz. Məhəmməd (s.ə.v), Hz. Musa, Hz. İsa, Hz. Nuh, Hz. Süleyman, Hz. Davud və digər bütün peyğəmbərlərin Allahın elçiləri olduğuna inanan, axirət günü yenidən dirildiləcəklərini bilən, din əxlaqını tanıyan insanlardır. Təhrif olunmuş Tövratda şiddətin və zülmün qınandığına aid şərhlər unudulmamalıdır. Ancaq irqçi fikirlərə sahib olan Sionistlər bunları unudaraq kin və intiqama əsaslanan inanc meydana gətirmişdir. Səmimi olaraq Allaha iman edən yəhudilərin də Sionist ideologiyanın təsiri altında yaşamaq yerinə kitablarında olan bu şərhlərə uyğun davranmaları daha doğru olar. Təhrif olunmuş Tövratda sülhün, sevginin, mərhəmətin və gözəl əxlaqın tərifləndiyi şərhlərdən bəziləri bu şəkildədir:
 
Qərar verməkdə haqsızlıq etməyin. Nə yoxsula üstünlük ver, nə də varlıya meyl sal, amma bir-birinizi ədalətlə mühakimə edin. Xalq arasında xəbərçilik etmə, qonşunun qanının tökülməsini istəmə. Rəbb Mənəm. Soydaşına qarşı ürəyində nifrət bəsləmə. Başqa adamı mütləq tənbeh et ki, sən də günahının cəzasını çəkməyəsən.(Levililər, Bab 19, 15-17)
 
Ey insan Allah sənə yaxşı olanı bildirdi. Ədalət yaratmaqdan, məhəbbət göstərməyi sevməkdən, itaətkarcasına Allahınla bir yolda getməkdən başqa Rəbb səndən nə istəyir?(Mikeya, Bab 6, 8)
 
Qətl etmə. Zina etmə. Oğurluq etmə. Heç kimə qarşı yalançı şahidlik etmə. Heç kimin evinə tamah salma.(Çıxış, Bab 20, 13-17)
 
İstəyimiz sülh və əminamanlıqdır
 
Əlbəttə arzumuz Orta Şərqdə İsrail fanatizmi və təcavüzkarlığı ilə qızışdırılan və yarım əsrdir axan qanın dayanması, bütün işğal edilmiş bölgələrin (Şərqi Qüds) daxil olmaqla sahiblərinə geri qaytarılması və bölgədəki fərqli din və millətlərin sülh və əminamanlıq içində yaşamasıdır. Necə ki, tək Allaha və Onun vəhy etdiyi kitablara inanan yəhudilər, xristianlar və müsəlmanların bir yerdə yaşamaları son dərəcə təbii və bizim inancımızın təməli olan Qurani- Kərimə də açıq şəkildə göstərilmişdir. Quranda müsəlmanların Kitab-Əhlinin (Yəhudi və Xristianların) yemək dəvətlərini qəbul edə biləcəkləri, bu dindən xanımlarla evlənə biləcəkləri bildirilir ki, bunlar səmimi insani əlaqələr və dinc ortaq həyat qurulmasını təmin edəcək əsaslardır. (Maidə Surəsi, 5) Yenə Quranda sinaqoq və kilsələrin qorunması da bildirilmişdir. (Həcc Surəsi, 40)
 
Buna görə də biz müsəlmanların yəhudilərə qarşı heç vaxt kin və düşmənçiliyi ola bilməz. İstəyimiz bura qədər izah edilən "İsrail vəhşiliyi və fanatizminində” yox edilməsi və beləcə Orta Şərqə həqiqi sülhün yerləşməsidir. Necə ki, Osmanlı hakimiyyətində Orta Şərqdəki fərqli din və millətlər əsrlər boyu əminamanlıq içində yaşayıblar.
 
 
 
Haşiyələr:
 
1Richard Curtiss, "The Good Cops and Bad Cops Who Killed the Peace Process". Vaşinqton Report on Middle East Affairs. İyun 1995
2 Lenni Brenner, The Iron Wall: Zionist Revisionism from Jabotinsky to Shamir, London: Zed Books, 1984, ss. 141-143
3 Ralph Schoenmann, Sionizmin Gizli Tarixi, Novruzgülü Nəşriyyat. 1992. ss. 79-95
4 Vaşinqton Report on Middle East Affairs, İyun 1994
5 Amnon Rubinstein, The Zionist Dream Revisited: From Herzl to Gush Emunim and Back, 1.b., New York: Schocken Books, 1984, s. 116

2011-02-07 13:22:42

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top