Dəccal sistemi İsa Məsih (ə.s) və Hz. Mehdinin (ə.s) zühuru üçün xüsusi olaraq yaradılmışdır

Uca Rəbbimiz dünyanın sonunun yaxınlaşdığı “axır zaman” adı verilən dövrdə, yəni çətinlik, müharibə, terror, əxlaqi degenerasiya və böhranların hökm sürdüyü zamanda, dünyaya mübarək şəxsi göndərəcək və onun vəsiləsi ilə hər cür zülüm və ədalətsizliyi ortadan qaldıracaq. Bu mübarək şəxs hz. Mehdidir (ə.s). Hz. Mehdinin (ə.s) zühurunun ardından hz. İsa (ə.s) yenidən yer üzünə gələcək və hz. Mehdi (ə.s) ilə birlikdə bütün dünyaya İslam əxlaqını hakim edəcək.
 
Hz. İsa (ə.s) və hz. Mehdinin (ə.s) çıxışından əvvəl dünyanı hərc-mərcilik bürüyəcək, dünyaya dinsizlik, əxlaqsızlıq, zülüm, haqsızlıq hakim olacaq. Allah ilahi adətə uyğun olaraq, zidd düşüncələri birlikdə yaradır. Allah hz. Musanı yaratdıqda ona qarşı çıxan Fironu da yaratmışdır. Hz. İbrahimi yaradan Allah ona düşmən olan Nəmrudu da yaratmışdır. Allah, axır zaman dediyimiz və hal-hazırda yaşadığımız bu dövrdə isə masonların idarəsindəki dəccaliyəti və dəccaliyətin əhəmiyyətli oyunlarından biri olan Darvinizmi yaratmışdır. Axır zamanda hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) insanları gözəl əxlaqa, imana, dincliyə və sülhə dəvət edəcək, onlara qarşı çıxan dəccaliyət isə qarışıqlığı, qarşıdurmanı, mərhəmətsizliyi, eqoizmi, dağıdıcı olmağı, bir sözlə din əxlaqından uzaq bütün çirkin əxlaqı təbliğ edəcək, bunun üçün də masonluq bu məqsədlə Darvinizmdən istifadə edəcək.
 
Böyük İslam alimi Bədiüzzaman Səid Nursi Həzrətləri “Əmirdağ Lahikası”nda hz. Mehdinin (ə.s) birinci vəzifəsinin Darvinizm və materializmin insanlar üzərindəki təsirini tam olaraq qaldırıb, bu dəccalı axınları fikirlə məğlub etmək olduğunu ifadə etmişdir. Bədiüzzaman hz. Mehdinin (ə.s) Darvinizm və materializmə qarşı qazanacağı qəti müvəffəqiyyət ilə insanların imanına vəsilə olacağını belə xəbər vermişdir:
 
“Çox vaxt məktublarımda işarə etdiyim kimi, Mehdi Al-i Rəsulun (Peyğəmbərimizin (s.ə.v.) soyundan gələn hz. Mehdinin) təmsil etdiyi qüdsi (müqəddəs) camaatının şəxsi mənəvisinin üç vəzifəsi var. Birincisi, Fən və fəlsəfənin tasallutiylə (təsiri ilə) və maddiyyun və tabiyyun (materializm və Darvinizm inancını) bəşər (insanlıq) içində endisəyər etməsi ilə (yayılması ilə) hər şeydən əvvəl fəlsəfəni və maddinin fikirini (materialist düşüncəni) tam susduracaq tərzdə imanı qurtarmaqdır."
 
Bu səbəbdən hz. Mehdinin (ə.s) ən əsas vəzifələrindən biri materialist və Darvinist fəlsəfəni fikirlə tam olaraq ortadan qaldırmaq və Allah inancını dünyaya hakim etməkdir. Masonların axır zamanda kütlələrə yaydığı bu azğın din, Allah`ın icazəsi ilə, hz. Mehdi (ə.s) tərəfindən elmlə yox ediləcək.
 
İndiyənə qədər yalanlarla bütün  dünyanı aldatmağı bacarması, Darvinist diktatorluğun bütün dünya üzərində saxta suverenlik qurması hər şey demək deyil. Darvinistlər bu saxta müvəffəqiyyətin Allah`ın yaratdığı imtahanın bir sirri olduğunu fərq edə bilmədiklərindən, bunu əsl müvəffəqiyyət zənn edir və məğlub olmayacaqlarını sanmışlar. Halbuki belə saxta müvəffəqiyyətlər əsl və doğru olanın ortaya çıxması üçün baş verib. Sonunda isə mütləq Allah`ın istədiyi, Allah`ı dini qalib gələcək.
 
Bu anda Darvinizmin vəziyyəti də belədir. Saxtakarlıqla əldə edilən dünya hakimiyyəti məğlub olmaq üzrədir. Çünki bu, Darvinizmin qədəridir. Darvin Allah dilədiyi üçün Darvinizmi ortaya atmışdır. Darvinizm Allah dilədiyi üçün dünyaya hakim olmuşdur. İndi bu azğın inanc Allah dilədiyi və Allah`ın qədərdə təqdir etdiyi vaxt gəldiyi üçün məhv olur. İnsanlar Allah`ın təyin etdiyi qədər çərçivəsində Darvinizm fitnəsinə inanmışlardı. İndi də Allah`ın təyin etdiyi qədərlə hz. İsa (ə.s) və hz. Mehdiyə (ə.s) tabe olacaq və bütün dünya hz. Mehdinin (ə.s) Darvinizmi, materializmi, qısacası, bütün dəccali sistemləri ortadan qaldırıb bu azğın fitnədən xilas olacaq və dincliyə qovuşacaq.
Bütün dəccali sistemlər yox olmağa və məğlub olmağa məhkum olaraq yaradılmışdır. Darvinizm də belədir və Allah`ın diləməsi ilə məhvə məhkum olaraq yaradılmışdır. Tarixin ən böyük kütlə yalanı olan Darvinizm tarixin ən böyük məğlubiyyətini də yaşamaqdadır. Darvinizmi gələcək nəsillər utanc dövrü kimi xatırlayacaq.
 
Uca Allah hökmünə baş əyilən, bütün varlıqları nəzarəti və iradəsi altında tutandır. Allah`ın təyin etdiyinin xaricində azğın din meydana gətirib, bu uğurda səy göstərdiklərini zənn edən Darvinistlər, əslində, istəsələr də, istəməsələr də, Allah`ın hökmünə boyun əymiş olaraq yaşayırlar. Allah bir ayəsində belə bildirmişdir:
 

Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar. (Ali İmran surəsi, 83)

 
Dəccalın oyununa gələn Darvinistlər də daxil olmaqla, hər kəs mütləq bir gün Allah`ın hüzurunda toplanacaqlar. Rəbbimizin Qatında hesaba çəkiləcək və etdiklərindən, düşündüklərindən, tətbiq etdiklərindən ötəri sorğulanacaqlar. Hesab günü qəti gerçəkdir. Bu səbəblə masonların təsiri altında qalmış bütün Darvinistlərin gerçəkləri açıqca gördükləri bu günlərdə, inadcıl və qürurlu israrlardan imtina edib, vicdanlarına uyğun davranmaları və doğru yolu seçmələri qurtuluşa gedən ən əhəmiyyətli yoldur. Allah`ın hökmü haqqdır, mütləq reallaşacaq və heç bir qüvvə Allah diləmədikcə, bunun önünə keçə bilməyəcək. Darvinizmi kor-koranə müdafiə edən, bu yalanın arxasından qaçmağa və insanları aldatmağa davam etməkdə qərarlı olan hər insanın bu həqiqəti heç bir zaman unutmaması lazımdır.
 

(Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üstündə hökmdar deyilsən. Lakin üz döndərib küfr edəni, Allah ən şiddətli əzabla cəzalandırar. Şübhəsiz ki, onların dönüşü Bizədir. Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir.(Ğaşiyə surəsi, 21-26)

 


2010-05-05 09:06:38

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top