Qərbdə yaşayan müsəlmanlar İslamin sülhsevər və sevgi dolu əxlaqını ən gözəl şəkildə təmsil etməklə mükəlləfdirlər

Müsəlmanlar Allah`ın rəhməti ilə iman və hidayət verilmiş müstəsna insanlardır. Allah onları seçmiş, onlara Özündən nur və anlayış nəsib etmişdir. Tarix boyunca bütün möminlər, peyğəmbərlər və onları izləyən müttəqilər Allah`a sədaqət göstərmiş, hər şərt və mühitdə könüldən Allah`a yönəlib dönmüş, var gücləri ilə haqqı müdafiə etmiş və insanlara yaxşılığı əmr etmişlər. Bu gün də müsəlmanların öhdəsinə peyğəmbərlərin və onları izləyən möminlərin din və gözəl əxlaqda göstərdikləri iradənin eynisini göstərmək, maddi-mənəvi bütün imkanlarımızı səfərbər edərək Allah`ın varlığını, birliyini və Onun əmr və tövsiyələrini insanlara təbliğ etmək düşür. Xüsusilə, gəncliyin könüldən Allah`a bağlı, Allah`ı çox sevən və Ondan çox qorxan dindar fərdlər kimi yetişmələrinə vəsilə olmaq dünyadakı müsəlmanlarının üzərinə düşən ən əhəmiyyətli vəzifələrdən biridir. 

Digər tərəfdən, hər bir müsəlman hal və hərəkətləri ilə də Allah`ın dinini ən gözəl şəkildə təmsil etməklə mükəlləfdir. Müsəlmanlar Peyğəmbər əfəndimizin Allah`a yaxınlığı, Allah`a itaəti, təvazösü, təmizliyi, mehribanlığı və dostluğunu nümunə götürməli, onun gözəl əxlaqını eyni şəkildə göstərməli, həmçinin Peyğəmbərimiz kimi səmimi, insanlara qarşı şəfqətli, gözəl sözlü və mərhəmətli olmalıdırlar.
 
Qərbdə yaşayan müsəlman qardaşlarımız da istər Allah`ın varlığını, birliyini və istərsə də, Allah`ın əmr etdiyi gözəl əxlaqı insanlara təbliğ etmə mövzusunda - bütün müsəlmanlar kimi - birinci dərəcəli məsuldurlar. Belə ki, kitab əhli ilə eyni torpaqlarda yaşamaları onların bu məsuliyyət ilə birbaşa əlaqəli olmalarına vəsilə olmaqdadır. Bu səbəbdən, qərb ölkələrində yaşayan təqva sahibi hər bir müsəlman İslam dinini tanımayanlara İslamın gözəlliyini ən gözəl şəkildə izah etməklə mükəlləfdirlər. Bundan başqa, Allah`ın bir və tək İlah olduğunu, hər yeri əhatə etdiyini, axirətin qəti bir həqiqət olduğunu, insanın dünyada işlədiyi hər əməldən hesaba çəkiləcəyini onlara xəbər verməli; insanların şərik qoşmadan Allah`a yönəlmələrinə vəsilə olmaq üçün cəhd göstərməlidirlər. Bütün bu ibadətləri gərəyi kimi yerinə yetirən müsəlman haqqı izləmiş, peyğəmbərlərin izindən getmiş olacaq.
 
Budur ki, bütün peyğəmbərlərdə təcəlli edən bu cəsur və qərarlı müsəlman ruhu və Allah`ın əmr etdiyi gözəl əxlaqı tamamilə mənimsəyən bir müsəlman həyatının hər anında alicənab davranışlar sərgiləyəcək, təbii və səmimi rəftar göstərəcək, Quran xaricində heç bir əxlaq modelini üzərində saxlamayacaq və dolayısı ilə tərtəmiz, şərəfli ruha, dərin vicdana və son dərəcə yüksək əxlaqa sahib olacaq.
 
Qərb ölkələrində yaşayan müsəlman qardaşlarımızın üzərinə düşən digər əhəmiyyətli məsuliyyət də kitab əhlinə Peyğəmbərimiz (s.ə.v) kimi şəfqət və iltifatla yaxınlaşmaq və dostumuz olduqlarını onlara hiss etdirməkdir. Bilindiyi kimi, Peyğəmbərimizin dövründə xristian və yəhudilər son dərəcə rahat və dinc mühitdə yaşamışlar.
 
Peyğəmbərimiz (s.ə.v) onlara qarşı çox şəfqətli davranmış, onların dəvətlərini qəbul etmiş və yeməklərini yemişdir. Yəhudilərlə alver etmiş, əshab və səhabələri də onlardan alver etməyə təşviq etmişdir. O dövrdə xristian və yəhudilər necə Cənnət həyatı kimi rahat və dinc həyat yaşadılarsa, bu dövrdə də eyni hüzur və etibarı onlara hiss etdirmək bütün müsəlmanların vəzifəsidir. Qərb ölkələrində yaşayan qardaşlarımız da Rəsulullah əfəndimizin bu sünnəsini yerinə yetirməklə vəzifəlidirlər.
 
Kitab əhli ilə əlaqədar ayələr
 
Kitab əhlinin içində iman gətirənlərin olduğu və onların gözəl cəhətləri
 
Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allah`a inanırsınız. Əgər kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır... (Ali-İmran surəsi, 110)
 
Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allah`ın ayələrini oxuyurlar. (Ali-İmran surəsi, 113)
 
Onlar Allah`a, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. (Ali-İmran surəsi, 114)
 
Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır! (Ali-İmran surəsi, 115)
 
Həqiqətən, kitab əhli içərisində elələri də vardır ki, onlar Allah`a, həm sizə, həm də özlərinə nazil olanlara inanır, Allah`a boyun əyərək Allah`ın ayələrini ucuz qiymətə satmırlar. Onların Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir. (Ali-İmran surəsi, 199)
 
(Qurandan) əvvəl kitab vermiş olduğumuz kəslər (mömin yəhudi və xaçpərəstlər) ona inanırlar. (Qəsəs surəsi, 52)
 
Onlara (Quran) oxunduğu zaman: “Biz ona inandıq. Doğrudan da, Rəbbimizdən (nazil olmuş) haqdır. Biz ondan əvvəl də müsəlman (təkallahlıq, Allah`ın vəhdaniyyətini qəbul edib yalnız Ona itaət və ibadət edən kəslər) idik!” – deyirlər. (Qəsəs surəsi, 53)
 
Hz. Məhəmmədə Quran endirildiyi üçün sevinənlər
 
İçlərindən iman gətirənlər üçün qorxu yoxdur
 
İman gətirənlərdən, musavi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allah`a, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər. (Bəqərə surəsi, 62)
 
Verdiyimiz kitabı layiqincə oxuyanlar həmin kitaba iman gətirənlərdir, onu inkar edənlər isə özlərinə zərər yetirənlərdir. (Bəqərə surəsi, 121)
 
Yaxşı əməl sahibi olan özünü Allah`a təslim edən, İbrahimin hənif millətinə (dininə) tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi (Özünə) dost tutmuşdur! (Nisa surəsi, 125)
 
Lakin onların elmdə qüvvətli (möhkəm) olanları və möminləri sənə nazil edilənə və səndən əvvəl nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allah`a və axirət gününə iman gətirirlər. Biz, əlbəttə, onlara böyük mükafat verəcəyik! (Nisa surəsi, 162)
 
Kitab əhlinin yeməyinin müsəlmanlara halal olması
 
Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı inkar edənin bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar! (Maidə surəsi, 5)
 
Belə deyin: “Biz Allah`a, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən peyğəmbərlərə verilən şeylərə inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allah`a boyun əyən müsəlmanlarıq!” (Bəqərə surəsi, 136)
 
Əgər onlar da siz inandığınız kimi inanırlarsa, şübhəsiz ki, doğru yolu taparlar. Yox, əgər üz döndərərlərsə, ədavət bəsləmiş olarlar. Allah sənə onlara qarşı kifayət edər. O, eşidəndir, biləndir. (Bəqərə surəsi, 137)
 
Müsəlmanların kitab əhlinə dəvəti
 
De ki: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! “Allah`dan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allah`ı qoyub bir-birimizi Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq!” (Ali-İmran surəsi, 64)
 
Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhammed) və ona iman gətirənlərdir. Allah möminlərin dostudur! (Ali-İmran surəsi, 68)
 
Elçini tanımaları
 
Kitab verilmiş şəxslər onu (Muhammed peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərinə zərər edənlər, əlbəttə, iman gətirməzlər! (Ənam surəsi, 20)
 
Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! “Allah`dan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allah`ı qoyub bir-birimizi Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq!” (Ali-İmran surəsi, 64)
 
Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı inkar edənin bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar! (Maidə surəsi, 5)
 
Həqiqətən, kitab əhli içərisində elələri də vardır ki, onlar Allah`a, həm sizə, həm də özlərinə nazil olanlara (Qurana, Tövrata və İncilə) inanır, Allah`a boyun əyərək Allah`ın ayələrini ucuz qiymətə satmırlar. Onların Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir. (Ali-İmran surəsi, 199)
 
(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır! (Nəhl surəsi, 125)
 
…“Biz xaçpərəstik”, - deyənləri isə onların ən yaxın dostu görəcəksən. Bu onların (möminlərin) içində (bilikli, abid) keşiş və rahiblərin olması və onların özlərini yuxarı tutmamalarına görədir. (Maidə surəsi, 82)
 
Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! Və belə deyin: “Biz həm özümüzə nazil olana (Qurana), həm də sizə nazil olana (Tövrata və İncilə) inanırıq. Bizim də Allah`ımız, sizin də Allah`ınız birdir. Biz yalnız ona təslim olanlarıq!” (Ənkəbut surəsi, 46)
 
... Kitab əhli içərisində düzgün (sabitqədəm) bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allah`ın ayələrini oxuyurlar.
 
Onlar Allah`a, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər.
 
Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır! (Ali-İmran surəsi, 113-115)
 
Şübhəsiz ki, iman gətirənlərdən, yəhudilərdən, sabiilərdən və xaçpərəstlərdən Allah`a və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməzlər! (Maidə surəsi, 69)
 
Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər! (Mumtəhinə surəsi, 8)
 
Peyğəmbərimizin (s.ə.v.) əhli-kitab ilə əlaqədar bəzi hədisləri
 
1. "Bir zimmini (məsuliyyət altına alınan adam) haqsız yerə öldürən Cənnətin qoxusunu duya bilməz. Halbuki onun qoxusunu qırx illik yoldan duya bilər." (Buxari, Cizyə, 5)
 
2. "Hər kim zimmiyə zülm edər və ya daşıya bilmədiyi yükü yükləyərsə, onun əleyhdarıyam"
 
3. "Kim bir muahimə zülm edər və ya gücünün çatmadığı bir iş yükləyərsə, ya da zorla ondan bir şey alarsa, qiyamət günü mən onun əleyhdarıyam" (Əbu Davud, Xərac, 31-33)
 
4. "Kim bir zimmiyə əziyyət versə, mən onun şikayətçisiyəm. Mən kimə (bu dünyada) şikayətçi olsam, qiyamət günündə də şikayətçi olaram."
(Acluni, Kəşfül-Hafa II, 218)
 
5. Hz. Peyğəmbər buyurur:
 
"Çəkinin! Kim belə insanlara (yəni özləri ilə müqavilə bağlanılmış olanlara) zalım və sərt olsa, onların haqlarını kəssə və ya dözmədiyi şeyi yükləsə, yaxud da azad iradələri xaricində onlardan bir şey alsa, hökm günü onlardan mən şikayətçi olacağam." (Əbu Davud, Cihad; (İslamda dövlət nizamı, Əbül-Ala Əl-Məvdudi, Hilal yayınları, 1967, s. 71)
 
6. Hz. Ömər zamanında fəth edilən ölkələrin heç birində tək bir ibadət yerinə belə heç bir zaman hörmətdə qüsur edilməmişdir. Əbu Yusif yazır:
 
"Bütün ibadət yerləri olduğu kimi buraxıldı. Nə onlar yerlə bir edildi, nə də məğlublar əşya və mallarından məhrum buraxıldı." (Əbu Yusif, Kitabül-Xərac; İslamda dövlət nizamı, Əbül-Ala Əl-Məvdudi, Hilal yayınları, 1967, s. 74)
 
7. Hz. Əli:
 
"Hər kim ki, bizim zimmimizdir, onun qanı bizimki qədər müqəddəsdir, malları bizim mallarımız qədər təcavüzdən qorunmuşdur" dedi. Başqa bir qaynaqda Hz. Əlinin belə dediyi nəql edilir: "Zimmi vəziyyətini açıq şəkildə qəbul edənlərin malları və həyatları bizimki (yəni müsəlmanlarınkı) kimi müqəddəsdir." (İslamda dövlət nizamı, Əbül-Ala Əl-Məvdudi, Hilal yayınları, 1967, s. 76)
 
8. Hz. Peyğəmbər (s.ə.v.) xristian olan İbn Haris bin Kəb və dindaşlarına yazdırdığı razılaşma mətnində:
 
"Şərqdə və qərbdə yaşayan bütün xristianların dinləri, kilsələri, canları, ismətləri və malları Allah`ın, Peyğəmbərin və bütün möminlərin himayəsindədir. Nəsraniyət dinində yaşayanlardan heç kim istəmədən islama icbar edilməyəcək. Xristianlardan biri hər hansı bir cinayətə və ya haqsızlığa məruz qalsa, müsəlmanlar ona kömək etmək məcburiyyətindədirlər" maddələrini yazdırdıqdan sonra: "Onlarla ən gözəl tərzdə mücadilə edin!... (Ənkəbut, 29/46) ayəsini oxudu. (İbn Hişam, Əbu Muhammed Əbdülməlik, (v. 218/834), Əs-Sirətün-Nəbəviyyə, Darut-Turasil-Ərəbiyyə, Beyrut, 1396/1971, IV/241-242; Həmidullah, Əl-Vəsaiq, s. 154-155, Nömrə. 96-97; Şərq-Qərb qaynaqlarında birlikdə yaşama, s. 95)

2010-05-05 04:18:09

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top