İnsana aid tapıntılar nə qədər qədimdir? Bu tapıntılar nə üçün təkamül nəzəriyyəsini dəstəkləmir?

İnsanın yer üzündə yaranması ilə bağlı sualın cavabını tapmaq üçün fosillərə (daşlaşmış canlı qalıqları) müraciət etmək lazımdır. Fosillər insanla əlaqədar tapıntıların milyon illərtarixə malik olduğunu sübut edir. Bu tapıntılar skelet və kəllə sümüyü qalıqları və müxtəlif dövrlərdə yaşamış insanlara aid qalıqlardan ibarətdir. İnsana aid qalıqların ən qədimi tanınmış paleontoloq Meri Liki (Mary Leakey) tərəfindən 1977-ci ildə Tanzaniyanın Laetoli bölgəsində tapılmış ayaq izləridir.
 
Bu qalıqlar elm dünyasında böyük əks-səda doğurdu. Aparılan işlər bu ayaq izlərinin 3.6 milyon illik təbəqədə yerləşdiyi göstərirdi. İzləri tədqiq edən Rasel Tatl (Russell Tuttle) bu sözləri yazmışdı:
 
“Bu izlər yalın ayaqlı bir homo sapiens (insan) tərəfindən qoyulmalıdır. Aparılan bütün morfoloji tədqiqatlar bu izləri qoyan canlının ayağının dövrümüzdəki insanlarınkından fərqli olmadığını göstərir.” (I. Anderson, New Scientist, cild 98, 1983, s. 373.)
 
Aparılan tədqiqatlarla ayaq izlərinin sahibləri də müəyyən edildi. 10 yaşında, müasir insanla eyni xüsusiyyəti daşıyan bir insanın 20 ədəd və daha kiçiyinin 27 ədəd fosilləşmiş ayaq izi vardı. Meri Likinin tapdığı izləri tədqiq edənDon Cohanson (Don Johanson)  və Tim Uayt (Tim White) kimi tanınmış paleoantropoloqlar da bu nəticəyə gəldilər. Uayt bu fikrini aşağıdakı sözləri ilə açıqlayır:
 
“Heç şübhəniz olmasın... Bunlar dövrümüzün insanının ayaq izlərindən heç fərqlənmir. Əgər bu izlər bu gün Kaliforniya çimərliyində olsaydı və bir uşaqdan bunların nə olduğunu soruşsaydılar, heç tərəddüd etmədən burada bir insan gəzdiyini söyləyərdi. Bunları qumluq sahədə yüzlərlə başqa insanın ayaq izindən ayırd edə bilməzdi. Elə siz də ayırd edə bilməzsiniz”. (D. Johanson&M. A. Edey, Lucy: TheBeginnings of Humankind, New York: Simon&Schuster, 1981, s. 250)
 
Həmin ayaq izləri təkamülçü elm adamları arasında mübahisəyə səbəb oldu. Çünki bu izlərin bir insana aid olduğunu qəbul etsələrdi, bu, meymundan insana doğru qurulan xəyali ardıcıllığı alt-üst edəcəkdi. Ehkamçı təkamülçü məntiq bir daha özünü göstərdi. Təkamülçü alimlərin bir çoxu öz yanlış fikirləri üçün elmi bir kənara buraxdılar. Laetolidə tapılan izlərin meymunabənzər canlıya aid olduğunu iddia etdilər. Bu iddianı müdafiə etməyə çalışan təkamülçülərdən Rasel Tatl yazırdı:
 
“Nəticədə, Laetoli bölgəsindəki 3,6 milyon illik ayaq izləri müasir dövrümüzdəki insanın ayaq izlərinə çox bənzəyir. Tapıntı bu izləri qoyan canlıların bizdən daha ibtidai və ya fərqli yeriyən bir canlı olduğunu göstərmir. Əgər bu izlər bu qədər qədimolmasaydı, bunların da bizim kimi bir insan tərəfindən qoyulduğunu mübahisəsiz qəbul edə bilərdik... Ancaq yaş probleminə görə bu izləri Lusi fosili ilə eyni növə, yəni Australopithecus afarensis (təkamülçülərin yarı insan-yarı meymun kimi göstərməyə çalışdıqları, əslində isə nəsli tükənmiş meymun növü) növünə aid canlı tərəfindən qoyulduğunu qəbul etmək məcburiyyətindəyik”. (R. H. Tuttle,Natural History, Mart 1990, s. 61-64)
 
Ən qədim insan qalıqlardan biri də Luis Likey tərəfindən 1970-ci illərin əvvəlində Olduvay Corc (Olduvai Gorge) bölgəsində tapılan daş daxmanın qalıqlarıdır. Daxmanın qalıqları 1,7 milyon il yaşı vardır. Afrikanın bəzi bölgələrində yerləşən və bu gün də istifadə edilən buna bənzər daxmaların dövrümüzdə homo sapiens, yəni müasir insanlar tərəfindən də tikilir. Bu qalıq insanın təkamülçülər tərəfindən əcdadı kimi göstərilən “meymunabənzər” məxluqlarla eyni tarixdə yaşadığını göstərir:
 
“Efiopiyanın Hadar ərazisində tapılan 2,3 milyon illik insan çənəsi də müasir insanın təkamülçülərin irəli sürdüyü tarixdən çox daha əvvəl mövcud olduğunu göstərir.” (D. Johanson, Blake Edgar, From Lucy to Language, s.169)
 
İnsana aid tapılan ən qədim və nöqsansız fosillərdən biri də KNM-WT 15000 və ya digər adı ilə “Turkana uşağı” skeletidir. 1,6 milyon illik bu fosil barəsində təkamülçü Donald Cohanson belə bəhs edir:
 
“Uzun və zəif idi. Bədən forması və bədən üzvlərinin nisbəti bugünkü Ekvator afrikalılarınkı ilə eyni idi. Bədən üzvləri dövrümüzün yetkin şimali amerikalılarına tamamilə uyğun gəlirdi.” (D. Johanson, Blake Edgar, From Lucy to Language, s.173)
 
Aparılan tədqiqatlar fosilin 12 yaşlı bir uşağa aid olduğunu və böyüsəydi, 1,83 m boyu olacağını göstərmişdir. ABŞ-dan olan paleoantropoloq Alan Parker: “Adi bir patoloqun (patologiya mütəxəssisi) bu uşaq skeleti ilə dövrümüzdəki insanın skeletini bir-birindən fərqləndirməsi çox çətindir”, - deyir. (Boyce Rensberger, The Washington Post, 19 noyabr, 1984)
 
İnsana aid tapılan qalıqlardan ən çox səs salanlarından biri də 1995-ci ildə İspaniyada tapılan fosil idi. İspaniyanın Atapuerka ərazisində Qran Dolina mağarasında aparılan araşdırmalarda aşkar edilən 800 min illik fosil 11 yaşlı insana aid idi və onu tapan tədqiqatçılar çoxtəəccüblənmişdilər.Madrid Universitetindənüç ispan paleoantropoloqdan ibarət tədqiqat qrupunun rəhbəri Arsuaqa Ferreras belə deyirdi:
 
“Böyük, enli, kök, yəni bəsit bir şeylə qarşılaşacağımızı güman edirdik. 800000 il yaşı olan bir uşağın Turkana uşağı kimi bir şey olduğunu gözləyirdik. Ancaq bizim tapdığımız tamamilə dövrümüzün insanına aid bir üz idi... Bunlar sizi heyrətləndirən şeylərdir: fosil tapmaq deyil, bütov bir fosil tapmaq gözlənilməz və gözəl hadisə idi. Ancaq ən təsirli cəhəti bu idi ki, bu günə aid olduğunu düşündüyümüz bir şeyi keçmişdə tapmışdıq. Bu, bir növ Qran Dolinada maqnitofon tapmaq kimi bir şeydir. Belə bir şey, əlbəttə, çox təəccüblü olardı. Onu görən zaman çox təəccüblənmişdik”.(“İs This The Face of Our Past”, Discover, dekabr 1997, s. 97-100)
 
Göründüyü kimi, fosil tapıntıları insanın təkamülü iddiasını təkzib edir. Bu iddia bəzi media qurumları tərəfindən ictimaiyyətə sanki sübut edilmiş bir həqiqət kimi təqdim olunur, əslində isə ortada sadəcə fantastik nəzəriyyələr var. Belə ki, təkamülçü alimlər də bu həqiqəti qəbul edir və insanın təkamülü iddiasının dəlillərinin olmadığını etiraf edirlər.
 
Təkamülçü paleontoloqlar Villi, Solomon və Deyvis: “Biz-insanlar fosil izlərində birdən-birə üzə çıxırıq”, - deyərək insanın yer üzündə birdən-birə, yəni heç bir təkamül keçirən əcdadı olmadan ortaya çıxdığını qəbul edirlər. (Villee, Solomon and Davis, Biology, Saunders College Publishing,1985, s. 1053)
 
Kolard və Vud isə 2000-ci ildə qələmə aldıqları bir məqalədə: “İnsanın təkamülü haqqındakı mövcud filogenetik (təkamülçü) fərziyyələrin heç bir əsası yoxdur”, -deməyə məcbur olmuşdur. (“Hominoid Evolution and Climatic Change in Europe” Volume 2 Edited by Louis de Bonis, George D. Koufos, Peter Andrews, Cambridge University, Press 2001, Bölmə 6)
 
Hər yeni əldə edilən fosil tapıntısı bəzi qeyri-ciddi qəzetlərdə “Təkamül zəncirinin itmiş halqası tapıldı” kimi yalan başlıqlarla verilsə də, təkamülçüləri müəmmanın içinə daha çox salır. Əldə edilən tapıntıların sayının artması təkamül nəzəriyyəsinin lehinə deyil, əleyhinə nəticələr ortaya qoyur. Əslində isə əgər keçmişdə hər hansı bir təkamül prosesi baş versəydi, onun çoxlu dəlili olmalı və əldə edilən hər tapıntı bunu daha da gücləndirməli idi. Belə ki, Darvin “Növlərin mənşəyi” adlı kitabında elmin bu istiqamətdə inkişaf edəcəyini iddia etmişdi. Onun fikrincə, nəzəriyyəsinin fosillər baxımından tək problemi kifayət qədər fosil tapıntısı olmaması idi. Aparılacaq təqdiqatlarda nəzəriyyəsini sübut edəcək saysız-hesabsız fosil çıxacağına ümid edirdi. Ancaq elmi tapıntılar Darvinin bu xəyalını tamamilə boşa çıxardı.

2009-11-23 04:03:44

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.