Quranda xristianlığın və yəhudiliyin təbliği yoxdur!

“Allah Quranda bütün peyğəmbərləri üstün əxlaqlarına görə tərifləmişdir. Bu mübarək qullarının seçilmiş və şərəfli olduqlarını xəbər vermişdir.”

“Biz Allah'a, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına (əl-əsbat) göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilən şeylərə inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allah'a boyun əyən müsəlmanlarıq!”(Bəqərə Surəsi, 136) ayəsində buyurulduğu kimi, insanlar bütün peyğəmbərlərə birini digərindən ayırd etmədən iman edər, hamısını dərin sevgiylə sevər və bu müqəddəs insanların həyatlarını və əxlaqlarını tərifləyərək xatırlayarlar.

İnsanların bəziləri isə hz. İsanı ya da hz. Musanı tərifləməyin, onların üstün əxlaqlarını xatırlamağın Xristianlığın və ya Yəhudiliyin təbliğatı olacağı kimi anlayırlar. Lakin bu son dərəcə səhv düşüncədir. Peyğəmbərlərin hamısı qövmlərinə Rəbbimizin haqq dinini təbliğ etmiş, onları bir və tək olan Allah'a iman etməyə çağırmış, onları axirət gününə qarşı xəbərdar edib-qorxutmuşlar. Bütün peyğəmbərlər üstün əxlaqa və dərin imana sahib olduqları üçün Müsəlmanlar üçün nümunə olmalı və hörmətlə xatırlanmalıdırlar. Allah'ın Quranda bu mübarək insanları tərifləməsi kimi, müsəlmanlar da hz. Muhəmməddən (s.ə.v.) əlavə hz. İsanın, hz. Musanın, hz. Yaqubun, hz. Nuhun, hz. Yusifun, hz. İbrahimin, hz. İlyasın, hz. Şuaybın, hz. Lutun və digər bütün peyğəmbərlərin nümunəvi əxlaqlarını və imanlarını şövqlə,həyəcanla və tərifləyərək xatırlamalıdırlar. Bu peyğəmbərləri tərifləmək hər hansı bir dini təbliğ etmək mənasına gəlmir. Bu, Allah'ın Quranda təriflədiyi ibadət formasıdır.

Bütün peyğəmbərlər hz. İbrahimin soyundandılar. Yəhudilərin, Xristianların peyğəmbərləri, həmçinin Peyğəmbərimiz də hz. İbrahimin soyundandır. Hz. İbrahim tərifləndiyində səhv inanclara sahib Yəhudilər və ya Xristianlar təriflənmirlər. Hz. İbrahim tərifləndiyində onun soyundan gələn və səmimi olan bütün ixlas sahibləri təriflənirlər. Allah Quranda hz. İbrahimin üstün əxlaqını tərifləmiş və insanları hz. İbrahimin dininə dəvət etmişdir:

Hz. Musa və hz. Harun da Quranda təriflə xatırlanan peyğəmbərlərdəndir. Rəbbimiz, bu mübarək qullarını Öz Qatında xeyirli və şərəfli insanlar etmişdir:

Biz Musa və Haruna da nemət (peyğəmbərlik) bəxş etdik. Onların hər ikisini böyük fəlakətdən qurtardıq. Onlara yardım etdik və onlar (düşmənə) qalib gəldilər. Onların hər ikisinə açıq-aydın o kitabı (Tövratı) verdik. Onların hər ikisini doğru yola müvəffəq etdik. Sonradan gələnlər içərisində onların hər ikisi üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. “Musaya və Haruna salam olsun!” (Saffat Surəsi, 114-120)

Hz. İsa və mübarək anası hz. Məryəm də əxlaqları və imanlarıyla möminlərə nümunə olmuş müqəddəs insanlardır. Rəbbimiz hz. İsanın Özü Qatında “seçilmiş və şərəfli” olduğunu buyurmuşdur:

Mələklər dedilər: “Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca (şərəfli) və (Allah'a) yaxın olanlardandır. (Ali İmran Surəsi, 45)

Hz. Məryəmi isə Allah əxlaqı ilə tarix boyunca iman edən qadınlara nümunə olaraq göstərmişdir. Allah'ın Quranda təriflədiyi hz. Məryəmin, aləmlərin qadınlarından üstün olduğunu söyləmək Xristianlığı təbliğ etmək mənasını vermir.

Bu ayələrdə bildirildiyi kimi, peyğəmbərlərin xatırlanması, əxlaqlarının təriflənməsi Allah'ın hökmüdür. Rəbbimiz Quranda, isəvilərin və yəhudilərin peyğəmbərlərinin gözəl əxlaqlarının tərifə layiq olduğunu xəbər vermişdir. Bəzi insanların hz. İsanı xatırlamaq "Xristianlığa dəstək vermək olar", hz. Musanı xatırlamaq "Yəhudiliyin təbliğatını etmək olar" bəhanələrlə, bu mübarək peyğəmbərləri xatırlamaqdan çəkinmələri isə qəti şəkildə qəbul olunmayan davranışdır. Əgər bu insanların məntiqləri doğrudursa (bu doğru olamayan davranışdır!) o zaman burada yalnız bir qisminə yer verdiyimiz bütün bu ayələr də oxunmamalıdır. Eynilə, xristianlığın təbliğatı olar deyə hz. İsanın adı xatırlanmamalı, sionistləri dəstəkləmək mənasını daşıyar deyə hz. Musanın gözəl əxlaqı və nümunəvi həyatı da izah edilməməlidir. Bu səbəblərin qəbul olunmadığı isə son dərəcə açıqdır. Əlbəttə, Kitab Əhlindən bəzi şəxslərin haqq dinə uyğun olmayan müxtəlif azğın inancları vardır və bunlar Quranda bildirilmişdir. Eyni olan, gözəl və yaxşı yönləri, həqiqi din əxlaqına uyğun inancları da xəbər verilmişdir. Bizim üzərimizə düşən məsuliyyət Kitab Əhlini Qurana və sünnəyə baxaraq qiymətləndirmək, bu haqq qaynaqlardan əldə etdiyimiz məlumatla doğrunu səhvdən ayırd etməkdir. (Harun Yəhya, Gəlin Birlik Olaq)

Həmçinin unutmamalıyıq ki, bütün peyğəmbərlər, Allah Qatında həqiqi və haqq olan dinə yəni İslama tabedir. Allah Qatında haqq dinin İslam olduğu və bütün peyğəmbərlərin eyni dinə tabe olduqları ayələrdə bu şəkildə xəbər verilmişdir:

(Allah) Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin (tövhid) müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və (Ona) üz tutanı Özünə tərəf yönəldər.(Şura Surəsi, 13)

Yaxşı işlər görərək Allah'a təslim olan və hənif olaraq İbrahim dininin ardınca gedən şəxsdən din baxımından daha gözəl kim ola bilər? Allah İbrahimi sevimli dost tutmuşdur! (Nisa Surəsi, 125)

Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır... (Ali İmran Surəsi, 19)

Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi. (Ali İmran Surəsi, 42)

Belə bir vəziyyətlə qarşılaşdıqda möminlərin etdəcəkləri, Rəbbimizin ayələrində buyurduğu kimi, dərin sevgi və hörmətlə peyğəmbərlərimizi xatırlamaq, bütün iman edənlərə nümunələrlə dolu olan həyatlarını izah etmək və bundan heç bir şəkildə qorxmamaqdır.


2010-07-15 15:39:37

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top