İki yol, iki məqsəd, necə bir dost

Ona iki yoxuşlu yola yönəltmədikmi? (Bələd surəsi, 10)

Hər insan "yaxın dost" axtarışındadır. Xoşbəxtliklərini paylaşacaq, çətin anlarında özünə dəstək olacaq, çarəsiz qaldığı mövzularda həll yolunu göstərəcək, özünü qeyri şərtsiz sevəcək, sədaqət göstərəcək, qoruyub saxlayacaq, səhvlərinə şəfqətlə yanaşacaq, sağlığında olduğu qədər xəstə olanda da tək buraxmayacaq insanlar axtarar.

Ancaq insanın belə bir dost tapa bilməsi üçün qarşısında iki fərqli yol vardır. Bunların biri, yalnız Allah rızasını güdən möminlərin seçdiyi, Quran əxlaqının tələb etdiyi Rəhmani yoldur. Digəri isə dünya mənfəətini məqsəd edən və maddiyata söykənən dostluqların yoludur. İki fərqli vəziyyətin səbəblərini araşdırdığımız bu yazımızda, möminlərin arasındakı güclü əlaqənin və iman etməyən insanlar arasındakı dünyəvi mənfəətlərə söykənən  əlaqələrin  fərqlərini ortaya qoyacağıq.

Əxlaqa verilən əhəmiyyət üzərinə qurulan dostluq: "Əsl dost" ola bilmək üçün bir insanı, "yalnız gözəl əxlaqı üçün sevmək" lazımdır. Bunlar, bir adamın "Allah qorxusu və sevgisi, imanı, səmimiyyəti və təqvası"dır. Ancaq bu dəyərlər üzərinə qurulan dostluqlar əbədidir. Belə yüksək bir əxlaqa sahib olan kəslərin dostluğu sarsılmaz bir xüsusiyyət qazanar.

Bitməyən bir dostluq: Şübhəsiz hər insanın ehtiyac duyduğu və axtardığı "əsl dostluq", çox böyük bir nemətdir. Əsl dost, insanın yaxşı günündə də, pis günündə də yanında olan, özü üçün nə istəyirsə dostları üçün də tərəddüdsüz eynisini istəyən, onun xoşbəxt, yaxşı olmasını ən az özü qədər arzu edən insandır. Qısqanclıq, rəqabət kimi düşüncələrə qapılmadan qarşısındakı insanı səmimiyyətlə sevən və onun hər zaman yaxşılığını istəyən insandır. Quran əxlaqından qaynaqlanan belə möhkəm dostluğu, başqa heç bir şəkildə əldə etmək mümkün deyil.

Axirəti hədəfləyən dostluq: Əsl dostluğun şərti, o adamın dünyada və axirətdə xoşbəxt olmasını hədəfləməkdir. Lazım olduğunda dürüst və açıq danışaraq ona imani yöndən əskik tərəflərini izah etmək, şəfqətlə bunları aradan qaldırmağın yollarını göstərmək də əhəmiyyətli bir dostluq xüsusiyyətidir. Bu cür davranışı, ancaq həqiqətən sevən və dost olan bir insan edər.

Hörmət və sevgiyə söykənən dostluq: Quran əxlaqının yaşandığı bir mühitdə, Allah qorxusu və iman, insanların bir-birlərinə əsl mənada sevgi və hörmət göstərmələrini təmin edəcək dəyərlərdir. İman edənlərin bir-birlərinə olan  sevgi, güvən və sədaqət hissləri, Allah yolunda göstərdikləri cəhdə əsaslanır. Allahın razılığını qazanmaq üçün sahib olduğu hər şeyi xeyir üçün istifadə edən, bu yolda “düzgün” bir istiqamət tutan mömin, digər müsəlman qardaşlarının sevgisini qazanacaq və onlara nümunə olacaq. Aralarındakı güclü sədaqət, sevgi, bağlılıq və inamlarının da artmasına səbəb olacaq. Dostluq insanların Allah qorxuları, imanları və gözəl əxlaqları üzərinə qurulmuşsa, xəstəlik ya da yaşlılıq səbəbi ilə yaranan fiziki dəyişikliklər, bu dostluğa qəti şəkildə təsir edə bilməz. Əksinə bu vəziyyətdə olan bir möminə daha çox şəfqət və mərhəmət duyular.

Dürüstlüyə söykənən dostluq: Səmimiyyət, insanın daxili ilə xaricinin bir olması, qəlbində nə hiss edir, nə yaşayırsa xaricə də bunu əks etdirməsidir. Son dərəcə dürüst, açıq və dəqiq olması, əsl düşüncələrini, duyğularını gizləmədən, özünü olduğundan fərqli göstərməyə çalışmadan, əsl xarakterini açıqca ortaya qoymasıdır. Quran əxlaqına görə bir insan səmimiyyəti qarşılığında dəyər qazanar. Yaxınları və sevdikləri səmimi olduğunu bildikləri üçün ona güvən və sevgi duyarlar.

Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar (Allaha) boyun əyərək namaz qılır və zəkat verirlər.(Maidə Surəsi, 55)

Təkliyə məhkum bir dostluq: Quran əxlaqını özlərinə rəhbər etməyən insanlar, bütün istəklərinə baxmayaraq əsl dostu əsla tapa bilməzlər. Bu səbəblə bir çox insanın bu mövzudakı “Çox təkəm”, “Heç bir dostum yoxdur”, “Hamısı çətin günümdə məni tək buraxdılar, sən demə hamısı yaxşı gün dostuymuş” kimi sözlərinə tez-tez rast gəlinir.

Etibara və mövqeyə söykənən dostluq: Bəzi insanların zənginlik, gözəllik, etibar, mövqe ya da ictimai status kimi dəyərlərə görə qurduqları dostluqlar heç bir zaman davamlı olmaz. Çünki dostluğun söykəndiyi bu dəyərlərdə bir dəyişiklik olduğu anda, dostluq da bitər. Məsələn, bu əxlaqa sahib bir insan, çox gözəl, dəbdəbəli olduğu üçün dost olduğu adamın, bir anda qəza nəticəsində tanınmayacaq qədər qüsurlu və baxıma möhtac, aciz bir vəziyyətə gəlməsiylə birgə bu adamla olan bütün əlaqəsini, yaxınlığını itirə bilər.

Rəqabətə söykənən dostluq: Rəqabət gözü ilə baxan, həsəd edən insanlar çox vaxt məcbur qaldıqlarında başqalarına səhvlərini söyləyərlər. Çünki başqalarının özlərindən yaxşı olmasını istəməz və ya dostluqlarının pozulacağını düşünərək səhv yönlərini görsələr belə "Çox yaxşısan", "Biz səni belə, olduğun kimi sevirik" kimi sözlər söyləyərək çox vaxt qeyri-səmimi davranarlar.

Maddiyata  söykənən dostluq: Mənfəətə görə yaşayan insanlar, özləri də həyatları boyunca bəzi maddi-mənəvi eniş-çıxışlar yaşayarlar. Gözəlliklərini, gəncliklərini, sağlamlıqlarını, sahib olduqları malları, zənginliklərini itirə bilirlər. Əvvəlində əsl dost zənn etdikləri insanların, yaşlandıqlarında onlara dəyər vermədiklərini görərlər. Yaxşı günlərində canla-başla, çox yaxın davranan, bir-birlərinə ölənə kimi sədaqət sözü verən bu insanlar, bir-birləriylə danışmayacaq və hətta bir-birlərini tanımazlıqdan gələcək qədər uzaq bir davranış göstərərlər. Bir problemləri olduğunda bunu paylaşacaqları, məsləhətləşəcəkləri, kömək istəyəcəkləri, güvənə biləcəkləri insanların olmadığını görərlər. "Ən yaxınım" dedikləri insanların belə, mənfəətlərini dostluqdan üstün tutduqlarını anlayarlar.

Etibarsızlığın hakim olduğu dostluq: Quran əxlaqına görə yaşamayan insanların, bir-birlərinin pis, əxlaqsız xüsusiyyətlərini bilərək, əsl mənada sevgi duymaları, hörmət edə və güvənə bilmələri qeyri-mümkündür. Bir adamın yalan danışdığını, ikiüzlü və süni bir rəftar etdiyini  bilib, mənfəətləri üçün başqalarını istifadə etdiyini görüb ona könüldən sevgi və hörmət bəsləmək mümkün deyil. İnsan hər nə qədər dostum, yaxınım desə də bu adamın başqalarına olduğu kimi, özünə qarşı da eyni yanaşacağını bilər.

“Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır."(Furqan Surəsi, 27-29)

2010-07-15 15:33:20

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top