HÖRMƏTLİ ADNAN OKTARIN DİLİNDƏN ''İMANI ZƏİF, DÜNYA HƏYATI İLƏ XOŞ VAXT KEÇİRƏN MÜSƏLMAN MODELİ”NİN SƏHVİ

Bəzi yerlərdə Qurani-kərimdə bildiriləndən tamamilə fərqli, monoton və son dərəcə şövqsüz bir müsəlman modelinin mənimsənildiyi görülür. İmanı zəif olan, özünü bəyənən, din əxlaqının təbliğ edilməsi mövzusunda maraqsız davranan bu insanların ən böyük səhvlərindən biri dünya həyatının evlənmək, uşaq sahibi olmaq, uşaqlarını böyütmək və pul qazanmaqdan ibarət olduğunu zənn etmələridir. Şübhəsiz, bunlar islam əxlaqına uyğun davranışlardır. Ancaq burada səhv olan bir möminin uca Allaha olan məsuliyyətlərini unudaraq, yalnız evlənməyi və uşaq sahibi olmağı düşünüb Allahın verdiyi malı Allah yolunda istifadə etməkdən boyun qaçırması və din əxlaqını təbliğ etməyin yerinə bütün vaxtını digər müsəlmanlar haqqında dedi-qodu etmək kimi fəaliyyətlərlə keçirməsidir.

Hörmətli Adnan Oktar bu yanlış müsəlman modelini mənimsəyənlərin xüsusiyyətlərini və həyat formasını reportajlarında detallı olaraq təsvir edir və bütün müsəlmanları bu cür qəflətə düşməkdən çəkinməyə dəvət edir.

Uzun illərdir ki, islam dünyasında yaşanan bölünmənin və müsəlmanların dünyanın müxtəlif bölgələrində gördükləri şiddət və zülmün əsl səbəbi bəzi müsəlmanların namaz qılmağı və oruc tutub həccə getməyi kafi görmələri, rahatlıqlarına düşkün olduqlarına görə fədakarlıq tələb edən fəaliyyətlərdən uzaq durmaları və digər müsəlman qardaşlarının dünya səviyyəsindəki heç bir problemi ilə maraqlanmamalarıdır.

 

İmanı zəif, özünü bəyənmiş, din əxlaqına maraqsız, dünya həyatı ilə xoş vaxt keçirən müsəlman modelinə nümunələr

 

"Tək hədəfləri evlənmək və ticarət etməkdir"

 

"İndi elə təsvir edilən formada adamlar var. Belə mühafizəkar, müqəddəsatçı, mənəviyyatçı tanınan. Bax, bilmirəm ki, harada işləyir; ticarətlə məşğul olur. Yaxud xalça ticarətiylə məşğul olur. Budur üç qızı, bir oğlu var. Oğlan xaricdə oxuyur. Qızlar evdə oturur. Vəzifələri nədir, bilirsənmi? Hədəfiniz nədir? Evlənmək, övlad sahibi olmaq, törəməkdir. Başqa bir hədəf də yoxdur. Desən ki, adamın hədəfi nədir? O da çoxlu pul qazanmaq, yaxşı ticarət etmək. "Mənim hədəfim də budur" deyir. “Başqa nə edirsiniz?” deyəndə “Canımız sıxılanda bəzən ümrəyə gedirik” cavabını verir. Budur, divara da bir məscid şəkli olan ipək xalça asır. Ondan sonra da hortultu ilə çayını içir." (Hörmətli Adnan Oktarın 31 Yanvar, 2010 tarixli Kanal 35 və Kanal Avropa reportajından)

Müsəlmanlar vicdanlı və hüsnü-zənn sahibi insanlardır. Ən əhəmiyyətli xüsusiyyətlərindən biri insanlar arasında heç bir ayrı-seçkilik etməmələri, insanları qruplarına, cinsiyyətlərinə, mədəniyyətlərinə, ictimai statuslarına və ya başqa bir dünyəvi xüsusiyyətlərinə görə ayırd etməmələridir. Hər insanın təqvasının dərəcəsi, imanı və Allaha yaxınlığı yalnız Allah qatında bəllidir. Bu səbəblə, müsəlman olduğunu, yaxşılardan olduğunu söyləyən biri üçün onun əksi olan bir şərhi vermək Allahın möminlərə qadağan etdiyi davranışdır. "İman edirəm" deyən hər insana hüsnü-zənlə baxılar və bir köməyə ehtiyacı olduğunda şövqlə kömək edilər.

 

"Özlərini övliya kimi tanıdırlar"

 

"Dini mövzularda söhbət edən insanlar görürəm, danışırlar. Sanki din izah edilərkən tamam ayrı bir üslub; belə çox süni, ruhani bir hava verməyə çalışırlar. Sanki uçur, buludlarda uçurmuş kimi göyə baxır, arxada da bir musiqi. Qaval səsi və ya ney səsi kimi. Fövqəladə süni, yəni belə qəribə, süni mimikalar, süni bir səs tonu, qəribə izahlar. Mən belə tipləri çox gördüm. Çox şişirdilmiş mimikalar, improvizasiya teatrı kimi. Baxın, diqqətlə o gözlə baxın. Çox əcaib tiplər var. Və yaxud özünə ruhani övliya havası verən tiplər. Məsələn, göyə baxaraq danışır. Aşağıda, arxadan bir ney səsi gəlir. Bu şəkildə Peyğəmbərimizdən (s.ə.v) danışır. Qardaşım, sən ağıllı, dümdüz danışsana. Yəni nə üçün belə bir şeyə gərək var? Nə üçün elə xüsusi bir konsentrasiyaya ehtiyac olur? Quran bizə ağılı verir. Ağıl Qurandan qaynaqlanır. Dünyanın ağlıdır Quran. Yəni insanın ağlı da Qurandır. Ağıllı insan dediyimizdə ağıllı insanın Qurana tabe olmasına deyilir, ağıllı deyə. Ağıllı insan, çox ağıllı insan Qurana tabe olduğunda ağıllı olmuş olar. Amma təbii ki, zəka an-an yaradılır. Adam yəni, belə anadan doğulma ağıllı olmaz. Hər an zəka yaradılır. Ağıl da hər an yaradılır. Yəni sabit ağıl yoxdur insanda. Bir də xarici sözlərlə danışmaq, latınca və ya ərəbcə. Məsələn, bizim xalqımız ərəbcə bilmir. Çox nadir insan bilir. Niyə həmişə ərəbcəsinin əvvəlcə deyilməsi lazımdır, niyə latıncası? Yəni anlasa, tamam, izah edək. Amma anlamır. Öyrətmək məqsədi də yoxdur. Yəni ərəbcəni əzbərlədib öyrətmək məqsədi də olmadığına görə, orada bir nümayiş məqsədi olmuş olur. "Elmi nə qədər də çoxdur" deyiləcək. Məsələn, biz normalda türkcə üsluba görə danışırıq. Yəni türkcənin axışına görə danışırıq. Amma sözləri davamlı olaraq ərəb aksenti ilə söyləsək, arabir türkcə və arabir ərəb aksenti etsək, bu qəribə bir görünüş verər, qəribə olar. Burada səmimi olmaq lazımdır. Məsələn, biz “ihlas” deyirik normalda. “İhlaslı insan”, səmimi insan. Türkcəyə keçişi budur. Amma “ıhlas” desək, adam bizim şivəmizin pozuq olduğunu düşünə bilər. Dəyişik bir şey hesab edər. Ərəbcə mükəmməldir. Amma Türkcə ilə qarışdırdığında daha dəyişik görünə bilər. Yəni xüsusilə, amma dili alışdığı üçün danışa bilmirsə, o ayrı məsələdir. Amma sırf özünü alim göstərmək üçün, aynları vurğuyla deyirsə, belə gənzikdən qəribə bir üslubdan istifadə edirsə və sünilik edirsə, bu da çox səmimiyyətsizlikdir. Çox dürüst və səmimi bir üslubla danışmaq lazımdır. Bir də mədrəsə alimi, bilikli alim havası verməyə də ehtiyac yoxdur, yəni xalqa ki, "Siz bilməzsiniz, budur məndə elm var. Məndən elm öyrənin".

Heç kimin bildiyi bir şey yoxdur. Allah təcəlli edir insanlarda, Allah danışır. İnsanlar da dinləyir. O dinləməni də Allah yaradır. Danışmağı da Allah yaradır. Biz yalnız vəsilə oluruq, o qədər. İnsanlar kölgə varlıqlardır. Hər mövzuda səmimi üslubla danışmaq lazımdır. Quranı izah edərkən də elə. Bir də xurafatdan, anormal izahlardan da çəkinmək lazımdır. Yəni xurafatvari olduğu bəllidir. Xurafat olduğunu danışarkən hamı bilir, insanlar anlamazlıqdan gəlirlər." (Hörmətli Adnan Oktarın 26 Yanvar, 2010 tarixli Kocaeli TV və Mavi Karadeniz TV reportajından)

 

"Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (Tövbə surəsi, 71)

 

"Müsəlmanlara atılan böhtanlara araşdırmadan inanarlar"

 

"Masonların, kommunistlərin və iddia edilən ergenekon təşkilatının böhtanlarına inanmaq müsəlmanı axirətdə məsul edər. Bax, deyir ki, Cənabi-Allah "bir fasiq" deyir, yəni Quranın hökmünə uymayan bir adam, Qurana görə hərəkət etməyən bir adam "Sizə bir xəbər gətirdiyində", şeytandan Allaha sığınaram, "Onu araşdırın, təhqiq edin, yəni gözünüzlə görün, qulağınızla eşidin, yoxsa inanmayın" deyir. (Hücurat surəsi, 6). Amma indi elə olmur. Məsələn, baxırsan bir mason yayınında bir müsəlmanla əlaqədar bir yazı çıxır. "Vay, nələr olurmuş?" deyir. Amma evdə oturub çayını hortultu ilə içir. Ayağını da ayağının üstünə qoyub heç bir riskə girməz. Heç bir mübarizəyə qatılmaz. Ondan sonra bir əli yağda, bir əli balda və öz iş-gücündə, başı da ailəsinə qarışıb. Öz ağlına görə də işləri düz gedir, yəni dünyəvi mənada. Amma o biri tərəfdə müsəlman kişi Allah rizası üçün varını-yoxunu Allah yolunda xərcləyir, həyatın bütün sosial yönlərindən çəkilir, hər cür təhlükənin içinə girir, bu səbəbdən də hər cür böhtana, təzyiqə, zülmə məruz qalır. Buna baxmayaraq, evindəki o kef içində yaşayan adamların mason qəzetlərdən öyrəndiyi xəbərlərin hədəfi olur. Bir də özünü müdafiə etmək məcburiyyətində qalır, bu da bir problem. Bax, o təbliğ etməyən, dini yaymayan insanlar onun haqqında şərh verirlər. O müsəlman da təbliğini dayandırır, bu dəfə də onların şərhini düzəltməklə məşğul olur. Halbuki orada heç olmasa, o əhli-kef dəstə "yoldaş" deməlidir, "Mən bir ibadət edim, heç olmasa, fasiqdən gələn xəbəri araşdırım, inanmayım, gözümlə görüm, qulağımla eşidim" deməli ikən bunu etmirlər. Bunu etmədikdə nə olur? Müsəlmanın aldığı savab ondursa, milyon olur. Savab qazandırma səbəbidir bu varlıqlar. Yəni mütləq hikmətlə yaradılırlar. Məsələn, o olmasa, o fasiqin xəbərinə inanan adamlar olmasa, müsəlman daha az savab qazanar. Müsəlmanın savabını çoxaldan varlıqlardır onlar, ona görə onlar da xeyirlə, hikmətlə yaradılırlar. Amma doğrusunu bilsinlər deyə, bunu bildirirəm. Axirət məsuliyyətini anlasınlar deyə. Yoxsa fayda verirlər o yönləriylə". (Hörmətli Adnan Oktarın 25 Yanvar, 2010 tarixli Adıyaman Asu və Kral Karadeniz TV reportajından)

 

"Kafirlər də bir-birinin dostlarıdır. Əgər siz bunları etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar". (Ənfal surəsi, 73)

 

"Bu düşüncədəki qadınlar islamın hakimiyyəti üçün Allahın əmr etdiyi elmi mübarizəni aparmazlar"

 

"Bu hicab mövzusunda bildirdiyim şey çox əhəmiyyətlidir. Bax, bir çox dindar gənc qız var. Bu yaxınlarda da bir gənc qız gəlmişdi, davamlı başı aşağıda, söhbət etdim. "Allah yolunda cəhd edirsənmi, təbliğ edirsənmi?", -dedim. "Etmirəm", -dedi. Hər hansı bir müsəlman qrupla əlaqən? “Bu da yoxdur”, -dedi. “Niyə?”, -dedim. “Mən”, -dedi, “Mütəəssib qızam, yəni mən çox utancaq bir insanam”, -dedi. “Yaxşı, çətinliyin nədir, nədir hədəfin?”, -dedik. “Evlənib bir yuva qurmaq istəyirəm", -dedi. Çox əsəbiləşdirən bir şeydir bu. Belə bir mühitdə oturub ev qızı olmağın yeridirmi? Səhabə xanımlar ev qızı olmuşdular? Onlar bilmirdilər mütəəssib ailəni, Həsən-Hüsnü bəyi, filan kəpənəyi və sair, deyilmi? Onlar etmədiklərinə görə. Səhabə xanımlar müsəlmanların önündə belə igidliklə, aslan kimi mübarizə aparırdılar. Həzrəti Aişə anamız (r.ə.) bütün səhabə qadınlarla söhbət məclisləri qururdu. Müşriklərə də gedib təbliğ edirdi, yəhudilərə gedib təbliğ edirdi. Dünya gözəli idi, deyilmi? Peyğəmbərimizə (s.ə.v) aşiq oldu. Allahın təcəllisi olaraq evləndi. Amma heç evində oturmurdu, yəni davamlı fəaliyyətdə idi. Rəsulullah (s.ə.v.) da evində oturmurdu, o gözəllər gözəli. Davamlı səfərdə, davamlı mübarizədə, davamlı təbliğdə. Deyilmi? Müsəlman belə olar. Getsənə, qapını döysənə adam içəridə, hamısı birlikdə turşu kimi klan şəklində otururlar". (Hörmətli Adnan Oktarın 30 Yanvar, 2010 tarixli Kazıantep Olay TV reportajından)

 

"Müsəlmanların təbliğatını qınayırlar"

 

"Qarşı tərəf, məsələn, təbliğ edir, iş görür, mətbuatda əks olunur hadisələr. Odur ki, təhqir görür, bəzi mətbuat mənsublarından. “Fitnə çıxarırsan, qardaşım” deyir. “Belə şey olarmı?” deyir. “Ağlın başındadırmı? Evlənəcəksən” deyir. “Ailənə, uşaqlarına başın qarışacaq. Uşaqlarına təbliğ etməyin lazımdır” deyir. Məsələn, iki yaxud bir qızının olduğunu və onları yetişdirdiyini deyir. “Təbliğ budur” deyir. “Təbliği Peyğəmbər (s.ə.v.) etmiş, sənin nə işinə qalıb” deyir. “Təbliği, hardan çıxardın sən” deyir. Deyir ki, "Əmril-bil məruf, nəhy anil-münkər (yaxşılığı əmr edib pislikdən çəkindirmək) adında bir şey yoxdur. O, Peyğəmbərə (s.ə.v) xas olan bir vəzifədir”. Onun vəzifəsi evdə plov yemək, toyuğun sümüklərini sıyırmaq, ondan sonra da çay içmək. Vəzifəsi budur. Yəni elə qıcıqlandırıcı bir görünüş olur ki, tərifi, yəni təxəyyülü belə mümkün deyil. İzah edə bilmirik də. İzah edilməsi də çox çətindir. Təbii ki, yaxşı niyyətli və saf olduğundan da edənlər var. Onları tənzih edirəm. İndi buradakı səhv budur: Özlərini aldadan şeylər tapıb onunla vicdanlarını rahatlatmağa çalışırlar." (Hörmətli Adnan Oktarın 31 Yanvar, 2010 tarixli Kanal 35 və Kanal Avropa reportajından)

İslam dinində insanlar həmişə sevgi və barış dolu, insanların bir-birlərinə qarşı anlayış göstərdikləri dinc bir mühitdə yaşayarlar. Bu xüsusiyyətlərə sahib olan cəmiyyətlər həmişə daha sürətli inkişaf edə bilir və güc qazana bilirlər. Ayrıca, hər şeydən əhəmiyyətlisi, birlik və bərabərlik içində xeyir üçün çalışan insanlara Allah qatından bir kömək, bir dəstək və güc veriləcəyi müjdələnmişdir. Bu səbəblə, Allah bəzi ayələrində möminlərə bir-birləriylə çəkişməmələrini, yoxsa güclərinin gedəcəyini və zəif düşəcəklərini xatırlatmışdır. Bu ayələrdən biri belədir:

 

"Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir! " (Ənfal surəsi, 46)

 

Səmimi müsəlmanların sahib olması lazım olan əxlaq

"Quran əxlaqını yalnız görünüşdə deyil, səmimi olaraq yaşamaq lazımdır"

 

"Hicab Quranda vardır. Hicab “Nur” surəsində də, “Əhzab” surəsində də var. Bizim hicaba bir sözümüz ola bilməz, bu mümkün deyil. Bizim nəzərdə tutduğumuz ayrıdır. 1400 ildən bəri bu sabit bir hökmdür. Mənim nəzərdə tutduğum hicabı başına taxıb nə namaz qılır, nə oruc tutur, nə də başqa ibadətləri edir. Əksinə, dedi-qodu və əxlaqsızlıq edir, mənfəətinin arxasınca qaçır. Belə başları mən tənqid edirəm, aydın oldumu? Yoxsa səmimi, dindar insana mənim nə sözüm ola bilər? Məsələn, hədisdə var ki, "70 min adam" deyir, "Sarıqlı, axırzamanda dəccala tabe olacaqlar" deyir. Bu mənim sarığa qarşı olduğumdan deyil, Rəsulullah (s.ə.v.) da sarıqlı idi. Başında sarıq vardı. Mən də illərlə başımda sarıqla namaz qıldım məscidlərdə, yoldaşlarımla, deyilmi? 86-cı illərdə və 83, 84, 85, 86, 87-ə qədər həmişə sarıqla və uzun, həm də sünnəyə uyğun olaraq. Belimizə, kürəyimizə tərəf sarıyıb hamımız birlikdə məscidlərdə o şəkildə namaz qılırdıq biz; bunu hamı bilir. Mənim sarığa qarşı da bir sözüm yoxdur. Məsciddə, küçədə deyil. Təbii ki, küçədə olmaz. Olmaz, çünki qanunlarımıza görə olmaz, inşaAllah. Saqqal da sünnədir. Peyğəmbər əfəndimizin (s.ə.v) sünnəsidir. Amma bəzilərinin saqqalı var, lakin onlar tam saxtakardır. Nə islamın dünyaya hakimiyyətini istəyir. Nə də islamı ucaltmaq üçün bir səy göstərir. İslamın dünyaya hakimiyyətindən şiddətlə qaçır. Yaxşı, mən bu adama nə deyim? Nə söyləyim? Necə susum mən belə bir insana qarşı? Hicab var, amma axşama qədər dedi-qodudan başqa bir şey bilmir. Varsa-yoxsa evlənsin, başı açıq olan qızlara qarşı nifrətlə baxsın. Sanki övliya oldu başıma. O başı açıq ondan bəlkə qat-qat üstündür, müqayisəsi qəbul olmayacaq bir insandır. Bəlkə o başı açıq olan Cənnətə gedəcək, o Cəhənnəmə gedəcək. Dində kibr, əzəmət, qürur olmaz. Gözəl əxlaqlı olacaq, şəfqətli olacaq, mərhəmətli olacaq, mehriban olacaq, insancıl olacaq və dedi-qodudan da çəkinəcək". (Hörmətli Adnan Oktarın 30 Yanvar, 2010 tarixli Kaziantep Olay TV reportajından)

 

"Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər.

Biz heç kəsi gücü çatmayan işi görməyə vadar etmərik. Bizdə haqqı söyləyən bir Kitab vardır. Onlara zülm olunmaz". (Muminun surəsi, 61-62)

 

"Müsəlman xanımlar passiv olmamalıdır. Cəsur, şəxsiyyətli və cürətli olmalıdır"

 

"İkinci olaraq, müsəlman qadınların mövqesi; çünki müsəlmanların bir qismi kişilərdən meydana gəlir, bir qismi də qadınlardan. Amma qadınlar böyük bir yekundur, yarı yarıya. Qadınların bir çoxu, ümumiyyətlə, çoxdandır ki, aktivlik nöqteyi-nəzərindən dövrədən çıxmış bir mövqe tuturlar. Yəni “Sən nəsən?” deyilir. Budur, qadın olduğunu söyləyir. Vəzifən nədir? Evlənmək. O biri vəzifənin nədir? Uşaq doğmaq, analıq, o qədər. Başqa? “Bax, o qədər” deyir. Belə şey olmaz. Yəni müsəlman qadın bununla məhdudlaşdırıla bilməz. Müsəlman qadın cəsur olacaq, bir; çox şəxsiyyətli olacaq, iki; cürətli olacaq, üç. Hətta kişidən daha cəsur və daha cürətli bir hərəkət içərisində olacaq. Çünki qadınlar daha təsirli olurlar təbliğdə, danışıqda, islamı anlatmaqda. Daha əhəmiyyətli olur mövqeləri. Yəni həddindən artıq utancaqlıq, içinə bağlılıq, belə həyatın sosial yönlərindən çəkilmək qadına yaraşmaz. Ağlı başında bir cürəti olacaq". (Hörmətli Adnan Oktarın 25 Yanvar, 2010 tarixli Adıyaman Asu və Kral Karadeniz TV reportajından)

 

"İslamda qruplaşma olmamalıdır"

 

"Müsəlman və dindar gənc qızların bir çoxu bir-birlərini tanımırlar. Qrup təəssübü ilə görüşmürlər. Məsələn, deyirlər ki, o filan yoldaş qrupu ilə əlaqəlidir, mən filan yoldaş qrupu ilə əlaqəliyəm. Mən görüşmərəm. Niyə? Bax, onlar elə, biz beləyik. Biz-siz məntiqindən ötrü bir qatı ayırım mövzusu bəhs olur. Bu, çox səhvdir. Məsələn, fərz edək Süleyman Əfəndi Həzrətlərinin tələbələri. Bunlar çox sadə insanlardır, çox qiymətli insanlardır, xanımlar da olsun, bəylər də olsun, çox etibarlı insanlardır. Məsələn, gərəksiz bir təəssüblə görüşmürlər bəzən. Məsələn, fərz edək Nur tələbələri olur. Onlar da hətta öz aralarında bir-birləriylə bəzən görüşmürlər. Yəni çox qatı bir xətt içərisindələr, belə sərt və əsəbi bir xətt içərisində olur; bu da çox səhvdir, deyilmi? Məsələn, fərz edək Fəthullah hocamızı sevən gənc qızlar olur, qardaşlarımız olur; çox gözəl. Lakin Yeni Asiya Qəzetini oxuyan o yoldaşların meydana gətirdiyi bir qrupu sevən kəslər olur. Onlar da onlarla görüşmür. Bu, çox qəribə bir şeydir. Çox-çox səhvdir. Halbuki bir-birlərini qardaş kimi çox sevməli, bir-birlərini yeməyə dəvət etməli, söhbət etməlidirlər. Yəni bir-birlərinə düşüncələrini qəbul etdirmək üçün çalışmamalıdırlar, bu düzgün deyil. Yəni hər düşüncəyə hörmət etmək lazımdır. Fikir ayrılığında dayanıb bir-birini razı salmağa çalışmaq çox səhvdir. Yəni bir yerdə bir xristianı da elə zorla müsəlman etməyə çalışmaq lazım deyil, səmimi olaraq Allahın varlığından, birliyindən danışılar. Məsələn, Quranın gözəlliyi izah edilər, amma təzyiq edilməz. Yəni narahat edilməz. Onun inancına da hörmət edilər, dinləyər, inşaAllah. Amma, məsələn, camaatların yaxud işdə yoldaş qruplarının fikir ayrılıqlarında da təzyiq üslubundan istifadə etməyi və yaxud bir-birləriylə mübahisə etməyi də səhvdir. Hamısına hörmət edilsə, çox rahat öz aralarında yoldaşlıq meydana gətirə bilərlər, yəni görüşə bilərlər. Bu, görüşə bilməmə, əlaqə qura bilməmə gücünü ciddi şəkildə qırır." (Hörmətli Adnan Oktarın 25 Yanvar, 2010 tarixli Adıyaman Asu və Kral Karadeniz TV reportajından)

 

"Ey iman gətirənlər! Allah yolunda səfərə çıxdığınız zaman diqqətli olun! Sizə müsəlman olduğunu bildirən bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahlanaraq: “Sən mömin deyilsən!” deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə, siz də diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!" (Nisa surəsi, 94)

 

"Müsəlmanlar bir-birlərində səhv tapmaq əvəzinə inkarçı fəlsəfələrə qarşı mübarizə aparmalıdır"

 

"Üçüncü problem də müsəlmanların bir-biri ilə məşğul olub dedi-qodu etməsi. Məsələn, xanımlar evlərdə toplaşıb dini söhbət məclisi qurduqlarını deyirlər. Məhəllə dedi-qodusu başlayır. Dır-dır, dır-dır; bax, bu camaat elə, bu şəxs belə, bu adam elə. Qardaşım, bunlarla vaxt itirsək, küfrə, darvinizmə və materializmə qarşı necə mücadilə edə bilərik; bunun üzərində dursana, deyilmi? İman həqiqətlərini danışsana. Allah sevgisindən, Allah qorxusundan bəhs etsənə. Müsəlmanlarla niyə məşğul olursan? Bir ovuc müsəlman var onsuz da. Məsələn, başqa yerdə bir yığıncaq olur, risaleyi-nur oxunur, yığıncaq qurulur. Yığıncağın əvvəlində başlayırlar dedi-qoduya. Hamısını tənzih edirəm, bəzi yerlərdə. Dedi-qodu etdiyi bir insanı insan sevə bilməz. Yəni arxasından danışdığı bir insanın insan üzünə baxa bilməz. Nə gərək var qardaşım dedi-qoduya? Hamısı bir-birindən gözəl, tərtəmiz insanlardır. Heç bir şəkildə bir-birindən dedi-qodu etməməlidirlər və bir-birnə mülayim və mehriban baxmalıdırlar. Bir-birinə gözəl gözlə baxmalıdırlar, sevgi ruhu ilə baxmalıdırlar. Allah ancaq o zaman kömək edir. Bir də deyəcəklər ki, “Ya Rəbbi” deyəcəklər, “Dünyaya nurunu hakim et. İslamı dünyaya hakim et və bunu ən qısa müddətdə et”. “Bu əsrdə et, dərhal et” deməlidirlər. Bunu dediklərində Allahın gücünü görəcəklər. Yəni daha əvvəl, məsələn, vizaların götürülməsindən və islam birliyindən söz düşərdimi? Hər gün türk-islam birliyi ilə əlaqədar ciddi yenilik olur, hər gün, hər gün. Çox təəccüblü yeniliklər olur. Baxın, iki il əvvəl mən bunu söyləməyə başladığımda “Haradan çıxardın?” deyirdilər. Yəni millət təəccübləndi. İstəsəniz, baxın o dövrə. Mətbuatına da baxın o dövrün. Heç belə bir söz ortada yox idi. Amma 2 il içərisində 180 dərəcə hadisələr dəyişdi." (Hörmətli Adnan Oktarın 30 Yanvar, 2010 tarixli Qaziantep Olay TV reportajından)

 

"Müsəlmanın canı şirin olmaz. Müsəlmanlar Allaha özlərini tam mənasıyla təslim etməlidirlər"

 

Deyir ki, “Mən axşama qədər təsbih çəkirəm. Baş örtüyüm də mükəmməldir”. “Çox yaxşı da hicabı sarıdım. Namazlarımı da davamlı qılıram” deyir. Tamam da, yəni bunu hamı edir. İsti evinin içində 1 metr parçanı bir qadın başına sarıya bilər. İsti evin içində namazını da qıla bilər. Bir gənc də həm məktəbinə gedər, istədiyi kimi məktəbini bitirər, evlənər, işinə-gücünə baxar. Belə bir müsəlmanlıq Quranda yoxdur. Müsəlman Allaha özünü tam mənasıyla təslim edəcək. Həyatın bütün sosial yönlərindən çəkilərək. Məsələn, Peyğəmbər (s.ə.v.) bütün yönüylə çəkilərək Allah üçün xidmət etdi, cəhd göstərdi. Məsələn, Peyğəmbər (s.ə.v.) bilmirdimi isti evində oturmağı. Hicrət etdi. Hira mağarasında gizləndi. Getdi illərlə, Həbəşistana qədər hicrət etdi. O yollar çox təhlükəlidir. O Afrikanın kənarlarından keçdilər, ən çətin yollardan getdilər. Oradakı gənclər 15-16 yaşında gənclər Peyğəmbərlə (s.ə.v) birlikdə hicrət etdi. Onlar da ailəsini buraxdı. Orada o biri uşaqlara dedilər ki, “Siz çox ağıllısınız, afərin sizə” dedilər. “Bax siz ailələrinizə çox sadiqsiniz, siz həzrəti Muhammedin (s.ə.v) arxasından getmədiniz” dedilər. “Ailə dediyin belə olar; sən evcil, namazında, niyazında ağlı başında qızsan, deyilmi? Təhsilin var, işin-gücün var. Nə işin var onların arxasından gedəsən” dedilər və bir qismi getmədi; özlərini ayıq zənn etdilər. Amma səhabələr olan bu insanlar, Peyğəmbərin (s.ə.v) səhabələri olan kəslər Peyğəmbərlə (s.ə.v) birlikdə getdilər. Onlar dünya-axirət səadətini qazandılar. Bu an onların torpaqda izini belə tapa bilmərik, deyilmi? Axirətdə qarşılıqları sonsuza qədərdir. (Hörmətli Adnan Oktarın 27 Yanvar, 2010 tarixli Samsun Aks TV və TV Kayseri reportajından)

"Müsəlmanlar bir-birlərini çox sevib hörmət etməlidirlər. Camaat təəssübüylə, qrup təəssübüylə bir-birlərinin əleyhində bir rəftar göstərməməlidir. Amma ciddi anormallıqlar varsa, təbii ki, bu mövzuda tənqid lazımdır. Məsələn, islamın dünya hakimiyyətini durdurmağa yönələn bir iş çox dəhşətli bir anormallıqdır. Bunda səssiz qala bilmərik və ya Quranın bir hökmünü dəyişdirməyə çalışırsa bir insan, bunda səssiz qala bilmərik. Amma bunun xaricində birləşdirici, dostluğu, sevgini, gücləndirən bir üslubdan istifadə etmək lazımdır". (Hörmətli Adnan Oktarın 25 Yanvar, 2010 tarixli Adıyaman Asu və Kral Karadeniz TV reportajından)

 

"İnsanın hədəfi hər şeydən əvvəl Allahın rizasını qazanmaqdır"

 

"İnsanın hədəfi Allahın rizası və rəhmətidir, hər şeyin üzərində Allahın razılığını qazanmaqdır. Yəni, məsələn, mən də elə istəsəydim, öz evimdə oturardım. Nə məni həbs edərdilər, nə həbsə girərdim, nə də ki, əleyhimdə mətbuatda bir yazı çıxardı, deyilmi? Nə dəlixanaya düşərdim, nə də belə mühakimə olunardım. Heç bir şey də olmazdı yəni. Öz halımda yaşayardım, amma sonunda da hərhalda Cəhənnəmə gedərdik, Allah göstərməsin. Buna görə onu bir ayıqlıq bilmək anormal bir hərəkətdir. Yəni özünü fəda edən, Allah rizası üçün cəhd göstərən müsəlmanları belə ağılsız görüb bu kimi dünyəvi hədəflərdə də özünü ağıllı görmək, əksinə, tam uyğunsuz hərəkətdir. Bunun belə olduğunu axirətdə görəcəklər. Dünya həyatı çox qısadır. Biz bura doğulub, böyüyüb, törəyib ölməyə gəlmədik; bu heyvanların xüsusiyyətidir. Yəni doğular, böyüyər, törəyər və ölər. Heyvanın tərifində bu vardır. İnsanın məqsədi bu deyil. İnsan doğular, Allaha qul olar, Allahın rizasını qazanmaq üçün cəhd göstərər, Quran əxlaqını yaşamağa cəhd göstərər, Allah rizası üçün özünü fəda edər və Cənnəti hədəf alar. Bədiüzzaman Səid Nursi həzrətləri saflığından və yaxud az düşünməsindən ötrü 30 il həbsdə yatmadı. O, 30 il həbsdə yatarkən, o əziyyətləri çəkərkən bir çox ailə namazını qılıb, orucunu tutub öz evlərində həm ticarətlərini etdilər, həm yemək-içməkləri yerində oldu, həm də evləndilər. Lakin özlərini eyni bərabər kateqoriyada görürlər. Bu, belə deyil. Allah onlardan bunları bircə-bircə soruşacaq. Yəni Bədiüzzamanın etdiyi doğru olandır. Yəni özünü ayıq zənn etmək, əksinə, heç ayıq olmadığını göstərir o insanın. Ayıq olan Allaha tam təslim olan insandır, deyilmi?" (Hörmətli Adnan Oktarın 27 Yanvar, 2010 tarixli Samsun Aks TV və TV Kayseri reportajından)


2010-05-09 09:47:47

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top