Hz. Mehdi (ə.s)-ın, Ustadın hazırlamış olduğu əsərlərini özünə bir proqram etməsi səbəbiylə, işinin guya çox asan olacağını və bu səbəblə də əsl Ustadın Hz. Mehdi (ə.s.) olduğu iddiası tamamilə səhvdir

Yenə bəzi Nurçu qardaşlarımız axırzamanda bu üç vəzifəni yerinə yetirərkən Risaləi Nuru özünə proqram etməsinə görə, hz. Mehdi (ə.s)-ın  etdiyi bütün işlərin Ustadın üzərinə düşəcəyini də iddia edirlər. Ustadın əsl memar olduğunu, hz. Mehdi (ə.s)-ın isə (haşa) bir inşaat ustası kimi hazır olan bir proqram üzərində vəzifəsini icra edəcəyini iddia edirlər. Bu səbəbdən hz. Mehdi (ə.s)-ın işinin guya çox asan olacağını eyham edərək, axırzamanın ən şiddətli zamanında vəzifəli olan gəlmiş-keçmiş ən böyük vəli və qütbü əzəm vəzifəsini sanki kiçik hesab edərmiş kimi yanaşırlar. Yenə eyni kəslər hz. Mehdi (ə.s)-ın Ustadın tələbəsi mövqeyində olacağını da ifadə edərək  Risalələrə tamamilə tərs olan bir məntiq inkişaf etdirirlər. Halbuki Ustad, hz. Mehdi (ə.s)-ın  qabaqcıl əsgəri, ona yer (zəmin) hazırlayan bir nəfəri, bir xidmətçisi olduğunu risalələrində çox açıq bir şəkildə ifadə etmişdir.

O, İRƏLİDƏ GƏLƏCƏK ƏCAİB (Çaşdıran və heyrət oyandıran şey; bənzəri görülməyən; qəribə) ŞƏXSİN BİR XİDMƏTÇİSİ VƏ ONA YER HAZIRLAYAN BİR DÜMDARI (Ordunun arxadan gələn təhlükəsizlik qüvvəsi) VƏ O BÖYÜK KOMANDİRİN PİŞDAR (qabaqcıl) BİR NƏFƏRİ (əsgəri) OLDUĞUMU ZƏNN EDİRƏM. ...

 
(Barla Lahiqəsi, səh. 162)

Bədiüzzaman Səid Nursi Həzrətləri Risalələrin heç bir yerində  belə bir məntiq bidirməmişdir. Həmçinin, bu məntiqlə düşünüldüyü təqdirdə, Bədiüzzamanın bütün xidmətlərinin; özünün həm Nəqşi, həm Qədri istiqaməti olması səbəbiylə Qədri təriqətinin qurucusu və bu səbəbdən, Ustadın müəllimi olan Əbdülqadir Gilani Həzrətlərinə keçəcəyi kimi bir vəziyyət söz mövzusu olacaq. Bu səbəbdən Ustadın tələbələri üçün də eyni vəziyyət keçərli olacaqdır. Onların arasından, hz. Mehdi (ə.s)-ın üç vəzifəsindən birini bir cəhətdə etdiyini iddia edənlər varsa, onların da etdikləri Səid Nursi Həzrətlərinə və bu səbəbdən Əbdülqadir Gilani Həzrətlərinə keçəcək. Nəticədə nə Səid Nursi Həzrətləri, nə də Nur camaatının mənsubları axırzamanın böyük Mehdisi ola bilməyəcəklər və Əbdülqadir Gilani Həzrətlərinin Hz. Mehdi (ə.s) olduğunu qəbul edəcəklər. Ancaq Əbdülqadir Gilani Həzrətləri, Ustadın; "bir nəbi Mehdi və mücəddid" hökmündə gördüyü bir şəxsi möhtərəmdir. Ancaq hz. Mehdi (ə.s) zamanında reallaşdırılması lazım olan 3 böyük vəzifəni bir yerdə yerinə yetirməmiş olması səbəbiylə, özü axırzamanın Mehdi (ə.s)-ı adını almamışdır.

Risalələrin ruhuna tərs düşən şərhlər etmələri, bəzi Nurçu qardaşlarımızın, Ustadı və Risalələri lazım olduğu kimi anlaya bilmədiklərini göstərir

Bu da çox əhəmiyyətlidir ki; bəhs edilən Nur tələbələri Ustadın hz. Mehdi (ə.s) və hz. İsa (ə.s) haqqındakı son dərəcə açıq və dəqiq olan izahlarına çox fərqli izahlar gətirərək öz aralarında fərqli cəbhələr  meydana gətirirlər. Ancaq bu vəziyyətləriylə, əslində həm Ustadı, həm də Risalələri lazım olduğu kimi anlayıb qavraya bilmədiklərini ortaya qoyurlar. Çünki öz aralarında fərqli qruplara ayrılan Nurçulardan bir qismi Ustad hz. Mehdi (ə.s) idi deyir, bir qismi hz. Mehdi (ə.s) və hz. İsa (ə.s)  əvvəl gəldilər və vəfat etdilər deyir, bir qismi də, ikisi də vəfat etdilər, ruhları dabbət-ül Ərzdə toplandı və hal-hazırda vəzifədədirlər  deyir, bir qismi  hz. Mehdi (ə.s) Risalələrdir, bir qismi  hz. Mehdi (ə.s) gözlə görünməz olar, çünki şəxsi mənəvidir deyir, kimi hz. İsa (ə.s.) da, Hz. Mehdi (ə.s) da şəxsi mənəvidirlər deyir,  son olaraq da bütün bu fikirlərin hamısını bir kənara buraxaraq; "Axırzamanda tək bir Mehdi deyil, üç ayrı Mehdi çıxacaq eyni anda zühur edəcəklər, biri siyasət, biri diyanət, biri də səltənət aləmində vəzifə yerinə yetirəcəkdir" kimi son dərəcə səhv bir fikir irəli sürürlər. Halbuki ortaya qoyulan bütün bu məntiqlər həm əlaqədar kəslər, həm də eyni düşüncəni müdafiə edən digər kəslər baxımından çox böyük bir utanc vəsiləsidir. Çünki ortaya atdıqları bu iddiaların hamısı Risalədə yazılanlarla qəti olaraq ziddiyyət təşkil edərək Risalələrin ruhundan ayrı, Ustadın düşüncələrindən uzaq, səhv anlayışları əhatə edir.

Sırf hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın bu əsrdə bir şəxs olaraq gələcəklərini qəbul etməmək, onların gəlib keçdiyini söyləmək, mehdiyyət mövzusunu bir etibar mövzusu kimi görmək, yaxud Ustada qarşı mənəvi bir qoruma hissini müdafiə etmək üçün, (Ustadı tənzih edirik) onu yalançı mövqeyinə salan, son dərəcə açıq olan ifadələrini ancaq şərh edilərək aydın ola biləcək kompleks anlaşılmaz, aydın olmaz, təşbehli izahlarla dolu ifadələr kimi göstərən bir zehniyyət təhlükəlidir.

Ustad,  hz. Mehdi (ə.s)-a dərin bir sevgi və hörmətlə bağlıdır, onun qabaqcıl bir əsgəri və köməkçisidir

Ustad hz. Mehdi (ə.s)-a eşqlə, dərin bir sevgi və sədaqətlə bağlıdır. Özü şəxsən Risalələrində hz. Mehdi (ə.s)-ın xidmətçisi, qabaqcıl əsgəri, dümdarı olduğu ifadə edərək ona olan sevgisini, hörmətini, heyranlığını çox açıq bir şəkildə bildirərkən, Ustadı -öz iradəsi xaricində- sanki mehdilik mövqesi üçün yarışan, (haşa) hz. Mehdi (ə.s)-dan üstün olma iddiasında olan, hz. Mehdi (ə.s)-ı özündən (haşa) aşağı bir mövqedə görən bir kimsə kimi göstərməyə çalışmaq son dərəcə çirkindir.

Hz. Mehdi (ə.s) axırzamanda Ustadın hazırladığı risalələr ilə təbliğ işləri görəcək, Risaləi Nuru özünə hazır bir proqram edib onunla birinci vəzifəsini yerinə yetirəcək ki, bu onun, Risaləi Nurun ruhunu çox yaxşı qavramış olduğunu, Ustadı çox yaxşı anladığını, Risalələri anlama və izah etmə gücünün çox yüksək olduğunu göstərir. Bu vəziyyət,  iki şəxsi möhtərəmin  bir-birlərinə dərin bir sevgi və hörmət ilə bağlı olduqlarının açıq bir ifadəsidir.

Birincisi : Fənn və fəlsəfənin təsiriylə və maddiyyun (materializm, darvinizm və ateizm epidemiyası),  və tabiiyyun taunu bəşər (hər şeyin əsasını təbiətdə görənlər, təbiəti yaradıcı qəbul edən mükərlər) içinə intişar (yayılması, ağızdan-ağıza dolaşması) etməsiylə, hər şeydən əvvəl fəlsəfəni və maddiyyun (materializm, darvinizm və ateizm epidemiyası), fikrini tam susduracaq bir tərzdə imanı qurtarmaqdır. Əhli imanı dəlalətdən mühafizə etmək (iman edənləri azğınlıqdan qorumaq) və bu vəzifə həm dünya, həm hər şeyi buraxmaqla, çox zaman tədqiqat (tədqiqlər) ilə məşğuliyyəti iqtiza etdiyindən (tələb etdiyindən), Həzrəti Mehdinin, o vəzifəsini şəxsən özü görməyə vaxtı və halı icazə verə bilməzdi. Çünki xilafəti Məhəmməd (s.ə.v)-ə cəhətindəki səltənəti, onun ilə məşğuliyyətə vaxt buraxmır. HƏR HALDA O VƏZİFƏNİ ONDAN ƏVVƏL BİR TAYFA BİR CƏHƏTDƏN GÖRƏCƏK. O ŞƏXS, O TAYFANIN UZUN TƏTQİQATI (tədqiqləri) İLƏ YAZDIQLARI ƏSƏRİ ÖZÜNƏ HAZIR BİR PROQRAM EDƏCƏK, ONUN İLƏ O BİRİNCİ VƏZİFƏNİ TAM ETMİŞ OLACAQ. BU VƏZİFƏNİN İSTİNAD ETDİYİ (dayandığı) QÜVVƏ VƏ MƏNƏVİ ORDUSU, TƏK İXLAS VƏ SƏDAQƏT VƏ TƏSANÜD (QARŞILIQLI YARDIMLAŞMA) SİFƏTLƏRİNƏ  TAM SAHİB OLAN BİR QİSİM ŞAGİRDLƏRDİR. NƏ QƏDƏR  AZ OLSALAR DA, MƏNƏVİ BİR ORDU QƏDƏR QÜVVƏTLİ VƏ DƏYƏRLİ  SAYILARLAR.

 
(Əmirdağ Lahiqəsi-1, səh. 231)  

Ustad və hz. Mehdi (ə.s) arasında belə güclü bir mənəvi əlaqə var ikən bəzi Nurçu qardaşlarımızın mehdiyyət mövzusunu Nurçular baxımından bir cür yarış halına gətirmiş olmaları və Ustadın adını (Bədiüzzaman Səid Nursi Həzrətlərini tənzih edirik)  bu mövzuya vasitə etmələri son dərəcə səhvdir.

Hz. Mehdi (ə.s) bütün bu iddiaların tam əksi olaraq içində yaşadığımız dövrdə zühur edəcək və siyasət, səltənət və diyanət sahəsindəki üç vəzifəni bir yerdə icra və tətbiq edəcəkdir. Özünə Ustad tərəfindən axırzamanın böyük Mehdisi, ən böyük Mücəddidi, ən böyük Müctəhidi, Mehdi Ali Rəsulu, ən böyük Hakim, Mürşid və Qütbü Əzəm deyilməsi də bu səbəblərlədir.

....HƏRÇƏND HƏR ƏSRDƏ HİDAYƏT EDİCİ BİR  MEHDİ VƏ MÜCƏDDİD GƏLİR VƏ GƏLMİŞ, LAKİN HƏR BİRİ ÜÇ VƏZİFƏLƏRDƏN BİRİNİ BİR CƏHƏTDƏ ETMƏSİ ETİBARİLƏ, AXIRZAMANIN BÖYÜK MEHDİ ÜNVANINI ALA BİLMƏMİŞLƏR.

(Əmirdağ Lahiqəsi-1, səh. 232)

2013-12-29 16:17:22

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top