Ateist ideologiyanın yayılması dünya tarixində ən şiddətli halını axir zamanda göstərəcək

Dünyada döyüşlərin, qırğınların, əxlaqsızlıqların, fahişəliyin və hər cür azğınlığın yayılması müxtəlif ateist, Darvinist və materialistlərin mənfəətlərinə uyğun gəldiyindən, bu toplumlar Darvinizmin ağıldan və məntiqdən kənar iddialarının aşkara çıxarılmasını heç bir zaman istəməzlər. Quran əxlaqını izah edən, materializm və Darvinizmə qarşı fikri mübarizə aparanlara hirs və kin duyarlar və onlara qarşı hərəkətə keçərlər. Çünki Allah inancının yayılması, onların bütün dünyəvi mənfəətlərini ortadan qaldıracaqdı.

Buna görə, axır zamanda cəmiyyətlərdə Darvinist sistemin dəstəklədiyi hər cür əxlaqsızlığın olduqca sürətli şəkildə yayılması Darvinist məntiqin müdafiəçiləri üçün fövqəladə dərəcədə əhəmiyyətlidir.Dünya səviyyəsində saxta bir hakimiyyət quran Darvinist diktatorluq, nəzarətində olan Darvinist mediyanı bu məqsəd üçün istifadə edir.Məktəblərdə, universitetlərdə, təhsil müəssisələrində, dövlət təşkilatlarında, elm sahələrində və bütün digər peşə qruplarında Darvinizmin açıq aşkar inkar edilə bilməməsinin, Darvinist ideologiyaya qarşı tənqidi bir sözdə deyilə bilməməsinin səbəbi budur. Bu tip yerlərdə Allahın adının açıqca deyilməsinə qarşı göstərilən reaksiya, bu mövzuda Darvinizm tərəfdarlarının verdiyi mübarizə, qoyulan qadağalar ağıla sığmaz dərəcədədir. Darvinistlər, öz ideologiyalarının gərəyi olaraq ateizmin ən böyük dəstəkçisi və müdafiəçisi mövqeyindədirlər.Darvinistlərdən ibarət olan müxtəlif təşkilat üzvləri ateizm tərəfdarları olmalarıyla təkəbbürlənərək gündəmə gəlməkdə və indi bu vəziyyət cəmiyyətdə son dərəcə normal qarşılanmaqdadır.Darvinist media, dünyanın müxtəlif yerlərində,o cümlədən mühafizəkar və dindar ölkələrdə də, dinə və müqəddəsata istiqamətli pərvasız cümlələri çəkinmədən dilə gətirə bilirlər.Dünyada olduqca güclü olan sözü gedən media, ateistlərin özləriniüzə çıxarmaları, dəstəklənilmələri və tərəfdar tapa bilmələri üçün başlıca qaynaq mövqeyindədir.

Bu anda ateistlər, öz haqqlarını müdafiə etmək üçün birləşib dərnəklər qurmaqda, yürüşlər təşkil etməkdə, hər cür TV kanalında çıxarılıb danışdırılmaqda, hər cür elmi imkanı istifadə edə bilməkdəykən, dindar insanlar Allaha olan inanclarını və ibadətlərini gizli tutmaq məcburiyyətində buraxılmışlar. Bu, Mübarək Peyğəmbərimizin (s.ə.s) axır zaman ilə əlaqədar olaraq hədislərində bildirdiyiəhəmiyyətli həqiqətdir:

"Allah açıq-aşkar inkar edilmədikcə qiyamət qopmaz." (Son Zamanlarla Əlaqədar Hədislər, s. 85; Kitabül Burhan Fi Alametil Mehdiyyil Axır Zaman, s. 27)

Uca Rəbbimiz, insanların əksəriyyətinin günahın qızışdırılması üçün cəhd etdiklərini və Quran əxlaqını yaşayanlara qarşı düşmənçilik etdiklərini ayəsində belə xəbər vermişdir:

"Onların bir çoxunu günah işləməyə, düşmənçilik etməyə və haram yeməyə tələsən görərsən. Onların gördüyü işlər necə də pisdir"(Maidə Surəsi, 62)

Axır zaman,  buyönüylə, möminlərin ən çətin əziyyətlərlə qarşılaşdıqları zamandır. Degenerasiya və dinsizliyin sürətli yayılması və insanlar tərəfindən tez və güclü şəkildə qəbul edilməsi hədsiz dərəcədədir. İnsanların böyük hissəsi, Qurana uyğun yaşamağı unudub, öz batini sistemləri içində hər cür haramı həyata keçirməyə  təşviq edər hala gəlmişlər. Dinsizliyin gətirdiyi nəticələr isə fövqəladə dərəcədə dağıdıcıdır.Allah qorxusunun yaşanmadığı cəmiyyətlər cinayətlər, qırğınlar, intiharlar, zülm və haqsızlıqlarla iç-içə yaşamaq məcburiyyətindədir.Belə cəmiyyətlərdə, acıma, şəfqət, mərhəmət, qoruyuculuq, vəfa, xoşgörüş, sədaqət, dostluq, barış kimi fikirlərin yer alması qeyri-mümkündür.İnsani dəyərlərin hamısı olduqca qısa bir müddət içində yox olub getmişdir.Darvinist cəmiyyətlər, özlərini sanki heyvan olaraq görən və bu dünyagörüşündə olan insanların meydana gətirdiyi zülm içində yaşayan cəmiyyətlərdir. Bu səbəbdən , cinayətlərlə, zülm və haqsızlıqlarla yaşamaq belə cəmiyyətlər üçün əziyyət deyil.

Belə cəmiyyətlər içində əlbəttə iman edənlər hər cür çətinlik və haqsızlıqla qarşı-qarşıya qala bilərlər.Necə ki içində olduğumuz axır zamanda zühur edəcək Hz. Mehdidə (ə.s.), inkarçıların sıx təzyiq və böhtanlarıyla qarşı-qarşıya qalacaq.

Hz. Mehdi (ə.s.) İnkarçıların Tələ və Böhtanlarına Məruz Qalacaq

Axır zamanın bu ağır şəraitində Hz. Mehdinin (ə.s.) dövrün inkarçıları tərəfindən böhtanlara uğrayacağı, çətinliklərlə mübarizə aparacağı Peyğəmbərimizin (s.ə.s) hədislərində bildirilmişdir.Hz. Mehdi (ə.s.) də peyğəmbərlər kimi böhtana uğrayacaq, müxtəlif çətinliklər, böhtanlar və bəlalarla sınanacaq, inkar edənlərin qurduqları tələlərə qarşı sinə gərəcək.Axır zamandakı bu mübarizəni digər Peyğəmbər dövrlərindən fərqli edən isə, axır zamanda degenerasiyanın və dinsizliyin, tarixdə heç olmadığı qədər məşhur olması və bütün dünya səviyyəsində yaşanmasıdır. Hz. Mehdi (ə.s.), Allah inancına qarşı bütünlüklə və sistemli bir mübarizənin hökm sürdüyü olduqca çətin bir zamanda gələcəkdir. Peyğəmbərimizdən (s.ə.s) rəvayət edilən bir hədisdə Hz. Mehdinin (ə.s.) keçmişdəki Peyğəmbərlərin bəzi xüsusiyyətlərinə sahib olduğu bildirilmişdir:

İmam Zeyn-ul Abidin aleyhissələm belə buyurmuşdur:

"BİZİM QAİMİMİZ (HZ.MEHDİ (Ə.S.)) İLƏ ALLAH'IN RƏSULLARI ARASINDA BİR SIRA BƏNZƏRLİKLƏR VARDIR.NUH, İBRAHİM, MUSA, İSA, EYYUB VƏ MUHƏMMƏD SALLALLAHU ƏLEYHİ VƏ ALİH PEYĞƏMBƏRLƏRİN HƏR BİRİ İLƏ BİR BƏNZƏRLİYİ VARDIR. Nuh ilə uzun ömürlü olmasında, İbrahim ilə doğumunun gizli olması və xalqdan uzaq qalmasında; Musa ilə qorxu halı (Hz. Mehdiyə qarşı təhlükələrin sıxlığıyla, öldürmə, tələ qurma, həbs olunma, nəzarətə alınma, sürgün kimi hər cür təhlükəylə üzzə olmasıyla) və gizli  yaşamasında (davamlı gizlənərək yaşamasında); İsa ilə xalqın onun haqqındakı ixtilafa düşməsi (bir qisim insanların, ‘Hz. Mehdi gələcək', bir qisiminin də ‘gəlməyəcək' deməsində); Eyyub ilə, bəladan sonra qurtuluşun çatmasında (Hz. Mehdiyə də bir çox çətinlik, xəstəlik və dərd gəlməsi; ancaq eyni Hz. Eyüp kimi Allahın rəhmətiylə hamısından xilas olmasıyla); Məhəmməd sallallahu əleyhi və alih ilə də qılıncla kıyam etməsində (Peyğəmbərimizin (s.ə.s) müqəddəs əmanətləri olan mübarək bayrağı, qılıncı vəjiletinin, Hz. Mehdinin yanında olmasıyla), bənzərliyi vardır." (Kemaluddin s. 322, 31. babın 3. hədis)

İmam Mehdi (Hz. Mehdi (ə.s.)), DAVUD PEYĞƏMBƏRİN (ə.s.) ÇƏKİNMƏSİNƏ və Eyyub PEYĞƏMBƏRİN (s.ə.) səbrinə malikdir. (Kefaayah al-Asar, Səhifə 43)

Peyğəmbərlərin hamısı müxtəlif çətinliklər, böhtanlar və xəstəliklər ilə sınanılmışdır.Peyğəmbərlərin hamısı, inkar edənlərin təzyiq və böhtanlarına məruz qalmış, inkarçılar tərəfindən öldürülmək istənmiş, "cadugər", hətta "dəli" deyilmişdir.Dövrün müşrikləri və əxlaqsız insanları tərəfində, mübarək Peyğəmbərimizə (s.ə.s), "O, dəlidir" deyilmiş (Qələm Surəsi, 51), Hz. Huda (ə.s.) "“Biz səni səfehlik içində görür və yalançılardan (biri) hesab edirik!”" böhtanı atılmışdır (Əraf Surəsi, 66). Hz. Yusuf (ə.s.), heç bir cinayəti olmamasına baxmayaraq illərcə həbs çəkmiş, Hz. Musaya (ə.s.) "“Bu sehrbazdır, yaxud da dəlidir!”deyilmiş (Zariyat Surəsi, 39), Hz. İbrahimə (ə.s.), “Əgər ondan əvəz çıxmaq istəyirsinizsə, onu yandırın…”deyilmişdir (Ənbiya Surəsi, 68). Hz. Mehdi (ə.s.) də, Peyğəmbərimizin (s.ə.s) rəvayətində ifadə edildiyi kimi, peyğəmbərlərin və bütün saleh Müsəlmanların yaşadığı çətinliklərə məruz qalacaq, inkarçıların tələ, fitnə və böhtanları ilə mübarizə aparacaq, çətinlik və əziyyət dolu bir həyat sürəcək.

Rəbbimizin Qütbü Azam olaraq vəzifələndirdiyi Hz. Mehdi (ə.s.), ateist və Darvinist ideologiyaların yayılıb qorunduğu və dəstəkləndiyi bir zamanda gələcəkdir.Peyğəmbərimizin (s.ə.s) hədislərində yer alan məlumatların və böyük İslam alimlərinin şərhlərininaçıq-aydın ortaya qoyduğu kimi bu dövr içində olduğumuz Hicri 1400-cü illərdir. Onun təbliği, bir çox toplum tərəfindən qəzəb və hiddət ilə qarşılanacaq.Axır zaman, bir çox istiqamətdən olduqca çətin və əziyyət dolu olacaq.

Ancaq şübhəsiz ki, Hz. Mehdiyə (ə.s.) və onunla birlikdə iman edənlərə qarşı hazırlanan bütün hiyləgər tələlər, sui-qəsdlər və böhtanlar, Allahın diləməsiylə tamamilə təsirsizdir.İman edənlərin müxtəlif sınaqlardan keçiriləcəkləri Allahın bir vədidir.Bu, Rəbbimizin keçmiş qövmlərdən bəri möminlərin üzərinə yazdığı bir Adetullahıdır. Qurulan tələlər, Allaha səmimi, könüldən iman edən hər adam üçün böyük bir xeyr və gözəl bir müjdədir. İnkar edənlər hiyləgər tələlərini qurarlarkən, iman edənlər bütün bu tələləri quranların hamısına Allahın şahid olduğunun; Uca Allah'ın məlumatı xaricində kimsənin sui-qəsd qura bilməyəcəyinin, plan hazırlamayacağının və bu planları reallaşdıra bilməyəcəyinin şüurundadırlar.

Rəbbimizin, "Yoxsa pis əməllər edənlər əzabımızdan sovuşa biləcəklərini güman edirlər?Onlar necə də pis mühakimə yürüdürlər!”(Ənkəbut Surəsi, 4) ayəsiylə də buyurduğu kimi, iman edənlərə qarşı pislik edənlərin, dünyada zahirən üstün gəlsələr belə, axirətdə qurtuluşa çatmaları mümkün deyil. Axır zamanda da dinsizlik nə qədər yayılırsa yayılsın, insanlar hər nə qədər Darvinizm bataqlığına batırsa batsın, mühit nə qədər ürküdücü görünürsə görünsün, inkar edənlərin çirkin və küfr dolu sistemi, bütün dünya səviyyəsində Allahın icazəsiylə məhv olacaq. Axır zamanın iki mübarək və qiymətli şəxsi Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.), Allah'ın icazəsiylə dünyaya hakim olan bu azğın zehniyyəti tamamilə ortadan qaldıracaq və İslamın bütün dünyaya hakim edilməsinə vəsilə olacaqlar.Allahın icazəsiylə yaşadığımız bu əsrdə Rəbbimizin bu gözəl vədi reallaşacaq.

Axır zaman, bütün digər dövrlərdən daha əziyyətli və daha çətin dövrdür:

-       Axır zaman, döyüşlərin ən məşhur və dünya səviyyəsində yaşandığı bir dövr olacaq

-       Axır zaman, degenerasiya və əxlaqsızlığın ən məşhur və ən çirkin şəkli ilə yaşandığı bir dövr olacaq.

-       Axır zaman fahişəliyin tarixdə heç olmadığı qədər yayılıb dünya səviyyəsində pervasızca tətbiq olunduğu bir dövr olacaq.

-       Axır zaman saxtakarlığın,  fırıldaqçılığın, hiyləgərliyin, əskik ölçüb biçmənin ən geniş şəkildə yaşandığı dövr olacaq.

-       Axır zaman, cinayətlərin ən sıx və ən geniş əhatəli tətbiq olunduğu zaman olacaq. Axır zamanda həbsxanalar qatillərlə dolacaq.

-       Axır zamanda bütün haramlar halal sayılacaq, fahişəlik  çoxalacaq, şərab içmək, donuz əti yemək sanki müasirlik sayılacaq, ölkələrin maliyyə sistemləri faiz üzərinə qurulacaq, cinsi pozğunluqlar normal qarşılanacaq, haram yemə rəğbət görəcək, insanlar haram və halallara diqqət etdiklərinə görə ayıblanılıb kənarlaşdırılacaqlar.

-       Axır zamanda narkotik və spirt istifadəsi yayılacaq, narkotik və spirt istifadəsindən ölümlər meydana gələcək, bir çox ailə bundan ötəri əzab və çətinlik çəkəcəkdir.

- Axır zamanda insanlar Allahı açıqca inkar edəcəklər. İnkarçılar öz aralarında birlik olacaq, dinə qarşı mübarizələrində açıq və ictimai şəkildə dəstəkçi axtaracaqlar.Dindar insanlarla mübarizəyə girəcək, bəzən bu mübarizələrində bəzi dövlətlərin, yuxarı orqanların dəstəyini alacaqlar.

-       Axır zamanda ateistlər, inkarlarına zəmin hazırlamaq üçün, Darvinizm kimi azğın ideologiyaları yayacaq, bunları elm adı altında təqdim edəcək və insanları Allah inancından uzaqlaşdıra bilmək üçün onları aldadacaqlar.

-       Bu azğın və qanlı ideologiyalar, axır zamanda, bəzi dövlətlərin qanunlarıyla qorunacaq, bütün dünyaya təlqin ediləcək və təzyiq  yoluyla yayılacaq.

-       Axır zaman, ateist ideologiyaların təsirində qalan insanların, iman edənlərə açıqca böhtan atdıqları, onları günahlandırmalara məruz buraxdıqları, onlara açıq və əhatəli tələ qurduqları, Allahın Uca adının xatırlanmasını maneə törətmək üçün hər cür hiyləgər üsula müraciət etdikləri tarixin ən azğın və ən əziyyətli dövrü olacaq.

-       Axır zamanın iki müqəddəs şəxsi Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.),  bu əziyyətli dövrdə yer üzündə təkrar Allah inancını hakim etmək üçün göndərilmiş iki mübarək elçi olacaq. Uca Rəbbimiz Allahın icazəsiylə, Qızıl Əsrə çatdığımız dövr, bütün bu azğınlıqların və pozulmaların sona çatdığı, İslam əxlaqının bütün dünyaya hakim olduğu bolluq dövrü olacaq.

 


2010-04-09 05:02:18

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top