İnkarçılara ən böyük cəzalardan biri onların dünyada da, axirətdə də xor və alçaq edilmələridir

Bu dünyada imtahanın gərəyi olaraq yaradılmış bir birlik vardır. Bu insanlar heç bir məlumata əsaslanmadan, heç bir yol göstəriciləri olmadan Allaha qarşı mübarizə aparan, möminlərə çətinlik yaradan, üsyan edən inkarçılardır. Allah onlara dünya həyatında möhlət verir. Onlar isə bu üsyanları ilə özlərini güclü zənn edən və lovğalanan insanlardır. Özlərinin möminlərdən üstün olduğuna inanır, böyüklük göstərirlər. Uca Allah onları bu böyüklənmələrinə və Allaha qarşı üsyanlarına görə dünyada da, axirətdə də ən böyük cəza olaraq "alçaldılmağa" layiq görmüşdür.
 
Dünyada da, axirətdə də inkarçılara yönələn olduqca çətin əzab növləri vardır. İnkar edənlər inadcıl və azğın olduqlarına görə müxtəlif formalarda həlaka düşmüşdür. Allah dünyada onları müsibətə düçar etdiyi kimi, axirətdə də onlara qızğın alovun əzabını daddırır. Alçaldılma və hörmətdən salınma da Rəbbimizin Quran ayələrində bildirdiyi inkarçılara əzab vermək formalarından biridir. Onlar dünyada böyük bir inad və lovğa içində yaşayarkən hörmətdən salınma, xor görülmə və alçaldılma bu böyüklük hissi içində olanlar üçün ən böyük əzablardan biridir.
 
Şeytan da Allaha qarşı inadkarlıq göstərib lovğalanmasının nəticəsində "hörmətdən salınmış" halda Cənnətdən qovulmuşdur:
 
(Allah) buyurdu: “Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaraşmaz. (Oradan) çıx, çünki sən alçaqlardansan!” (Əraf surəsi, 13)
 
Uca Allah xor görülmə və alçaldılmanın inkarçılara yönələn böyük və təsirli bir əzab şəkli olduğunu ayələrində bildirmişdir:
 
Allah rüsvayçılığı onlara dünyada daddırdı. Axirət əzabı isə daha şiddətlidir. Kaş biləydilər! (Zumər surəsi, 26)
Biz onlara dünyada rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz (nəhs) günlərdə üstlərinə vıyıltı ilə əsən (çox soyuq) bir külək (qasırğa) göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara (qiyamət günü) kömək də olunmayacaqdır. (Fussilət surəsi, 16)
(O gün) bir çox üzlər zəlil görkəm alacaq. (Ğaşiyə surəsi, 2)
Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir! (Bəqərə surəsi, 114)
Onlara (yəhudilərə), harada olursa olsunlar, zillət damğası vurulmuşdur. (Onlar bu zillətdən) yalnız Allahdan olan bir ipə və insanlardan olan bir ipə sarınmaqla (islamı qəbul etməklə, yaxud öz dinlərində qalıb müsəlmanlara cizyə verməklə) xilas ola bilərlər. Onlar Allahın qəzəbinə düçar olmuş, onlara miskinlik damğası vurulmuşdur. Bunun səbəbi odur ki, onlar Allahın ayələrini inkar etmiş, peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bunun bir səbəbi də odur ki, onlar Allaha qarşı üsyan etmiş və həddi aşmışlar. (Ali-İmran surəsi, 112)
Ya Peyğəmbər (Ya Rəsulum!) ürəklərində inanmadıqları halda, dildə (ağızları ilə): “İnandıq”, deyənlərin (münafiqlərin), yəhudilərdən yalana qulaq asanların, sənin hüzuruna gəlməyən başqa bir camaata qulaq asanların (onlara casusluq edənlərin) küfr içində vurnuxanları səni kədərləndirməsin. Onlar (Tövratdakı) sözlərin yerini sonradan dəyişib təhrif edir və deyirlər: “Əgər sizə bu (təhrif olunmuş dini hökm) verilsə, onu qəbul edin. Əgər verilməsə, ondan qaçının”. Allahın fitnəyə (azğınlığa) düşməsini istədiyi şəxs üçün Allaha qarşı sənin əlindən heç bir şey gəlməz. Onlar elə kəslərdir ki, Allah onların ürəklərini təmizləmək istəməmişdir. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük (dəhşətli) bir əzab gözləyir! (Maidə surəsi, 41)
Məgər bilmirlərmi ki, Allaha və Onun Peyğəmbərinə qarşı çıxanı içində əbədi qalacağı cəhənnəm atəşi gözləyir. Bu isə çox böyük rüsvayçılıqdır. (Tövbə surəsi, 63)
Sonra qiyamət günü (Allah) onları rüsvay edəcək və: “Barələrində (möminlərlə) çənə-boğaz olduğunuz şəriklərim haradadır?” – deyə soruşacaqdır. Elm verilmiş kimsələr (peyğəmbərlər və möminlər) isə: “Bu gün kafirlər rəzalətə və əzaba (pisliyə) düçar olacaqlar!” – deyəcəklər.(Nəhl surəsi, 27)
Əgər Biz onları (Məkkə müşriklərini) bundan (Peyğəmbər və Quran gəlməzdən) əvvəl əzabla məhv etsəydik, (qiyamət günü) mütləq belə deyəcəkdilər: “Ey Rəbbimiz! Nə üçün zəlil və rüsvay olmazdan əvvəl bizə bir peyğəmbər göndərmədin ki, Sənin ayələrinə (hökmlərinə) tabe olaydıq?! (Taha surəsi, 134)
O, boynunu (təkəbbürlə sağa-sola) əyərək (insanları) Allahın yolundan çıxarmaq məqsədilə bunu edər. Onu dünyada rüsvayçılıq gözləyir, qiyamət günü isə ona cəhənnəm odunun əzabını daddıracağıq! (Həcc surəsi, 9)
Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar. (Furqan surəsi, 69)
Biz də Musaya: “Əsanı tulla!” – deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. Artıq haqq zahir, olanların uydurub düzəltdikləri yalanlar isə batil oldu. (Sehrbazlar) orada məğlub edildilər və xar olaraq geri döndülər.  (Əraf surəsi, 117-119)
Allahın yoldan çıxartdığı kimsəyə (Allahın) Özündən başqa yol göstərən olmaz. (Ya Peyğəmbər!) Sən zalımları əzabı gördükləri zaman: “(Pərvərdigara!) Geri dönməyə dünyaya qayıtmağa) bir yol varmıdır?” – deyən görəcəksən. Ona (cəhənnəm atəşinə) gətirilib göstərildikləri zaman sən onların zillətdən boyunlarını büküb (dəhşətdən gözlərinin ucu ilə) gizlin-gizlin (oda) baxdıqlarını görəcəksən. İman gətirənlər deyəcəklər: “Həqiqətən, (əsl) ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini (özlərinə bağlı olanları) ziyana uğradanlardır!” Bilin ki, zalımlar (kafirlər) daimi əzab içində olacaqlar. (Şura surəsi, 44-45)
 
Xor görülüb gözdən salma, böyüklük hissi, Allahı yaradıcı qəbul etməyib (Allahı tənzih edirik) özünü ilahlaşdırmağa çalışan inkarçılara qarşı çox böyük bir cəzadır. Bu, onların haqsız böyüklük istəyinin tam qarşılığıdır və eyni zamanda onları alçaldıb acizliklərini hiss etdirən bir qarşılıqdır. İnkarçılar qarşılaşdıqları bu böyük alçaldılma ilə ziyana uğrayarkən uca Allah iman edənləri axirətdə heç vaxt hörmətdən salmayacağını ayələrində bildirmişdir:
 
Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların (iman) nuru (qıl körpüsü üstündə onlara yol göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: “Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!”(Təhrim surəsi, 8)
 
İman edənlər dünyada da, axirətdə də Allahın sonsuz nemətinə qovuşacaq, sonsuz Cənnətdə ən mükəmməl şəkildə mükafatlandırılacaqlar. Allah onları ucaltmışdır. İnkarçılar alçaldıqca möminlər nemətlərin ən gözəlinə qovuşacaq və Allahdan sonsuz ruzi görəcəklər.
2010-04-05 04:38:10

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top