İnsanlara verilən bir nemət: Yağış

Hər il səmaya buxarlaşan və təkrar yer üzünə yağış kimi düşən su miqdarı "sabit"dir: 16 milyon ton. Bu sabit miqdar Quranda "müəyyən miqdar su" yun göydən endirilməsi kimi xəbər verilir.

"O Allah ki göydən bir ölçü ilə su endirər." (Zuxruf surəsi, 11)

İnsan həyatı ancaq bu nəhəng su dövranı nəticəsində davam edir. Əgər bu dövranı biz özümüz təşkil etməyə çalışsaq, şübhəsiz, dünyanın bütün texnologiyasını birləşdirsək də, bacarmazdıq. Ancaq buxarlanma yolu ilə həyatımızın birinci şərti olan su bizə təmənnasız və zəhmətsiz şəkildə verilir. Hər il okeanlardan 45 milyon m3 su buxarlanır. Buxarlanan su buludlara çevrilərək küləklər vasitəsilə quruya endirilir və beləliklə, hər il 3-4 milyon km3 su okeanlardan quruya, yəni bizə ötürülür. Qısaca desək, bizim heç cür dövranını idarə edə bilmədiyimiz və onsuz bir neçə gündən artıq yaşaya bilməyəcəyimiz su bizə xüsusi şəkildə göndərilir. Quranda bunun insanın "şükr etməsi" üçün ən açıq dəlillərdən biri olduğunu Allah belə xəbər verir:

Bəs içdiyiniz suya nə deyirsiniz?. Onu buluddan endirən sizsiniz, yoxsa Biz?! Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allah`ın nemətlərinə) şükür etmirsiniz? (Vaqiə surəsi, 68-70)

Yağışın müəyyən ölçü ilə endirilməsi

Quranda Zuxruf surəsinin 11-ci ayəsində yağışın "ölçü" ilə endirilməsi təsvir edilmişdir:

O Allah ki, göydən bir qədər su endirdi. (Zuxruf surəsi, 11)

Həqiqətən də, yağış yer üzünə çox maraqlı ölçü ilə enir. Yağışın sahib olduğu ölçülərdən birincisi eniş sürəti ilə əlaqədardır. Yağış damcısı ilə eyni ağırlıq və böyüklükdəki bir cisim 1200 metr yüksəklikdən  buraxılsa, getdikcə sürətlənəcək və yerə təxminən 558 km/saatlıq sürətlə düşəcək. Əgər yağış damcısı da bu yüksəklikdən belə düşsə idi, bu vəziyyətdə bütün əkinlər məhv olacaq, sahələr, evlər və avtomobillər ziyan görəcək, insanlar lazımlı tədbirləri görə bilməyəcəklərdi.

Fəqət belə bir hadisə heç zaman baş vermir. Yağış damcıları nə qədər yüksəkdən düşsələr də, yer üzünə çatdıqlarında orta sürətləri yalnız saatda 8-10 km. olur. Yağışdakı ölçü sadəcə miqdarında deyil. Yağış damlalarının enmə sürəti də müəyyən ölçüyə görədir. Yağış damlası nə qədər böyük olsa da, yer üzünə enmə sürəti müəyyənlimitdən kənara çıxmır. Nobel mükafatına layiq görülmüş alman fizik Filip Lenardın fəaliyyətləri nəticəsində yağış damlalarının diametri böyüdükcə enmə sürətlərinin artdığını müəyyən etmişdir. Ancaq enmə sürətinin artması yağış damlasının diametri 4.5 mm olana qədər davam edir. Daha böyük yağış damlalarının isə enmə sürəti saniyədə 8 metri keçmir. Bunun səbəbi damlaların enərkən aldıqları formadır. Yağış damlalarının bu xüsusi forması atmosferin sürtünmə təsirini artırır və damlaların müəyyən sürət limitini keçməsinə mane olur.

Bunun səbəbi isə yağış damcısının atmosferin sürtünmə təsirini artıran və yerə daha yavaş düşməsini təmin edən quruluşa sahib olmasıdır. Əgər yağış damcısı fərqli şəkildə olsa və ya atmosferin sürtünmə xüsusiyyəti olmasa idi, hər yağış yağanda yer üzünün necə böyük fəlakətlə qarşı-qarşıya gələcəyini anlamaq üçün bu rəqəmlərə baxmaq kafi olacaq:

"Yağış buludları minumum 1200 metr yüksəklikdə yerləşir. Bu hündürlükdən düşən tək bir damcının təsiri 1 kiloqramlıq cisimin 15 sm yüksəklikdən aşağı buraxılmasına bərabərdir. Ancaq 10.000 metr yüksəklikdə də yağış buludları mövcuddur ki, bu dəfə tək bir damcı 1 kiloqram ağırlığın 110 sm yüksəklikdən aşağı buraxılmasına bərabər təsir göstərəcək.”

Hesablamalara görə, yer üzündən bir saniyədə 16 milyon ton su buxarlanır. Bir ildə bu miqdar 505 trilyon tona çatır. 16 milyon ton su eyni zamanda bir ildə Yerə yağan yağışın miqdarıdır. Yəni su davamlı bir tarazlıqdadır, müəyyən “ölçü əsasında“ dövran edir. Yer üzündəki həyatın davamı da bu su dövranı sayəsində təmin edilir. İnsan malik olduğu bütün texnoloji imkanlardan istifadə etsə də, bu dövranı əsla süni surətdə həyata keçirə bilməz.

Əgər bu miqdarda çox kiçik dəyişiklik olsa, qısa müddətdən sonra böyük ekoloji tarazsızlıq meydana gələr və bu da həyata son qoyar. Lakin heç vaxt belə olmur; yağış yer üzünə hər il eyni miqdarda enir.

Bundan başqa, yağışın endiyi atmosfer qatmalarında istilik -40°C-yə qədər düşür. Ancaq su burada əsla buz qəliblərinə çevrilmir. Bunun səbəbi atmosferdəki suyun "saf su" xüsusiyyətində olmasıdır. Bilindiyi kimi, saf suyun bir xüsusiyyəti çox aşağı istiliklərdə belə donmamasıdır.

Yağışın meydana gəlməsi

Yağışın əmələ gəlməsi üçün zəruri olan mərhələlər haqqında məlumat hava radarlarının kəşfi nəticəsində üzə çıxmışdı. Buna əsasən, yağış 3 mərhələdən keçərək əmələ gəlir: küləyin əmələ gəlməsi, buludların meydana gəlməsi, yağış damlalarının əmələ gəlməsi.

Buludları hərəkətə gətirən küləkləri göndərib onları göy üzündə istədiyi kimi yayan və topa-topa edən Allahdır. Artıq buludların arasından yağış çıxdığını görürsən. Onu (yağışı) bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər. (Rum surəsi, 48)

1-ci mərhələ:

Okeanlardakı köpüklənmə ilə əmələ gələn saysız-hesabsız hava qabarcığı davamlı partlayır və su damlaları göy üzünə sıçrayır. Duz ilə zəngin olan bu damlalar daha sonra küləklərlə daşınır və atmosferdə yuxarı doğru qalxır. Aerozol adlandırılan bu kiçik zərrələr su tələsi funksiyasını yerinə yetirir və dənizlərdən yüksələn su buxarını öz ətraflarında kiçik damlalar halında toplayaraq bulud damlalarını əmələ gətirirlər.

2-ci mərhələ:

Duz kristallarının və ya havadakı toz zərrəciklərinin ətrafında yığılan su buxarı sayəsində buludlar əmələ gəlir. Bu buludların içərisindəki su damlaları çox kiçik olduğundan (diametri 0.01-0.02mm) havada asılı qalırlar və göyə yayılırlar. Beləliklə göy buludlarla örtülür.

3-cü mərhələ:

Duz kristallarının və ya toz zərrəciklərinin ətrafında birləşən su zərrələri ağırlaşır və yağış damlalarını əmələ gətirir. Beləliklə, havadan daha ağır hala gələn damlalar buluddan ayrılır və yağış formasında yerə enirlər.

Yağış suyunun şirin olması

Bilindiyi kimi, yağış suyunun qaynağı buxarlaşmadır və buxarlaşmanın 97%-i "duzlu" okeanlardan olur. Halbuki yağış suyu şirindir. Yağışın şirin olmasının səbəbi Allah`ın qoyduğu başqa bir qanundur. Bu qanuna görə, su istər duzlu dənizlərdən, istər minerallı göllərdən, ya da palçıqların içindən buxarlaşsın, özündə başqa heç bir xarici maddə daşımaz. "Biz, göydən tərtəmiz su endirdik..." (Furqan surəsi, 48) hökmü gərəyi, duru və tərtəmiz şəkildə yerə enir.

Allah Quranda yağışın "şirin" olması haqqında həmçinin belə bildirmişdir:

Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa Biz?!Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allah`ın nemətlərinə) şükür etmirsiniz? (Vaqiə surəsi, 68-70)

...Sizə şirin su içirtmədikmi?”. (Mursəlat surəsi, 27)

Göydən sizin üçün yağmur endirən Odur. Ondan (o sudan) siz də, içində (heyvanlarınızı) otardığınız ağaclar (və otlar) da içər (ağaclar və otlar da onun vasitəsilə bitər). (Nəhl surəsi, 10)

ÖLÜ YERLƏRİ DİRİLDƏN YAĞIŞLAR

Quranda Allah yağışın "ölü bir diyarı diriltmə" funksiyası bir çox ayədə diqqət çəkir:

Biz göydən tərtəmiz su endirdik ki, Onunla ölü bir yerə can verək, yaratdığımız heyvanları və bir çox (bütün) insanları sirab edək! (Furqan surəsi, 48-49)

Yağışın canlılar üçün həyati əhəmiyyəti olan suyu yer üzünə endirməsilə yanaşı bir də gübrələmə xüsusiyyəti var. Dənizlərdən buxarlanaraq buludlara qalxan yağış damlaları ölü torpağı “canlandıran” bəzi maddələri ehtiva edir. Bu “canlandırıcı” xüsusiyyətə malik yağış damlaları “səth gərginliyi damlaları” adlandırılır. Səth gərginliyi damlaları bioloqların dəniz səthinin mikro təbəqəsi adlandırdıqları yuxarı hissədə əmələ gəlir; millimetrin onda birindən daha incə olan bu təbəqədə mikroskopik dəniz yosununun və zooplanktonun parçalanmasından əmələ gələn bir çox üzvi artıqlar var. Bu artıqların bəziləri dəniz suyunda çox az olan fosfor, maqnezium, kalium kimi elementləri və bundan əlavə mis, sink, kobalt və qurğuşun kimi ağır metalları seçib ayıraraq öz içlərində toplayırlar. Yer üzündəki toxum və bitkilər, böyümələri üçün ehtiyac hiss etdiklərində çoxlu mədən duzlarını və elementləri məhz bu yağış damlalarından əldə edirlər.

Yağışla torpağa enən bu duzlar məhsuldarlığı artırmaq üçün istifadə edilən ənənəvi gübrələrdən bəzilərinin (kalsium, maqnezium, kalium və s.) kiçik nümunələridir. Bu cür aerozollarda olan ağır metallar isə bitkilərin inkişafında və məhsuldarlığının artırılmasında lazım olan elementləri təşkil edirlər.

Qısaca desək, yağış mühüm gübrədir. Az münbit olan torpaq da yalnız yağış vasitəsilə gələn bu gübrələrlə belə yüz illik müddət ərzində bitkilər üçün lazım olan bütün elementləri qazana bilər. Meşələr də bu dəniz əsaslı aerozollar vasitəsilə böyüyür və qidalanırlar. Bu yolla hər il quruya 150 milyon ton gübrə düşür. Bu təbii gübrələmə prosesi olmasaydı, Yerdə daha az bitki olar, həyatın tarazlığı pozulardı.

“Biz göydən su endirdik, sonar onunla bağlar və biçilən taxıl dənələri yetişdirdik.” (Qaf surəsi, 9)

Uca Rəbbimizin müəyyən bir miqdar suyu göydən endirməsi, bu suyun içilə biləcək dadda olması, ölü bir diyarı canlandırması, şübhəsiz, Onun bizə verdiyi böyük bir nemətdir.

Məgər Allah`ın göydən yağış yağdırdığını, onu yer üzündəki bulaqlara axıtdığını, sonra onunla növbənöv əkin yetişdirdiyini görmürsənmi?! Sonra o (əkin) quruyar, sən onu saralmış görərsən. Sonra da (Allah) onu çör-çöpə döndərər. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır! (Zümər surəsi, 21)

 

2010-05-04 00:01:44

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top