Həzrəti Mehdinin (ə.v) zühur əlamətləri və xüsusiyyətləri

Peyğəmbərimiz (s.ə.v) axırzaman hədislərində bütün müsəlmanları hz.Mehdinin (ə.v) zühuru ilə müjdələmiş, bu mübarək zatın İslam aləmini zülm və əzablardan xilas edəcəyini, yer üzündən fitnə-fəsadı siləcəyini, bütün dünyaya sülh, ədalət, bolluq, dinclik, xoşbəxtlik və rifah gətirəcəyini bildirmişdir.

Peyğəmbərimizdən (s.ə.v) nəql edilən səhih hədislərə görə hz.Mehdi (ə.v) İslam dinini bütün xurafatlardan, batil inanclardan və əsassız fətvalardan təmizləyəcək, hz. İsa (ə.v) ilə görüşəcək, Allah`ın izni ilə, Quran əxlaqının yer üzünə hakim olmasına vəsilə olacaq.

Bu, iman gətirənlərin şövq və həyəcanını artıran müjdədir. Peyğəmbərimizin (s.ə.v) hədisləri ilə yanaşı, İslam alimlərinin dövrümüzə gəlib çatmış əlyazmalarında da bu müjdənin sevinc və şövqü aydın sezilir. Belə ki, böyük İslam alimləri bu mübarək zatı şövq və həyəcanla gözləmiş, peyğəmbərimizin (s.ə.v) hz. Mehdi haqqındakı hədislərini tez-tez dilə gətirmiş, əsla unudulmasına izn verməmişlər. Hazırda dövrümüzdə hədislərdə bildirilən bütün əlamətlərin gerçəkləşməsi hz. Mehdinin (ə.v) zühurunun çox yaxın olduğunu göstərir. 


2009-12-02 02:31:55

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top