BİTKİLƏR DÜNYASINA AÇILAN QAPI BİZİ ALLAHIN QÜSURSUZ YARADIŞINA APARIR

Ətrafımızda əhəmiyyət vermədiyimiz və ya gündəlik həyatın bir hissəsi olaraq qiymətləndirdiyimiz bir çox şey var. Bunlar haqqında düşündüyümüz zaman, əslində hər şeyi sonsuz güc, məlumat və ağıl sahibi olan Rəbbimizin mükəmməl şəkildə hazırlayıb, yaratmış olduğunu görərik. Elə o andan etibarən Aləmlərin Rəbbi olan Allahın yaratdığı bütün canlılar üzərindəki qüdrət və hakimiyyətini daha da yaxşı hiss edərik. Ətrafına yalnız səthi gözlə baxaraq hərəkət edən insanlar üçün isə vəziyyət fərqlidir. Belə insanlar hər hansı bir mövzu haqqında yalnız ehtiyaclarını qarşılayacaq qədər məlumatlarının olmasını kafi hesab edirlər. Onlara görə ətrafımızda baş verən hər şey adidir və hər şeyin mütləq bir izahı var. Ağcaqanad uçur, çünki qanadları var, Ay onsuz da həmişə səmadadır, Dünya kosmosdan gələ biləcək təhlükələrdən qorunur, çünki atmosfer var. Oksigen tarazlığı da heç pozulmur. İnsan eşidir, görür, hiss edir. Bunların hamısı çox normaldır. Buna görə də bu mövzular üzərində ümumiyyətlə düşünmək lazım deyil. Halbuki, Allah Quranda insanların hər cür mövzu barədə düşünmələrini əmr edir. Bəqərə surəsində belə buyrulur:

 

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə (yüklənmiş halda) dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, (Onun) bütün heyvanatı (yer üzünə) yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə Surəsi, 164)

 

Bu yazımızda bitkilər dünyasının heyrətamiz gözəlliklərinə və Allahın yaradışındakı qüsursuz nizama birlikdə şahid olacağıq.

 

Tənəffüs etdiyimiz tərtəmiz havanın, həyatda qalmaq üçün ehtiyacımız olan qidaların, istifadə etdiyimiz enerjinin qaynağı  bitkilərdir. Heyrətamiz gözəllikdəki mənzərələrin, bihuşedici qoxuların və göz qamaşdıran rənglərin qaynağı da bitkilərdir. İnsan həyatında çox əhəmiyyətli yeri olan bitkilərin 500 mindən çox növü Allahın insana bəxş etdiyi sərhədsiz xəzinələrdəndir.

 

Bitkilərin işığı qidaya çevirən fotosintez sistemləri, heç dayanmadan enerji və oksigen sintez edən, təbiəti təmizləyən, ekoloji tarazlığı təmin edən mexanizmləri, dad, qoxu, rəng kimi yalnız insana xitab edən estetik xüsusiyyətləri ilə özlərini yaradan Allahın sonsuz elmini, sənətini, insanlara qarşı olan şəfqət və mərhəmətini göstərən xüsusi canlılardır.

 

Bənzərsiz sistemlərə malik bitkilərin bu günə qədər yalnız 10.000 növü tədqiq edilmiş, bu tədqiqatlar nəticəsində hər bitkinin insanı heyrətləndirəcək yaradılış xüsusiyyətlərinə sahib olduğu ortaya çıxmışdır.

 

Allahı tanımaq, Onun isimlərini görmək, Ona yaxınlaşmaq istəyənlər üçün bitkilərdəki, hətta onların sadəcə bir yarpağındakı yaradılış möcüzələrinə bir az daha yaxından baxmaq, onların möcüzələrlə dolu dünyalarını tanımaq çox faydalı olacaq. Bu sayədə indiyə qədər yalnız elm adamlarına xas olduğunu düşündüyümüz təəccüblü həqiqətlərin qapısının bütün insanlara açıla biləcəyini görə bilərik.

 

İman edənlər Allahın özlərinə verdiyi ağıl və anlayış ilə Onun bizə göstərdiyi möcüzələri görə bilərlər. Bunun üçün varlıqlara ağıl və hikmət gözü ilə baxmaq kifayətdir. Ətrafına ağıl və hikmət gözü ilə baxmağı öyrənən insan hər hansı bir çiçəyin rəngində, formasında və qoxusunda gördüyü sənətin yanında çiçəyi çiçək edən bütün sistemləri də öyrənəcək, Allahın üstün elminə və qüdrətinə daha yaxından şahid olacaq. Allah həm insanın, həm də digər canlıların yaradılışında ayələr olduğunu, yəni Öz varlığının dəlillərinin olduğunu bizə belə bildirir:

 

Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə Surəsi, 4)

 

Burada əsl əhəmiyyətli olan cəhət Allahın kainatdakı hər şeyi ən kiçik hissəsinə qədər üstün elm, həssas ölçü ilə yaratdığını görmək və Quran ayələrinin canlı nümunələrinə şahid olmaqdır. Bir ayədə belə buyurulur:

 

Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Furqan Surəsi, 2)

 

“Canlılar aləminin davam etməsi üçün ən əhəmiyyətli ünsürlər nələrdir?” sualının cavabı olaraq, şübhəsiz ki, ağlımıza ilk öncə  oksigen, su, qida kimi təməl ehtiyac maddələri gəlir. Bütün bu təməl maddələrin yer üzündəki tarazlığını təmin edən ən əhəmiyyətli faktor yaşıl bitkilərdir. Bundan başqa yenə yer üzündəki istiliyin təmin edilməsi, atmosferdəki qazların tarazlığının qorunması kimi yalnız insanlar üçün deyil, bütün canlılar üçün son dərəcə böyük əhəmiyyət kəsb edən başqa tarazlıqlar da var ki, bütün bu tarazlıqları təmin edənlər yenə yaşıl bitkilərdir.

 

Yaşıl bitkilərin fəaliyyəti yalnız bunlarla məhdud deyil. Bildiyimiz kimi yer üzündəki həyatın əsas enerji qaynağı Günəşdir. Ancaq insanlar və heyvanlar günəş enerjisindən bilavasitə istifadə edə bilmirlər, çünki bu enerjini olduğu kimi istifadə edə biləcəkləri sistemlər yoxdur. Buna görə günəş enerjisi də ancaq bitkilərin sintez etdiyi qidalar vasitəsilə istifadə edilə bilən enerji olaraq insanlara və heyvanlara çatır. Hüceyrələrimizin istifadə etdiyi enerji xammallarının hamısı bitkilər vasitəsilə bizə çatan günəş enerjisidir. Məsələn, çörək yeyərkən, çay içərkən əslində günəş enerjisi qəbul edirik. Əzələlərimizdəki güc, günəş enerjisinin fərqli formasından başqa bir şey deyil. Bitkilər günəş enerjisini bizim üçün kompleks əməliyyatlar apararaq tərkibindəki molekullara toplayıblar. Heyvanlar üçün də vəziyyət insanlardan fərqli deyil. Onlar da bitkilərlə bəslənir və bu sayədə onların enerji paketləri halına gətirərək yığdıqları günəş enerjisini istifadə edirlər.

 

Bitkilərdə günəş enerjisini bilavasitə istifadə edə bilən xüsusi strukturlar olur. Bitki hüceyrələri bu strukturların köməyi ilə günəşdən gələn enerjini insanlar və heyvanlar tərəfindən qida yolu ila alınacaq enerjiyə çevirir və formulu strukturlarında gizli olan çox xüsusi əməliyyatlarla qidalara bu enerjini yığırlar. Bu xüsusi əməliyyatların bütününə fotosintez deyilir.

 

Bitkilərin fotosintez edə bilmələri üçün lazım olan miniatür fabrik, onların yarpaqlarında yerləşir. Lazımi mineralları və su kimi maddələri daşıyacaq son dərəcə xüsusi quruluşa sahib olan daşıma sistemi də bitkinin gövdəsində və köklərində mövcuddur. Çoxalma sistemi isə hər bitki növü üçün xüsusi olaraq hazırlanmışdır.

 

Bütün bu mexanizmlərin hər birinin özünəməxsus kompleks strukturları var. Bu mexanizmlər bir-birləri ilə əlaqəli işləyirlər. Biri olmadan digərləri funksiyalarını yerinə yetirə bilmir. Nümunə olaraq daşıma sistemi olmayan bir bitkini ələ alaq. Belə bir bitkinin fotosintez etməsi qeyri-mümkündür. Çünki fotosintez etməsi üçün suyu daşıyacaq kanalları yoxdur. Bitki qida istehsal etməyi bacarsa belə bunu gövdənin digər hissələrinə daşıya bilməyəcəyi üçün yararsız olacaq, bir müddət sonra öləcək.

 

Bu nümunədə olduğu kimi bitkidəki bütün sistemlərin qüsursuz  şəkildə işləməsi zəruridir. Mövcud quruluşdakı əskiklik bitkinin funksiyalarını yerinə yetirə bilməməsinə səbəb olacaq, bu da bitkinin ölümü və növünün yox olması ilə nəticələnəcək.

 

Bitkilərdəki hər quruluş xüsusi olaraq planlanmışdır, hazırlanmışdır. Bu da bizə bu qüsursuz planı yaradan üstün ağlın olduğunu göstərir. Bu üstün ağlın sahibi Aləmlərin Rəbbi olan Allah bizə qüsursuz yaratmasının dəlillərini göstərir. Allah canlılar üzərindəki hakimiyyətini və bənzərsiz yaratmasını bir ayədə belə bildirir:

 

O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir. Budur Allah – sizin Rəbbiniz. Ondan başqa ilah yoxdur. Hər şeyin Yaradıcısı (Allahdır)! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır. (Ənam Surəsi, 101-102)


2011-06-07 17:01:45

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."