Çətinliklərlə qarşılaşan səhabələrin şərəfli həyatları

Peyğəmbər Əfəndimizi (s.ə.v) şəxsən tanıyan, onunla birlikdə yaşamaq şərəfinə nail olmuş möminlərdən ibarət Səhabə-i Kiramın həyat və əxlaqları İslam tarixi boyunca yaşamış bütün müsəlmanlar üçün böyük şövq qaynağı olmuşdur. Xanım ya da kişi olmasından aslı olmayaraq cəsarət, əzm və qərarlılıqları, güclü imanları, gördükləri bütün təzyiq və zülmlərə baxmayaraq Allah və Elçisinə (s.ə.v) olan sədaqətləri, Rəsulullahın (s.ə.v) nəfsini öz nəfslərindən üstün tutmaları əsrlərdir İslam tarixində şərəflə xatırlanır.

Uca Allah Səhabə-i Kiramın ixlaslı hərəkətlərini tarix boyunca yaşamış bütün Müsəlmanlar üçün nümunə vermişdir. Onların yaşadıqları dövrün çox çətin şərtləri altında apardıqları əsl mübarizə, yaşadıqları dərin iman sevinci və sədaqəti, Allah`a olan sevgiləri, Peyğəmbərimizə (s.əv.) olan məhəbbətləri Allah`ın izi ilə İslamın qısa müddətdə bütün dünyaya yayılmasına və insanların kütləvi şəkildə haqq din əxlaqına yönəlməsinə səbəb olmuşdur.

Allah yolunda apardıqları bu müqəddəs mübarizə zamanı təzyiq, əziyyət və zülmə məruz qalan qiymətli səhabələr kimi, "Yoxsa sizdən əvvəl gəlib-keçənlərin halı başınıza gəlmədən cənnətə girəcəyinizimi sandınız?…" (Bəqərə surəsi, 214) ayəsinə uyğun olaraq, tarix boyunca digər möminlərin də başından bənzər hadisələr keçmişdir. Ancaq bütün bu mənfi şərtlərə və maneələrə baxmayaraq, səbir və iradə ilə müqavimət göstərən möminlər, Allah`ın izni ilə, çox şərəfli həyat yaşamışlar və bu gün onları bütün müsəlmanlar böyük hörmətlə yad edirlər.

Ümmü Gülsüm Binti Ukbə (ə)

Məkkəli olan Ümmü Gülsüm Binti Ukbə Qureyş qəbiləsinə mənsub xanım səhabələrdəndir. Allah və Rəsuluna (s.ə.v) hicrət etmək üçün Məkkədəki evini tərk edib, Mədinəyə tək başına gələrək hicrət etmək əzm və cəsarətini göstərmiş mühacir xanımdır. Ümmü Gülsüm Binti Ukbə hz. Osmanın eyni anadan olan bacısıdır. Atası Ukbə bin Əbi Muayt isə Peyğəmbər Əfəndimizə (s.ə.v) və İslam əxlaqına kin və düşmənçilik bəsləyən insan idi.

Ümmü Gülsüm Binti Ukbə Məkkədə müsəlmanlığı qəbul edərək Rəsulullaha (s.ə.v) beyət edəndən sonra digər müsəlmanlar kimi işgəncəyə məruz qalmışdı. Din əxlaqını tərk etməsi üçün başda atası olmaqla, müşriklərdən zülm və təzyiq görmüş, lakin bütün təzyiqlərə baxmayaraq, Allah`a və Rəsuluna olan sevgi, bağlılıq və din əxlaqından əsla əl çəkməyərək bütün möminlərə nümunə olmuşdur. Ailəsindən gördüyü təzyiqlərə görə Peyğəmbərimiz (s.ə.v) və mömin qardaş-bacıları ilə birlikdə Mədinəyə köç edə bilməyib, yeddi il boyunca Məkkədə müşriklərin arasında tək başına yaşamaq məcburiyyətində qalmışdır. Yeddi ildən sonra bütün təhlükə və maneələrə baxmayaraq, çox böyük iradə və cəsarət göstərərək Mədinəyə, Peyğəmbər Əfəndimizin (s.ə.v) və mömin qardaşlarının yanına tək başına hicrət etmişdir. Mədinəyə çatanda "Məni müşriklərə geri döndərməyin" deyərək hz.Məhəmmədə (s.ə.v) sığınmışdır.

Ümmü Gülsüm Binti Ukbə, Uca Allah`ın təqdir etdiyi qədərə hər mühit və şərtdə təslim olan imanlı xanım idi. Yeddi il boyunca ailəsinin təzyiqi ilə Məkkə müşriklərinin arasında yaşadığı çətin imtahan mühitində Allah`a sığınaraq, Ona dua edərək güc tapmış və sonunda Mədinəyə hicrət edərək Peyğəmbərimizin (s.ə.v) yanında rahatlıq və hüzura qovuşmuşdur. Bütün çətinliklərə baxmayaraq, tək başına hicrət səfəri, iman şövqü, göstərdiyi səy və fədakarlıqlarla möminlərə nümunədir.

Fatimeyi Zəhra (ə)

Fatimeyi Zəhra və ya əz-Zəhra kimi də tanınan hz.Fatimə hz.Məhəmmədin (s.ə.v) ilk xanımı hz. Xədicədən olan qızı, dördüncü İslam xəlifəsi hz.Əlinin həyat yoldaşı və seyidlərin anasıdır. Qiymətli Peyğəmbərimizin (s.ə.v) nəsli hz.Fatimə vasitəsilə davam etmişdir. Hz.Fatimə və hz.Əlinin 2 oğlu (hz.Həsən və hz.Hüseyn) və 2 qızı (hz.Zeynəb və hz.Ummü Gülsüm) olmuşdur.

Peyğəmbərimizin (s.ə.v) ən kiçik qızı olan hz.Fatimə hicrətdən on üç il əvvəl Məkkədə doğulmuşdur. Ona Fatimə adı verilməsi ilə bağlı bir hədsidə Peyğəmbərimiz (s.ə.v) belə buyurmuşdur:

Deylemi Əbu Hureyrədən (ə) rəvayət etmişdir:

"Onu sevənləri Allah`ın Cəhənnəmdən uzaqlaşdıracağı üçün qızıma Fatimə adını verdim." 1

Gözəl əxlaqına görə "ağ üzlü, nur, ağ, parlaq və işıqlı" mənalarını verən "Zəhra" və "dünyəvi həvəslərdən uzaq, ibadət üçün özünü Allah`a həsr edən, iffətli və namuslu" mənasını verən "Betül" ləqəbləri verilmişdir. Çox kiçik yaşlarından nümunəvi əxlaqa sahib olan hz.Fatimə son dərəcə təvazökar, söz və davranışlarında ağır xanım idi. Daim az və hikmətli danışardı.

Kiçik yaşına baxmayaraq İslam əxlaqına uyğun yaşamağın verdiyi iman gücü ilə Peyğəmbər Əfəndimizə (s.ə.v) kömək etmiş və atasının yanından ayrılmayaraq Qureyş kafirlərinin işgəncələrinə qarşı böyük əzm göstərmişdir. Məkkədə müsəlmanlara edilən təzyiq və zülmün artdığı dövrdə Rəbbimizin Peyğəmbərimiz (s.ə.v) verdiyi hicrət izni ilə, atası ilə birlikdə Mədinəyə köç etmişdir.

Peyğəmbər Əfəndimizin (s.ə.v) vəfatından altı ay sonra vəfat etmiş, gənc yaşında göstərdiyi iman, iradə və şövq ilə nümunəvi həyat sürmüşdür.

Zeynəb Binti Əli b.Əbu Talib (ə)

Hz.Zeynəb (ə) Peyğəmbərimizin (s.ə.v) nəvəsi və hz.Fatimənin (ə) sevimli qızıdır. Rəsulullahın (s.ə.v) vəfatından beş il əvvəl dünyaya gələn hz.Zeynəb ağıllı, dürüst və ədəbi danışan bir xanım idi. Anası Fatimə əz-Zəhradan və Əsmə binti Umeysdən hədis rəvayət etmişdir.

Əməvi xəlifəsi Müaviyənin oğlu olan Yezidin çıxardığı Kərbəla hadisəsində bütün möminlərə nümunə olan cəsarət göstərərək qardaşı hz.Hüseynin yanında olmuşdır. Hz.Hüseyn və yanında olan təxminən 72 nəfər şəhid edildikdən sonra əsir alınan hz.Zeynəb hər cür təzyiqə baxmayaraq, Uca Allah`a olan sevgisini və İslam əxlaqının gözəlliklərini təbliğ etməkdən boyun qaçırmamışdır. Qardaşı və digər möminlərin şəhadətindən sonra əsarət altına alınan hz.Zeynəb ona mənəvi təzyiq göstərən Ubeydullah b. Ziyada : "Bizləri Məhəmməd (s.ə.v) ilə şərəfləndirən və tərtəmiz edən Allah`a həmd olsun! Onların qədərinə ölüm yazılmışdı. Onlar da öldürüləcəkləri yerə gəldilər. Allah onları və səni bir araya gətirəcək və sizlər Onun hüzurunda mühakimə olunacaqsınız." deyə cavab verir. Bu, onun mömin qardaşlarına olan sevgisinin və Allah`a olan güclü təvəkkülünün açıq dəlillərindən biridir. Yezidin məhkəməsinə çıxarıldıqda hz.Zeynəb bir daha böyük cəsarət göstərərək Yezidin xəlifəliyinin etibarsız olduğunu elan etmişdir. 2

Hz.Zeynəb, Hicri 65 (684-685) ildə Misirdə vəfat etmiş və Kanatırü's-Siba adlı yerdə dəfn edilmişdir. 3

Hamnə Binti Cahş (ə)

Peyğəmbərimiz hz.Məhəmmədin (s.ə.v) bibisi qızı və xanımlarından Zeynəb binti Cahşın (ə) da bacısıdır. Beləliklə, Peyğəmbər Əfəndimizin (s.ə.v) yaxın qohumlarından biri idi.

Hz. Hamnə Rəsulullaha (s.ə.v) ilk beyət edən və İslamla ilk şərəflənən xanımlardandır. Bütün qəlbi ilə Uca Allah`a və Rəsuluna (s.ə.v) təslim olmuş, Peyğəmbərimizin (s.ə.v) bildirdiyi əmr və qadağalara könüldən itaət etmiş xanımdır.  O dövrdə müşriklərin etdikləri bütün təzyiq və zülmlərə imani yetkinliklə müqavimət göstərmiş və imanından əl çəkməmişdir. Özü kimi qiymətli səhabə olan yoldaşı Musab Bin Umeyr (ə) ilə birlikdə İslam əxlaqını yaşamaq məqsədi ilə müşriklərə qarşı iman mübarizəsini davam etdirmişlər. Məkkədə zülmlər artanda Peyğəmbərimiz (s.ə.v) ilə birlikdə hərəkət edərək Mədinəyə köç edən ilk xanım səhabələrdən olmuşdur.

Musab bin Umeyr (ə)

Məkkənin zəngin ailələrindən birinə mənsub olan Musab bin Umeyr (ə) İslamı qəbul edən ilk müsəlman xanımlardan olan Hamnə Binti Cahşın yoldaşıdır. Zənginlik və ehtişam içində yaşayan hz.Musab Peyğəmbər Əfəndimizin (s.ə.v) insanları İslam əxlaqına dəvət etdiyini öyrəndikdə vaxt itirmədən hz.Məhəmmədə (s.ə.v) tabe olub müsəlman olmuşdur. Peyğəmbər Əfəndimiz (s.ə.v) bu qiymətli səhabəmiz haqqında belə buyurmuşdur:

"Məkkədə Musab b. Umeyrdən daha gözəl geyinən, daha yaraşıqlı və nemətlər içində yaşayan başqa gənc görmədim."4

O dövrdə Məkkədə müsəlmanlara güclü təzyiq olunduğu üçün müsəlman olduğunu ailəsindən gizləmək məcburiyyətində qalsa da, Peyğəmbərimizi (s.ə.v) gizlicə ziyarət etməyə davam etmişdir. Gizlicə namaz qıldığı ailəsi tərəfindən öyrənildikdə qohumları onu həbs edir. O da Həbəşistana hicrət imkanı yaranan kimi, ilk karvan ilə birlikdə din əxlaqını daha rahat şəkildə yaşaya bilmək üçün Həbəşistana hicrət etmişdir. Ailəsinin təqdim etdiyi ehtişamlı həyatdan heç düşünmədən üz çevirmişdir. Bütün təzyiqlərə baxmayaraq, İslam əxlaqına tabe olmağı seçən hz.Musabı Həbəşistandan qayıdandan sonra ailəsi yenidən həbs etmək istəsə də, qarşılarında ürəyi İslam və imanla dolu, güclü bir gənc gördüklərində göstərdikləri təzyiqi yüngülləşdirmək məcburiyyətində qalmışdı.

Bundan sonra Mədinədə İslamı qəbul etmiş bir qrup müsəlman hz.Məhəmməddən (s.ə.v) özlərinə İslam əxlaqını izah etmək və İslamı digər insanlara da təbliğ etmək üçün təlimçi istəyirlər. Rəsulullah (s.ə.v) hz.Musabı Mədinəyə gedib bu vəzifəni icra etmək üçün vəzifələndirmişdir. Beləliklə, o, Mədinəyə ilk köç edən səhabə olmuşdur. Nəzakəti, məhəbbəti, təvazökarlığı və mərhəməti ilə Mədinəlilərin könüllərini İslam əxlaqı ilə isindirmişdir. Onun insanlara gülər üzlə, səmimi və xoş münasibəti, onlarla sıx əlaqəsi könülləri sevimli Peyğəmbərimizə (s.ə.v) və İslam əxlaqına bağlamışdır. Bir il sonra həcc zamanı Məkkəyə gələn hz.Musab İslamın Mədinədə sürətlə yayılmasını devimli Peyğəmbərimizə (s.ə.v) “İslamın girmədiyi və danışılmadığı ev qalmadı" sözləri ilə müjdələmişdir.”5

Musab Bin Umeyrin (ə) İslam əxlaqını təbliğ etmək üçün göstərdiyi həyəcan, eşq, məhəbbət, əzm və həssaslığı ilə nümunə götürüləcək ən gözəl davranışlarlardan olmuşdur. O, yumşaq xasiyyətli, mərhəmətli və təvazökar Quran təlimçisi olduğu qədər, döyüş meydanlarında da yalnız Allah`dan qorxan igid mömin idi. Bədir döyüşündə də, Uhud döyüşündə də bayrağı daşıdığı üçün "Rəsulullahın (s.ə.v) Bayraqdarı" adını qazanmaq şərəfinə nail olmuş və Uhud döyüşündə şəhid olmuşdur.

Afra Xatun (ə)

Mədinəli Afra Xatun Neccar oğullarına mənsubdur. İslamı Mədinədə qəbul etmiş, heç tərəddüd etmədən Peyğəmbər Əfəndimizə (s.ə.v) beyət etmişdir. "Mühacirlərdən Mədinədə əvvəl orada yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır."(Həşr surəsi, 9) ayəsinə uyğun olaraq, hicrət edərək Mədinəyə gələn Məkkəli mühacir qardaşlarına xidmət etməyi şərəf bilmiş xanım səhabəmizdir. Uca Allah`ın razılığını qazanmaq üçün mühacir qardaşlarının köməyinə qaçmış və əlindən gələn xidməti əsirgəməmişdir.

Neccar oğullarından Həris Bin Rıfaa ilə evliliyindən Muaz, Muavviz və Avf adlarında üç oğlu olan Afra Xatun bütün oğullarını, Allah`ın icazəsi ilə, İslam əxlaqına uyğun olaraq böyütmüşdür. Cəsarətli, igid, müsəlman xanım olan Afra Xatun üç oğulunu Bədir döyüşünə qatılması üçün təşviq etmiş, Allah yolunda mübarizə aparmışdır. Rəbbimiz və elçisi (s.ə.v) yolunda dəyanətlə mübarizə aparmış, gənc oğullarının Allah və Elçisi (s.ə.v) yolunda şəhid olmalarına səbir göstərərək nümunə olmuşdur.

Ümmü Ümarə Nəsibə binti Kab (ə)

Ümmü Ümarə Nəsibə binti Kab Peyğəmbərimiz (s.ə.v) dövründə ixlas, cəsarət və fədakarlıqları ilə önə çıxan salehə mömin qadınlardan biri olmuşdur. Qazilərə su paylamaq və yaralarını sarımaq vəzifəsi ilə iştirak etdiyi Uhud döyüşünün şiddətli məqamında Rəsulullaha (s.ə.v) hücum edən bir düşmənə qarşı fədakarcasına mübarizə aparmışdır.

Özlərini və uşaqlarını qoruduqları kimi, Allah Rəsulunu da qoruyacaqlarına dair söz vermişdilər. Akabada Allah`ın Rəsuluna beyət edən Nəsibə binti Kab, döyüşün bir anda müsəlmanların əleyhinə döndüyünü və düşmənlərin Allah`ın Rəsulunun (s.ə.v) ətrafında çoxaldığını görmüş və qılınca sarılaraq Peyğəmbərimizi (s.ə.v) qorumağa çalışmışdır. Digər səhabələrlə birlikdə Peyğəmbərimizi (s.ə.v) qorumaq üçün bədənlərini qalxan edən insanlardan biri olan Nəsibə binti Kab bir çox yerindən yaralanmışdır. 6 Hz. Ömər Peyğəmbər Əfəndimizdən (s.ə.v) rəvayət etdiyi bir hədisdə hz.Ümmü Ümarənin Allah yolundakı şövqlü mübarizəsini belə qeyd etmişdir:

"Döyüşdə hansı tərəfə baxdımsa, həmişə Ümmü Ümarə, həmişə Ümmü Ümarəni gördüm". 7

Fatimə Binti Xəttab (ə)

Məkkədə dünyaya gələn və Qureyşin Mahzumi qoluna mənsub olan Fatimə binti Xəttabın məşhur qəbiləsi vardı. Yoldaşı Səid bin Zeyd Məkkədə məşhur qılınc ustası Habbab Bin Ərətin vəsiləsi ilə Rəsulullahla (s.ə.v) tanış olmuş və İslamı qəbul etmişdi. Fatimə binti Xəttab da yoldaşının təbliği ilə İslamı və son peyğəmbər olan hz. Məhəmmədi (s.ə.v) tanımış və heç tərəddüd etmədən müsəlmanlıqla şərəflənmişdir. Ancaq hz.Səid və hz.Fatimə ilk dövrlər müsəlman olduqlarını gizli tutmuşdular. Məkkəli müşriklərdən təzyiq və zülm görməmək, ibadətlərini yerinə yetirərkən mane törədilməməsi üçün belə tədbir almışdılar.

Eyni zamanda, hz.Fatimə İslam xəlifəsi hz.Ömərin (ə) də bacısı idi. Hz.Fatimə imanı, İslam əxlaqını yaşamaqda göstərdiyi səbir və qərarlılığı ilə hz.Ömərin də İslamı qəbul etməsinə səbəbkar olmuş qiymətli xanım səhabəmizdir. 

Yoldaşı ilə birlikdə Mədinəyə hicrət edən Fatimə binti Xəttab ömürünün sonuna qədər fəzilətli, nümunəvi davranışlar sərgiləyərək həyatını davam etdirdi. Qardaşı hz.Ömərin (ə) ədalətlə hökm sürdüyü əsri-səadət dövrünü gördü. Onun xəlifəliyi dövründə də vəfat etdi.

İkrimə bin Əbu Cəhil (ə)

İkrimə bin Əbu Cəhil özündən, tayfasından, qohumlarından əvvəl daim Peyğəmbərimizin (s.ə.v) təhlükəsizliyini düşünən nümunəvi müsəlmanlardan biridir. Müsəlmanlara bəslədiyi kin və düşmənçiliyi ilə tanınan Əbu Cəhilin oğlu idi.  İkrimə bin Əbu Cəhil hz.Əbubəkrin xilafəti dövründə bizanslılara qarşı aparılan Yermük döyüşünə qatılmışdır. Zəfərlə nəticələnən döyüşün sonunda ağır yaralanan Əl-Həris bin Hişam, Süheyl b. Əmr və İkrimə bin Əbu Cəhlin bir-birlərinə göstərdikləri fədakar əxlaq belə rəvayət edilir:

"Yermük döyüşündə Həris b. Hişam, İkrimə b. Əbu Cəhil və Süheyl b. Əmr ağır yaralanaraq yerə düşdülər. Həris b. Hişam içmək üçün su istədi. Əsgərlərdən biri ona su apardı. İkrimənin üzünə baxdığını görəndə "Bu suyu İkriməyə apar" dedi. İkrimə suyu alarkən Süheylin ona baxdığını gördü, suyu içməyərək, "Bunu apar Süheylə ver" dedi. Lakin su Süheylə çatmamış Süheyl öldü. Bundan sonra su gətirən İkriməyə tərəf qaçdı. Lakin İkrimə də ölmüşdü. Dərhal Hərisin yanına qaçdı. Həris də artıq ölmüşdü." 8

Görüldüyü kimi, səhabələr ölmək üzrəykən və bəlkə də,, köməyə ən çox möhtac olduqları anda belə özlərinin deyil, müsəlman qardaşlarının nəfsini üstün tutmuşdular. Şübhəsiz, belə fədakar əxlaq Allah`a və axirətə əminliklə inanmalarından, Allah`a könüldən təslim olmalarından qaynaqlanırdı.

Sələmə bin Hişam (ə)

Hz. Sələmə Uca Allah`a və peyğəmbərimizə (s.ə.v) iman gətirdiyi üçün ailəsi tərəfindən uzun müddət işgəncələrə məruz qalmışdır. Lakin gözəl əxlaqı və güclü imanı ilə hər zaman səbr etmiş səhabədir. Hz. Sələmə ilə qardaşı Həris iman gətirərək Peyğəmbərimizə (s.ə.v) tabe olsalar da, digər üç qardaşları - Əbu Cəhil, As və Xalid Allah`ın bildirdiyi din əxlaqından üz çevirmiş və iman gətirən qardaşlarına düşmən olmuşdular. Qardaşları hz.Sələmənin din əxlaqından dönməsi üçün hər cür yola əl atdıqları  üçün, hz.Sələmə sonunda can təhlükəsizliyini təmin etmək və İslam əxlaqını rahat yaşaya bilmək üçün Həbəşistana hicrət etmişdir. Orada mömin qardaşları ilə birlikdə üç ay yaşadıqdan sonra, "bütün Məkkəlilərin iman gətirmələri" haqqında yalnış xəbər alaraq Məkkəyə dönmüşdü. Məkkədəki vəziyyətin fərqli olduğunu görən hz.Sələmə və digər müsəlmanlar Məkkəyə gizlicə daxil olaraq uzun müddət gəldiklərini hiss etdirməmişdilər. Lakin bir müddət gizləndilərsə də, müşriklər onlardan xəbər tutmuşdular. Sələmə bin Hişam, Vəlid bin Vəlid, Hişam bin As, Abdullah bin Süheyl və bir neçə səhabə tutulub həbs edilmişdilər.

Uzun müddət ən yaxınları tərəfindən işgəncə və cürbəcür zülmə məruz qalan hz.Sələmə Mədinəyə hicrət əmri çıxınca belə əsarətdən xilas ola bilmədi. Hətta buna görə Bədir, Uhud və Xəndək döyüşlərinə də qatıla bilmədi.

Öz qardaşı Əbu Cəhil tərəfindən din əxlaqından üz çevirməsi üçün müxtəlif işgəncələrə məruz qalmış hz.Sələmə bin Hişam dərin imanı, Allah və Rəsuluna olan sevgisi ilə bu işgəncələrə dözərək heç tərəddüd etmədən səbir göstərdi. Uzun illər sonra hz.Vəzid Allah`ın izni və hz. Məhəmmədin (s.ə.v) məlumatı ilə bir gecə hz.Sələmə və yanında olan mömin qardaşı hz.İyaşı (ə) Məkkədə saxlanıldıqları yerdən qurtararaq Mədinəyə gətirdi.9 İki seçmə səhabənin xilas olduğunu öyrənən Peyğəmbərimiz (s.ə.v) bu xəbərə çox sevinmişdi.

Peyğəmbər əfəndimizin (s.ə.v) vəfatına qədər Mədinədə yaşayan hz.Sələmə hz.Əbu Bəkir (ə) xilafətində Suriya səfərinə qatılan mücahidlər arasında iştirak etdi. Hz.Ömərin xəlifəliyi dövründə reallaşan Mercu's-Sufr döyüşündə şəhid oldu.

Alçaq hiylələrə əl atanlar Allah`ın onları yerə batırmayacağına və yaxud gözləmədikləri bir yerdən əzabın onlara gəlməyəcəyinə əmindirlərmi? Ya da gəzib dolaşdıqları zaman Allah`ın onları yaxalamayacağınımı düşünürlər? Axı onlar Allah`dan yaxa qurtara bilməyəcəklər.(Nəhl surəsi, 45-46)

Allah hər şeydən Xəbərdar olandır

İnkar edənlər keçmişdə olduğu kimi, bu gün və gələcəkdə də iman gətirənlərə böhtan atmağa, onlara qarşı təzyiq və zülm etməyə davam edəcəklər. Ancaq onların böhtan və əziyyət verici sözləri, təzyiq və zülmləri keçmişdə olduğu kimi, bu gün də, gələcəkdə də iman gətirənləri kədərləndirməyəcək və onlara zərər verə bilməyəcək.

Çünki möminlər çox əhəmiyyətli bir həqiqəti bilən və bütün həyatlarını bu həqiqətə uyğun yaşayan insanlardır. Həqiqət budur: Allah hər şeyi görən, bilən və eşidəndir. Allah`ın diləməsi xaricində, heç bir insan başqa birinə ən kiçik zərər verməyə də qadir deyil.

İnkar edənlər müsəlmanlar əleyhinə əziyyət və təzyiq planları qurarkən, Allah onları görür və eşidir. Haqsız yerə böhtan atarkən də, möminləri din əxlaqından uzaqlaşdırmaq üçün hər yola əl atarkən də Allah onların ağıllarından keçəni bilir. Sonsuz qüdrət sahibi Allah bu həqiqəti Quranda belə bildirir:

"Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik? Xeyr! Yanlarında əməllərini yazan elçilərimiz vardır." (Zuxruf surəsi, 80)

İnkar edənlərin söylədikləri bütün yalanlar, əsassız böhtanlar, mənfi düşüncələr, etdikləri zülm və təziqlər hesab günü özlərinə geri dönəcək.

Hər şeyin hakimi və tək sahibi olan Allah isə möminlərin dostu və vəkilidir. Möminlər sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimizin hər zaman hər şeyi ən gözəl, ən xeyirli, ən ədalətli və ən hikmətli şəkildə yaratdığını bilirlər və yalnız Ona güvənirlər. Allah`dan başqa heç bir varlıqdan qorxmurlar. Heç bir böhtan, hücum, təhdid, istehza, canlarına və mallarına qəsd edilməsi onları iman gözəlliyi və Quran əxlaqından uzaqlaşdırmaz. Rəbbimiz Quranda müsəlmanların bu qərarlılığını və Allah Qatında görəcəkləri qarşılığı belə müjdələmişdir:

"Möminlərin içərisində Allah`a etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar əhdlərini əsla dəyişdirməyiblər. Bu ona görədir ki, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də ya istəsə əzab versin, ya da onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyirə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah Qüvvətlidir, Qüdrətlidir."(Əhzab surəsi, 23-25)

Qaynaqlar:
1. http://www.biriz.biz/sahabiler/peykiz4.htm
2. http://tr.wikipedia.org/wiki/Kerbela_Sava%C5%9F%C4%B1
3. Şamil İslam Ensiklopediyası
4. Bin Sad, et/ət-Tabakatü'l-Kübra, Beyrut 1960, III, 116
5. http://www.mecelle.com/hayatus-sahabe/hz-musab-bin-umeyr.html
6. Ziyad Əbu Ğanime, Mevakıfu Batıla min sunu ı-İslam -Əsri Səadətdən Günümüzə İslam Qəhrəmanları, İstanbul, 1993
7. http://turk.ch/islam/eshab/ummiumarenesibehstun.html
8. Məhəmməd Yusuf Kandehlevi, Hayatü's Səhabə, Hz. Məhəmməd və Səhabələrinin Yaşadığı İslami Həyat, Dəri 1, Sintez Nəşriyyat, Təməl Əsərlər Ardıcıllığı: 2/1


2010-03-16 14:20:11

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top