Dəccaliyyəti inkar etmək fitnələrin yayılmasına səbəb olur

Dünyada bir çox siyasətçi, mütəfəkkir və ziyalı münaqişələr, inqilablar, müharibələr, iqtisadi böhranların, qarışıqlıq və anarxiyanın müəyyən məqsədə nail olmaq üçün “üst ağıl” tərəfindən və vahid mərkəzdən idarə olunduğu bildirirlər.
 
Hadisələrin yaranma forması, vaxtı, bir-biri ilə əlaqəsi, bunların dünya siyasətinə dərindən təsir edəcək şəkildə baş verməsi, bir araya gəlməsi mümkün olmayan qüvvələrin pislik etmək üçün birləşməsi, yaxşılığı və sevgini müdafiə edənlərin dünya miqyasında təzyiqə məruz qalmaları, bir çox etiraflar və baş verənlərin ətraflı analizi bu həqiqəti göstərən dəlillərdəndir. Bunlar uzunmüddətli planların həyata keçirildiyi həqiqətini ortaya qoyur.

Digər tərəfdən terror təşkilatlarının, mafiyanın və cinayətkarların görünüşdə fərqli mərkəzlər tərəfindən qorunub müdafiə edilməsi, qarşısının alınması asan olan qətliamların göz görə-görə həyata keçirilməsi də bunları təşkil edən dərin güclərin varlığının digər dəlillərindəndir.
 
 Fitnələrin sadəcə bir mərkəzi var

Fitnələri kimin və ya kimlərin təşkil etməsi barədə vahid fikir yoxdur. Pisliklərin əsas mərkəzi olaraq bir tərəfdən maliyyə baronları, faiz lobbisi, narkotik kartelləri, media baronları, beynəlxalq nəhəng şirkətlər, neft lobbisi, digər tərəfdən isə bəzi gizli komitələr və dövlətlər də bu sahədəki tədqiqatların mövzusu olmuşdur. Ancaq bu mövzuda edilən ən böyük xəta tarixi həqiqətlərə geniş perspektivdən baxmamaq və əsl mərkəzi qurumu tapa bilməməkdir.

Geniş perspektivdən baxıldıqda nifrət siyasətini ortaya çıxarıb genişləndirən onlarla qurumun, əslində, bir-biri ilə koordinasiyalı fəaliyyət göstərdiyi, ortaq ideologiya və hədəflərinin olduğu və bunların böyük mütəşəkkil cinayətkar birliyin “piramidasını” təşkil etdikləri məlum olacaq.
 
Fitnələri təşkil edən bu qaranlıq qüvvənin lüğəvi mənası fəsad çıxaran, pislikləri hazırlayan və yalan söyləyərək insanları aldadan mənasına gələn "dəccaliyyət"dir.
 
İlahi dinlərin hamısında bu qaranlıq qüvvə ətraflı təsvir edilmiş, dünyada nizamı pozmağa çalışacağı bildirilmişdir. Bu qüvvə müsəlmanların inancına görə "Dəccal", xristianlara görə "Antixrist", musəvilərə görə isə "Antiməsih"dir. Fərqli adlara malik olsalar da, bu, vahid strukturdur və xüsusiyyətləri də eynidir. 


Dəccaliyyətin varlığının başa düşülməsi

Dünyanın hazırki vəziyyətini tam izah edə bilmək üçün dövrümüzün imkanlarını keçmiş zamanla müqayisə etmək çox əhəmiyyətlidir. Çox uzağa deyil, yüz il bundan əvvələ getsək, böyük fəlakətlərə, qıtlıqlara, yoluxucu xəstəliklərə və ya təbii fəlakətlərə məruz qalan bölgələrin vəziyyətinin dünyanın digər təbəqələri tərəfindən bilinmədiyi həqiqəti ilə qarşı-qarşıya qalarıq. Böyük fəlakətlərə məruz qalmış bölgələrə yardımların çatdırılması da keçmişdə çətin olmuşdur. Bu da dağıntıların, əzabların, fəlakətlərin miqyasını daha da artırmışdır.
 
Dövrümüzdə isə bütün dünya texnologiyanın və ünsiyyətin inkişafı ilə saniyələr ərzində hər bir hadisədən dərhal xəbərdar olur. Fəlakətlərə yardım əlini uzatmaq da yenə qısa müddət ərzində mümkün olur.

Bu gün ölkələr bir araya toplanmış, insan hüquqlarını təminat altına alan prinsiplər qəbul edilmiş, ədalətsizliklərə dərhal müdaxilə edəcək strukturlar yaradılmışdır. Birgə hüquqi nizamlama çərçivəsində yardımlaşma və həmrəylik dünyanın mədəni sayılan bütün güclü ölkələri tərəfindən əsas prinsip kimi qəbul edilmişdir. Dünyanın hər hansı bir yerində ədalətsizlik baş versə, insanların təcili köməyə ehtiyacları olsa, dövlətlərin, cəmiyyətlərin, qeyri-hökumət təşkilatlarının, qısası, bütün bəşəriyyətin dərhal səfərbər olub kömək edəcək imkanları artıqlaması ilə mövcuddur.

Ancaq bu sistem, demək olar ki, heç vaxt işləmir. Yaxın Şərq, Afrika, Asiya, Latın Amerikasında, hətta Avropada da milyardlarla insan özlərini pis həyat şəraiti və təhlükələrdən xilas edəcək  yardım gözləyərkən, sanki yardımların qarşısı kəsilir, insanlar bolluq içində yoxluğu yaşamağa, əmin-amanlıq və təhlükəsizlik içində olmaq varkən mənasız və amansız döyüşlərdə məhv olmağa məcbur edilirlər.
 
Əlbəttə, insanlıq tarixinin hər dövründə şeytana uyan, zalım, despot və qəddar rəhbərlər olmuşdur. Bəşəriyyət bu qəddar rəhbərlərin zülmü altında sanki cəhənnəm həyatını yaşamaq məcburiyyətində qalmışdır. Ancaq bəşəriyyət indiki kimi heç bir dövrdə hüquqları pozulan, zülmə məruz qalan, yoxsulluq içində qovrulan, fəlakətlərə məruz qalan, qaçqın düşərgələrində ölümlə üz-üzə qalan, günahsız yerə müharibələrdə öldürülən, aclığa və yoluxucu xəstəliklərə məğlub olan milyonlarla insanların görüntülərinə şahid olmamışdır. 

Artıq hər kəsin görməyə adət etdiyi, hətta bir çox insanın artıq əhəmiyyət vermədiyi belə xəbərlər başlıqlarda yer alır:

ABŞ işğalının başladığı 2003-cü ildən etibarən davam edən qanlı hücumlarda ölən iraqlıların sayının 1,2 milyona çatdığı bildirildi. [1]

İraqda 2 milyon uşaq əziyyət çəkir. [2]

Afrika son illərin ən sərt quraqlığı ilə üz-üzədir. Quraqlıq 14 milyon insanı təhlükə altında qoyur. [3]

Dünya qlobal aclıq hesabatı açıqlanıb. Hesabata görə, dörd uşaqdan biri qeyri-kafi qidalanır, saatda 300 uşaq aclıqdan ölür. [4]

Afrikada hər il 13 milyon insan aclıqdan öldüyü halda, Amerikada köklüyün müalicəsinə xərclənən pul təqribən 40 milyard dollardır. [5]

Qlobal Aclıq İndeksinə görə, 52 ölkənin vətəndaşları "ciddi və narahatlıqverici” aclıq həddindədir. [6]

BMT-nin hazırladığı 04 aprel 2016-cı il tarixli hesabata əsasən, Suriyadan ümumilikdə 4.837.208 nəfər rəsmi olaraq ölkədən mühacirət etmişdir. [7]

BMT-nin ən son hesablamalarına görə, dünyadakı qaçqınların sayı 60 milyondur. [8]

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə, təkcə 2015-ci ildə 5.509 qaçqın köç zamanı həyatını itirmişdir. [9]

2014-cü il ərzində 32.658 nəfər terror hadisələrində həyatını itirmişdir. 2000-ci ildən etibarən isə terror aktlarında ölənlərin sayı 80% artmışdır. [10]

Qlobal Sülh İndeksi 2015-ci ildə siyasi qeyri-sabitlik, terror və münaqişələrin qlobal iqtisadiyyata 13,6 trilyon dollar zərər vurduğunu bildirir. [11]

Yuxarıdakı nümunələr son illərdə baş verən və günümüzdə də artaraq davam edən milyonlarla dəhşətli hadisədən yalnız bir neçəsidir. Ən önəmlisi isə bu fəlakətlərin qarşısının alınması çox asan olduğa halda, bunun edilməməsidir.
 
Bu və ya buna bənzər hadisələrin durmadan davam etməsi sevgisizliyin də böyük sürətlə yayılması fitnələri təşkil edən qurumun fəaliyyətdə olduğunu bir daha ortaya qoyur.
 
Dövrümüzün ən mühüm ideoloji mübarizəsi dəccaliyyətə qarşı aparılmalıdır

Dəccalın ən böyük oyunu və hiyləsi isə Dəccalın olmadığını təlqin etməkdir. Bilərək və ya bilməyərək dəccaliyyətin təsiri altında olan mətbuat orqanları, ziyalı görünüşlü, lakin həyatını tamahına təslim etmiş dəccaliyyət tərəfdarları da bunda müəyyən rol oynayırlar. Nə vaxt dəccaliyyət gündəmə gətirilsə, tərəfdarları "Dəccaliyyət deyə bir şey yoxdur", " Dəccaliyyət hələ hakim deyil" kimi təbliğatına başlayırlar. Dəccal bu şəkildə diqqəti yayındırır, özünü ifşa edəcək məlumatları gizlədir, törədilən pisliklərin guya təsadüfən meydana gəlməsi yalanına insanların çoxunu inandırır. Beləliklə, yüzlərlə ildir davam etdirilən,

 

  • din əleyhinə fəaliyyətlər,
  •  
  • böyük dəstək qazanan azğın fəlsəfələr,
  •  
  • kiçik bir təbəqədən başqa bütün bəşəriyyəti əzən siyasətlər,
  •  
  • müəyyən bir təbəqənin dünyanın bütün zənginliyini ələ keçirdiyi halda, digər insanların yoxluq içində yaşaması,
  •  
  • dünya miqyasında davam etdirilən çirkli pulların yuyulması işi,
  •  
  • beynəlxalq güclər tərəfindən dəstəklənən terror,
  •  
  • ictimai quruluşu alt-üst edən psixoloji hərbi fəaliyyətlər,
  •  
  • sevgisizlik,
  •  
  • elmi olmayan darvinist ideologiyanın israrla dəstəklənməsi,
  •  
  • materialist yalanlar,
  • ictimaiyyət tərəfindən haqsız görülsə də, davam etdirilən işğallar və müharibələr də asanlıqla mütəşəkkil şəkildə davam etdirilir.


“Dəccaliyət yoxdur” demək “pislikləri təşkil edən qurumlarla ideoloji mübarizə aparmaq mənasızdır” deməkdən başqa bir şey deyil. Bu da ideoloji mübarizəni hələ başlamadan nəticələndirəcək və insanların gücü və enerjisi dəccaliyyətin nəzarətinə keçmiş olacaq.

Bu səbəbdən məlum qüvvələrin “dəccaliyyət yoxdur” təbliğinə etibar etməmək lazımdır. Dünyaya sülhün və sevginin hakim olmasını istəyən yaxşılar pisliklər qarşısında Allaha sığınaraq birlik olmalı, şeytani zəkaya sahib olan bu quruma qarşı mütləq ağıl, elm və ideologiya ilə lazımi mübarizəni aparmalıdırlar.

[1] http://www.yenisafak.com/dunya/irakta-kac-milyon-sivil-oldu-68967
[2] http://www.yenisafak.com/dunya/irakta-2-milyon-cocuk-magdur-88820?p=1
[3] http://www.dw.com/tr/afrikada-kuraklık-korku-açlık-ve-susuzluk/g-19027804
[4]http://www.cnnturk.com/2012/dunya/02/16/saatte.300.cocuk.acliktan.oluyor/649368.0/index.html
[5] http://www.akradyo.net/8664341439,71955,9,18-milyon-acliktan-oldu-657-milyon-telefon-satildi.aspx
[6] http://www.hurriyet.com.tr/dunyada-52-ulke-ac-40003046
[7] http://www.stratejikortak.com/2016/04/suriyeli-multecilerin-sayisi.html
[8] http://www.karar.com/dunya-haberleri/bmnin-en-son-rakamlarina-gore-dunyadaki-multeci-sayisi-60-milyon-82395
[9] http://www.igamder.org/haberarsivi/rakamlarlagocmenolumleri/
[10] http://www.hurriyet.com.tr/2015-kuresel-teror-indeksi-yayinlandi-en-kanli-orgut-boko-haram-40015119
[11] https://onedio.com/haber/son-10-yilin-en-kotusu-turkiye-kuresel-baris-endeksi-nde-163-ulke-arasinda-145-sirada--715295


Adnan Oktarın “Daily Mail News”də yayımlanan məqaləsi:

http://www.cumhuriyyet.net/cemiyyet/108163-dəccaliyyəti-inkar-etmək-fitnələrin-yayilmasina-səbəb-olur.html

http://reportyor.org/index.php?newsid=10106

https://millixeber.az/dəccaliyyəti-inkar-etmək-fitnələrin-yayilmasina-səbəb-olur/

http://amia.az/sosial/242-dccaliyyti-inkar-etmk-fitnlrin-yayilmasina-sbb-olur-adnan-oktar-yazir.html

http://azim.az/gundem/3400-dccaliyyti-inkar-etmk-fitnlrin-yayilmasina-sbb-olur-adnan-oktar-yazir.html

http://idealxeber.com/olke/details/713/Dccaliyyti-inkar-etmk-fitnlrin-yaylmasna-sbb-olur

http://sizinxeber.az/kose/4592-dccaliyyti-inkar-etmk-fitnlrin-yaylmasna-sbb-olur.html

http://dunyaxeber.info/index.php/dunya/item/449-daedzdzaliyyaeti-inkar-etmaek-fitnaelaerin-yay-lmas-na-saebaeb-olur

http://anaxeber.az/fles/31455-deccaliyyeti-inkar-etmek-fitnelerin-yayilmasina-sebeb-olur.html

http://faktor.az/az/social/24986-deccaliyyeti-inkar-etmek-fitnelerin-yayilmasina-sebeb-olur

http://hefteaz.info/2017/12/dəccaliyyəti-inkar-etmək-fitnələrin-yayilmasina-səbəb-olur/
http://dailymailnews.com/2017/10/25/disregarding-the-dajjal-movement-brings-about-the-spread-of-evil/

2017-11-16 19:42:06
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top