Xəstəliklərin arxasındakı gizli hikmətlər

Gələcək üçün planlar quran, hər zaman hadisələri planlaşdırdıqları şəkildə baş verməsini gözləyən və başqa ehtimalları fikirləşmədən yaşayan bir insan təsəvvür edək. Xəstəlik və ya qəza baş verdikdə, bu cür planlar quran insanın bir anda bütün həyatı alt-üst olacaq. Çünki qurduğu planlar içərisində nə xəstəlik, nə də bədbəxt hadisəyə yox yoxdur. Əksər insanlar sağlam bədənə sahib olduqlarına görə, hər gün minlərlə adamın başına gələn bu cür hadisələrin onların da başına gələ biləcəklərini düşünmürlər.
 
Belə insanlar bədbəxt hadisə ilə qarşılaşdıqda dərhal üsyan edirlər: "Niyə mənim başıma belə hadisə gəldi?" və s. kimi üsyankar davranışlar göstərirlər. Onlar din əxlaqından uzaq olduqları üçün, xəstəlik və ya qəza zamanı təvəkkül etmək ya da qarşılaşdıqları hadisəyə xeyir gözü ilə baxmaq istəmirlər.
 
Halbuki insan bir çox acizliklərlə yaradılmışdır. Çox tez xəstələnə bilər, kiçik bir virusun təsiri ilə günlərlə yataqda qala bilər. Xərçəng, sarılıq, tifo kimi xəstəliklərlə müqayisədə, "sadə" kimi xarakterizə edilən qrip virusi belə bir insanın bədən müqavimətinin ciddi mənada gücsüzləşməsinə səbəb ola bilər.
 
Xəstəliyə səbəb olan virusları da, insanların sağalmasına səbəb olan dərmanları da Allah yaradır
 
Qədər həqiqətini qavraya bilməyən insanlar, başlarına gələn xəstəliyin səbəbi kimi yalnız virusları və ya mikrobları görürlər. Yol qəzası baş verdikdə də bunun səbəbkarının avtomobili pis sürən sürücü olduğunu zənn edirlər. Halbuki həqiqət belə deyil. Xəstəliyə səbəb olan hər mikroorqanizm və ya insana zərər verən hər vasitə və ya insan Allah`ın səbəb kimi yaratdığı varlıqlardır. Bu varlıqların heç birinin müstəqil gücü yoxdur və Allah`ın idarəsi ilə hərəkət edirlər. Əgər bir virusa görə insan ağır xəstəliyə tutulursa, bu, Allah`ın izni ilə baş verir. Əgər bir avtomobil insana dəyib onu şikəst edirsə, bu da Allah`ın yaratdığı qədərdə baş verən hadisədir. Xəstəliyi meydana gətirən Allah`dır, müalicəni edən həkimi yaradan, ona bildiklərini öyrədən, dərmanı yaradan və şəfaya vəsilə edən də Allah`dır.
 
Bir insan əlindən gələni hər şeyi etsə də, qədərini dəyişə bilməz. Qədərindəki tək bir anı belə dəyişdirməyə gücü çatmaz, çünki qədər bütün olaraq yaradılır. Sonsuz qüdrət sahibi Allah`a təslim olan, Onun sonsuz ağlına və rəhmətinə güvənib səbr edən insan üçün xəstəlik də, qəza da, müsibət kimi görünən hadisələr də sonu xeyirlə bitəcək keçici imtahanlardır.
 
Xəstəliklərin arxasındakı əsas hikmətlərdən biri də odur ki, Allah`a iman gətirən, Onun yaratdığı qədərə təslim olan insanların bu cür çətinlik və xəstəlik anlarında göstərdikləri gözəl əxlaqdır.
 
İman gətirən insan xəstələnəndə də şəfa tapması üçün Allah`a dua edər. Feilli dua kimi həkimə gedər. Dərman istifadə etməyə başlayar, ancaq tam əminliklə şəfanın Allah`dan gəldiyini unutmaz. Allah Quranda bu həqiqəti Hz. İbrahimin sözləri ilə bildirmişdir:
 

“O Rəbbki, məni yaratmış və məni doğru yola yönəltmişdir; O Rəbb ki,məni yedirdir və içirdir; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir; O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir.” (Şuəra surəsi, 78-81)

 
Dərman xətəliyə çarə olasa da, olmasa da iman gətirənlər bunda da xeyir olduğunu bilirlər. Dərmanın təsir etməməsi həmin insanın sağalmamasına səbəb kimi görünə bilər, amma o adamın xəstəlik zaman Allah`a olan imanı, təvəkkülü və gözəl əxlaqına görə cənnətə gedə bilər. Yaxud dərman dərhal təsir edib, adamın yaxşılaşmasına səbəb olar, amma bu adam da cəhənnəmə gedə bilər.
 
Allah dərmanı xəstələrin sağalması üçün üçün bir səbəb kimi yaradır. Bir dərman dəqiqliklə və diqqətlə fərqli xəstələrə eyni üsullarla tətbiq olunsa da, eyni xəstəliyə düşmüş insanlardan birinə təsir edib, digərinə təsir etməyə bilər. Bu, dərmanın yalnız bir səbəb olduğuna dəlildir. Xəstəliyi yaxşılaşdıran dərman olsa idi, üzərində eyni müalicə eyni şəkildə tətbiq olunan xəstələrin hamısı yaxşılaşardılar.
 
Xəstəliklər, qəzalar və bir çox hadisələr möminlərin səbirləri və əxlaqlarının gözəlliklərini ortaya çıxaran və Allah`a yaxınlaşdıran çox əhəmiyyətli fürsətlərdir. Allah Quranda çətinliklər qarşısında göstəriləcək səbrin xəstəlik dövrünündə də vacib olduğunu ifadə etmişdir:
 

Lakin yaxşı əməl (sahibləri) Allah`a, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbr edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177) 

 
Xəstəliklər Allah`a yaxınlaşmağa vəsilədir
 
Fiziki narahatlıqla qarşılaşan insan gözəl əxlaq göstərmək üçün bütün bunların imtahan olduğunu, xəstəliyi də, şəfanı da yaradanın yalnız Allah olduğunu düşünməlidir. Əgər insan xəstəliyindəki və ya başına gələn qəzadakı xeyirləri və hikmətləri düşünsə (bunları o an görə bilməsə də), səbir göstərsə, Allah`ın izni ilə, qarşılaşdığı çətinlikdən həm dünyada, həm də axirətdə çox savab alar. Dünyada keçici çətinlik yaşaya bilər, amma Allah`ın izni ilə, axirətdə Rəbbimizə qəlbən təslim olmağın sonsuz gözəlliyi ilə mükafatlandırılar.
 
Xəstəliklərdəki bəzi hikmətlər
 
-Xəstəlik insana acizliyini və Allah`a möhtac olduğunu xatırladır. Mikroskopik virusun bədənində meydana gətirdiyi xəstəliyə mane ola bilməyən insan, belə anlarda acizliyini və Allah`a nə qədər möhtac olduğunu daha yaxşı dərk edir.
 
-Xəstələnərkən sağlam olmağın Allah`ın lütfü və neməti olduğu daha yaxşı aydın olur. Uzun müddət xəstə olmayan, bu səbəbdən narahatlıq, ağrı-acı hiss etməyən insan bu vəziyyətə öyrəşir. Amma ani xəstəlik ilə qarşılaşdıqda, əslində, sağlam olmağın Allah`ın lütfü olduğunun fərqinə varır.

 
-İnsan ağır xəstəlik keçirdikdə dünyanın keçiciliyini, ölümü və axirəti daha dərindən düşünə bilir. Bəzi insanlar həyati əhəmiyyəti olan xəstəliyə düçar olduqda ya da bədən üzvlərini itirdikdə, bunu bədbəxt hadisə kimi qiymətləndirirlər. Bəlkə də, bu adamın xəstəliyi dərd və ya bəla kimi deyil, axirətdə qurtuluş tapması və yalnız Allah`a yönəlməsi üçün vəsilə kimi ona verilib.
 
-İnsanın Allah`a etdiyi duası və yaxınlığı artır. Ağır xəstəliyin bədən üzərindəki əlamətləri artdıqca, bir çox insan düşünməkdən qaçdığı ölümü düşünməyə başlayır və belə hala düşmüş adam bütün səmimiyyəti ilə Allah`a dua edərək sağalmağını istəyir.
 
-Xəstəlikdən əvvəl Allah`a tam təslim olmamış insane, bəlkə də, xəstəliyi sayəsində bu gözəl xüsusiyyətləri qazana bilər. Keçici dünya həyatındakı müvəqqəti çətinliklərin əvəzinə sonsuz cənnət həyatının nemətlərinə qovuşmağı ümid edər.
 
Allah diləsə, insan heç bir zaman xəstə olmaz və ağrı-acı çəkməzdi. Ancaq insan belə çətinliklərlə qarşılaşırsa, bilməlidir ki, bu çətinliyi yaşamasının həm dünyanın keçiciliyini, həm də Allah`ın sonsuz gücünü anlaya bilməsi üçün bir çox hikmətləri vardır.
 
Unudulmamalıdır ki, bu həqiqəti dərindən qavraya bilmək və belə hadisə ilə qarşılaşdıqda gözəl əxlaq göstərmək çox əhəmiyyətlidir.

 

2010-03-21 15:00:59

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top