Bənzərsiz üsullarla balalarını qoruyan “sıçrayan tetra balıqları”

  • Canlılar aləmində bənzərsiz üsullarla balalarını qoruyan sıçrayan tetra balıqları (copella arnoldi) nə üçün öz yumurtalarını yarpaq üzərinə qoyurlar?
  • Erkək tetra balığı nəyə görə üç gün ərzində 15 dəqiqədən bir yarpaqdakı yumurtalara quyruğu ilə su sıçradır?
  • Bu balıq növü darvinistlərin “instinkt” iddiasını necə darmadağın edir?
Elmin hələ inkişaf etmədiyi, canlılar üzərində hərtərəfli müşahidələrin aparılmadığı vaxtlarda heyvanların heyrətamiz xüsusiyyətləri insanlara məlum deyildi. Elm və texnologiyanın inkişafı ilə bu xüsusiyyətlər aşkar edilməyə başladı. Dövrümüzdə elmi tədqiqatlar aparılır və heyrətamiz nəticələr  əldə edilir. Bu kəşflər elə fövqəladədir ki, bir heyvanın milyonlarla il ərzində mövcud olan xüsusiyyətlərini görəndə alimlər bunun “möcüzə” olduğunu dilə gətirirlər.
 
Hər dəfə yeni kəşflər edildikdə  canlılar aləminin necə möhtəşəm olması bir daha sübut olunur.
 
BBC televiziya kanalında yayımlanan “Qəribə Təbiət” sənədli film seriyası (BBC Weird Nature, Bizzare Breeding) canlıların fövqəladə xüsusiyyətlərini göz önünə gətirir. Sənədli filmi hazırlayan Con Douner qarşılaşdığı canlılar haqqında “elm  əfsanələrdən belə daha maraqldır” demişdir. Con Douneri heyrətə salan canlılardan biri də sıçrayan tetra balıqlarıdır.
 
Sıçrayan tetra balıqları nəsillərini  necə davam etdirirlər?
 
4 sm uzunluğundakı sıçrayan tetra balıqları Cənubi Amerikada sakit çay kənarlarında yaşayırlar. Erkək tetra suyun üzərinə doğru əyilmiş münasib yarpaq tapıb dişinin gəlməsini gözləyir. Erkək və dişi balığın məqsədi nəsillərini artırmaq üçün sudan kənarda olan yarpağa yumurtalarını yerləşdirməkdir. Dişi gəldikdə yan-yana duraraq mükəmməl bir uyğunluqla yüksəyə- suyun xaricinə doğru birlikdə tullanırlar. Bu tullanma zamanı bədənlərini bir-birlərinə yapışdırır və yarpağın üzərinə düşənə qədər bir-birlərindən heç ayrılmırlar. Bu hərəkəti idmançılar belə edə bilməzlər və ya çox çətinliklə edərlər. Amma bu balaca balıqlar bunu ustalıqla həyata keçirirlər.
 
“Akrobatik” nümayişdən sonra  bu iki balıq yarpağa yapışır. Bu vaxt dişi balıq yarpaq üzərinə 6 və ya 8 yumurta qoyur və beləcə artma proseləri başlayır. Daha sonra hər iki balıq suya geri tullanır. Bu proses yumurta miqdarı 200-ə çatana qədər dəfələrlə təkrar edilir.
 
Sıçrayan tetra balıqları yumurtalarını nəyə görə suya buraxmırlar?
 
Nəslin davam etməsi üçün tetra balıqları yumurtalarını təhlükəli mühitdən uzaq, ən təhlükəsiz məkanda mühafizə etmək istəyirlər. Ona görə də yumurtaları suya yox, məhz yarpağa qoyurlar. Əgər bu çətin hərəkətləri reallaşdıran canlı insan olsaydı, bu cavab bəzi alimlərə çox normal görünəcəkdi. Ancaq bu hərəkətləri 4 sm-lik bir balığın reallaşdırması elm dünyasında heyrətlə qarşılanıb.
 
Elmin cavablandıra bilmədiyi suallar:
 
1. Sıçrayan tetra balığı yaşadığı mühitin tamamilə kənarında olan əsla yaşamadığı başqa bir mühitin balaları üçün təhlükəsiz olduğunu necə bilir?
 
2. Etibarlı yer tapmaq dərk etmək, qərar vermək qabiliyyəti və ağıllı davranmağı tələb edən davranışdır. Bir balıq növü necə ağıllı davranış göstərə bilər?
 
3. Sıçrayan tetra balıqları sudan kənarda sadəcə müəyyən zaman keçirməyi necə nəzərə ala bilirlər?
 
4. Balıqlar eyni anda, saniyə fərqi belə olmadan uyğunlaşıb çox güclü sıçrayışı necə həyata keçirə bilirlər?
 
5. Tetra balıqlarının sıçrayışını iki insanın bənzər sıçrama hərəkəti ilə müqayisə etsək, sudan eyni anda çıxa bilmələri üçün onlara mütləq bir işarə verilməlidir. Bu işarə ya kənardan bir xəbərdarlıq səsi və ya hər kəs üçün eyni təyin olunmuş  müddətin sayılması (məsələn, üçə qədər saymaq kimi) ola bilər. Bu qarşılıqlı razılaşmanın nəticəsində iki insan eyni miqdarda güc tətbiq edərək məqsədinə çata bilər. O halda qarşılıqlı əlaqə, ünsiyyət, qərar vermək, birlikdə bacarmaq əzmi tələb edən belə bir davranışı iki balıq necə reallaşdıra bilər?
 
Bu sualların cavablarına keçməzdən əvvəl sıçrayan tetra balıqlarının bəzi heyrətamiz xüsusiyyətlərini izah edək.
 
Erkək tetra balığı balalarını fədakarlıqla qoruyur
 
Yumurtaların döllənməsi tamamlandıqdan sonra dişi balıq mühitdən ayrılır. Ancaq erkək tetra isə yumurtaların olduğu yarpağın altında düz üç gün qalır və hər 10-15 dəqiqədə bir yumurtaların üstünə quyruğu ilə su sıçradır. Bu üç günün sonunda bala balıqlar yumurtadan çıxaraq dərhal suya düşürlər.
 
Erkək tetra üç gün ərzində 15 dəqiqədə bir quyruğu ilə yumurtaları islatmasa nə baş verər? Əlbəttə ki, yumurtaların hamısı günəşin istisindən quruyar və balalar ölər.
 
Amma belə bir şey olmur və sıçrayan tetra balıqları erkək balıqların bu fədakarlığı ilə nəsillərini davam etdirirlər. Kiçik bir balığa fədakarlıq, səbir, çalışqanlıq, əzm kimi xüsusiyyətləri ilham edən yalnızca Uca Allah’dır.
 
Bu balıq növündə olduğu kimi digər bütün canlılarda da rast gəlinən və təkamülçü alimlərin izah edə bilmədiyi bu cür xüsusiyyətlər Allah’ın sənətinin, gücünün, elminin, rəhmətinin bənzərsizliyini aydın şəkildə göstərir. Rəbbimiz canlı-cansız bütün varlıqlar üzərində müxtəlif sifətləri ilə təzahür edir.
 
Sıçrayan tetra balıqları darvinistlərin “instinkt” iddialarını məhv edir
 
Təkamülçülər canlılardakı  bu cür həyat tərzini, fədakar davranışları instinktlərlə izah edirlər. Ancaq bu instinktin necə bir şey olduğunu özləri də açıqlaya bilmirlər.
 
Darvinistlər canlıların davranışlarına, əslində, böyük bir “gücün” təsir etdiyini qəbul edirlər. Onlar arasında olan fədakarlığın, əmək bölgüsünün və mükəmməl təşkilatçılığın qaynağını bir gücün idarə etdiyini deyirlər. Ancaq bu gücü yalnız “instinkt” söhbəti ilə bağlayırlar. İnstinkt dedikləri gücün əsl sahibini isə “ana təbiət” hesab edirlər (Allah’ tənzih edirik). Halbuki “ana təbiət” dedikləri şey havadan, torpaqdan, sudan ibarət olan maddələr yığınından başqa bir şey deyil. Darvinistlər instinkt iddiaları ilə öz qazdıqları quyuya özləri düşürlər.
 
İnstinktlərin təkamül nəzəriyyəsini məhz edəcəyini bildirən şəxs isə təəccüblüdür- Çarl Darvin.  Çarlz Darvin bu nəzəriyyəsinin banisidir. O, kitabında bu mövzu ilə əlaqədar belə yazmışdır:
 
“İnstinktlər təbii seçmə vasitəsilə qazanıla bilər və ya dəyişikliyə uğraya bilərmi? Arının böyük riyaziyyatçıların kəşflərindən hələ çox-çox əvvəl tətbiq etdiyi pətək gözlərini yönəldən instinkti üçün nə deyəcəyik?” (Çarlz Darvin, Növlərin Mənşəyi, Qürur Nəşrləri , Beşinci Nəşr, Ankara 1996, s. 186)
 
“İnstinktlərin bir çoxu elə heyrətamizdir ki, onlar oxucuya bəlkə də nəzəriyyəmi tamamilə məhv etməyə yetəcək kimi görünəcək.” (Növlərin Mənşəyi , s. 273)
 
Təkamül nəzəriyyəsinin instinkt problemi Darvinin dövründən bəri davam edir. Canlılardakı heyranlıq doğuran davranışları “instinkt” adlandırmaqla heç bir şey izah edilmir. Darvinistlər instinktin mənbəyini dərk etməyə çalışmalıdırlar. Buna çalışsalar görəcəklər ki, əgər bir canlıda instinkt varsa, ona nə etməli olduqlarını göstərən, ilham edən bir güc var və aydındır ki, bu güc, kainatın tək sahibi və hakimi olan Allah’dır. Təkamülçü alimlərin instinkt olaraq xarakterizə etməyə çalışdıqları davranışlar Allah’ın canlılara verdiyi ilhamdır.
 
Unutmayaq, insan baxdığı hər yerdə böyük güc sahibi olan Rəbbimizin varlığının dəlillərini görə bilər. Allah sonsuz ağlını, mərhəmətini bütün canlıların üzərində təzahür etdirir. Allah heyvanlarda insanlar üçün ibrətlər olduğunu Quranda belə bildirir:
 
“Sizin üçün heyvanlarda da əlbəttə ibrətlər vardır…” (Nəhl Surəsi, 66)
“Həqiqətən heyvanlarda da sizin üçün bir dərs (ibrət) vardır...” (Müminun Surəsi, 21)
 
Fizika qanunlarını bilən və buna görə hərəkət edən balıq
 
İşıq bir mühitdən fərqli bir mühitə keçərkən qırılır. Bu da suyun altındakı bu kiçik canlını daha da dərindən düşünməyə vadar edir. Suda cisimlərdən əks olunan şüalar gözə çatdıqda qırılır. Sudan baxanda cisimlər qurudan baxanda olduğu görünmür. Görüntünün fərqli olmasını bir səbəbi də suyun axıntılı olmasıdır. Normalda sıçrayan tetra balığı sudan kənarda bir yarpağa atılmaq istəyəndə hər dəfə işığın qırılmasından dolayı yarpağın yerini yanlış müəyyən etməlu və hədəfinə çata bilməməlidir. Ancaq vəziyyət əsla bu cür reallaşmır. Tetra heç bir zaman hədəfini səhv salmır.
 
Sudan kənardakı bir cismin yerini doğru təyin edə bilmək üçün işığın suda tam olaraq neçə dərəcəlik bucaq ilə qırıldığını bilmək lazımdır. Sıçrayan tetra balığının suyun altında olarkən çöldəki cismin yerini mükəmməl bir bucaq ölçmələri apararaq bilməsi təbii ki, möhtəşəm bir vəziyyətdir. Bu balıq işığın qırılma bucağını necə hesablamağı bilmir. Bu canlıya nələr edəcəyini ilham edən hər şeyi yoxdan yaradan Uca Allah’dır.
 
Sıçrayan tetra balığında olduğu kimi, Allah bir çox canlıya fədakarlıq, əzm, səbir kimi hissləri ilham edir. Balalarını təhlükəli mühitlərdə əsla tərk etməyən, onları qorumaq üçün özlərini fəda edə bilən bir çox canlı var. Çətinliyə, zəhmətə, bəzən həddindən artıq soyuğa, bəzən aclığa baxmayaraq, əsla balalarını tərk etməyən bu canlılarda insanlar üçün örnəklər vardır.
 
Bu məqalə “İlmi mercek” jurnalının 54-cü sayında ( 2008-ci il dekabr ayı) 20-ci səhifədə nəşr olunmuşdur.
2009-12-02 01:55:22

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top