Diqqətli olmaq

Təfəkkürün mühüm bir hissəsini diqqət təşkil edir. Allah dünyamızı və bütün kainatı varlığına  dəlil kimi yaratmışdır. Ancaq inkar edənlər bu həqiqəti qavraya bilməzlər, çünki gözlərindəki “pərdə” bu dəlilləri görməyə imkan vermir. Quranda bu insanlar haqqında "... gözləri vardır bununla görməzlər..." (Əraf surəsi, 179) ayəsi ilə bəhs edilir. Gözləri ilə gördükləri maddi kainatın üzərindəki incə “pərdəni” qaldırıb arxasındakı həqiqəti görəcək ağıl və qavrayışa sahib deyildirlər.
 
Mömin isə Allah`ın bütün kainatı, bütün hadisələri hikmətlə və məqsədli şəkildə yaratdığını bilir. Buna görə də gözləri olduğu halda görməyən insanlardan fərqlənir. Lakin görüb qəbul etmək iman gətirməyin ilk mərhələsidir. İman və ağıl dərinləşdikcə mömin qəbul etdiyi həqiqəti  qarşısına çıxan hər təfərrüatda, hər zərrədə daha aydın görməyə başlayır.
 
İmanın dərinləşməsi üç mərhələyə ayrılır: Elm-əl Yəqin, Ayn-əl Yəqin, Haqq-əl Yəqin.
 
Bu mərhələləri yağış nümunəsi ilə izah edə bilərik: Bayırda yağışın yağdığını bilməyin üç dərəcəsi var. Birinci, yəni Elm-əl Yəqində pəncərələri bağlı evdə oturduğumuz vaxt bayırdan gələn bir insan bizə yağışın yağdığını söyləyir və biz də buna inanırıq. İkincisi - Ayn-əl Yəqin, yəni gözlə qavramaq dərəcəsidir: biz pəncərəyə yaxınlaşıb, pərdəni çəkib yağışın yağdığını öz gözlərimizlə görürük. Haqq-əl Yəqində isə qapını açıb evdən çıxırıq və artıq yağışın "içində"yik.  
 
İmanın Elm-əl Yəqindən Ayn-əl Yəqinə və daha da dərinləşməsinə vəsilə olan feli dualardan biri  diqqətdir.  
 
Quranda möminlər  Allah`ın elmini, gücünü, yaradılışını görmək üçün diqqətli olmağa çağırılırlar:
 
“Diqqətli olun; göylərdə və yerdə olanların hamısı  Allah’ındır.  O, sizin nə əməl sahibi olduğunuzu və (qullarının) Onun hüzuruna qaytarılacaqları günü bilir. Allah onlara nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi bilir.” (Nur surəsi, 64)
“Diqqətli olun; həqiqətən onlar, Rəblərinə qovuşacaqlarına şübhə edirlər. Diqqətli olun; həqiqətən O, hər şeyi biləndir.” (Fussilət surəsi, 54)
 
Allah`ın ayələrinin təcəllisini görmək və qavramaq üçün insan dərin düşünməli və zehnini buna öyrətməlidir. Əks halda, düşüncələrimizi sərbəst buraxsaq, bir neçə saniyədə mövzudan mövzuya keçib boş düşüncələrlə vaxt itirərik. Bu, bir növ sərxoşluqdur. Belə olduqda həm ətrafda baş verən hadisələrin xırdalıqlarını qavramırıq, həm də bu hadisələrə müdaxilə etmək iradəsini itiririk.  
 
Halbuki, mömin, Allah`ın izni ilə, düşüncələrini Allah`ın rizasına uyğun istiqamətləndirməli, ağlını daima Allah`ı tanımaq və Onun dininə xidmət etmək üçün istifadə etməlidir. Buna görə də iman gətirən insan boş fikirləri dərhal anlayır və Quranda təsvir edildiyi kimi bu düşüncələrdən uzaqlaşır. Fikirlərimizi idarə edə bilməyimizin ən vacib hissəsi isə diqqətdir.
 
Hər işdə bir xeyir var
 
Allah hər şeyi hikmətlə yaradır. Allah`ın hikməti yaratdığı hadisələrin nəticədə möminlərə, dinə fayda gətirməsidir. Çünki Allah möminlərlə birlikdədir və onların əleyhinə heç bir şey yaratmaz.
 
Möminin qarşısına çıxan bəzi hadisələr, məsələn, inkarçıların onlar üçün qurduğu tələlər ilk baxışda mənfi hal kimi görünə bilər. Lakin Allah orada mütləq xeyir yaratmışdır. Mömin Allah`a tamamilə güvəndiyi və özünü Ona təslim etdiyi üçün qısa müddət ərzində başına gələn hadisələrin hikmətini də görüb anlayır. Buna görə də möminlər qarşılaşdıqları hər hadisədə xeyir olduğunu bilməlidirlər.
 
Quranda hz. Yusifin həyatı buna gözəl bir nümunədir. Hz. Yusif kiçik yaşlarında qardaşları tərəfindən quyuya atılır. Daha sonra yoldan keçən karvan onu quyudan xilas olmuşdur. Ancaq bir müddət sonra günahsız olduğu halda zindana atılır. Hz. Yusif bütün bu hadisələrin Allah`ın idarəsi altında olduğunu və hər bir işdə mütləq xeyir olduğunu heç vaxt unutmur. Nəticədə  Allah bir müddət sonra bütün bu "fəlakət"lərin arxasındakı xeyiri ona göstərir və hz. Yusif atıldığı Misir zindanlarından xilas olaraq sarayda yüksək vəzifəyə gətirilir.
 
Püşk atma nəticəsində gəmidən dənizə atılan, daha sonra nəhəng balıq tərəfindən udulan hz.Yunisin taleyi də hz.Yusifinkinə bənzəyir. Quranda hz.Yunisin Allah`ı "təsbeh edənlərdən" olduğu üçün balığın qarnından xilas olduğu və mükafatlandırıldığı belə izah edilir:
 
“Əgər o, Allah`a tərif deyənlərdən olmasaydı, balığın qarnında Qiyamət gününə qədər qalardı. O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq. Onun başı üstündə iri yarpaqlı ağac (balqabağa bənzər) bitirdik. Biz onu yüz mindən də daha çox adama (peyğəmbər) göndərdik. Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik.” (Saffat surəsi, 143-148)
 
Quranda bildirilən bütün bu hadisələr iman gətirənlər üçün dərsdir. Bir hadisənin "fəlakət" kimi görünməsi xeyirsiz olduğu mənasını vermir.
 
İnkarçılar üçün isə heç bir hadisədə xeyir yoxdur. Onlara zövq və sevinc verən, gözəl görünən şeylər də əslində axirətdə çəkəcəkləri əzabı artıran səbəblərdir. İnkar edənlərin haqsızlıqla əldə etdikləri bütün qazancların hesabı qiyamət günü  veriləcəkdir. Allah Quranda belə bildirir:
 
“Allah`ın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allah`a məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır.” (Ali İmran surəsi, 180)

2009-12-07 20:42:15

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com