Sosial darvinizmin cəfəng iddiası: İnsan heyvan növüdür

Darvinizm fərziyyəsi insanın heyvan növü olduğunu iddia edir. Bu cəfəng və elmə zidd fərziyyəyə inananlar isə insanın bütün xüsusiyyətlərinin "heyvan əcdadlarından" ötürüldüyünü düşünürlər. Əlbəttə, bu, insanın özünə və digər insanlara yanaşmasına ciddi təsir göstərir. Nəticədə insan digər insanları və özünü heyvandan törəmə zənn etdiyi üçün dəyər vermir, başqa insanların düşüncələri onun üçün bir əhəmiyyət daşımır. Onların həyatlarını dəyərsiz hesab edir. Bir insanın ölümünü bir ağcaqanadın və ya itin ölümündən fərqləndirmir. Bir insanın ac və ya möhtac vəziyyətdə olması, onu heyvan kimi görən insanı narahat etmir. Bu dəhşətli yanaşma insanların bir-birlərinə olan sevgi və hörmətlərini də tamamilə ortadan qaldırır. Məhz buna görə darvinizm yalanına aldananlar bu yalanın,əslində, dəhşətli nəticələri ilə yaxından tanış olmalıdırlar.  

Darvin bir məktubunda insanın heyvandan təkamül yolu ilə törədiyi fikrinin dəyəri olub-olmadığını təhlil etmişdir. Darvinin sözləri belədir:

“İbtidai heyvandan təkamül keçirərək törəyən insan zehninin inandığı şeylərin hər hansı bir dəyəri və ya etibarlılığı olub-olmaması barədə dərin şübhəyə düşürəm. Bir meymunun zehnindəki inanclara (əgər varsa) kimsə güvənərdimi?” (Francis Darvin (ed.), Life and Letters of Charles Darwin (1903; 1971 reprint), volume 1, səh. 285)

Darvinin sözləri təkamülçülərin insan haqqında dəhşətli fikirlərinin xülasəsidir. Darvinizm insanın heyvandan fərqlənmədiyini dedikdə bunu təkcə fiziki və ya bioloji cəhətdən iddia etmir, insan və heyvan davranışlarının da bir-birindən fərqlənmədiyini qəbul etdirməyə çalışır. Darvinizmin sehrinə aldananlar insana “heyvan əcdadlarından keçən” zorakılıq, təcavüzkarlıq, eqoizm, mərhəmətsiz rəqabət, təcavüz, homoseksuallıq kimi pis xüsusiyyət və davranışları təbii qarşılayırlar. Məsələn, təkamülçü alim J. P. Darlinqton deyir:

“Birinci cəhət: eqoizm və şiddət anadangəlmədir, ən uzaq atalarımızdan bizə miras qalmışdır. Deməli, şiddət insanlar üçün təbii davranışdır, təkamülün bir məhsuludur. (P. J. Darlington, Evolution for Naturalists, 1980, səh. 243-244)

Belə olan halda, insanların hər cür pis əxlaqı və günah işi normal qarşılanır, cinayət törətmək üzrlü hesab edilir. Hətta çox vaxt cəzalandırılmasına qarşı çıxırlar. Allah (c.c.) hər bir insanı daima pisliyi əmr edən nəfsi və o pislikdən çəkinməsini, yaxşılıq etməsini əmr edən vicdanı ilə birlikdə yaratmışdır. Ayələrdə belə buyurulmuşdur:

                                                                                                                                       

“And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və Allah`dan qorxmağı təlqin edənə! Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. Onu günaha batıran isə ziyana uğramışdır.” (Şəms surəsi, 7-10)

 

 Buna görə də bütün insanlar etdikləri hərəkətin yaxşı və ya pis olduğunu çox gözəl bilirlər. Hər bir insan pis əxlaqdan çəkinməli, haqq olanı etməlidir. Saleh əməl işləyənlər gözəl əxlaqlarının əvəzini ən gözəl şəkildə alacaqları kimi, pislik edənlər də etdikləri pisliyin cəzasını mütləq çəkəcəklər. Bütün əxlaqsızlıqları və günahları təbii qəbul edən təkamül nəzəriyyəsi isə insanları həm dünyada, həm də axirətdə böyük bir fəlakətə sürükləyir.

İnsan heyvan deyil, insan Allah`ın ona ruhundan üfürdüyü, ağıla, iradəyə, vicdana, məntiqə, doğrunu yanlışdan ayırma bacarığına sahib olan, düşünən, qərar verən, mühakimə edən, cəzalandıran və mükafatlandıran, yaşadıqlarından dərs alan Allah`ın sınadığı bir varlıqdır. Bu xüsusiyyətlərin heç biri digər canlılarda yoxdur və ola da bilməz. Çünki bunlar insanın fiziki quruluşu, genləri ilə əlaqədar xüsusiyyətləri deyil. Bütün bunlar insanın ruhuna aid xüsusiyyətlərdir.

Elə isə ruh və ağıl sahibi olan insan bu həqiqəti dərk etməli, şərəfli, iradəli və vicdanına uyğun həyat yaşamalıdır. 

 


2009-12-27 14:01:25

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top