Gündəlik həyatda emosionallıq nədir?

Emosianallıq, insanın, ağlının və məntiqinin tələb etdiyi doğrular yönündə deyil, duyğularının istiqamətləndirməsiylə hərəkət etməsidir. Emosianallıq, ümumiyyətlə hər insanda müxtəlif cür təzahür etməsinə baxmayaraq, dindən uzaq cəmiyyətlərin bütün fərdlərində var olan ruhi xəstəlikdir. Qurandan uzaq, dini yaşamayan bir insanın özünü romantizmdən tamamilə qurtarması mümkün deyil. Çünki emosionallıq ancaq, insanın ağlıyla, yəni Quran əxlaqıyla hərəkət etməsi nəticəsində düzəldilə bilir.

Emosionallıq cahiliyyə cəmiyyətlərində olduqca məqbul sayılan, "yaxşı insan" olma ölçüsü olaraq qəbul edilən, bu səbəbdən də kimilər üçünsə öyünmə mövzusu olan əhəmiyyətli bir ruhi pozuntudur. Ancaq  əksəriyyət insanların səhv qənaətinə görə emosionallıq elə bir müsbət məna qazanmışdır ki, ağlamayan bir kimsəyə asanlıqla ürəksiz, duyğusuz bir insan sifəti yaraşdırılır.

Görəsən emosionallıq zənn edildiyi kimi bu qədər günahsız bir xüsusiyyətdirmi? Bu problemin cavabını real qiymətləndirsək emosionallığın son dərəcə dəhşətli nəticələr doğurduğu gerçəyi ilə qarşılaşarıq. Emosionallığın gündəlik həyatda son dərəcə zərərli təsirləri yaşana bilir. Necə ki emosionallıq, insanların şikayət etdikləri və həll yolu axtardıqları bir çox mövzuda aciz qalmalarının başlıca səbəblərindəndir.

Halbuki bütün problemlərin həlli və yaşanan çətinliklərdən qurtuluş yolları Quranda mövcud olduğundan, Quranı rəhbər edən insanlar ya da cəmiyyətlər ağlın qazandırdığı üstünlüklərə sahib olarlar, başqa sözlə ağlın verdiyi rahatlığı yaşayarlar:

Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allah’dan bir nur (Muhəmməd) və açıq-aydın bir Kitab gəldi. Allah, Onun rizasını arayan şəxsləri (bu Kitabla) əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir.(Maidə Surəsi, 15-16)

Uşaqlığımızdan bəri həmişə ağlayan insanların və ya qəzetdə oxuduğu haqsızlıqlara, televiziyada seyr etdiyi ac insanların halına ağlayanların, onların içində olduqları vəziyyətə kədərləndiklərini ifadə edənlərin duyğulu halından da vicdanlı insanlar olduğuna dair şərhlər eşitmişik. Halbuki emosional insanların səmimi maraq və cəhd göstərmədən yalnız gözyaşı tökməkdən, şikayətlənməkdən yan keçməyən bu reaksiyaları heç bir fayda, heç bir həll gətirmir. Onsuz da bu cür insanlar ağlayıb dərd etdikləri kəslərin problemlərinə həll tapmaqdan çox onlara kədərlənməkdən zövq alarlar; şüuraltlarında emosionallığın qaranlıq halını yaşamaq nəfslərinin daha çox xoşuna gəlir. Pessimizm, ümidsizlik, acı, kədər, sıxıntı kimi cəhənnəmə xas xüsusiyyətlərin, bu dünyada şeytanın duyğusallıqla azdırdığı kəslərə cazibədar gəlməsi də olduqca maraqlıdır.

Həmçinin bu mövzunun əhəmiyyətli bir yönü daha vardır: Televiziya qarşısına keçib heç bir şey etmədən gözyaşı tökən bu insanlara bir şey etmələri təklif edilsə, boş dayanmamaları deyilsə də dəyişən bir şey olmaz. Bu vəziyyətdə də "mənim etdiyimdən nə olar?", "mən tək başıma nə edə bilərəm ki?" kimi bəhanələrlə mövzudan uzaqlaşmağa çalışarlar.

Emosional insanlar, ətraflarında formalaşdırdıqları mənfi ab-hava nəticəsində hadisələri qarışıq və həllsiz göstərərək, özləri kimi ətraflarındakı insanları da pessimizmə və ümidsizliyə sövq edirlər.

Bir çox gözəl əxlaq xüsusiyyətləri emosionallıqla yaşandığında öz gözəlliyini itirir, hətta son dərəcə təhlükəli bir hal çevrilir. Məsələn, şəfqət Allah'ın Quranda təşviq etdiyi üstün əxlaq xüsusiyyəti olmasına baxmayaraq, emosional bir adamın yanaşmasıyla bu şəfqət zalım bir kimsəyə yazığı gəlmə, bu adamın etdiklərini xoş görmə, zülmünə razılaşma kimi səhv şəkillərdə tətbiq oluna bilər. Bu baxımdan ağıllı bir insan üçün emosional olan bir üslubu, rəftarı və məntiqi də məqbul görmək mümkün deyil. Çünki bu cür bir zehniyyət daxildə saxlanıldığı müddətcə emosionallığa aid hərəkətlər mühit və şərtlərə görə çox daha ciddi miqyasda görünə bilər.

Ancaq burada həssas olmaqla emosional olmaq arasındakı fərqi də ayırmaq lazımdır. "Vicdanlı, həssas, mülayim olmaq" Allah'ın Quranda peyğəmbər xüsusiyyəti olaraq vurğuladığı üstün xüsusiyyət ikən, romantiklik Quranda təsvir edilən əxlaqın tam tərsidir. Möminlər romantik deyil, ancaq həssas və insancıl insanlardır. Digər bir deyişlə həm üstün ağıl sahibi, etidallı kəslərdir, həm də insani yönləri son dərəcə qüvvətlidir. Elə əsl üstünlük də insanın bu xüsusiyyətləri bir yerdə cəmləyə bilməsidir. Allah Quranda İbrahim Peyğəmbərin bu gözəl əxlaqından "Doğrusu İbrahim, həlim (yumşaq xasiyyətli, mülayim) və könüldən (Allah’a) yönələn biriydi." (Hud Surəsi, 75) deyə bəhs edir.

Unudulmamalıdır ki, emosional insanların bir adama yalnız yazığı gələr, onu çətin vəziyyətdən qurtarmaq, problemlərinə həll tapmaq üçün heç bir köməklik göstərməzlər. Amma Allah'ın əmr etdiyi həssaslığa sahib bir insan, yazığı gəldiyi insanlara kömək etmək üçün də əlindən gələni edər, problemlərə həll axtarıb tapar, insanları çətin vəziyyətdən uzaqlaşdırmaq üçün lazım olan tədbirləri də görər. Gerçək şəfqət və sevgi də budur.

Emosionallıq ağlı necə örtür?

Əlbəttə hər insan, sevgi, şəfqət, mərhəmət, qorxu kimi duyğularla birlikdə yaradılmışdır. Bu duyğulara sahib olmaq insani xüsusiyyətlərdəndir. Bizim burada vurğulamaq istədiyimiz mövzu isə, bir insanın sağlam və stabil bir ruh halına sahib ola bilməsi üçün, bu duyğularını imanı və ağılı ilə idarəsi altında tutması və istiqamətləndirməsidir. Məsələn sevgi insana, onu yoxdan var edən, ruzi və nemət verən və ona sonsuz xoşbəxtlik dolu həyat vəd edən Allah’a qarşı hiss etməsi üçün verilmişdir. Daha sonra da Allah'ı sevən və Allah'ın da sevdiyi kəslərə qarşı, yəni möminlərə qarşı yönəldilməsi lazım olan duyğudur. İnsanlara qarşı yönəldilən sevgidə ölçü şəxsin Allah'a olan yaxınlığı, Allah'ın sərhədlərini qorumada göstərdiyi həssaslıq, Allah qorxusu yəni təqvasıdır. Bütün bu sevgilər də yenə Allah üçün və Allah'ın təcəllilərinə qarşı yönəldilən sevgilərdir. Allah'a və dinə qarşı düşmənçilik bəsləyənlərə qarşı içdən bir sevgi bəslənməsi Quranda möminlərə haram edilmişdir.

Allah möminlərə ancaq Özündən qorxmalarını, başqa heç kimdən və heç bir şeydən qorxmamalarını əmr etmişdir. Çünki hər kəsin və hər şeyin varlığı Allah’ın hakimiyyətindədir. Allah’dan başqa heç bir güc, qüvvət sahibi yoxdur və özündən başqa qorxulmağa layiq olan bir varlıq da yoxdur.

Hissləri ilə davranan insan isə bəzən öz mənfəətinə maneə törədəcək çox sadə bir mövzuda belə böyük bir hirsə qapıla bilər. Hadisələr istəkləri kimi inkişaf etmədiyində, bir insan arzu etdiyi bir şeyi etmədiyində ani bir hirslə hərəkət edə bilər. İçindəki hirs səbəbindən gözlənilmədiyi bir anda mühakiməsi tamamilə bağlanıb, düşüncəsiz hərəkətlər göstərə bilər.

Gördüyümüz kimi insan, Allah’ın yaratdığı duyğuları yenə Allah’ın razılığını qazanmağa yönəltməlidir. Yəni Allah’ın razı olmadığı sevgi anlayışını, qorxu və hirsi özündə saxlamamalıdır. Əks halda Allah’ın göstərdiyi deyil, duyğularının göstərdiyi yolu mənimsəmiş olar. Bu da başlı başına bir şirkdir.

İnsanda yaradılışdan var olan bu duyğular, ağlın nəzarətindən çıxdığında, emosionallıq dediyimiz xəstəlik başlayır. Duyğuları insanın davranışlarını, danışıqlarını, hərəkətlərini, düşüncələrini, hadisələrə yanaşmalarını idarə etməyə başlayır. Bu nöqtədə insan artıq ağlının idarəsindən çıxmış, duyğularının idarəsinə girmişdir. Belə bir insanın duyğuları ağlının önünə sədd çəkmiş, ağlını örtmüşdür.

Quranı özünə rəhbər etməyən və sevdiyi insana dəlicəsinə aşiq olan bir adamdan, müdirindən, həyat yoldaşından, hər hansı bir şəxsdən şiddətlə qorxan bir insandan və ya çox qəzəbli bir insandan bu ruh halı ilə ağıllı davranışlar göstərməsi gözlənilməz. Çünki bu insanlar sərhədi və ölçüsü olmayan hisslərinin əsiri olublar və bunun nəticəsində də bəsirətləri örtülüb.

Emosionallıq insanı həqiqətlərdən uzaqlaşdırır. Emosional insanların ən diqqətə çarpan xüsusiyyətlərindən biri həqiqi olmayan bir dünyanı yaşamaq istəmələridir. Bu ruh halındakı bir şəxs sanki xəyal aləmində yaşayır. Həqiqətlərlə arasındakı rabitə son dərəcə zəifdir. Ağlın və məntiqin yerini duyğular, həqiqətlərin yerini isə xəyal və boş düşüncələr almışdır. Bu baxımdan emosional bir adamla dialoq qura bilmək, onunla məsləhətləşmək, tövsiyələr etmək o qədər də mümkün deyil. Əslində emosionallıq, psixiatriya dilində "şizofreniya" olaraq bilinən ruh xəstəliyinin, yüngül bir şəklidir. (Şizofreniya xəstələri, həqiqətlərdən tamamilə qopub və öz xəyal dünyalarında yaşayırlar.)

Emosional insanların vəziyyətini televiziya qarşısında oturub film seyr edən bir insanın ağlamasına bənzədə bilərik: Belə bir şəxs həqiqətlərdən o qədər uzaqlaşmışdır ki, filmdə oynadığı roldan pul alan, hətta bəlkə də real həyatda hər cür pis əxlaq xüsusiyyətini üzərində daşıyan bir insanın filmdəki roluna görə ona kədərlənir və ağlayır. Bu, ağıllı bir adamın düşməyəcəyi emosional vəziyyətin insanı gerçəklərdən necə ayırdığını, nə qədər qeyri-sağlam düşünməyə itələdiyini açıqca göstərir. Bu səhv dünyagörüşü gündəlik həyatda yaşanan hadisələrə də əks olunur.

Emosional insanların əksəriyyətini əli qolu bağlı oturan, yalnız ağlamaqla kifayətlənən, gileylənib şikayət edən amma bu gileylənmələri, narahatlıqları yalnız sözdə qalan şəxslər olduqlarına şahid olarıq. Məsələn bir yaxınının qəzaya düşdüyü xəbəri gəlir, bunda mütləq bir xeyr olduğunu, ardından da necə kömək edə biləcəyini düşünmək əvəzinə, emosional bir insan ağlamağa, huşunu itirməyə başlayır. Sağlamlıqla əlaqədar lazımlı tədbirlər görülübmü, həkim, dərman vəziyyəti kafimi kimi ağıllı suallar soruşmaq, vəziyyətin həssaslığını və edə biləcəyi köməyi öyrənmək əvəzinə, şəxsən özü təsəlliyə, köməyə möhtac vəziyyətə düşür.

Və ya yanında olan birinin birdən pisləşdiyini görür. Amma bu adama təcili yardım çağırmaq əvəzinə təlaşlanmağa, çaxnaşma yaratmağa, heyfsilənməyə, şüursuz və ağılsız reaksiyalar verməyə başlaya bilir. Olanları izah etməyi tələb edəndə hadisəni də danışa bilmir, qısacası yaşadığı emosionallıq ağlını istifadə edə bilməz hala gətirdiyindən belə bir şəxslə bütün əlaqə kəsilir.

Ya da özünün mühüm bir narahatlığı vardır. Ancaq bunu bildiyi halda həkimə getdiyində ciddi bir xəstəlik diaqnozu ilə qarşılaşacağını, belə bir vəziyyətdə də qorxub kədərlənəcəyini düşünərək xəstəliyinin əlamətlərini əhəmiyyətli hesab etmir. Ağıllı davrandığında ala biləcəyi tədbirləri görməməzlikdən gələrək, xəstəliyini müalicə etdirmə fürsətini də itirir.

Nümunələrini daha da çoxalda biləcəyimiz emosional insanların göstərdikləri bu tərz ağılsız reaksiyalar, həqiqi olmayan çıxarım və məntiqlər son dərəcə ciddi (həyati) nəticələr də doğura bilir. Nəticədə bu şəxslər şeytanın da təsiriylə ətraflarında baş verən və mənfi kimi görünən hadisələrdən elə sarsılırlar ki, şəxsən özləri kömək ediləsi, təskinlik veriləsi şəxslər olurlar. Halbuki bir az ağıl istifadə edərək, yaşadıqları hadisələr qarşısında məqsədə uyğun qərarlar alaraq problemləri həll edə bilmə imkanları vardır.

Gördüyümüz kimi emosional insanlar problemləri həll edə bilən, insanları istiqamətləndirən deyil də nəzarət edilən, sahib çıxılan, insanlara yük olan kəslərdir. Bütün bunların nəticəsində də bu insanlar ağıl istifadə edə bilməyən, bədbəxt, narahat, hər kəsə problem yaradan insanlar olurlar. Məsələn emosional bir şəxsin yanında köməyə möhtac biri olduğunda, bu adama kömək etmək yerinə heyiflənməyi, "vay vay, təəssüf" kimi ifadələri istifadə etməni kafi görürülər. Belə bir vəziyyətdə ağıl tamamilə geri plana atılmışdır. Bu səbəbdən də bu anlayışdakı bir şəxsdən əsl mənada fayda gözləmək səhv olur.

Allah Quranda bu insanlarla möminlərin fərqini belə izah edir:

Allah eləcə də iki kişi barəsində məsəl çəkdi; Onlardan biri laldır, heç bir şeyə gücü çatmır və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətli işlər görməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi? (Nəhl Surəsi, 76)

Möminlər hadisələrə emosional deyil ağıllı reaksiyalar verirlər və hər vəziyyətdə yaxarıdakı ayədə ifadə edildiyi kimi "ədalətlə əmr edir", yəni doğru olanın edilməsini təmin edərlər. Yaşadıqları hər hadisənin Allah’ın təqdiriylə olduğunu bildiklərindən və Allah’ın dilədiyindən başqa heç bir şeyə güclərinin çatmayacağının şüurunda olduqlarından, bunun təslimiyyəti və rahatlığı içində etidallarını heç bir zaman itirmirlər. Gözlənilməz reaksiyalar vermir, ümidsizliyə əsla qapılmır, pessimist olmurlar. Çatışmazlıq kimi görünən hadisələri belə Allah’ın özləri üçün bir gözəllik olaraq yaratdığının fərqindədirlər.

Emosionallığın təhlükəli tərəflərindən biri də bu insana ruhi vəziyyətinin səhv olduğu izah edildiyində, bunu qətiliklə qəbul etməməsi hətta belə bir ehtimalı dinləməyi də rədd etməsidir. Romantik bir şəxs ona kənardan gələn fikirə elə bağlıdır ki, dərhal haqsızlığa uğradığı hissinə qapılaraq ya kədərlənib ağlamağa başlayır, ya da küsüb bir küncə çəkilir və içinə qapanır. Bu baxımdan romantik bir şəxsi tənqid etmək, bir şeyi xatırlatmaq, məsləhət vermək mümkün olmur.

Emosinallıq, insanlara küsəyən xarakter qazandırır. Bunun nəticəsi olaraq bu insanlar hər deyilənin altında fərqli bir mesaj olduğunu düşünərək, son dərəcə fərqli və şişirdilmiş nəticələr çıxarda bilirlər. Həmçinin heç bir şərh etmədən uzun müddət danışmama, üzünü turşutma, salamlaşmama kimi etiraz üsulları istifadə edə bilirlər. Həqiqi düşünə bilmədiklərindən ya da həqiqətlərlə üz-üzə gəlməkdən çəkindiklərində özlərini düzəltmələri də mümkün olmur. Bu zehniyyətdəki insanlar deyilən hər sözü ya haqsızlıq olaraq qiymətləndirərlər, ya da ümidsizliyə qapılaraq özlərinə böyük əzab verirlər. Necə ki, Allah bədbəxtliyi seçən bu cür insanlardan bir ayədə belə bəhs edir:

(Allah’dan) qorxanlar öyüd-nəsihət götürərlər. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar. (Əla Surəsi, 10-11)

Nəticədə, hisslərinin əmriylə hərəkət etdiklərinə görə gündən günə şüurları bağlanan insanlar bu vəziyyətdən təmizlənmədikcə dini qavramaları və yaşamaları mümkün olmur. Romantik, ağılsız bir insan sağlam mühakimə qabiliyyətindən, tutarlı bir məntiqdən məhrumdur. Mömin üçün çox sadə olan bir mövzuda ziddiyyətlərə, şüphələrə düşür və vəsvəsələrlə boğuşurlar. Ağıllı insanlar üçün öyüd olan Quranı anlaya bilmir, ondan öyüd ala bilmir, Allah’ı yetərincə təqdir edə bilmir, özünün, ətrafında, kainatda sürüb gedən hadisələrin yaradılış hikmətlərini, dünyanın, cənnətin, cəhənnəmin yaranma səbəblərini qavraya bilmirlər. Allah’dan başqa ilah olmamasının nə mənanı verdiyini anlamırlar. Bu şüursuzluqdakı bir insanın hər fikri, hər düşüncəsi, hər məqsədi, hər niyyəti, hər davranışı bir şirkdən başqa bir şirkə aparır.

Bu, şeytanın insanları Allah’ın yolundan sapdırma üsullarındandır. Quranda şeytanın insanları cəhənnəmə aparmaq üçün hər cür üsulu istifadə edəcəyi belə bildirilmişdir:

Allah (şeytana) lənət etdi. O isə dedi: “Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam. Mən onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allah’ın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allah’ı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır. (Şeytan) onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir. (Nisa Surəsi, 118-120)

Allah’ın bu ayələrini bilərək şeytanın vəsvəsələrindən üz çevirən, hisslərinin təsirinə qapılmadan ağılını istifadə edən bir şəxs həqiqətləri dəqiq və aydın görür və ona görə davranır. Emosinallıqdan bəsirəti bağlanmış bir şəxsin içindən çıxa bilmədiyi, çox qarışıq, ziddiyyətli, açıqlanmayan mövzular, ağıllı bir möminin gözündə son dərəcə asan, açıq, dəqiq və sadədir. Emosinallılığının arxasından süründürülən insanlar ağıllarını bir kənara qoymub, özlərini şeytanın cadusuna və iradəsinə təslim etmiş bir şəkildə şirkin qaranlığı və bataqlığı içində əbədi əzablarına doğru süründürülməyə davam edirlər.


2010-05-09 09:35:35

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top