İslam əxlaqında ailənin yeri

İnsanların böyük hissəsi dinin yalnız bəzi ibadətlərdən ibarət olduğunu zənn edirlər. Halbuki din insan həyatının hər anını əhatə edir, insanlara Qurana uyğun düşüncə tərzi və gözəl əxlaq qazandırır.

Dininə bağlı, səmimi müsəlman Allah`ın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün həyatının hər anında Quranda təsvir edilən üstün əxlaqı yaşamağa cəhd göstərir. Heç bir zaman və heç bir mühitdə dürüstlüyündən, səmimiyyətindən, gözəl rəftardan, hörmətindən və sevgi dolu hərəkətlərindən əl çəkmir. Bu səbəblə də Quran əxlaqına sahib olan insanlardan formalaşan cəmiyyətlərdə hər insanın həsrət çəkdiyi bu üstün xüsusiyyətlər yaşanır.

Məsələn, Quran əxlaqına uyğun həyat yaşayan bir ailədə müasir dövrdəki bir çox ailələrin yaşadığı problemlərin heç biri yaşanmaz. Hal-hazırda ana və ataya itaətsiz, doğru ilə yanlışı bir-birindən ayıra bilməyən, təcavüzkar uşaqlara, eyni zamanda uşaqlarına doğru ilə yanlışı izah edə bilməyən, onları başıboş buraxan, öz aralarında da bir-birini başa düşməyən ana-atalara çox tez-tez rast gəlinir. Bu evlərdə sevgi, hörmət, mərhəmət və şəfqət yerinə, döyüş və təhqir hakimdir. Halbuki Quran əxlaqı yaşandıqda ana-ataya itaət edən, hətta Allah`ın əmrinə  görə onlara "of" belə deməyən, doğru və yanlışı hələ kiçik yaşlarından etibarən ayırd edən, vicdanına uyaraq pis davranışılardan uzaq duran  uşaqlar yetişər. Uşaqlarını din əxlaqı ilə yetişdirərək dövlətə və millətə xeyirli insanlar olmaları üçün səy göstərən, öz aralarında da sevgi və hörməti yaşayan, davranış və danışıqları ilə uşaqlarına nümunə olan ana-atalar ortaya çıxar. Qısacası sevgi, hörmət və həmrəylik içində bir-birinə bağlı ailələr meydana gələr.

Ailə isə bir dövlətin ən fundamental vahididir. Ailə quruluşu güclü olan bir millətin dövlət quruluşu da çox güclü olar. Ancaq ailə quruluşu zəif, mənəvi dəyərlərini itirmiş, fərdləri arasında sevgi, hörmət, birlik və vəfa duyğuları korlanmış bir dövlətin güclü olması mümkün deyil. Xüsusilə, dinsiz cəmiyyətin hədəf alındığı bəzi ölkələrdə, bu əxlaqi degenerasiya çox böyük surət qazanır və bu da cəmiyyətin hər addımında özünü göstərir. Bu cür cəmiyyətlərdə həyat yalnız qarşılıqlı maddiyyət üzərində qurulur.

Bir-birlərinə çox yaxın ailə fərdləri arasında da sevgi, qardaşlıq, həmrəylik, fədakarlıq və sədaqət duyğuları kimi mənəvi hislərin zəifləsə, o millətin varlığını davam etdirməsi çox çətin olar və bu kimi hallar bütün cəmiyyəti bürüyər. Məktəblərdə, dost məsclislərdə sevgi və hörmət kimi ülvi hislər yerinə həsəd, ikiüzlülük, təkəbbür, dedi-qodu kimi pis rəftarlar ortaya çıxar. İş yerlərində də bütün sistem maddi münasibətlər üzərinə qurular. Heç kəs bir-birinin haqqını qorumaz, ədalətlə rəftar etməz, məzlumlara qarşı şəfqət və mərhəmət hissi olmaz. Qısacası, belə millətin fərdlərinin bir yerdə dinclik və sülh içində yaşamaları qeyri-mümkün olar.

Dinin gətirdiyi Quran əxlaqını yaşayan cəmiyyətlərdə isə dövlətinə və millətinə faydalı vətəndaş, ailəsini sevən və qoruyan övlad, əxlaqı ilə nümunə olan ana-ata formalaşar. Beləliklə, pis əxlaq xüsusiyyətlərinə rast gəlinməz. Bu cür təməli möhkəm cəmiyyətdəki  bir millətin ömrü uzun, həyatı dinc, birlik ruhu da çox güclü olar. Allah Quranda bir millətin birlik və güclü olmasının sirrini belə bildirmişdir:

Allah`a və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!  (Ənfal surəsi, 46)

Ailə quruluşu güclü olan bir millətin dövlət quruluşu da çox güclü olar. Ancaq ailə quruluşu zədələnmiş, mənəvi dəyərlərini itirmiş, fərdləri arasında sevgi, hörmət, birlik və vəfa duyğuları korlanmış dövlətin güclü olması mümkün deyil.

Allah qorxusu dünya həyatında möminin ən böyük dayağıdır. Çünki Allah qorxusu insanı hər anında Allah`ın istədiyi kimi davranmağa, Onu razı etmək üçün şeytanın və nəfsinin istəklərindən çəkinməyə, onların hiylə və oyunlarına qarşı ayıq və tədbirli olmağa sövq edir.

İMANI TEZ ANLAMAQ

"Şəksiz iman gətirmək" nə deməkdir?

Bir insan əlini alova uzatdığında yanacağını bilər, bundan heç bir şübhəsi yoxdur. "Görəsən həqiqətən yanarmı?" kimi bir düşüncəyə qapılmaz. Bu adam, alovun əlini yandıracağına şəksiz inanır deməkdir. Quran ayələrində isə "şəksiz iman"dan bu cür bəhs edilir:

"Bu (Quran), insanlar üçün bəsirət gözü, (axirətə) tam yəqinliklə inanan bir qövm üçün də hidayət (doğru  yolu göstərən rəhbər)  və mərhəmətdir! (Casiyə surəsi, 20)

Şəksiz iman heç bir şübhə etmədən ətrafında gördüyü, danışdığı şeylərin doğru olduğuna əmin olduğu qədər Allah`ın varlığına, təkliyinə, qiyamət gününə, cənnət və cəhənnəmin varlığına iman gətirmək deməkdir. Şəksiz iman insanın hər hərəkətini, həyatının hər anını yalnız Allah`ı razı  etmək üçün təmiz vicdana yönəldir.

Davranışlarımızdan hansının Allah`ın razılığına uyğun olduğunu necə anlayarıq?

Allah Özündən qorxan insanın vicdanına hər zaman mütləq ən doğru olanı ilham edir. Allah bir ayədə belə buyurur:

"Ey iman gətirənlər! Əgər  Allah`dan qorxsanız, O, sizə haqla-nahaqqı ayırd edən (bir nur) verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf, mərhəmət sahibidir!  (Ənfal surəsi, 29)

Unutmamaq lazımdır ki, ümumiyyətlə, insanın ürəyində ilk duyduğu, eşitdiyi səs doğrunu yanlışdan ayırd  edən vicdanının səsidir və Allah`ın razı olacağı rəftar ilk eşidilən səsdir. Allah`dan qorxan insanlar da vicdanlarının səsinə qulaq asıb doğru olanı tapırlar.

ALLAH`IN İSİMLƏRİ

(ƏL-HAFİD)

O (bəzilərini) alçaldacaq, (bəzilərini də) ucaldacaqdır. (Vaqiə surəsi, 3)

Hər insanın müəyyən zəka səviyyəsi, görmə, düşünmə və düşündüklərindən nəticə çıxarma qabiliyyəti vardır. Hər insan öz bədənindəki  nizama baxdıqda mövcud incə dizaynı görə bilər. Gördüyü dizaynın detallarındakı ağıl əlamətləri qarşısında bu nizam-intizamı planlayan, hazırlayan və yaradanın varlığını qavraya bilər.

Şübhəsiz, bu sayılanlar sahib olduqları nemətlər haqqında dərin düşünən insanlara aiddir. Bu kəslər gördükləri şeylər üzərində düşünüb-daşınırlar. Bir də qarşılaşdıqları hadisələr haqqında fikirləşmədən ötüb keçməyə adət etmiş insanlar vardır ki, bunlar yer üzündəki insanların əksəriyyətini təşkil edirlər. Əvvəlcə də qeyd etdiyimiz kimi, bu insanlar dünyaya gəlir, böyüyür, hər kəs kimi adi həyat sürür və ölürlər. Halbuki Allah bir çox ayələrdə insanlara düşünüb öyüd almalarını əmr etmişdir. Ayələrdə möminlərin hər an düşündükləri belə bildirilmişdir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah`ı yad edir, göylərin və yerin yaradılması haq-qında düşünür­ (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!. Ey Rəbbimiz! Sən Oda saldığın kəsi rüsvay edərsən. Zalımların köməkçiləri olmaz. (Ali İmran surəsi, 191-192)

Düşünüb öyüd nəsihət alanlar Allah`ın dünya və axirətdə üstün olan kəslərdir. İnsan olmağın haqqını tam olaraq yerinə yetirirlər və bu yönləri ilə digər canlılardan (heyvanlar, bitkilər və düşünməyən insanlar) tamamilə fərqlənirlər. Digər qrup (düşünməyən insanlar) isə insani qabiliyyətlərə sahib olmalarına baxmayaraq, bunları istifadə etmirlər və sadə həyat tərzi keçirirlər. Bu insanlar da Allah`ın yaratdığı, ancaq vicdanlarını istifadə etmədikləri, düşünmədikləri və sadə ömrü sürdükləri üçün alçaltdığı kəslərdir.

İnkarçıların əzab məkanı olan cəhənnəmə gedəcəklərini əsla unutmayın

Əgər Biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin Mənim: “Cəhənnəmi mütləq bütün (günahkar) cin və insanlarla dolduracağam!” Sözüm yerinə yetəcək. (Səcdə surəsi,13)

2010-05-04 00:23:12

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top