Donuz əti və onun sağlamlığa zərəri

«O, sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allah`dan başqasının adı ilə kəsilənləri qəti haram etmişdir. Lakin naəlac qaldıqda zorla mənimsəmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!»(«Bəqərə» surəsi, 173)

 
Donuz əti yeməyin insan sağlamlığına zərər verən bir çox cəhətləri var. Keçmiş dövrlərdə olduğu kimi alınan müxtəlif tədbirlərə baxmayaraq, donuz ətinin zərəri günümüzdə də qalır. Donuz hər şeydən əvvəl hər nə qədər fermalarda, səliqə-sahmanlı şəraitdə yetişdirilsə də, öz pisliyini yeyən heyvandır. Donuz həm öz pisliyi ilə qidalanır, həm də bioloji quruluşu etibarilə başqa heyvanlara nisbətən çox miqdarda antitel istehsal edir. Donuzun bədənində başqa heyvanlara və insana nisbətən çox ifrat dozada böyümək hormonu istehsal olunur. Təbii ki, çox miqdarda olan bu antitel və böyümək hormonları dövran yolu ilə donuzun əzələ toxumasına da keçərək yığılıb qalır. Donuz ətində çox miqdarda xolesterol və lipid də var. Bütün bunların nəticəsində ifrat səviyyədə antitellər, hormonlar, xolesterol və lipidlərlə zəngin olan donuz ətinin insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olması elmi yolla sübut edilmişdir. Bu gün donuz ətinin daha çox yeyildiyi ABŞ və Almaniya kimi ölkələrin əhalisinin əksər hissəsini təşkil edən normadan çox kök insanların mövcudluğu artıq adi qarşılanan bir haldır. Donuz ətinə əsaslanan bir qidalanma nəticəsində ifrat səviyyədə böyümək hormonuna məruz qalan insan bədəni əvvəlcə çox çəki yığır, sonra da bədən deformasiyaya - forma dəyişikliyinə - məruz qalır.
 
Bundan başqa, donuz ətində olan sağlamlığa zərərli maddələrdən biri də «trixin» parazitidir. İnsan bədəninə daxil olub birbaşa ürək əzələlərinə yerləşən və ölümcül təhlükə yaradan trixin parazitinə donuz ətində tez-tez rast gəlinir. Trixinli donuzları müəyyənləşdirmək müasir texnologiya sayəsində, asan olsa da, əvvəllər belə üsul məlum deyildi. Buna görə də donuz əti yeyən hər bir adamda trixin parazitinə yoluxma və ölümlə üzləşmək riski olurdu.
 
Göründüyü kimi, bütün bu səbəblər Rəbbimizin donuz ətini qadağan etməsinin hikmətlərindən bir qismidir. Bundan başqa, Rəbbimizin bu əmri bizi sağlamlığa zərərli təsirlərini hər şəraitdə davam etdirən, nəzarətsiz istehsalında isə ölümcül də ola bilən donuz ətini yeməkdən qoruyur.
 
Donuz ətinin insan sağlamlığını birbaşa təhdid edən zərərlərindən xəbərdar olmaq XX əsrə kimi mümkün deyildi. Müasir tibbi cihazlarla, bioloji testlərlə hələ indi konkret şəkildə ortaya qoyulan bu zərərə qarşı qəti tədbir görülməsi də mikrob, bakteriya, trixin, hormon, antitel kimi anlayışlardan heç kimin xəbərdar olmadığı VII əsrdə nazil edilən Quranın ali elm sahibi olan Rəbbimizin vəhyi olduğunu göstərən möcüzələrdəndir. Bu gün də donuz əti istehsalında görülən hər cür tədbirə və nəzarətə baxmayaraq, bu məhsulun insan bədəninə fizioloji baxımdan münasib olmadığı və insan sağlamlığına zərər verən bir ət növü olduğu həqiqəti dəyişməyib.
2014-11-10 20:09:24

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top