Hz. İsa Gələcək - 3

“...Ona Kitabı, hikməti, Tövratı və İncili öyrədəcək...”

Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə Kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim… (Maidə surəsi, 110)

Bu ayələrdə, Tövrat və İncildən əlavə, başqa bir İlahi kitabın da hz.İsaya öyrədildiyi xəbər verilir. Burada hansı kitabdan bəhs olunduğu sözsüz ki, çox önəmlidir. Digər ayələrdə keçən “kitab” sözü Qurana işarə etdiyi üçün hz. İsaya öyrədiləcək üçüncü kitabın Quran olduğunu və bunun da yalnız hz.İsa axırzamanda dünyaya qayıtdıqdan sonra mümkün olacağını anlayırıq. Çünki hz.İsa Quranın nazil olmasından təxminən 600 il əvvəl yaşayıb. Bu səbəbdən, yaşadığı dövrdə Quranı öyrənməsi qeyri-mümkün idi. Peyğəmbərimizin (səv) hədislərində də hz.İsanın ikinci dəfə dünyaya gəlişində İncillə deyil, Quranla hökm edəcəyi bildirilib.

Qırx (40) il Allah'ın Kitabı və mənim sünnəmlə hökm etdikdən sonra vəfat edər. (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman səh. 92)

Bir sözlə, hz.İsa yenidən yer üzünə gələcək və Quranı bu gəlişində öyrənəcək. Şüphəsiz, ən doğrusunu Allah bilir.

2015-07-02 14:47:11

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top