Hegelin rüşeym rəsimləri saxtakarlıqdır

Ernst Hegel 1868-ci ildə yazdığı “Təbii yaradılış tarixi” (Natürliche Schöpfungsgeschichte) adlı kitabında insan, meymun və it rüşeymlərindən istifadə edərək bəzi müqayisələr apardığını irəli sürmüşdür. Çəkdiyi rəsimlər demək olar ki, hamısı eyni canlı rüşeymlərindən ibarət idi. Hegel bu rəsimlərə əsaslanaraq sözügedən canlıların ortaq mənşədən gəldiklərini müdafiə etmişdir.

 

Amma əslində məsələ başqa cür idi. Hegel bircə rüşeym rəsmi çəkmiş, sonra da ona qəsdən kiçik dəyişikliklər edərək insan, meymun və it rüşeymi adı altında yan-yana qoymuşdu. Yəni açıq-aşkar saxtakarlıq etmişdi.

 

Elə Darvinin “İnsanın əmələ gəlməsi” kitabında mənbə kimi göstərdiyi “elmi fəaliyyət” (!) də bu idi. Əslində Darvin bu kitabı yazmazdan əvvəl Hegelin rəsimlərinin saxtakarlıq olduğunu başa düşmüşdü. Hətta Hegelin özü belə saxtakarlığının üzə çıxmasının ardınca etdiyi bu böyük elmi yalanı etiraf etmişdi:

 

Bu etdiyim saxtakarlıq etirafından sonra özümü biabır olmuş və qınanmış görməliyəm. Lakin mənim təsəllim budur ki, günahkar vəziyyətdə yan-yana olduğumuz yüzlərlə həmkar, bir çox etibarlı müşahidəçi və məşhur bioloq vardır ki, onların da nəşr etdirdikləri ən yaxşı biologiya kitablarında, tezislərdə və jurnallarda mənim qədər etdikləri saxtakarlıqlar, qeyri-dəqiq məlumatlar, az-çox təhrif edilmiş, dəyişdirilib yenidən çəkilmiş formalar var.

 

Ancaq darvinistlərə görə darvinizm ehkamının yaşaması üçün əldəki tək-tük saxta dəlillərdən biri bu və ya digər şəkildə insanlara “təkamülə dəlil” kimi göstərilməli idi. Öz ağıllarına görə edilən saxtakarlıq və ya onun digər darvinistlər tərəfindən başa düşülməsi mühüm deyildi; darvinistlərə görə mühüm olan saxta da olsa, insanlara təkamülün dəlilini təqdim etmək idi.

 

Elə bu səbəbdən saxtakarlığın başa düşülməsinə baxmayaraq, Darvin və onu dəstəkləyən bioloqlar Hegelin rəsimlərini istinad kimi qəbul etməkdə davam etdilər. Bu da Hegeli cəsarətləndirdi. Hegel sonrakı illərdə ardıcıl müqayisəli rüşeym şəkli də çəkdi. Balıq, salamandra, tısbağa, toyuq, dovşan və insan rüşeymlərini yan-yana göstərən sxemlər hazırladı. Bu sxemlərdə diqqəti cəlb edən cəhət bu fərqli canlıların rüşeymlərinin əvvəlcə bir-birlərinə çox bənzəmələri, inkişaf prosesi əsnasında yavaş-yavaş bir-birindən fərqlənmələri idi. Xüsusilə insan rüşeyminin balıq rüşeyminə olan bənzərliyi diqqəti çox cəlb edirdi. Belə ki, insan rüşeyminin rəsimlərində eynilə balıqdakı kimi xəyali “qəlsəmələr” belə görünürdü. Hegel bu rəsimlərin verdiyi “elmi görünüş” ilə “rekapitulyasiya nəzəriyyəsini” elan etdi: “Ontogenezi filogenezini təkrar edir”. Bu şüarın mənası bu idi: Hegelin fikrincə, hər canlı yumurtasında və ya ana bətnində keçirdiyi inkişaf əsnasında öz növünün “təkamül tarixini” əvvəldən yaşayırdı. Bu saxta nəzəriyyəyə əsasən insan rüşeymi ana bətnində əvvəlcə balığa bənzəyir, sonrakı həftələrdə salamandra, sürünən, məməli kimi mərhələlərdən keçdikdən sonra “təkamül keçirərək” insana çevrilirdi.

 

Əslində isə bu böyük saxtakarlıqdır.

1990-cı ildə ingilis embrioloq Maykl Riçardson onurğalı rüşeymlərini mikroskop altında tədqiq etdi və onların Hegelin rəsimlərinə heç cür bənzəmədiyini müəyyən etdi. Riçardson və qrupu fəaliyyətlərinin ardınca 1997-ci ilin avqust ayında “Anatomiya və Embriologiya” (Anatomy and Embryology) jurnalında rüşeymlərin həqiqi fotoşəkillərini dərc etdirdi. Hegel rəsimlərdə müxtəlif qəliblərdən istifadə etmiş və embrionların bir-birlərinə bənzəməsi üçün onların üzərində müxtəlif dəyişikliklər etmişdi. Rüşeymlərə xəyali orqanlar əlavə etmiş, bəzilərindən orqanları çıxarmış, ölçüləri çox fərqli olan rüşeymləri eyni boyda göstərmişdi. Hegelin insan rüşeymində “qəlsəmə” kimi göstərdiyi yarıqların isə qəlsəmələrlə heç bir əlaqəsi yox idi: onlar əslində insanın orta qulaq kanalının, paratiroidlərin və çəngələbənzər vəzin başlanğıcları idi. Rüşeymlər əslində bir-birlərinə heç bənzəmirdilər. Hegel çəkdiyi rəsimlərdə hər cür dəyişiklik etmişdi.

Uzun zaman saxta təkamül dəlili kimi gündəmdə saxlanmağa çalışılan Hegelin rəsimləri 5 iyul 1997-ci il tarixli “Elm” (Science) jurnalında “Hegelin rüşeymləri: saxtakarlıq yenidən kəşf edildi” başlığı altında dərc edildikdə bu saxtakarlıq artıq bütün elm dünyasında qəbul edilmişdi. Sözügedən məqalədə bu məlumatlar verilmişdi:

 

Riçardson və qrupunun bildirdiyinə görə Hegel sadəcə orqanlar əlavə etmək və ya çıxarmaqla kifayətlənməmiş, eyni zamanda fərqli növləri bir-birinə oxşar göstərmək üçün ölçülərini də dəyişdirmiş, bəzən rüşeymləri həqiqi ölçülərindən on dəfə fərqli göstərmişdir. Habelə Hegel fərqləri gizlətmək üçün növləri adlandırmaqdan çəkinmiş və bir növü sanki bütün heyvan qrupunun təmsilçisi kimi göstərmişdir. Riçardson və qrupunun bildirdiyinə görə əslində bir-birlərinə çox bənzəyən balıq növlərinin rüşeymlərində belə görünüşləri və inkişaf prosesləri baxımından çox böyük fərqlər mövcuddur. Riçardson “(Hegelin rəsimləri) biologiyadakı ən böyük saxtakarlıqlardan biridir” deyir.

 

2000-ci ilin mart ayında Harvard Universitetindən təkamülçü paleontoloq Cey Qauld isə sözügedən saxtakarlıqdan çoxdan xəbəri olduğunu deyirdi. Amma dəccaliyyətin lazım bildiyi kimi səssiz qalmağı üstün tutmuşdu. Rəsimlərin saxtakarlıq olduğunun ictimaiyyət tərəfindən öyrənilməsindən sonra Qauld bu rəsimlərdən hələ də istifadə edilməsinin akademik baxımdan cinayət olduğunu bildirir və belə deyirdi:

 

Məncə, müasir dərsliklərin əksəriyyətində olmasa da, böyük hissəsində bu rəsimlərin hələ də qoyulmasına icazə verən ağılsız geri qayıtma dövrünə görə həm təəccüblənməli, həm də utanmalıyıq.

Hegelin saxtakarlığı o qədər açıq və o qədər böyük idi ki, o beş professor tərəfindən məsələ ilə bağlı saxtakarlıq etməsi ilə təqsirləndirildi və Jenadakı universitet məhkəməsi tərəfindən təqsirli elan edildi.

 

İngiltərə Təbiət Tarixi muzeyindən Ser Qavin de Bier isə bu böyük elmi biabırçılığı bu sözlərlə ifadə edir:

 

Asan, nizamlı və inandırıcı, tənqidi tədqiqat aparılmadan geniş kütlələr tərəfindən qəbul edilmiş Hegelin “rekapitulyasiya nəzəriyyəsi” kimi bir çox nadir iddia elmə bu qədər böyük zərər vermişdir.

 

Hegelin bu saxta rəsimləri əslində darvinistlərin adına məqsədinə çatmışdır. Bu rəsimlərin elmi saxtakarlıq olduğu açıqlanmasına baxmayaraq, bəzi dairələr bu saxta rəsimləri həqiqi zənn edərək mənfi təsirlənmiş, elmi əsassızlığına baxmayaraq, təhsil müəssisələrində davam edən təhsil insanın canlılara ümumi baxışını mənfi istiqamətdə dəyişdirmişdir. Yaradılış Tədqiqat Cəmiyyəti (Creation Research Society) və Yaradılış Araşdırma İnstitutu (Institute of Creation Research) təşkilatlarının qurucusu Henri M. Morris bu vəziyyəti belə qiymətləndirmişdir:

 

Darvindən – və xüsusilə də Freyddən etibarən psixoloqlar insanın sadəcə təkamül keçirmiş bir heyvan olduğunu güman etmiş və davranış problemlərini heyvani əsasdan dəyərləndirmişlər. İnsan problemləri ilə maraqlanarkən meymunlarla və digər heyvanlarla (hətta həşəratlarla) aparılan təcrübələr əsas götürülmüşdür.

Çox əvvəllər elmi cəhətdən əsassızlığı sübut edilməsinə baxmayaraq, rekapitulyasiya nəzəriyyəsinin acı meyvələri cəmiyyətdə bir çox sahədə yetişməyə başladı...

 

Elmi cəhətdən biabırçılıq hesab edilən, bəzi təkamülçülər tərəfindən belə dəlil kimi təqdim edilməsi təəccüblə qarşılanan Hegelin saxta rəsimləri heyrətli də olsa, hələ də müxtəlif dərsliklərdə yerini qoruyur. Bu təəccüblü hal darvinizm yalanının hansı səviyyəyə çatdığını göstərir. Kaliforniya universitetindən molekulyar bioloq Conatan Uels bu vəziyyəti belə açıqlayır:

 

Bir çox dərslikdə Hegelin rəsimlərinin çox az fərqlənən yeni versiyaları var. Piter Reyvn və Corc Consonun “Biologiya” kitabının 1999-cu il nəşri buna bir misaldır...

Digər nümunə Sisi Star və Ralf Taqartın 1998-ci ildə nəşr edilmiş “Həyatın vahidliyi və müxtəlifliyi” (The Unity and Diversity of Life) kitabıdır. ... Ceyms Qauld və Uilyam Kitonun “Biologiya elmi” (Biological Science) adlı kitabının son nəşri isə bu ifadəyə yer verir: “Darvini təkamül fikrinə salan embrioloji həqiqət bir çox onurğalının rüşeymlərinin erkən inkişaf dövründə bir-birlərinə yaxından bənzəməsidir.” Börton Qatmanın 1999-cu il nəşrli “Biologiya” dərsliyi isə Hegelin rüşeym rəsimlərinin yenidən çəkilmiş versiyasını bu başlıq altında verir: “Bir heyvanın embrioloji inkişafı onun əcdadlarının formaları ilə bağlı ip ucu verir.”

 

Hegelin saxta rəsimlərinin hələ də biologiya dərsliklərində sanki təkamülə dəlil kimi göstərilməsi, şübhəsiz, adi səhv deyil. Saxta olmalarına baxmayaraq, bu rəsimlər dərsliklərdə qəsdən verilir. Bunun, şübhəsiz, ən mühüm səbəbi həmin saxta rəsimlərin darvinizmin əsas cəhətinə, yəni insanın məsuliyyətsiz heyvan olması yalanına mühüm saxta dəlil təşkil etməsidir. Conatan Uels darvinist elm adamlarının qəsdən müdafiə etdikləri bu yalanla bağlı belə demişdir:

 

Hegelin rüşeymləri Darvin teoremi üçün o qədər güclü “dəlil” idi ki, o rüşeymlərin bir versiyası, demək olar ki, təkamüllə bağlı hər dərslikdə var. Buna baxmayaraq, bioloqlar Hegelin rəsimlərini uydurduğunu bir əsrdən çox müddət boyu bilirlər, onurğalıların rüşeymləri əsla onun göstərdiyi kimi oxşar deyillər. Habelə Hegelin “ilk” adlandırdığı mərhələ əslində inkişafın orta mərhələsidir, onun qabarıq göstərdiyi bənzərliklərdən daha əvvəlki inkişaf mərhələlərində aydın fərqlər görünür. Bunu biologiya dərsliklərini oxuyaraq öyrənə bilməzsiniz: Darvinin “ən güclü birinci sinif dəlili” dəlilin bir nəzəriyyəyə uyğunlaşması üçün necə təhrif edilməsinin klassik nümunəsidir.

 

Dəccalın planlaşdırdığı yalanın saxta nəzəriyyəyə saxta dəlil kimi təqdim edilməsi və təsirsiz olması darvinistlərə qısa müddətli sevinc gətirsə də, əslində bu darvinistlər üçün ümidsizliyin xəbərçisidir. Hegelin rəsimləri ilə insanlar “nəhəng”  elm adamının darvinizm uğrunda necə böyük saxtakarlıqlar edə biləcəyini gördülər. Bu nümunə ilə darvinizmin davamlı olaraq “yalana” ehtiyacı olması bir daha sübut edilmişdir. Təkamülçü elm adamlarının saxtakarlığa necə göz yumduqları açıq şəkildə göründü. Hegelin saxtakarlığı yaradılış qarşısında təkamül nəzəriyyəsinin dəccaliyyət sisteminin məhv olduğunun digər mühüm dəlilidir. XX əsrdə bu saxtakarlığın ifşası səssizliklə qarşılana bilər. Ancaq XXI əsr bu və bunun kimi saxtakarlıqların açıq şəkildə üzə çıxarıldığı və həqiqi elmi dəlillərin nümayiş etdirildiyi əsrdir. Saxtakarlıqlar üzə çıxarıldıqca və həqiqi elmi dəlillər gəldikcə darvinizmin süqutu da, şübhəsiz, daha aydın görünür.


2011-08-06 15:29:02

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top