Mədəaltı vəzi (Pankreas)

Əgər ehtiyacınızdan çox şəkər qəbul edirsinizsə, qandakı şəkər nisbətinin yüksəlməsinə mane olmaq üçün orqanizminizdə bir sistem fəaliyyətə başlayır:

1- Əvvəlcə mədəaltı vəzi hüceyrələri, qan mayesi daxilində mövcud olan milyonlarla molekul arasından şəkər molekullarını tapır və digərlərindən ayırır. Üstəlik bu molekulların çox və ya az olduqlarına qərar verir, sanki şəkər molekullarını bir-bir sayır. Gözü, beyni, əlləri olmayan, gözlə görə bilməyəcəyimiz ölçüdəki hüceyrələrin bir mayenin içindəki şəkər molekullarının nisbəti haqqında fikir sahibi olması insanı çox düşündürür.

 2- Əgər mədəaltı vəzi hüceyrələri qanda ehtiyacdan artıq şəkərin olduğunu təyin etsə, artıq şəkər miqdarının yığılmasına qərar verər. Ancaq bu "yığılma" işini özləri görməz, bunu onlardan tamamilə uzaqda olan başqa hüceyrələrə etdirərlər.

3- Uzaqdakı bu hüceyrələr onlara müvafiq əmr gəlmədiyi müddət ərzində şəkər yığmaq istəməzlər. Ancaq mədəaltı vəzi hüceyrələri "şəkər yığmağa başlayın" əmrini bu hüceyrələrə aparan bir hormon yollayarlar. "İnsulin" adlandırılan bu hormonun bütün informasiyası mədəaltı vəzi hüceyrələri ilk meydana gəldikləri andan etibarən DNT-lərində qeyd olunub.

 4- Mədəaltı vəzi hüceyrələrindəki xüsusi "fermentlər" (işçi zülallar) məhz bu informasiyanı oxuyurlar. Oxunan informasiyaya görə də insulin hasil edirlər. Bu istehsalda hər biri fərqli vəzifələr icra edən yüzlərlə ferment işləyir.

5- Hasil edilən insulin hormonu ən etibarlı və ən sürətli nəqliyyat şəbəkəsi olan qan yolu ilə hədəf hüceyrələrə çatdırılır.

6- İnsulin hormonunda qeyd olunan "şəkər yığın!" əmrini oxuyan digər hüceyrələr isə bu əmrə qeyd-şərtsiz itaət edirlər. Şəkər molekullarının hüceyrələrin içinə daxil olmasını təmin edəcək qapılar açılır. 

7- Ancaq bu qapılar təsadüfi açılmır. Anbar hüceyrələri qandakı yüzlərlə fərqli molekul arasından yalnız şəkər molekullarını ayırd edir, tutur və öz içlərinə təhvil verirlər. 

8- Hüceyrələr onlara çatan əmrə heç zaman itaətsizlik etmirlər. Bu əmri səhv anlamır, yalnış maddələri tutmağa, ehtiyacdan çox şəkər yığmağa cəhd belə etmirlər. Böyük bir intizam və fədakarlıq ilə çalışırlar.  Beləcə, siz şəkəri çox olan bir şirinçay içəndə, bu fövqəladə sistem hərəkətə keçir və artıq şəkəri yığıb bədəninizdə saxlayırlar. Əgər bu sistem işləməsəydi, o zaman qanınızdakı şəkər sürətlə yüksələr və komaya girərək ölərdiniz. Bu, o qədər mükəmməl bir sistemdir ki lazım olduğu zaman tərsinə də işləyə bilər. Əgər qandakı şəkər normadan az olarsa, bu zaman mədəaltı vəzi hüceyrələri tam fərqli bir hormon olan "qlükaqon"u hasil edirlər. Qlükaqon daha əvvəl şəkər yığan hüceyrələrə bu dəfə "qana şəkər əlavə edin!" əmrini ötürür. Bu əmrə itaət edən hüceyrələr yığdıqları şəkəri geri buraxırlar. Necə ola bilər ki, beynə, sinir sisteminə, gözə, qulağa sahib olmayan hüceyrələr, bu cür böyük hesablamaları və işləri qüsursuz şəkildə bacarırlar? Yan-yana düzülmüş zülal və yağ molekullarından ibarət olan bu şüursuz varlıqlar, necə olur ki, insanların belə edə bilməyəcəkləri qədər böyük işləri icra edirlər? Şüursuz molekulların ortaya qoyduğu bu böyük şüurun mənbəyi nədir? Əlbəttə ki, bunlar bizə bütün kainata və bütün canlılara hakim olan Allahın varlığını və qüdrətini göstərir.


2011-06-08 10:34:37

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com