Yumurtanın üstün dizaynı

Bütün canlıları Allah yaratmışdır. Dünyadakı bütün canlılarda Allah`ın varlığının üstün dəlillərini görmək olar. Möminlər canlılardakı qüsursuz yaradılış xüsusiyyətlərinə baxaraq Allah`ın üstünlüyünü təqdir edirlər. Allah Quranda belə buyurmuşdur:

"Həqiqətən, heyvanlarda (ev heyvanlarında) da sizin üçün bir ibrət vardır''. (Mömin surəsi, 21)

Hər varlıqda olduğu kimi, quşlarda da Allah`ın qüsursuz yaratma sənətinin saysız dəlilləri vardır. Məsələn, quş yumurtaları çox möhtəşəm xüsusiyyətlərə malikdir.

Bizə çox sadə görünən toyuq yumurtasının qabığında qolf topunun deşiklərinə oxşayan 15 minə qədər məsamə olur. Bu girintili-çıxıntılı məsamələr quş yumurtasında elastiklik əmələ gətirir və zərbələrə qarşı müqavimətini artırır.

Yumurta əsl qablaşdırma möcüzəsidir, yumurtanın içində inkişaf edən cücənin bütün ehtiyaclarını - qida və suyunu təmin edilir. Yumurtanın sarısında zülal, yağ, vitamin və minerallar var, ağı isə su anbarı funksiyasını yerinə yetirir.

Yumurtanın içindəki cücənin qida və suya ehtiyacı olduğu qədər, oksigen alıb karbonoksid buraxmağa da ehtiyacı var. Cücənin, bundan başqa, sümüklərinin inkişafı üçün kalsiuma, suyunun qorunmasına və mexaniki zərbələrə qarşı da müdafiə sisteminə ehtiyacı var. Yumurtanın qabığı bütün bu ehtiyacları ödəyir. Cücə qabıq pərdələrinin daxili səthində olan bol damarlı bir təbəqə vasitəsi ilə oksigen alır və karbonoksidi atır. Beləcə, qabığın içindəki cücə qabıqdakı kiçik deşiklər vasitəsi ilə hava alıb verir.

Yumurta qabığı təəccüb doğuran dərəcədə möhkəm olmağına baxmayaraq, həm də son dərəcə incədir. Bu xüsusiyyət küt toyuğun istiliyinin yumurtanın içinə qədər asanlıqla çatdırılmasını təmin edir.

Cücənin yumurtadan çıxarkən dimdiyini istifadə edərək özünə bir deşik açdığı ilk mərhələdə çox oksigenə və başını tərpətmək üçün də boşluğa ehtiyacı var. Bu ehtiyaclar yumurtadakı suyun böyümə əsnasında istifadə edilməsi, beləliklə yer açılması və bu açılan yerdə daha çox oksigen saxlanılması ilə qarşılanır. Küt dövrü zamanı yumurtadakı suyun təxminən 16%-i məsamələrdən çölə buxarlanıb yox olur.

 

Yumurtadakı fövqaladə dözümlülük

 

Bir yumurta qabığı qaz, su və istilik proseslərini tənzimləməsi üçün lazımi qədər möhkəm də olmalıdır. İnkişafda olan cücəni xarici zərbələrə qarşı qoruyacaq və kütə yatan ananın ağırlığına tab gətirə biləcək qədər qabıq dözümlü olmalıdır.

Necə ki quş yumurtalarına nəzər saldıqda onların son dərəcə dözümlü olduqları görürük. Allah kiçik və böyük yumurtaları bir-birindən fərqli şəkildə yaratmışdır. Böyük quşların yumurtaları, ümumiyyətlə, sərt və kövrək quruluşa malikdir. Nisbətən kiçik quşların yumurtaları isə yumşaq və elastikdir.

Toyuq yumurtalarının qabığı sərt və kövrəkdir, ancaq yuvada bir-birinin üzərinə diyirlənəndə qırılmazlar.

Araşdırmalar kiçik quşların yumurta qabığının elastik və dözümlü olduğunu göstərir. Əgər incə qabıqlı kiçik yumurtaların qabıqları da kövrək olsa idi, çox tez qırılardılar. Müəyyən zərbədə əyilməsi onların qırılmasına imkan vermir.

Bir qabığın kövrək, ya da elastik quruluşa malik olması yalnız cücəni qorumaq üçün deyil, onun dünyaya gəliş forması baxımından da həlledici rol oynayır. Sərt və kövrək qabıqdan çıxan cücənin başını və qıçlarını çıxarmamışdan əvvəl yumurtanın yastı ucunda yalnız bir-iki dəlik açması kifayətdir. Beləliklə, dəlikləri birləşdirən bəzi çatlaqlar meydana gəlir və cücə şapka formasında bir qapağı qaldırmaqla azadlığına qovşur. Hamımızın yaxından gördüyü quş yumurtalarında da kainatdakı hər canlıda və hər yerdə olduğu kimi, Allah`ın dəlilləri vardır.

Allah Quranda belə buyurmuşdur:

"Göylərdə və yerdə nə varsa, (hamısı) Allah`ı təqdis edib şəninə təriflər deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (Hədid surəsi, 1)

2010-03-03 17:32:55

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com