Dünyanın ən böyük paylama şəbəkəsi: Qan dövranı sistemi

100 trilyon evdən ibarət bir şəhər təsəvvür edək. Sizcə, bu şəhərdəki evlərin hər birinin istəyini bir anda yerinə yetirən paylama şirkəti ola bilər? Bir çoxunuz “əlbəttə, ola bilməz” deyəcəksiniz. Ancaq buna bənzər sistem hər insanın orqanizmində mövcuddur. İnsanın orqanizmindəki evlər hüceyrələrdir, paylama şirkəti isə saysız-hesabsız işçisi olan qan dövranı sistemidir. Qan dövranı sisteminin işçiləri insanın bədənindəki 100 trilyon hüceyrəni bir-bir gəzir. Bu sistemin ən vacib işçisi ürəkdir. Ürək çirkli və təmiz qanı bir-birinə qarışdırmadan orqanizmin müxtəlif yerlərinə paylayan dörd kameraya, təhlükəsizlik vəzifəsini icra edən klapanlara və son dərəcə həssas qurulmuş nizama malikdir.

Ürəyi tədqiq edərkən, onun yalnız qan vurmaqdan ibarət olmadığını, həm də vurduğu qanın istiqamətini müəyyən edən “klapanlar”a malik olduğunu da görərik. Onlar ürək əzələlərinin vurduğu qanın lazımi anda və lazımi istiqamətdə hərəkətini təmin edirlər. Habelə ürək böyük damarlar vasitəsilə bir tərəfdən ağciyərlə, digər tərəfdən də bütün bədənlə əlaqəlidir. Bədənə gedən damar, eyni zamanda, müxtəlif qollara ayrılır, onlar da daha kiçik damarlara bölünür. Kapilyarlara qədər davam edən bu ayrılmadan sonra bu damarlar böyük damarlara birləşir və yenidən ürəyə qayıdır. Ürəkdən də qanın tərkibindəki karbondioksidi vermək və əvəzinə oksigeni almaq üçün ağciyərə ötürülür.

Bütün bu qan dövranı sistemi, yəni ürək, damarlar və ağciyər kompleks sistemlə işləyir. (Bura qanı təmizləyən böyrəkləri, qandakı şəkər nisbətini tənzimləyən mədəaltı vəzi, qanın kimyəvi tərkibini nəzarətdə saxlayan qaraciyəri və qandakı müdafiə sisteminin tərkib hissələrini əlavə etsək, ortaya ehtişamlı bir quruluş çıxar) Bu kompleks sistemin hissələrinin hamısı bir-birləri ilə həmahəngdir və bir-birinə düzgün  formada bağlanmışlar. Bir-birləri ilə həmahəng olan bütün hissələr ortaq məqsədə xidmət edirlər. Əgər bir hissə əskik olsa, sistemdə anormallıq meydana gələcək. Bu isə insanın ölümü ilə nəticələnəcək.

Heç bir ürək vurduğu qanı təmizləyən ağciyər olmadan tək başına bədəni bir dəqiqədən artıq yaşada bilməz. Deməli, qan dövranı sistemi bir anda, bütün hissələri ilə birlikdə yaradılmışdır. Bu da ürəkdəki və qan dövranı sistemindəki qüsursuz yaradılışı və aləmlərin Rəbbi olan Allah’ın tayı-bərabəri olmayan yaratma sənətini göstərir. (Ehtişam hər yerdədir (HARUN YƏHYA))


2009-11-06 23:22:12

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com