Yuxuda qulaqların aktiv olması

"Biz onları mağarada illərlə qulaqlarına vurduq (yuxuya verdik)".(Kəhf surəsi, 18/11)

 
Yuxarıdakı ayədə qeyd edilən "qulaqlarına vurduq" ifadəsinin ərəb dilindəki əsli "darabə" feilidir. Ərəb dilində bu feil məcazi mənada "onları yuxuya verdik" mənasına gəlir. Bundan əlavə "darabə" kəlməsi qulaqla birlikdə işlədiləndə "qulağın eşitməsinin əngəllənməsi" mənasına da gəlir. Ayədə yuxu ilə əlaqəli ancaq eşitmə hissinə diqqət edilməsi isə özündə, əslində, çox mühüm bir məlumatı ehtiva edir.
 
Alimlərin kəşflərinə görə, qulaq insan yatarkən aktiv olan yeganə duyğu orqanıdır. Oyanmaq üçün saatın zənginə ehtiyac hiss etməyimizin səbəbi də budur.Allah`ın "Kəhf əhli" ilə əlaqəli olaraq işlətdiyi "qulaqlarına vurduq" ifadəsinin hikmətinin də bəhs edilən gənclərin eşitmə orqanlarının bağlı olmasına və buna görə də uzun illər yuxudan ayılmadan yatdıqlarına işarə olması ehtimal edilir.
2014-11-11 19:49:07

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top