Pavlovun itləri və Leninin “insan təkamülü” planları

Lenini və araşdıracağımız Stalin, Mao, Pol Pot kimi kommunist liderlərin hər birini qatil edən nədir?
 
Onları qatilə çevirən şey inandıqları materialist fəlsəfə və bu fəlsəfənin insana olan baxış tərzidir. Kommunizm əslində materialist fəlsəfənin tarixə uyğunlaşdırılmasından ibarətdir. Materialist fəlsəfənin təbiətə uyğunlaşdırılması ilə, yəni Darvinin təkamül nəzəriyyəsi ilə tamamilə eynidir. Bu azğın düşüncələrin bəzi xüsusiyyətlərini  belə ümumiləşdirə bilərik:
 
1. İnsan maddədən ibarət olan, ruhu olmayan varlıqdır.
 
2. İnsan inkişaf etmiş heyvan növüdür. Digər heyvanlardan yeganə fərqi yaşadığı şəraitin onu bir az “əhliləşdirməsidir”. İnsanla heyvan arasında başqa fərq yoxdur.
 
3. İstər təbiətdə, istərsə də cəmiyyətlərdə dəyişməyən yeganə qanun “mübarizə”dir. Mübarizə mənafelərin üst-üstə düşməməsindən yaranır. Mübarizə nəticəsində bir tərəfin məğlub olması,əzab çəkməsi, ölməsi çox təbii haldır və hətta vacibdir.
 
4. İnkişafın reallaşması, məsələn, kommunistlərə görə “kommunist inqilab”ın baş verməsi üçün çox sayda insanın ölməsi, əzab çəkməsi, işgəncəyə məruz qalması qaçınılmazdır və hətta vacibdir.
 
Kommunizmi və materializmdən ilham alan bütün ideologiyalar yuxarıda saydığımız müddəalara elmi don geydirmək üçün insan toplumlarında Allah inancını ortadan qaldırmağa çalışırlar. Əslində, materializmin məqsədi Allah inancını, dini və əxlaqi dəyərləri cəmiyyətdən uzaqlaşdırmaq, beləliklə özünü “ruhsuz heyvan” hesab edən kütlələr meydana gətirməkdir. Bu yolla həmin kütlələri asanlıqla idarə edəcəklərini, öz iqtidarlarını qoruyacaqlarını, hər cür əxlaqsızlığa və zülmə qanuni don geyindirəcəklərini zənn edirlər.
 
İnsana bu cür dəyər verən kommunist ideologiyanın əsas işi insanları bacardığı qədər heyvanlaşdırmaq, vəhşi heyvanlar kimi zəncirləmək, əzab vermək və qorxutmaqla “tərbiyə etmək” və lazım gəldikdə məhv etməkdir.
 
Leninin yazılarına baxsaq, materialist-darvinist fəlsəfənin insanları heyvan hesab etdiyini açıq-aşkar görərik. Belə ki, Lenin heyvanlar üzərində apardığı şərti refleks təcrübələri ilə tanınmış rus alimi Pavlovla görüşmüş və Pavlovun üsullarını rus cəmiyyəti üzərində tətbiq etmək qərarına gəlmişdir. Tarixçi Orlando Fayces (Orlando Figes) “A People's Tragedy, A History Of The Russian Revolution” (“Bir Xalqın Faciəsi, Rus İnqilabının Tarixi”) adlı kitabında Leninin rus xalqına heyvan tərbiyəçisi kimi təlim keçməyini və bunun darvinist mənşəyini belə izah edir:
 
“Deyilənlərə görə, 1919-cu ilin oktyabrında Lenin məşhur fizioloq İ.P. Pavlovun laboratoriyasına insan beyninin şərti refleks təcrübələri vasitəsilə idarə olunub-olunmayacağını araşdırmaq üçün gəlmişdi. “Rus kütlələrinin kommunizm hədlərini düşünmələrini və buna görə davranmalarını istəyirəm” deyə açıqladı Lenin... Pavlov heyrət içində qalmışdı. Lenin ondan itlər üçün etdiyi şeyi insanlar üçün etməsini istəyirdi. "Rus kütlələrini standart hala gətirmək istəyirsiniz? Hamısının eyni cür, standart davranmasını istəyirsiniz?" deyə soruşdu... "Tamamilə doğrudur" deyə cavab verdi Lenin. "İnsanlar doğru olmalıdır. İnsanlar bizim istədiyimiz  formaya düşməlidirlər...”
 
Kommunist sistemin son məqsədi insan təbiətinin dəyişməsi idi. Bu, digər totalitar rejimlər tərəfindən də irəli sürülən məqsəd idi... Nasist Almaniyasında 1920-ci ildə yevgenika hərəkatının qabaqcıllarından birinin söylədiyi kimi “İnsan anlayışında dəyişikliyə şahid olduq.... Qorxunc yevgenika sayəsində əvvəlkinə görə fərqli fərd olmağa məcbur edildik"... (Yevgenika- tarixən  Əflatuna qədər getsə də, müasir dövr üçün Ser Frensis Qalton (Sir Francis Galton) tərəfindən irəli dürülmüşdür. Eugenics- latınca "yaxşı növ" mənasını verən qədim yunan sözüdür. Burada məqsəd Allahın yaratdığı bioloji qanunları əslindən uzaqlaşdıraraq, müəyyən məqsədlər naminə, məsələn, insanın guya genetik təkamülünə gətirib çıxaran “elmi” cəhdlərdir. Misal olaraq, Darvinin dostu alman Ernst Hekkelin (Earnst Haeckel) ideyalarına əsaslanan Adolf Hitler yevgenika fikirləri ilə ruhi xəstələri, qüsurlu doğulanları, şikəst və s. xəstələri xüsusi sterilizasiya mərkəzlərinə yığaraq kütləvi şəkildə məhv edirdi. Bununla, insanın təkamülünə inanırdı. Mussolini də məhz yevgenika düşüncəsi ilə Efiopiyada bir gündə 20 minə yaxın zənci qətl etmişdi)…
 
Maariflənmiş kütlələr vasitəsilə yeni insan növü yaratmaq fikri  19-cu əsr rus ziyalılarının xilasedici missiyası olmuşdur. Marksist fəlsəfə də eyni şəkildə insan təbiətinin tarixi inkişafın nəticəsi olduğunu və bu səbəbdən də yenilənə biləcəyini öyrədir. Leninin gənclik çağlarında rus ziyalıları arasında demək olar ki, müqəddəs sayılan Darvin və Tomas Hakslinin elmi materializmi insanın yaşadığı dünyaya görə təyin olunduğuna inanırdı. Buna görə də, bolşevikler öz inqilablarının yeni insan növü yaradacağına inanırdılar...
 
Baxmayaraq ki, Pavlov həmişə inqilabı tənqid edir və sürgünlə təhdid edilirdi, bununla belə bolşevikler həmişə ona hörmət edirdilər. İki il sonra Pavlova Moskvada böyük mənzil verildi. Lenin Pavlovun işləri haqqında “inqilab üçün çox böyük əhəmiyyəti var” deyirdi. Buxarin bunu  materializmin “dəmir sürsatı” adlandırırdı. (Orlando Figes, A People's Tragedy, A History Of The Russian Revolution, s. 733)
 
Leninin ən böyük köməkçisi və kommunist ideologiyanın mühüm nəzəriyyəçisi Trotski də Leninin darvinist mənşəli “insan təbiətini dəyişdirmək” fikirlərini dəstəkləyirdi. Trotski belə yazmışdı:
 
“İnsan nədir? Hələ təkmilləşmiş canlı deyil. Hələ bacarıqsız varlıqdır. Bir heyvan olaraq insan planlı şəkildə deyil, plansız şəkildə təkamül keçirmişdir, onda bir çox ziddiyyətlər vardır. Necə öyrətmək və idarə etməyi, insanın fiziki və ruhi quruluşunun necə inkişaf etdiyini və tamamlandığını yalnız sosializm əsasında öyrənmək mümkündür. Səhrada qatar yolu inşa edə bilərik, Eyfel Qülləsini tikib birbaşa New York ilə danışa bilərik, bəs insanı inkişaf etdirə bilmərik? Xeyr, edə bilərik! İnsanın yeni və dəyişmiş versiyasını yaratmaq - bu, kommunizmin sonrakı vəzifəsidir... İnsan özünü xammal və ya yarımfabrikat məhsulu hesab etməli və belə deməlidir: "Sevimli homosapiens, sənin üçün çalışacağam. (Orlando Figes, A People's Tragedy, A History Of The Russian Revolution, s. 734)
 
Lenin, Trotski və bolşevikler insanı heyvan növü və maddə yığını hesab etdikləri üçün insana dəyər vermirdilər. Onlara görə inqilabın müvəffəqiyyəti üçün milyonlarla insanı rahatlıqla fəda etmək olar. “The Unknown Lenin” kitabının müəllifi tarixçi Riçard Paypsa görə “Lenin insanlara təhqirdən başqa bir hiss bəsləmirdi: Lenin üçün insanların demək olar ki, heç bir mənasının olmadığını və onun fəhlə sinfinə dəmirçinin müəyyən detala davrandığı kimi davraması iddiasını məktubları təsdiqləyir". (Richard Pipes, The Unknown Lenin: From the Secret Archive, s. 10 )

2009-11-19 04:02:49

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com